Telman Orucov



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə17/55
tarix01.12.2017
ölçüsü4,8 Kb.
#13256
1   ...   13   14   15   16   17   18   19   20   ...   55

günah bağışlanması sonra pul verməklə indulgensiya almaq qaydasına keçdi. 
İndulgensiya guya adamları əraf əzabından xilas edirdi.  
Avropa səlib yürüşlərindən çox şey, ən başlıcası çox sayda insan həyatını itirdi, 
lakin qazandığı da oldu. Bu, Şərqdən götürülən, Qərbin tanımadığı universitetlərin 
Avropada yaranması və yayılması idi. Avropa təhsilə və elmə yaxşı münasibəti məhz 
Şərqdən, İslamdan öyrəndi.  
Xristian dininin ən böyük biabırçılıqlarından biri, 1980-ci illərdə papa II İoann 
Pavelin dediyi kimi, inkvizisiyadır. İnkvizisiya XV əsrdə tüğyan etsə də, onun start 
götürməsi üç əsr əvvələ təsadüf edir. 1292-ci ildə papa IX Qriqori dominikanlılar ordeninin 
sərəncamına əvvəllər yaradılmış inkvizisiyanı- yeretiklərlə mübarizə üçün katolik 
kilsəsinin yaratdığı təhqiqatı verdi. Beləliklə, bu iş yelərdə yepiskopların nəzarətindən 
çıxdı və bilavasitə apostol paytaxtına tabe edildi.  
Kilsənin orqanı kimi inkvizisiyanın yaradılması yolunda ilk addım birinci dəfə 
dünyəvi hakimiyyətlə əməkdaşlıq etmək məqsədilə papa III Lutsinin Müqəddəs Roma 
imperiyasının başçısı I Fridrix Barbarossa ilə 1184-cü ildə görüşü vaxtı atılmışdı. Lakin 
onların hazırladığı vasitələr çox sayda yeretik sektaların qarşısını kəsməkdə kifayət 
olmadı. 1215-ci ildə keçirilən və onları məhkum edən katoliklərin IV Lateran soborundan 
xeyli sonra, Tuluzdakı kilsə soboru yeretiklərə qarşı tədbirləri sərtləşdirməyi qərara aldı.  
İnkvizisiyanın dominikanlıların ordeninin ixtiyarına keçməsi ilə yeretiklərin təqibi 
əvvəllər görünməmiş bir miqyas aldı. Onun XIII-XIV əsrdə daha da artan qurbanları saya-
hesaba gəlmir. İnkvizisiya ordeninin banisi Müqəddəs Dominikan vətəni olan İspaniyada 
sonralar xüsusən quduzlaşmışdı.  
Yeretiklərlə bərabər inkvizisiya həmçinin «cadugərləri» və «ifritələri» təqib edirdi. 
Avropada onlar barədə proseslər XVIII əsrin sonuna qədər davam etdi.  
İnkvizisiya daha çox sayda «iblis nökərlərini» məhkəməyə verməyə çalışaraq, 
çuğulluğu dəstəkləyirdi. Çuğulçuların bu işə can atmasını həm də bir cəhət qızışdırırdı ki, 
onlar məhkum edilmiş adamların əmlaklarının bir hissəsini alırdılar. Bu vaxt onların adı 
sirr kimi saxlanırdı. Qədim Romada da vaxtilə çuğulçuların xidmətindən geniş istifadə 
edilirdi. Orada onlar rəsmi ittihamçı institutu olmadığından, məhkəmələrdə açıq ittihamla 
çıxış edirdilər və əvəzində mükafat kimi məhkum olunanların musadirə edilən 
əmlaklarının bir hissəsinə sahib oulrdular. Bu vəziyyət çuğulçuların quduzlaşmasına, daha 
çox gəlir əldə etmək üçün hətta təqsirsiz adamları saxta ittihamlarla mühakiməyə cəlb 
edib, məhkum olunmuşların əmlakı ilə varlanırdılar. Onların eybəcər fəaliyyətinə yalnız 
b.e. I əsrinin sonunda nəcib imperator Trayan son qoydu. O, hakimiyyətə gəldikdən sonra 
Romadakı bütün çuğulçuları toplatdırıb sınıq-salxaq gəmilərə otuzduraraq, onların 
taleyini dənizin quduz dalğalarının sərəncamına verdi. Beləliklə, Qədim Romada 
çuğulçular praktikasına birdəfəlik son qoyuldu.  
İstintaq vaxtı inkvizitorlar hər cür vasitələrlə müttəhimlərin etirafını əldə etməyə 
çalışırdılar. Bu iyrənc üsuldan 1930-cu illərdə Sovet İttifaqında «xalq düşmənlərinin» 
istintaqında da geniş istifadə edilirdi. SSRİ baş prokuroru A.Y.Vışinski təkcə açıq 
məhkəmə iclaslarında gurultulu, yüksək natiqlik qabiliyyətini göstərən ittiham nitqləri ilə 


