TəHSİl proqrami kiS / ps / 01 Nəşr tarixi: Razılaşdırılıb: Qeyd



Yüklə 60,34 Kb.
tarix08.12.2017
ölçüsü60,34 Kb.
#14844



Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Dövlət İqtisad Universiteti

Doktorantura üzrə dövlət standartı”



Doktorantura səviyyəsinin

TƏHSİL PROQRAMI
KİS / PS / 01

Nəşr tarixi:

Razılaşdırılıb:

Qeyd:

  1. Bu sənədlə işləyən bütün işçilər sənəddə qeyd olunmuş tələblərə riayət etməlidir.

  2. Bu sənədin çoxaldılaraq yayılması yalnız Rektorun icazəsi ilə mümkündür.


BAKI – 2016

  1. Ümumi müddəalar




    1. Doktorantura səviyyəsi üzrə Təhsil Proqramı «Təh­sil haq­qın­da» Azərbaycan Respublikası Qanununa, Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydalarının təsdiq olunması haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 129№-li 2010-cu il 01 iyul tarixli qərarına, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının bülleteni və digər qanunvericilik aktlarına uy­ğun hazırlanmışdır.

    2. Strukturda istifadə olunan işarələr:

ÜK – ümummədəni kompetensiyalar;

PK peşə kompetensiyaları.


  1. Doktorantura pilləsinin iqtisadiyyat bölməsi üzrə ixtisasların xarakteristikası




    1. Təhsil Proqramının mənimsənilməsinin normativ müddəti və məzunlara verilən elmi-ixtisas dərəcəsi:

İxtisasların şifri və adları

(İqtisad elmləri)

Elm sahələri

Verilən elmi-ixtisas dərəcəsi

Əyani forma üzrə təhsil müddəti

Kreditlərin sayı

5301.01
5302.01 5303.01

5304.01 5306.01


5307.01 5308.01 5309.01
5310.01 5311.01 5312.01
5313.01

Daxili fiskal siyasət və dövlət maliyyəsi

Ekonometriya

Mühasibat uçotu

İqtisadi fəaliyyət növləri

Texnoloji innovasiyalar iqtisadiyyatı

İqtisadi nəzəriyyə

Ümumi iqtisadiyyat

Sənayenin təşkili və dövlət siyasəti

Dünya iqtisadiyyatı iqtisad Müəs təşkili və id.olun

Sahə iqtisadiyyatı


Demoqrafiya

İqtisad
İqtisad

İqtisad


İqtisad
İqtisad

İqtisad


İqtisad

İqtisad


İqtisad

İqtisad


İqtisad

İqtisad,


coğrafiya

İqtisad,


coğrafiya,

tarix


Doktor

3 il (qiyabi forma üz­rə təhsil müddəti doktorantura proqramı 4il, dissertantura 4 il)

120

(4 fənn üzrə)



Qeyd:1 kredit 10 akademik saata bərabərdir;

  1. Doktorantın ixtisas xarakteristikası və

kompetensiyası


    1. Doktorantın ixtisas xarakteristikası

Doktorant nəzəri prinsip və tədqiqat metodları haqqında geniş təsvirə və biliyə malik olmalı, peşə hazırlığı tələb edən elmi-tədqiqat işi aparmağa və pedaqoji fəaliyyətə hazır olmalı, peşəkar fəaliyyəti çərçivəsində gözlənilməz və mürəkkəb məsələləri həll etməyi bacarmalıdır.

    1. Proqramın mənimsənilməsi nəticəsində məzunun kompetensiyasına qoyulan tələblər.

      1. Məzun aşağıdakı ümummədəni kompetensiyalara (ÜK) yiyələnməlidir:

  • özünün intellektual, ümümmədəni və peşə hazırlığı səviyyəsini tək­mil­ləş­­dirib inkişaf etdirmək (ÜK-1);

  • Elmi natiqlik vərdişlərinə yiyələnmək (ÜK-2);

  • digər sahələrin mütəxəssisləri, elmi nümayəndələri ilə ünsiyyət qurmaq
    (ÜK-3);

  • işgüzarlıq, peşəkarlıq, ünsiyyət vasitəsi kimi Azərbaycan və xarici dil­lər­dən sərbəst istifadə etmək (ÜK-4);

  • təşkilati-idarəetmə qərarlarını qəbul edib, onun nəticələrini müəyyən­ləş­dirmək və buna görə məsuliyyət daşımaq (ÜK-5);

  • müasir proqram təminatlarından elmi-tədqiqatların həllində istifadə etmək (ÜK-6);




      1. Doktorant aşağıdakı peşə kompetensiyalarına (PK) yiyələnməlidir:



Elmi-tədqiqat sahəsi üzrə:

  • kommersiya və qeyri-kommersiya təşkilatlarının maliyyə və vergi aspektləri ilə əlaqədar analitik iş metodlarına malik olmaq (PK-1);

  • elmi-tədqiqatların aparılmasının işçi plan və proqramlarının işlənilməsini həyata keçirmək, tədqiqatlar qrupu və fərdi icraçılar üçün tövsiyələr hazırlamaq (PK-2);

  • ixtisası üzrə tədqiqatların aparılma mexanizminin işlənib həyata keçirilməsi, onların nəticlərinin həllini tələb edib, icmal maliyyə hesabatlarının hazırlanması üçün məlumatları hazırlamaq (PK-3);

  • tədqiqat mövzusu üzrə məlumatların toplanması, işlənməsi və sistemləşdirilməsini həyata keçirmək, tədqiqatın metodunu və məsələlərin həlli vasitələrini müəyyən etmək (PK-4);

  • ixtisası üzrə peşəkar maliyyə və vergi fəaliyyətinə aid tədqiq olunan proseslərin və obyektlərin nəzəri və iqtisadi modellərini işləyib həyata keçirmək qabiliyyəti (PK-5);

  • sahələr üzrə tədqiq olunan proses və obyektlərin nəzəri və yeni ekonometrik modellərini işləyib hazırlamaq (PK-6);

  • tədqiqat sahəsi üzrə aktual elmi problemləri aşkar edib tədqiqat aparmaq
    (PK-7);

  • innovasiyanın sosial-iqtisadi səmərəli təminatı istiqamətlərini müəyyənləşdirib tədqiqat aparmaq (PK-8);

  • risklərin idarə edilməsi sisteminin işlənib hazırlanması məqsədi ilə təsərrüfat subyektlərinin fəaliyyətində iqtisadi risklərin aşkar edilməsi və təhlilini aparmaq (PK-9);


Pedaqoji fəaliyyət üzrə:

  • təhsil müəssisələrində ixtisası üzrə fənlərini tədris etmək
    (PK-10);

  • təhsil proqramları və tədris-metodiki vəsaitləri işləyib hazırlamaq (PK-11);

  • tədris, təlim və ya digər üsullarla öz biliklərini başqasına ötürə bilmək
    (PK-12);


Təşkilati inzibatçılıq fəaliyyəti üzrə:

  • təşkilatların inkişafının qısa və uzunmüddətli iqtisadi inkişaf siyasətinin və strategiyasının işlənib hazırlanmasına rəhbərlik etmək (PK-12);

  • müxtəlif təşkilati-hüquqi formalı təşkilatların strateji bölmələrinə elmi-metodiki tövsiyələr vermək (PK-13);

  • hazırlanmış və təsdiq edilmiş büdcənin səmərəli icrası işini təşkil etmək (PK-14);

  • qanunvericiliyin tələblərinə riayət edilməsi, qanunvericiliyin pozulması halları ilə barışmamaq və müvafiq inzibati tədbirlər görmək (PK-15);

  • Elmi-metodiki fəaliyyəti çərçivəsində gözlənilməz və mürəkkəb məsələləri həll etmək (PK-16);

  • müvafiq fəaliyyət və metodları təklif etmək və planlaşdırmağa, onların qısa və uzunmüddətli nəticələrini təhlil etmək (PK-17);

  • fəaliyyət və ya təhsil sahəsi ilə bağlı problemləri yaradıcı şəkildə müəyyənləşdirmək və ortaya qoya bilməyə, konkret vaxt çərçivəsində və məhdud informasiya şəraitində onları həll edə bilmək (PK-18);

  • fəaliyyət və təhsil sahəsi ilə bağlı problemlərin həlli zamanı müvafiq texnologiya və metodları seçmək və onlardan istifadə edə bilməyə, həmçinin potensial nəticələri müəyyənləşdirmək və ya qiymətləndirə bilmək
    (PK-19);


  • fəaliyyət və təhsil sahəsi ilə bağlı problemlərin həlli zamanı şəxsi davranışlarını tənqidi şəkildə qiymətləndirmək (PK-20);

  • fəaliyyət və təhsil sahəsi ilə bağlı problemləri Azərbaycan və bir xarici dildə şifahi və yazılı olaraq təqdim etmək və əsaslandırmağa, həmçinin mütəxəssis və qeyri-mütəxəssislərlə birgə müvafiq müzakirələrdə iştirak edə bilmək (PK-21);

  • innovativ yanaşma tələb edən mürəkkəb və gözlənilməz şəraitlərdə müstəqil şəkildə fəaliyyət göstərmək (PK-22);

  • təşkilat və ya qrupların strateji fəaliyyəti ilə bağlı məsuliyyət daşımaq
    (PK-23);


  • mürəkkəb şəraitlərdə etik qaydalara uyğun şəkildə davrana bilməyə, şəxsi davranışların etik aspektləri, imkanları, məhdudiyyət və sosial rolunu anlamağa, fəaliyyət və təhsil sahəsi ilə bağlı məsələlərdə əsaslandırılmış qiymətləndirmə aparmaq (PK-24);

  • davamlı təlim və peşəkar inkişafla bağlı şəxsi və digərlərinin ehtiyaclarını qiymətləndirməyə, həmçinin müstəqil təhsil üçün zəruri olan səmərəli metodlardan istifadə edə bilmək (PK-25).




  1. Peşə fəaliyyəti üzrə hazırlıq səviyyəsinə və təhsilin

məzmununa qoyulan minimum tələblər


    1. Peşə fəaliyyətinin xarakteristikası.




      1. Doktorantların elmi-pedoqoji fəaliyyətinin əsas istiqamətləri:

  • elmi-tədqiqat;

  • pedaqoji;

  • analitik;

  • təşkilati-inzibatçılıq və s.




      1. Hazırlıq səviyyəsinə qoyulan tələblər:


Elmi-tədqiqat fəaliyyəti üzrə:

  • biliklər iqtisadiyyatının mahiyyətini öyrənmək və tədqiq etmək;

  • iqtisadiyyatın aktual problemlərin aşkar edilərək tədqiq edilməsi;

  • iqtisadiyyatın sahələri üzrə tədqiqatın aparılması planı və proqramının işlənib hazırlanması;

  • elmi bölmələr və fərdi icraçılar üçün müvafiq tapşırıqların hazırlanması;

  • iqtisadi tədqiqatların aparılması, alınmış nəticələrin təhlili alətlərinin və metodlarının işlənib hazırlanması;

  • iqtisadi icmallarının, hesabatlarının və elmi nəşrlərin hazırlanması üçün mövcud məlumatların ümümiləşdirilməsi;

  • elmi-tədqiqat mövzusu üzrə məlumatların axtarılması, toplanılması, işlənilməsi və təhlili;

  • mikro və makro səviyyəli informasiyanın inkişafının səmərəli maliyyə təminatını aşkarlayıb tədqiq etmək;


Pedaqoji fəaliyyət üzrə:

  • ixtisası üzrə fənlərini təhsil müəssisələrində tədris etmək;

  • təhsil proqramı və tədris-metodiki materialları hazırlamaq.


Analitik fəaliyyət üzrə:

  • bazarlar infrastrukturunun inkişaf istiqamətlərini müəyyənləşdirib qiymətləndirmək;

  • kommersiya və qeyri-kommersiya təşkilatlarının fəaliyyətini xarakterizə edən iqtisadi göstəricilərini təhlil etmək;

  • iqtisadi hesabatlarının aparılması və qəbul edilmiş idarəetmə qərarlarının əsaslandırılması məqsədi ilə maliyyə və iqtisadi informasiyaların axtarışı, təhlil və qiymətləndirmək;

  • iqtisadiyyatın tənzimlənməsi metodları və alətlərinin təhlili və konseptual yanaşmaların qiymətləndirilməsi;

  • bütün növ resurslardan səmərəli istifadəni qiymətləndirmək.


Təşkilati-inzibatçılıq fəaliyyəti üzrə:

  • təşkilatın inkişafının qısa və uzunmüddətli iqtisadi inkişafı üzrə strategiyaların işlənib hazırlanmasına rəhbərlik etmək;

  • hazırlanmış və tədqiq edilmiş büdcənin icrası işini təşkil və təmin etmək;

  • iqtisadi resurslarının formalaşması və istifadəsini idarə etmək.




    1. Təhsilin məzmununa qoyulan minimum tələblər.

Bu bölümə daxil olan fənlərin öyrənilməsi nə­ticəsində doktorant:



Bilməlidir:

xarici dil üzrə:

Xarici dildə neytral səs informasiyasının və ritminin özünəməxsusluğunu, iqtisadi sahə üçün səciyyəvi olan tələffüz üslubunun əsas xüsusiyyətlərini, ümumi və terminoloji səciyyəli 4000 tədris leksik vahidləri həcmində leksik minimumu, elmi üslubun əsas xüsusiyyətlərini, dili öyrənilən ölkələrin mədəniyyəti və adət-ənənələrini, nitq etiketi qaydalarını;



ali məktəb pedaqogikası üzrə:

Azərbaycanda ali təhsil sistemini, ali məktəbin, tələbə və müəllimlərin vəzifələrini, ali təhsil müəssisəsində təlim prosesi və təhsilin məzmununu, didaktika və onun müasir problemlərini, mühazirə və ona verilən müasir tələbləri, tərbiyə və özünü tərbiyə, rəhbərlik və idarə etmə məsələlərini, elmi-tədqiqat (müəllim və tələbə) işinin metodikasını;



psixologiya üzrə:

Psixologiyanın obyekti, predmeti və metodlarını, psixologiyanın əsas isti­qa­mət­lərini, psixikanın quruluşunu, şüurluluq və qeyri-şüurluluğun qarşılıqlı münasi­bə­tini, tələbə psixologiyasını və s.



Bacarmalıdır:

xarici dillər üzrə:

Daxil olduğu ixtisasa dair mətnləri oxumağı ixtisasa dair internetdən götürülmüş mətnləri tərcümə etməyi, annotasiya, referat, tezis, tərcümeyi-hal və s. yazmağı.



Ali məktəb pedaqogikası üzrə:

Mühazirə oxumağı; seminar və məşğələləri plan­laş­dırmağı və aparmağı, elmi-tədqiqat işini yerinə yetirməyi, bununla bağlı fərziyyələr irəli sürməyi, eksperiment aparmağı və nəticələri tətbiq etməyi;



psixologiya üzrə:

Hər bir tələbəyə psixoloji baxımdan fərdi qaydada yanaşmağı, tələbələri eksperi­mentə cəlb etməyi və s.



Yiyələnməlidir:

Xarici dildə lüğətin köməyi ilə oxumaq və yazmaq vərdişlərinə, ali təhsil müəs­si­sə­sin­də tədris və tədqiqat işləri aparmağa, tələbələrə psixoloji yanaşma keyfiyyətlə­ri­nə və s.



Fənləri bölümü

Bu bölümə daxil olan fənlərin öyrənilməsi nə­ticəsində doktorant



Bilməlidir:

- müasir iqtisad elminin əldə etdiyi nailiyyətləri sistemləşdirilmiş şəkildə şərh etməyi, yeni iqtisadi sistemlərin transformasiya prosesinin qanuna-uyğunluqlarını və metodoloji prinsiplərini, mikro və makro iqtisadi problem və modellərin sistemli şəkildə şərhini, qlobal qeyri-sabitlik şəraitində iqtisadi artımın və təhlükəsizliyin qorunması siyasətini, işgüzar tsiklin idarə olunmasını, uzunmüddətli iqtisadi artımın sürətləndirilməsi yollarını;

- iqtisad elminin və iqtisadiyyatın fəlsəfi-metodoloji aspektdən dəyərləndirilməsini, mövcud nəzəri və metodoloji problemlərin konseptual qiymətləndirilməsini, müxtəlif yanaşmaların müqayisəli təhlili və nəzəri ümumiləşdirilmələrin aparılması metodikasını, iqtisadiyyatın sistemli yaranış keyfiyyətində ictimai həyatın digər sfera və sahələri ilə inteqrativ bağlılığının fəlsəfi interpretasiyasını;

- müasir maliyyə pul tədavülü və kreditin fəaliyyət qanununa uyğunluqlarını;

- makro-iqtisadi təhlili üzrə yeni tədqiqatların əsas nəticələrini;

- iqtisadi məsələlərin həlli üçün zəruri olan müasir proqram məhsullarını.


Bacarmalıdır:

- riskin və qeyri-müəyyənliyin iqtisadi mahiyyəti, oyunlar nəzəriyyəsinin məzmununu izah etməyi, alternativ strategiyanın müəyyənləşdirilməsini, gəlirlərin bölgüsü və yoxsulluğa qarşı mübarizənin istiqamətləri, qeyri-bərabərliyi törədən səbəblər, amillər və mənbələri aşkar etməyi, makroiqtisa­diyyatın əsas prinsipləri, dövlətin iqtisadi siyasəti və onun xarici ticarətin və milli iqtisadiyyatın inkişafına olan təsirini müəyyənləşdirməyi;

- iqtisadi proses və hadisələrin konseptual məzmununu tam və dolğun şəkildə üzə çıxarmağı, konseptual yanılmalara yol verilməməyi, aparılan tədqiqatların fəlsəfi metodoloji yönümünü, o cümlədən problemlərin tədqiqat metodları və şərhi üsullarını müəyyən etməyi, onların inkişaf təmayyülləri və perspektivləri haqqında əsaslandırılmış biliklər sistemini formalaşdırmağı;

- makro və mikro səviyyədə maliyyə proseslərinin dəqiq inkişaf proqnozlarını formalaşdırmaq.


Elmi-tədqiqat işləri üzrə:

Doktorant\dissertant elmi-tədqiqat işini yerinə yetirməklə aşağıdakıları bilməli Bacar­ma­lıdır:

- elmi-tədqiqat işini planlaşdırmağı;

- tədqiqat mövzusunu seçməyi;

- mövcud ədəbiyyatla tanışlıq və ədəbiyyat seçimini;

- elmi-tədqiqat işini aparmağı;

- elmi-tədqiqat işinin nəticələrini təhlil etməyi;

- təhlil nəticəsində müəyyən nəticə çıxarmağı;

- alınmış nəticələrin tədqiqi imkanlarını müəyyənləş­dir­­məyi;

- yerinə yetirilmiş tədqiqat işinin müdafiəsini;

- tədqiqat işinin nəticələrinin çapa hazırlanmasını;

- elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrdən əldə etdiyi nəticələrdən dissertasiya işində istifadə etməyi;



Yiyələnməlidir:

- peşəkar sferada praktiki fəaliyyət vərdişlərinə;

- peşəkar sfera elmi-tədqiqat işlərinin aparılmasının metod və metodologiyasına;

- sərbəst tədqiqat və elmi iş aparmaq vərdişlərinə;

- müasir vasitələrin tədqiqi ilə maliyyə və pul-kredit proseslərinin makro və mikro modelləşmə vərdişlərinə;

- maliyyə proseslərinin ekonometrik modellərinin qurulması metodologiyasına.

*Bütün bölümlərdə seçmə fənlər müvafiq səriştələrə (kompetensiyalara) uyğun ali təhsil müəssisələri tərəfindən müəyyənləşdirilir.

**İxtisaslaşmalar üzrə səriştələr (kompetensiyalar) və buna müvafiq fənlər ali təhsil müəssisələri tərəfindən müəyyənləşdirilir.




  1. Maddi-texniki, tədris bazası və kadr potensialı




    1. Ali təhsil müəssisəsinin doktorantura üzrə təhsil proqramına müvafiq hazırlanmış tədris planında nəzərdə tutulan fənlər üzrə dərslərin aparılması və elmi-tədqiqat işlərinin yerinə yetirilməsi üçün müvafiq İKT ilə təchiz olunmuş kabinet və laboratoriyalar, kompyuter sinifləri, emalatxanalar və s. ilə təmin olunmuş maddi-texniki bazası olmalıdır. Təhsilalanların ali təhsil müəssisəsinin lokal şəbəkəsinə, internetə, məlumat bazalarına, elektron kitabxanalarına, axtarış sistemlərinə çıxışı təmin edilməlidir.

    2. Fənlərin tədrisi, bir qayda olaraq, ali təhsil müəssisələrinin elmi dərəcəsi və elmi adı olan professor-müəllim heyəti tərəfindən aparılır. Bu fəaliyyətə həmin şərtləri ödəyən digər müəssisə və təşkilatlarda çalışan şəxslər cəlb oluna bilər.

    3. Doktorantların dissertasiyalarına elmi rəhbərlik, bir qayda olaraq elmlər doktoru və ya fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslər tərəfindən həyata keçirilir.




  1. Tədris prosesinin forma və metodları




    1. Doktorantın nəzəri təlimi və pedaqoji hazırlığı mühazirə və məsləhət, formalarda həyata keçirilir.

    2. Doktorant hazırlığı üzrə tədris prosesində şifahi şərh, müsahibə, interaktiv təlim, diskussiya, dəyirmi masa, illüstrasiya, tədqiqatçılıq, laboratoriya və praktik iş və digər metodlardan istifadə edilə bilər.




  1. Yekun dövlət attestasiyasına qoyulan tələblər və

qiymətləndirmə
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının bületenində qeyd edilən hüquqi-normativ sənədlərə uyğun olaraq aparılır.


Yüklə 60,34 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə