TəNQİDİ RƏYİ



Yüklə 32,5 Kb.
tarix28.08.2018
ölçüsü32,5 Kb.
#65021

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq institutunun baş elmi işçisi, fəlsəfə elmləri doktoru Aydın Əlizadənin Mustafayev Radifin “Orta əsrlər müsəlman şərqində insanın sosial və hüquqi bərabərliyi problemi” adlı dissertasiya işinə verilmiş
TƏNQİDİ RƏYİ
Dissertasiya işi ortaəsr İslam dünyasında sosial və hüquqi problemlərin təhlilinə hasr edilmişdir.

İşin strukturu giriş, 2 fəsil, 5 paraqraf, nəticə və ədəbiyyat siyahısından ibarətdir. Giriş hissəsində müəllif işin aktuallığı, yeniliyi, işlənmə dərəcəsi, tətbiq edilmə dərəcəsindən bəhs etmişdir. Dissertasiyanın birinci fəsli “İslam dinində cəmiyyəti modeli” adlanır. Burada müəllif tədqiq etdiyi problemin nəzəri asrektlərinə toxunmuş, onun qaynaqlarını və tarixçəsini vermişdir. İkinci fəsil “Orta əsrlər müsəlman şərqinin ictimai, siyasi və fəlsəfi fikrində insanın sosial və hüquqi bərabərliyi problemi” adlanır. Burada şəxsiyyət azadlığı, müsəlman mütəfəkkirlərin ictimai baxışlarında sosial və hüquqi bərabərlik problemləri araşdırılmışdır. Sonuncu paraqraf araşdırılan problemlərin Azərbaycanla bağlı məqamlarına toxunulmuşdur. Nəticə bölümündə dissertasiyanın əsas müddəaları öz əksini tapmışdır.

Tədqiqat işinin tətbiq sahəsi məhduddur. Onun məzmunu daha çox mütəxəssislər arasında maraq doğura bilər. Keniş oxucu kütləsi üçün yazılmamışdır. Seçilən mövzu da geniş oxucu marağını təmin etmir.

Dissertasiyada tənqidi məqamları vardır:



  1. İşin planında problemlər vardır. Burinci fəsilin ikinci paraqrafın başlığı və məzmunu ikinci fəsilə uyğundur. Faktiki olaraq, birinci fəsilə aid olan yalnız bir paraqraf vardır. Bir paraqrafdan isə fəsil olmur.

  2. Dissertasiyanın dili mürəkkəbdir, çətin anlaşılır, qrammatik cəhətdən nöqsanlar vardır. Buna örnək kimi bu cümləni göstərmək olar: “Xilafət idarəçiliyində, insanlar arasındakı qövmiyyat münasibətlərindən faydalanmaq (məsələn, müsəlmanlarla əmək haqlarının və təqaüdlərin ödənilməsində) əqər bir tərəfdən effektiv idisə, başqa tərəfdən isə, bu ərəblərin öz keçmişləri haqqında olan təsəvvürlərin, ən başlıcası isə qəbilə təəssübkeşliyinin yenidən dirçılmıəsinə vəsilənin yaranması demək idi. (səh. 27).

  3. Dissertasiyanın aktuallığı, yeniliyi və məqsədi yetərli olaraq sübuta yetirilməmişdir. Müəllif bu barədə giriş hissəsində söhbət açsa da, daha çox ümümi sözlərlə kifayətlənib, buna dair konkret dəlillər göstərməmişdir.

  4. Yenilik hissəsində həqiqətə uyğun olmayan iddialar vardır. Örnək kimi bu iddia göstərilə bilər: “Problem ilk dəfə olaraq orta əsr müsəlman Şərqinin bütün ideya istiqamətləri üzrə kompleks şəkildə tədqiq edilmişdir”. Lakin bu problem kompleks şəklində hələ Səyyid Qütbün, Mövlanə Vahidəddin Xanın, Məhəmməd Şücaətin “Social Justice in Islam”, Camal Bədəvinin “Social System of Islam, Brotherhood and Equality” kitablarında ətraflı araşdırılmışdır. Hətta o kitablar bu dissertasiyadan daha ətraflı yazılmışdır. Onların həcmləri də daha böyük, araşdırılan problemlər daha çoxdur.

  5. Dissertasiyada çağdaş zamanımızla bağlılıq və paralellər aparılmamış, yaxud da buna az yer verilmişdir. Bu da işin aktuallığını və yeniliyini sual altına alan amillərdəndir. Çünki müəllifin etiraf etdiyinə görə ortaəsr mövzusu dünyada həddən artıq çox araşdırılmışdır.

  6. Araşdırmada cox az qərb alimlərinin kitablarından işlədilmişdir. Olan kitablar isə köhnəlmişdirlər.

  7. Nəticə hissəsində bəzi müddəaların yeniliyi yoxdur, onlar öncə dəfələrlə başqa ədəbiyyatda hallandırılır, müəllif tərəfindən ixtira edilməmişdir. Buna örnək kimi bu nəticəni göstərmək olar: “İslam dini bütün insanların vahid Tanrı tərəfindən bir ata və anadanyaradıldığını vurğulayaraq, dar qəbilə təəssübkeşliyinə, başqalarına münasibətdə müstəsnalıq, əlahiddəlik kimi... qəbilə əsəbiyyəsinə qarşı çıxış etmişdir”.

Yüklə 32,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə