Telman Orucov



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə50/55
tarix01.12.2017
ölçüsü4,8 Kb.
#13256
1   ...   47   48   49   50   51   52   53   54   55

tərəf 600 km-ə qədər irəliləmişdi. Sonra Rumıniya azad olundu, 1944-cü ilin sentyabrında 
sovet qoşunları Bolqarıstana girdi. Bolqarıstanın və Yuqoslaviyanın paytaxtları azad 
olundu. Qış girəndə sovet qoşunları Şimali Zapolyariyanı, demək olar ki, bütün 
Pribaltikanı, Şimali Norveçi azad edib, Almaniyanın sərhədinə çox yaxınlaşdılar, Şərqi 
Prussiyada isə onu keçdilər.  
1945-ci ilin ilk günlərində almanlar Elzasda hücuma başladılar. 1.000-dən çox 
təyyarə müttəfiqlərin Fransadakı, Belçika və Hollandiyadakı aerodromlarını bombaladılar.  
Müttəfiqlər bu vaxt ağır məğlubiyyətə düçar oldular. Çörçill, Stalindən Visla üzərində 
hücuma keçməyi xahiş etdi. Qızıl Ordunun Polşada və Şərqi Prussiyadakı eyni vaxtlardakı 
hücumu alman komandanlığını məcbur etdi ki, Qərb cəbhəsində fəal əməliyyatı 
dayandırsın və xeyli qüvvəsini şərq cəbhəsinə göndərsin.  
İngilis-amerikan qoşunları ikinci cəbhə açıldıqdan sonra fransız döyüşçüləri ilə 
birlikdə Fransanın, Qərbi və Mərkəzi Avropanın xeyli hissəsini azad etdilər. İtaliyanın 
azad olunması başa çatdı. 1945-ci ilin başlanğıcında antihitler koalisiyası Almaniyanın öz 
ərazisində güclü hücum əməliyyatlarına başladı.  
Faşizmə qarşı mübarizədə Rusiyadakı, Ukrayna və Belorusiyadakı partizan hərəkatı 
böyük rol oynadı. Avropanın əksər ölkələrində müqavimət genişlənirdi. Müqavimət 
mübarizlərinin sıralarında müxtəlif siyasi qüvvələr – kommunistlərdən tutmuş milli 
burjuaziyanın sağ dairələri birləşmişdi. Bir çox ölkələrdə xalqların antifaşist üsyanları baş 
verirdi.  
Elba çayı üzərində sovet və amerikan orduları görüşdükdən sonra alman 
ordusunun qeyd-şərtsiz təslim olması yalnız zamanın sualı kimi gündəliyə daxil oldu.  
İngilis-amerikan qoşunları Almaniyaya qərbdən və cənubdan hərəkət edirdi. Qızıl 
Ordu döyüşçüləri isə Avstriyaya girdilər və Üçüncü Reyxin paytaxtı Berlinə hücuma 
başladılar. Müttəfiqlərin komandanı general Duayt Erzanhauer Berlini tutmağı Qızıl 
Ordunun öhdəsinə buraxıb, zərbə qüvvələrini cənuba istiqamətləndirdi. 25 apreldə Qızıl 
Ordu Berlini mühasirəyə aldı, doqquz gün əvvəldən isə Berlin əməliyyatına başlanmışdı. 1 
mayda Reyxstaq götürüldü, sovet əsgərləri onun üstünə qələbə bayrağı sancdılar. 2 mayda 
alman qoşunlarının Berlin qrupu təslim oldu. Almaniyanın qeyd-şərtsiz təslim olmasına 
bir həftədən az qalırdı. Berlin uğrunda mübarizənin başlıca ağırlığı Sovet İttifaqı Marşalları 
G.K.Jukovun, İ.S.Konyevin, K.K.Rokossovskinin komandanlıqları altında olan qoşunların 
üzərinə düşmüşdü.  
8 may 1945-ci ildə Mərkəzi Avropa vaxtı ilə saat 22.43-də Karlxorstda (Berlin) 
Almaniyanın qeyd-şərtsiz  təslim olması barədə qəti Akt imzalandı. Almaniya adından 
aktı Vermaxtın Ali Baş komandanlığının qərargah rəisi general-feldmarşal V.Keytel 
imzaladı. Alman hərbi qüvvələrinin quruda, dənizdə və havada qeyd-şərtsiz təslim olması 
Aktda xüsusi qeyd edildi.  
Almaniyanın təslim olmasına bir aydan da az qalmış, 12 aprel 1945-ci ildə ABŞ-ın 
32-ci prezidenti Franklin Delano Ruzvelt 63 yaşında vəfat etdi. Onun 12 illik prezidentliyi 
dövrü ABŞ-ın həyatındakı ciddi pozitiv dəyişikliklərlə əlamətdar oldu, bu dövlətin 
dünyadakı rolu da dəyişdi. Ruzvelt «izolyatsinizm» siyasətindən, Avropanın və digər 


regionların işlərində ABŞ-ın fəal iştirakına doğru dönüş etdi. Müharibənin lap əvvəlindən 
o, Böyük Britaniya və Fransaya, sonra isə Sovet İttifaqına natsist Almaniyasına qarşı 
mübarizədə kömək göstərilməsi üçün çox şey edirdi. Ruzvelt həm də antihitler 
koalisiyasının yaradılması və möhkəmləndirilməsində böyük rol oynamışdı. O, 
müharibənin gedişinə xeyli təsir edən Tehran və Krım konfranslarında iştirak etmişdi. 
1945-ci ilin iyununda San-Fransiskoda 50 dövlət Birləşmiş Millətlər Təşkilatının 
Nizamnaməsini imzaladı. Yeni BMT əvvəlki Millətlər Liqasını yeni keyfiyyətdə əvəz 
edəcəkdi. Onun vəzifəsi beynəlxalq sülhü dəstəkləmək və dövlətlər arasında dinc 
əməkdaşlığı möhkəmləndirmək olacaqdı. BMT-nin əsas orqanları Baş Məclis, 
Təhlükəsizlik Şurası, İqtisadi və Sosial Şura, qəyyumluq üzrə Şura, Beynəlxalq Məhkəmə 
və BMT-nin Katibliyi idi. BMT-nin bütün üzvləri hər il Baş Məclisin sessiyasına yığışıb, 
yaranan problemləri müzakirə edirlər. Qərarlar zəmanət xarakteri daşıyır. Təhlükəsizlik 
Şurası mübahisəli məsələlərin dinc həlli üçün başlıca məsuliyyət daşıyır. Beynəlxalq 
Məhkəməyə, bu institut Haaqada yerləşirdi, yalnız dövlətlər səviyyəsində müraciət etmək 
olar və yalnız o hallarda mübahisə həll edilir ki, əgər hər iki tərəf onun statusuna könüllü 
qaydada tabe oldu]unu bildirsin.  
Yaponiyanın Hirosima və Naqasaki şəhərlərinə 6 və 9 avqust 1945-ci ildə 
amerikanlar atom bombası atdıqdan sonra, 14 avqustda Yaponiya imperatoru Hirohito 
qeyd-şərtsiz  təslim olmalarını elan etdi. Atom bombaları dəhşətli nəticələrə səbəb 
olmuşdu, təkcə Hirosimada 140.000 nəfərdən çox həlak olmuş və yaralanmışdı, 
Naqasakidə isə ölənlərin və yaralananların sayı 75 min nəfərdən çox idi. İmperatorun 
çağırışına baxmayaraq, hərbi əməliyyatlar  bir müddət də davam etdi. Yalnız 2 sentyabrda 
Yaponiyanın təslim olması barədə qəti Akt imzalandı. İmperatorun çıxışından sonra da 
Qızıl Ordu yapon Kvantun ordusunun müqavimətini qırıb, Çinin şimal-şərq rayonlarını, 
Şimali Koreyanı, Cənubi Saxalini və Kuril adalarını azad etdi.  
Yaponiya müharibədə 1,8 milyon adam itirmişdi, ölkəyə milyard dollarla ölçüləcək 
hərbi ziyan dəymişdi, sənaye və silahlı qüvvələr, demək olar ki, tamamilə dağıdılmışdı. 
Amerikan hərbi hakimiyyət orqanları ölkəni demokratikləşdirməyə çalışdı. Ordunun və 
sənayenin «böyük təmizlənməsi» prosesində hərbi cinayətkarlar cəzalandırıldı. Yaponiya 
həm də təzminat ödəməli idi. Asiyaya hökmranlıq etmək istəyən Yaponiya özünün 
militarizm sindromunun ağrısını çəkməli olmaqla, tarixdə ilk dəfə yadelli düşmənə 
uduzdu. Yapon hərbçiləri və hökuməti ABŞ-ın iqtisadi və hərbi qüdrətini real qaydada 
qiymətləndirə bilmədiklərindən, onunla müharibə başlamasından keçən yeddi aydan 
sonra strateji təşəbbüsü əlindən verdilər və ardıcıl olaraq dəniz və hava döyüşündə 
məğlubiyyətlərlə üzləşməli oldular.  
Yaponiyanın qeyd-şərtsiz təslim aktına imza atması ilə, altı il davam edən İkinci 
Dünya müharibəsi başa çatdı, bu, ən çox qan axıdılan və uzun müddət davam edən dünya 
müharibəsi idi. Müharibə vuruşan dövlətlərin iqtisadiyyatına nəhəng ölçüdə ziyan vurdu. 
Minlərlə şəhər xarabalıqlara çevrilmişdi. Dinc əhali arasında verilən qurban heç vaxt bu 
qədər böyük olmamışdı.  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə