4
-Danışıq dili, ədəbi dil və rəsmi dil anlayışları;
- Azərbaycan ədəbi dilinin fonetikası, səs quruluşu, fonetik hadisə və qanunları, heca, vurğu;
- Orfoqrafiya və orfoepiya anlayışları, onların bir-biri ilə qarşılıqlı əlaqəsi, ədəbi dilimizin orfoqrafik və
orfoepik normaları;
- Yazı, əlifba, qrafika, durğu işarələri;
- Azərbaycan ədəbi dilinin lüğət tərkibi, sözlərin mənasına və işlənmə dairəsinə görə qrupları, mənşəyi, leksik və semantik
xüsusiyyətləri;
- Onomastika, frazeologiya, leksikoqrafiya, derivatologiya və digər bölmələrə aid əsas anlayışlar;
-Sözlərdə kök, əsas və şəkilçi anlayışları, nitq hissələri və onlara aid qrammatik kateqoriyalar;
-Sintaktik əlaqələr, söz birləşməsi, cümlə və mətnlə bağlı qrammatik xüsisiyyətlər;
-Ədəbi dil normalarının mənimsədilməsi, şifahi və yazılı nitq mədəniyyəti vərdişlərinin aşılanması və s.
və s.
2.
Kafedranın tarixi
Azərbaycan Dövlət Pedaqoji Universitetinin aparıcı kafedralarından biri “Müasir Azərbaycan dili” kafedrasıdır. Ölkəmizdə analoqu
olmayan bu kafedra filologiya elmləri doktoru, professor Həsən Mirzəyevin təşəbbüsü və təklifi ilə 1989-cu ilin iyun ayında universitetin
“Azərbaycan dilçiliyi” kafedrasının bazası əsasında yaradılmışdır.
Kafedranın formalaşdırılması, professor-müəllim heyətinin seçilməsi filologiya elmləri doktoru, professor Həsən İbrahim oğlu Mirzəyevə
həvalə edilmişdir. 1989-cu ilin iyun ayında filologiya elmləri doktoru, professor Həsən İbrahim oğlu Mirzəyev “Müasir Azərbaycan dili”
5
kafedrasına kafedra müdiri seçilmişdir. 2015-ci ilin fevral ayında o, vəfat etmişdir. Həmin ilin dekabr ayından
kafedraya filologiya üzrə fəlsəfə doktoru, dosent Mahirə Nağı qızı Hüseynova müdir təyin edilmişdir.
3.
Kafedraya rəhbərlik
1989-cu ilin iyun ayında filologiya elmləri doktoru, professor H.Mirzəyev “Müasir Azərbaycan dili” kafedrasına kafedra müdiri
seçilmişdir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorunun əmri ilə filologiya üzrə fəlsəfə doktoru Mahirə Nağı qızı Hüseynova 2015/2016-
cü tədris ilindən etibarən “Müasir Azərbaycan dili” kafedrasının müdiri təyin edilmişdir.
4.
Kafedra haqında ümumi məlumat
“Müasir Azərbaycan dili” kafedrası ali təhsilin bakalavriat və magistratura pillələrində “Azərbaycan dili” istiqaməti üzrə əsas aparıcı
ixtisas kafedrasıdır.
Kafedra, müasir təhsilimizim ehtiyacı olan yüksək ixtisaslı müəllimlərin hazırlanması üçün bir çox sahələri əhatə edən bir çox müxtəlif
fənlərin tədrisini həyata keçirir.
Tədris olunan fənlər üzrə tədrisin keyfiyyətini artırmaq, tədris prossesinin səmərəliliyini yüksəltmək, o cümlədən, tələbələrimizin
müxtəlif sahələr üzrə nəzəri biliklərlə yanaşı, həm də təcrübi vərdişlərini artırmaq məqsədi ilə mütəmadi olaraq elmi seminarlar keçirilərək onlara
təhsil müddətində öyrənmiş olduqları biliklərin real həyatda istifadəsi öyrədilir. Bu mənada tədris metodikamızda nəzəriyyə və praktika arasında
qurmağa çalışdığımız körpü və tarazlıq kafedramızın qeyd edilməyə dəyər ən önəmli özəlliyidir.
Müasir Azərbaycan dili kafedrası olaraq missiyamız
tələbələrimizə dilçilik sahəsində ən yaxşı təhsili və ən
müasir bilikləri verərək məzunlarımızın həm ölkə
daxilində, həm də beynəlxalq səviyyədə olan karyera
imkanlarından faydalanmaları üçün lazımi bilik və
qabiliyyətlər əldə etmələrini təmin etmək və rəqabətə
Vizyonumuz
Müasir Azərbaycan dili kafedrasının vizionu ölkə və regional
səviyyədə tanınan professional və yüksəkixtisaslı kadrlar
hazırlayaraq, yüksək təhsil standartına sahib olan kafedra
olmaqdır.
6
5.
KAFEDRANIN İSTİFADƏ ETDİYİ TƏDRİS MODELİ
Müasir Azərbaycan dili kafedrasının təklif etdiyi tədris modeli aşağıdakı diaqramda öz əksini tapmışdır. Belə ki, birinci kursda tələbələr
Müasir Azərbaycan dilinin fonetikasını mənimsəyir. Həmçinin, universitetin digər fakültələrində Azərbaycan dili və nitq mədəniyyəti fənni tədris
olunur. II kursda tələbələr I semesetrdə Müasir Azərbaycan dilinin leksikologiyası, II semestrdə isə Müasir Azərbaycan dilinin morfologiyası
fənlərini öyrənir, III kursda davam olaraq Müasir Azərbaycan dilinin sintaksisi fənnini öyrənməklə yanaşı ixtisasları üzrə tədris təcrübəsinə
yiyələnir və IV kursda Türk dillərinin müqayisəsi Seçmə fənn (Azərbaycan dilində fel) fənləri öyrənilir.
7
6.
Müəllim heyətinin tərkibi və ümumi dərs yükü
Dördüncü kurs: Türk dillərinin müqayisəsi və Seçmə fənn (Azərbaycan dilində fel)
Üçüncü kurs : Müasir Azərbaycan dilinin sintaksisi
İkinci kurs: Müasir Azərbaycan dilinin leksikologiyası və Müasir Azərbaycan dilinin
morfologiyası
Birinci kurs: Müasir Azərbaycan dilinin fonetikası və Azərbaycan dili və nitq mədəniyyəti
Dostları ilə paylaş: |