Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə3/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   2   3   4   5   6   7   8   9   ...   97


 
milyondan  çox  çinli  yaşayır,  onların  da  çoxu  «xuatsyao»  adı  altında  cənubi-şərqi 
Asiya  ölkələrindədir.  Çin  əhalisinin  etnik  tərkibinin  mürəkkəbliyi  və  rəngarəngliyi 
uzunmüddətli inkişaf, qarşılıqlı təsir nəticəsində və həmçinin müxtəlif sosial-iqtisadi 
səviyyəsi,  dil  mənsubluğu  və  antropoloji  tipi  olan  çox  sayda  xalqların  qarışması 
prosesində  əmələ  gəlmişdir.  Çinlilərin  yaşadığı  ərazinin  genişliyi,  təbii-coğrafi 
mühitin  rəngarəngliyi  və  onunla  əlaqədar  təsərrüfat-mədəni  xüsusiyyətlər,  həmçinin 
han  əhalisi  ilə  uzunmüddətli  kontaktlar  nəticəsində  Çin  xalqının  tərkibində  bir-
birindən xeyli maddi və mənəvi mədəniyyət əlamətlərinə görə fərqlənən və müxtəlif 
dialektlərdə danışan bütöv etnik qruplar dəstəsi meydana gəlmişdir. Daha çox fərqlər 
şimal  əyalətlərinin  çinliləri  arasında  yaranmışdır,  orada  vaxtilə  etnik  konsolidasiya 
prosesi üstünlük təşkil etmişdi.  
Etnik azlıqların əhalisinin tərkibində nisbətən kiçik xüsusi çəkiyə (7%-ə yaxın) 
malik  olmasına  baxmayaraq,  onlar  ölkə  ərazisinin  5/8-nə  səpələnmişlər.  Çinin  kənd 
sakinlərinin  əksəriyyəti  kompakt  kəndlərdə  yaşayır.  Böyük  kəndlərin  çoxu  əvvəllər 
heç  bir  şəhər  atmosferinə  malik  deyildi.  İndi  isə  vəziyyət  dəyişmişdir.  On  minlərlə 
əhalisi  olan  kəndlərdə  sənaye  müəssisələri  meydana  gəlmişdir.  Bazar  şəhərlərinin 
çoxu  və  hətta  iri  kəndlər  köhnədən  adətən  divarlarla  əhatə  olunurdu.  Mərkəzi  və 
cənubi Çinin kənd mənzərələrində düyü zəmiləri hakim mövqeyə malikdir. Kəndlərin 
arasında əlaqə əvvəllər əsasən sıx su yolları şəbəkəsində üzən qayıqlarla aparılırdı.  
Çinin  kənd  mənzərəsinin  digər  fərqli  xüsusiyyəti  qayadan  çapılmış  yaşayış 
yerləridir. Onlar Lyoss yaylasında, xüsusən Şimali Şensidə, qərbi Şansidə və cənub-
şərqi  Kansuda  daha  çox  idi.  Çünki  həmin  yerlərdə  Lyoss  qalın  olduğu  kimi,  meşə 
materialı  da  azdır.  Qayadan  çapılan  yaşayış  məskənləri  az  ağac  materialı  tələb  edir, 
yayda sərin, qışda isə isti olur.  
Çin  Xalq  Respublikası  yarananda  ölkədə  əhalisinin  sayı  1  milyon  nəfərdən 
yuxarı olan 9 şəhər var idi. Ölkədə urbanizasiya meyli həmin vaxtdan etibarən xeyli 
artdı,  çünki  hökumət  ölkəni  sənaye  qüdrətinə  yiyələndirmək  üçün  cəhdlərini 
gücləndirdi,  1970-ci  ildə  əhalisi  1  milyondan  çox  olan  şəhərlərin  sayı  artıq  21-ə 
çatmışdı.  1981-cı  ildəki  Honkonq  yaxınlığındakı  körfəzdə  bir  neçə  balıqçı  koması 
olan məkan, azad iqtisadi zona şəhərinə çevrilməklə, on ildən sonra 2 milyona qədər 
əhalisi  olan,  müasir  göydələnləri  və  parkları  ilə  göz  oxşayan  Şenjen  şəhəri  kimi 
tanındı. İri şəhərlər daha da böyüməyə başladı. Şanxayın sahilində olduğu dənizdəki 
süni quru adada başqa bir azad iqtisadi zona yaradılmaqla, nəhəng yeni şəhər salındı 
və o, köhnə şəhəri möhtəşəmliyinə görə kölgədə qoyur.  
Çin  çoxmillətli  ölkə  olduğundan  əhalisi  çox  sayda  etnik  və  linqvistik 
qruplardan  ibarətdir.  Bütün  sakinlər,  demək  olar  ki,  monqoloid  mənşəyə  malikdir. 



 
Hanlar əslində Çin xalqının böyük homogen kütləsini təşkil edir. Etnik azlıqların çox 
sayda  yaşadığı  yerlərdə  onlara  muxtariyyətə  bənzər  status  və  özünüidarə  hüququ 
verilir.  Xalq  hökuməti  kiçik  qrupların  münasibətinə  müvafiq  olaraq  onlara  böyük 
etimad  göstərir.  Bura  iqtisadi  rifahın  yaxşılaşdırılması,  həyat  səviyyəsinin 
yüksəldilməsi,  təhsil  qabiliyyəti  üçün  şərait  yaradılması,  onların  milli  dillərinin, 
mədəniyyətlərinin  və  savadlılıq  səviyyəsinin  yüksəldilməsi,  həmçinin  əvvəllər 
mövcud  olmayan  yazılı  dillərin  inkişaf  etdirilməsi  daxildir.  Kommunistlərin 
hakimiyyətindən  əvvəlki  50-dən  artıq  milli  azlıq  dilindən  yalnız  20-si  yazı 
formalarına malik idi və yalnız az sayda yazı dilləri, misal üçün, monqol, tibet, uyqur, 
qazax,  tay  və  koreya  dilləri  gündəlik  istifadə  olunurdu.  Digər  yazı  dilləri  isə  əsasən 
dini  məqsədlər  üçün  işlədildiyindən,  az  sayda  adamları  əhatə  edirdi.  Milli  azlıqlar 
üçün təhsil ocaqları bir sıra iri şəhərlərin nəzərə çarpan xüsusiyyətinə çevrilmişdi.  
Beş əsas dil ailəsi – Çin-tibet, altay, hind-avropa, Cənubi Asiya və İndoneziya 
dil ailələri Çində təmsil olunur. Lakin bu dil ailələrinin danışıldığı ərazilərdə milli dil 
böyük əhəmiyyət daşısa da, çin han dili ən geniş istifadə edilən dil hesab olunur. Ona 
görə də bu ərazilərdə han dilinin dialektləri mövcuddur. Ümumiyyətlə, ölkədə han dili 
lingua franca - ceniş istifadə edilən dil rolunu oynayır. Ən vacib Çin dili mandarin və 
ya  putunxua  dilidir.  Həmin  dildəki  ifadəyə  görə,  bu  «ümumi  başa  düşülən  dil» 
adlanır. Əhalinin 90 faizi bu dili başa düşür və ya ondan istifadə edir. 1955-ci ildəki 
yazı  və  dil  islahatına  görə  dövlət  dilinin  köhnə  «qoyuy»  adı  ləğv  edildi,  bu, 
«putunxua» adını aldı. Üç sahə vardır ki, burada putunxuanı bilmək çox mühüm şərt 
hesab olunur. Bu məktəb, ordu və iri sənaye istehsalıdır.  
Putunxuanın  müxtəlif  variantları  mövcuddur,  onlardan  birincisi  ənənəvi 
quanxua, müasir bayxua olmaqla, onun Pekin dialekti Şimalda ən çox danışılan dildir. 
İkincisi qərb variantıdır, onunla Çinin cənubi- qərbində və Yantszı çayının hövzəsində 
danışılır, üçüncüsü cənub variantıdır, eyni adlı coğrafi əyalətlərdə istifadə olunur. Han 
çinlilərdən başqa mançurlar və hueylər (və ya Çin müsəlmanları) həmçinin mandarin 
dilində  danışdılar  və  Çin  əlifbasından  istifadə  edirlər.  Hueylər  islam  VII  əsrdə  Çinə 
nüfuz  edəndə  bu  dini  qəbul  etmiş  çinlilərin  törəmələridir.  Onlar  o  qədər  də  çox 
deyillər,  sayları  1  milyona  yaxındır,  bütövlükdə  isə  ölkədə  müsəlmanların  sayı  20 
milyona çatır, onlara uyqurlar, qazaxlar, qırğızlar daxildir.  
Mancurlar 6 milyondan artıq olmaqla özlərini XVII əsrdə Çinə müdaxilə etmiş 
və  1644-1911-ci  illərdə  hökmranlıq  edən  Tsin  sülaləsini  yaratmış  Mancu 
döyüşçülərinin törəmələri kimi qələmə verirlər. Qədim Mancu dili faktiki olaraq ölü 
dildir və mancurlar bütünlüklə çinli mədəniyyətinə assimilyasiya olmuşlar. Tibetlilər 
5 milyona yaxın olmaqla, bütünlüklə Tibet yaylasında yaşayır, onlardan yarısı Tibet 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə