Telman xəLİlov, maya zeynalova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/61
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22492
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   61

47 
il
ə əlaqədardır. Qarğıdalı və buğda sortlarının yaxşılaşdırıl-
ması üzrə Meksikada, Suriya Ərəb Respublikasında və baş-
qa  beyn
əlxalq  mərkəzlərdə  aparılan  seleksiya  işləri  nəticə-
sind
ə  yaradılan intensiv tipli qısa boylu,  yüksək  məhsuldar 
buğda  sortları  bir  çox  ölkələrdə  geniş  yayılmışdır. 1986-cı 
ild
ə buğdadan ən yüksək məhsul Niderlandda – 8,1 ton/ha; 
Böyük Britaniyada 7,0 t/ha, Belçikada 6,4 t/ha 
alınmışdır. 
Taxılın  məhsuldarlığının  dünya  üzrə  1950-ci  ildən  art-
ması,  seleksiyanın  nailiyyətləri,  gübrələrin,  yeni  intensiv 
texnologi
yanın tətbiqi hesabına baş vermişdir. 
Dünya  üzr
ə suvarılan  torpaqların sahəsi 1900-cu ildə 40 
milyon  hektardan, 1980-ci  ill
ərdə  249  milyon  hektara  çat-
dırılmışdır. 
Hazırda  dünyada  suvarılan  torpaqların  sahəsi  təxmini 
hesablamalara 
əsasən 250 milyon hektara çatmışdır. 1980-ci 
ild
ən sonra bu artım xeyli zəifləmişdir.  
Bir çox ill
ərdir ki, ərzaq məhsullarının artırılması məqsə-
dil
ə Beynəlxalq təşkilatlar çoxsaylı proqramlar hazırlayırlar. 
Lakin 
çoxları  son  illər  başa  düşməyə  başlamışlar  ki,  əsas 
yollardan  biri  m
əhsul  itgisinin  qarşısının  alınmasıdır.  Bu 
m
əsələyə  diqqət  ərzaq  məsələləri  üzrə  Roma  şəhərində 
1974-cü  ild
ə  keçirilmiş  Dünya  konfransında  xüsusi  qeyd 
olunmuşdur.  Bu  məsələ  yenidən  1975-ci  ildə  və  sonrakı 
ill
ərdə də BMT-nin sesiyalarında qaldırılmışdır. Qəbul olun-
muş qətnamələrdə BMT bütün ölkələri kənd təsərrüfatı məh-
sullarının  yığımdan  sonra  itgisinin  1985-ci  ilə  50%-dən  az 
olmayaraq 
azaldılmasına  nail  olmağa  çağırmışdır.  1978-ci 
ild
ə FAO fəaliyyət proqramı tərtib etdi. Bu proqram konkret 
olaraq m
əhsul yığımından sonra kənd təsərrüfatı məhsulları-
nın itgisinin azaldılmasına yönəldilmişdir. 1980-ci ildə FAO 
v
ə UNEP tez korlanan kənd təsərrüfatı məhsullarının itgisini 
azaltmaq üçün xüsusi ekspertl
ər qrupu yaratmışdır.  


48 
Bütün  ölk
ələr  ətraf  mühitin  keyfiyyətini  və  insanların 
sağlamlığını qorumağı qarşılarında məqsəd qoyurlar. Yemək 
m
əhsullarının itgisinin azaldılması təkcə istifadə üçün çoxlu 
ərzağın olması yox, həm də əkinçiliyin ekoloji nizamlanma-
sına imkan yaradır. 
İnkişaf etməkdə olan ölkələrdə ərzaq məhsullarının çatış-
ma
mazılığı diqqəti cəlb edən əsas problemlərdən biridir. 
Dünya 
əhalisinin ümumi sayının 400  mln. nəfəri, ən azı 
500 mln., b
əlkə də 1 milyardı daimi aclıqdan əziyyət çəkirlər. 
Ərzaq  məhsullarının  yığımdan  sonra  itirilməsinin  çoxlu 
s
əbəbləri var. Bu məsələdə də inkişaf etməkdə olan ölkələr 
f
ərqlənirlər. Təxmini hesablamalar göstərmişdir ki, 100 mln. 
ton 
taxıl  və  paxlalı  bitki  məhsulları  yalnız  inkişaf  etməkdə 
olan ölk
ələrdə itirilir ki, bu da 300 mln. adama bəs edərdi. 
Ərzaq  məhsulları  itgisinin  azaldılması  zəif  inkişaf  etmiş 
ölk
ələr  üçün  xeyli  müsbət  və  xeyli  gələcək  nəticələr  üçün 
əlverişlidir. 
M
əhsul itgisi üçün ətraf mühit amili az rol oynamır. Belə 
ki, 
havanın  yüksək  temperaturu  qida  məhsullarının  itgisini 
sür
ətləndirir.  Məs.  Həşəratlar  15
0
C-d
ən  35
0
C-y
ə  qədər 
temperaturda daha tez 
çoxalırlar. 
Havanın nisbi rütubəti də ətraf mühitin amili kimi itgiyə 
t
əsir  edir.  Yığım  dövründən  sonra  ərzaq  itgisinin  qarşısını 
almaq  üçün  ilk  a
ddımlar  olan  aşağıdakılar  barədə  dəqiq 
m
əlumatlar əldə etmək lazımdır: 
a) itginin 
miqyası; 
b) itginin 
baş verdiyi mərhələ 
v) itginin s
əbəbləri. 
Ona  gör
ə də yığımdan sonra bir çox təşkilatların həmrəy 
f
əaliyyəti vacibdir. 
Statistika  m
əlumatları  göstərir  ki,  Yer  kürəsi  ərazisinin 
762  milyon 
hektarı  və  ya  53,4%0-ni  dənli  bitkilər, 174 


49 
milyon 
hektarı  və  ya  12%-i  mədəni  bitilər, 22,5 milyon 
hektarı və  ya 1,6%-i  kartof əkini üçün istifadə olunur. Yer 
kür
əsində yığılan 1 mlrd.848 mln. ton taxılın – 316 milyon 
tonu 
buğda, 305 mln. ton düyü, 259 mln. tonu qarğıdalının 
payına  düşür.  Hazırda  Yer  kürəsində  buğda  əkinləri  üzrə 
Çin, Kanada, 
ABŞ, Argentina, Avstraliya, Rusiya, Ukrayna, 
Qazaxstan v
ə Hindistan aktiv mövqe tuturlar. Düyü istehsalı 
üzr
ə  Çin,  Yaponiya,  Filippin,  Vyetnam,  Koreya,  Tailand, 
Miyanma,  Kombodca, 
İndoneziya,  Banqladeş,  Hindistan, 
Pakistan v
ə s. ölkələr fərqlənirlər. 
Bütün  dünyada 
ərzaq  istehsalı  yuxarıda  adları  göstərilən 
ölk
ələrin inkişaf tempindən çox asılıdır.  
Yaxın  vaxtlara  kimi  ərzaq  problemini  həll  etmək  üçün 
Dünya 
okeanına böyük ümid bəslənirdi. Geniş ərazisi və su 
kütl
əsi  okeanın  böyük  və  tükənməz  bioloji  ehtiyatlarına 
malik 
olması kimi yanlış fikir yaratmışdır.  
Dünya aliml
ərinin son illər apardıqları tədqiqatlar göstər-
mişdir ki, bu heç də belə deyildir. Buna baxmayaraq ərzaq 
probleminin h
əllində Dünya okeanının rolu vardır. 
Dünya 
okeanının  bioehtiyatlarından  hələlik  yalnız  balıq, 
b
əzi dəniz heyvanları, iri fəqərəsizlər, xərçəngə bənzərlər və 
su bitkil
ərindən istifadə olunur (o cümlədən yosunlar). 
Praktiki  olaraq  okean  v
ə dənizlərin bioehtiyatlarının 67%-
ni  t
əşkil edən planktonlar istifadə olunmur. Ona görə də pla-
netin s
əthinin 70,8%-ni təşkil edən Dünya okeanı insanlar tə-
r
əfindən istfiadə olunan qida ehtiyatlarının cəmi 1-2%-ni verir. 
D
əniz bioehtiyatlarının mühafizəsi okean və dəniz suları-
nın  axır  illər  geniş  vüsət  almış  çirklənməsinin  qarşısını 
almadan mümkün deyil. 
İnsanların  ərzaq  məhsulları  problemlərindən  danışarkən 
heyvanlar  al
əminin  inkişafı,  onların  yayılması  və  təkamülü 
prosesind
ən  danışmamaq  olmaz.  İnsanlar  heyvanları  əhliləş-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə