7
“Dininizə qayıtmayana qədər” sözlərini oxuyan və ya bu sözləri eşidən insanlardan bir çoxu, dinə
qayıtmağı asan bir iş sayırlar.
18
Mənə gəlkdikdə isə, mən elə hesab edirəm ki, dinə qayıdışın, insanlar
arasında deyildiyi kimi “çiyinlərin titrəməsinə” ehtiyacı var. Hamımız bilirik ki, bizim dinimiz, onun
məqsədləri cəhətindən bir çox təhrif edilmə cəhdlərinə məruz qalmışdır. Bəzi məqamlarda isə bu
həqiqətən alınmışdır. Bu təhriflərin bəzilərini bir çox insanlar bilir, bəziləri haqda isə çoxlarına məlum
deyil. Bundan savayı, bir çox əqidə məsələləri var ki, onları insanlar dinə aid edir, lakin onların din ilə
heç bir əlaqəsi yoxdur. Buna misal zikr etdiyimiz hədisdir: ““Əgər siz ticarətdə ina istifadə
etsəniz...”. Axı hər bir insan bu növ ticarətin haram olduqunu bilmir. Bundan savayı islam ölkələrindəki
bəzi alimlər bu növ ticarətin halal olması haqda fətvalar verir. Yəni sələmçiliyin qanuniləşdirilməsi üçün
hiylə işlədərək ticarət etməyin halal olması. Bu da bir çox misallardan biridir və onlar haqda yalnız islam
fikhinin tədqiqatçıları bilirlər.
Bu növ ticarətin haram olmasından əlavə, peyğəmbər bu növ ticarətin tətbiq olunması müsəlmanların
zəlilliyə sürüklənmə səbəbi olduqunu bildirmişdir. Bu da yuxarıda zikr etdiyimiz məsələlərdən biri
kimidir, yəni dini anlayışın Quran və Sünnəyə müvafiq olaraq yenidən yoxlanması.
Həmçinin, bir çox alimlərin peyğəmbər (s.a.v)-dən rəvayət olunan hədislərdə haram buyurduqu şeyləri
halallaşdırmaları haqda danışdıqda, biz həmin alimləri təhqir etmək və ləkələmək məqsədini daşımırıq.
Bizim istədiyimiz, müsəlmanlara qarşı ixlaslı olmaq və onlara nəsihət etməkdır.
19
Biz, insanların öz
dinlərini səhv və təhrif olunaraq başa düşmələrinin düzəldilməsi yolunda hətta alimlərlə əməkdaşlıq
əlaqələri qurmaqa da hazırıq. Bu təklif daha çox fikh alimlərinə aiddir və bu səhvlərin hansı səbəblərə
görə baş verməsi vacib deyil. Həmçinin aramızda:
“Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və
Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır”
20
ayəsini hakim götürməyi
təklif edirik.
Fikh tədqiqatçıları bilir ki, “ina” ticarəti haqda, ticarətlə əlaqədar başqa məsələlərdə də olduqu kimi,
alimlər arasında, nəyin ki günümüzdə, qədimdən bəri ixtilaflar mövcuddur. Axı bizim zamanın alimləri
bu məsələlərlə üzləşdikdə nə edir? Mənə məlum olduqu kimi, onların əksər hissəsi ixtilafların mövcud
olduqu faktını qəbul edərək hər şeyi olduqu kimi tərk edir.
Məhz burada biz deyirik: axı müsəlmanlar öz dinlərinə necə qayıtsınlar? Məhz dinə qayıdış, peyğəmbər
buyurduqu kimi zəlilliyin əlacıdır və əgər müsəlmanlar dinlərinə qayıdarlarsa, Allah onların üzərindən
zəlilliyi qaldırar, əks halda isə dinlərinə qayıtmayana qədər onlar zəlil olaraq qalarlar:
“Əgər siz ticarətdə
ina istifadə etsəniz və inək quyruğundan yapışsanız, və əkinlərinizlə qanə olsanız və cihadı tərk etsəniz,
Allah sizləri zəlil edər və dininizə qayıtmayana qədər o zəlilliyi üstünüzdən götürməz”.
18
Bəzi insanlar “dininizə qayıtmayana qədər” sözlərini yalnız cihada qayıdış kimi, məhdudlaşdıraraq anlayır. Məgər
hədisdə “cihada qayıtmayana qədər” kəlməsi işlənir?! Məgər din yalnız cihaddır?! Din kəlməsini peyğəmbər (s.a.v) özü
Cəbrayılın hədisində açıqlamışdır, o sahabilərdən islam, iman və ixsan haqqında soruşmuşdur. Həmin hədisin şərhində hafiz
bn Rəcəb demişdir: “Bu hədis, bütün dini açıqlayan əzəmətli bir hədisdir. Çünki peyğəmbər hədisin sonunda demişdir: “O
Cəbrayıl idi və dininizi sizə öyrətmək üçün gəlmişdir”. Peyğəmbər islam, iman və ixsan dərəcələrini zikr etdikdən sonra,
bütün bunları din adlandırmışdır. (Bax “Camiul ilumi vəl hikam”, 1/43).
Bu zəlillyin səbəbi müsəlmanların özlərindədir. Bu haqda Uca Allah buyurur:
“Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyiniz əməllərin) ucbatındandır!
(Bütün bunlara baxmayaraq) Allah (günahlarınızın) çoxunu əfv edər”. (aş-Şura, 30).
Şeyxulislam bn Teymiyya demişdir: “Əgər müsəlmanlar zəifdirlərsə və onların düşmənlərinin onlar üzərində üstünlükləri
varsa, bu yalnız müsə
lmanların etdiyi günahların ucbatındandır”
. (Bax “Cauabu-ssahih”, 6/450).
Şeyx Muhammad-Amin aş-Şankıti müsəlmanların zəifliyi, az olduqları və hərbi hazırlıqılı olmadıqları haqda demişdir: “Uca
Allah Öz Kitabında bildirmişdir ki, əgər Onun qullarının qəlbləri ixlaslı olsa, O həmin qullarını onlardan qüvvətli kimsələr
üzərində hakim və izzət sahibi edər. xlasın nəticəsi odur ki, O müsəlmanlara onların hakim olmadıqı insanlar üzərində hakim
edər. Bu zəifliyin əlacı Allaha qarşı ixlas və imanın gücüdür!”
(Bax “Əl- slam dinu kamil”, 33-34).
19
Şeyxulislam bn Teymiyya demişdir: “Peyğəmbərlər günahdan və dində səhv etməkdən qorunmuşlar. Alimlər və hakimlər,
onlardan fə
rqli olaraq bu ş
eylə
rdə
n qorunmamış
lar. Bu sə
bə
bdə
n, hə
tta alimlə
rin və
hakimlə
rin sə
hvlə
rini biruzə
vermə
k lazım
olsada, tabe olunacaq haqqı bə
yan etmə
k caiz, hə
tta vacibdir”
. (Bax “Məcmu fataua”, 19/123).
Hafiz bn Rəcəb demişdir: “Allaha, Onun Kitabına və peyğəmbərinə
qarşı ixlaslı olmaqa (nasıha) gəldikdə, buraya
alimlərin etdikləri daxildir. Onlar Quran və Sünnə vasitəsi ilə insanların zəlalətlərini inkar edir və açıqlayırlar. Alimlərin zəif
rəylərinin rədd olunmasıda məhz bu qəbildəndir”
. (Bax “Camiul ilumi vəl hikam”, 96).
20
An-Nisa, 59.