«şöhrət» tapmamışdı, həm də işgəncələrlə əldə edilən etirafın sarsılmaz hüquqi sübut 
olduğunu nəzəri cəhətdən əsaslandırmağa çalışaraq, «etiraf sübutun çariçasıdır» şüarını 
irəli sürmüşdü. Etiraf isə yalnız işgəncə vasitəsilə alınırdı. Bu vaxt ölkədə çüğülçülüq da 
görünməmiş miqyas almışdı. Övladın valideynə qarşı çuğulçuluq  etməyi də prinsipiallıq, 
qızğın vətəndaşlıq nümunəsi hesab edilirdi. SSRİ-nin mərkəzi orqanlarına çuğulçuluq 
şəklində 4 milyon ərizə daxil olmuşdu. 
İnkvizitorlara kömək məqsədi idə istintaqın aparılmasına dair xüsusi rəhbərlik 
təlimatları tərtib edilirdi. İttiham olunanlar məhkəməyə gəldikdə, bu proses çox sürətlə 
gedirdi və ədalətli hökmün çıxarılması ilə nəticələnirdi. Bəzi hallarda məhkum olunanlara 
kilsə cəzaları (ölüm, kilsədən müvəqqəti olaraq təcrid edilməsi) tətbiq edilirdi, ancaq daha 
çox hallarda onlar tonqalda yandırılmaqla ölüm hökmü ilə cəzalanırdılar. Autodafe 
adlanan bu cəza inkvizisiyanın fəaliyyətinin simvoluna çevrilmişdi.  
Xristian dünyasının qarşılaşdığı ən böyük problem isə onun parçalanması, dini və 
sosial hərəkat kimi Reformasiyanın meydana gəlməsi idi. Xristian kilsəsi özünün maddi 
fayda götürməsi siyasəti ilə istənilən yolla öz mənfəətini artırmaq istəyirdi. Xristian 
dəyərləri alqı-satqı münasibətinə çevrildi. Kilsənin bürokratlaşması prosesi dərinləşmişdi.  
Reformasiya katolik kilsəsinin dini, siyasi və iqtisadi sahələrdəki hər şeyi əhatə edən 
ağalığına qarşı mübarizə formasını almışdı. Reformasiya ideoloqları özləri arasındakı 
fərqlərə baxmayaraq, bir düşüncədə birləşirdilər ki, insan öz könlünü xilas etmək üçün 
kilsənin vasitəçiliyinə ehtiyac duymur. Bu, əslində kilsə ierarxiyasından imtina etməyə 
gətirib çıxarırdı. Reformasiyanın gedişində Avropa ölkələrində yeni xristian konfessiyaları 
meydana gəldi, onlar katoliksizmlə yanaşı indiki dövrə qədər mövcuddur. Reformasiyanın 
başlanmasına Avqustin rahibi Martin Lyuterin Almaniyadakı Vittenberqdəki 1517-ci ildəki 
çıxışı ilə start verildi. O, indulgensiyalar ilə alverə qarşı yönəlmiş 95 tezisini xalq qarşısında 
irəli sürdü. İndulgensiya alveri biabırçı formalar və geniş miqyas almışdı. Pul ödəməklə 
istənilən xristian öz günahlarını yuya bilərdi. Lyuterdən öz baxışlarıdan imtina etməsi 
tələb olunurdu. Lakin o, bu tələbləri rədd etdi. İmperator edikti ilə o, yeretik kimi məhkum 
edildi. Bir il əvvəl isə papa Roması Lyuteri kilsədən təcrid etmişdi.  
İmperiyanın iri torpaqları Reformasiya tərəfə keçdilər. Knyaz suvereniteti din 
üzərinə də keçdi, hər bir knyaz öz təbəələrinin dinini müəyyən edirdi. «Kimin ölkəsidirsə, 
onun da dinidir» prinsipi zəfər çaldı.  
Reformasiya hərəkatı təkcə Almaniya ilə məhdudlaşmırdı, o, öz tərəfdarlarını və 
ardıcıllarını Qərbi və Mərkəzi Avropanın çox ölkələrində də tapdı. Cenevrədə yeni 
protestant cərəyanı – Kalvinizm meydana gəldi. Kalvinizmin ən mühüm doqmatı belə bir 
inama əsaslanırdı ki, Allah hələ dünya yaranmamışa qədər adamların bəzilərinin xilasa 
çatmasını, digərlərini isə məhv olmağa gedəcəyini əvvəlcədən müəyyən etmişdi. Buradan 
Kalvinizm Avropa ölkələrinə yayıldı.  
İngiltərədə isə Reformasiya teoloji deyil, əsasən siyasi xarakter daşıyırdı. Bu, din 
xadimləri tərəfindən deyil, kral VIII Henrix tərəfindən başlanmışdı. Kral arvadını boşayıb, 
sevdiyi Anna Boleynə evlənmək istəyirdi. Lakin Roma papası kralın mövcud arvadı ilə 
nikahının həqiqi olmamasını etiraf etməyi rədd etdi. Kral bundan istifadə edib kilsənin 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə