TəHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 33,76 Kb.
Pdf görüntüsü
səhifə21/25
tarix10.12.2017
ölçüsü33,76 Kb.
#14913
1   ...   17   18   19   20   21   22   23   24   25

 
 
 
88 
 
B.Ə.Xəlilov həm də elmi işlərin çapı üçün əlindən gələni əsirgəmir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin 
daxili  nəşriyyatında çap olunan  «Filologiya  məsələlərinə dair tematik toplu»  və  «Dədə Qorqud» elmi  məcmuələrinin 
redaktoru, «Pedaqoji Universitet Xəbərləri, humanitar elmlər seriyası» elmi jurnalının isə məsul katibidir. 
B.Ə.Xəlilov Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Yazıçılar Birliyindəki «İrs» 
komissiyasının üzvüdür. 
2003-2004-cü  illərdə  AAK-ın  Filologiya  ixtisası  üzrə  Ekspert  şurasının  üzvü  olmuşdur.  2006-2013-cü  illərdə  Bakı  Dövlət  Universitetindəki 
filologiya elmləri doktoru və filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün dissertasiyaların müdafiəsini keçirən D.02.181 Dissertasiya 
Şurasının üzvü olmuşdur. 
B.Ə.Xəlilov Respublikamızın və Azərbaycan Dövlət Pedaqoji Universitetinin ictimai həyatında fəal  iştirak edir. İki dəfə 1999-cu və 2004-cü 
illərdə Nəsimi bələdiyyəsinə üzv seçilmiş, Sosial məsələlər daimi komissiyasına sədrlik etmişdir. 2006-cı il dekabr ayının 26-da Azərbaycanda təhsil 
sisteminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuşdur.  
B.Ə.Xəlilov  2001-ci  ildə  «İlin  alimi»  nominasiyasının,  2003-cü  ildə  «Vektor»  Beynəlxalq  Elm  Mərkəzi  Mükafat  Komissiyasının  qərarı  ilə 
«Azərbaycanın  gənc  alimləri»  Beynəlxalq  layihəsinin  qalibi  olmuşdur.  O,  2004-cü  ildə  Azad  Qələmlər  Cəmiyyəti  tərəfindən  Azərbaycan  dili, 
ədəbiyyatı və türkologiya elmlərinin tədqiqi-təbliği sahəsindəki xidmətlərinə görə «Qızıl qələm» fəxri mükafatı laureatı seçilmişdir. 2006-cı və 2009-
cu illərdə «Vektor» Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə «XXI əsrin ziyalısı» adına layiq görülmüşdür. 2009 və 2010-cu illərdə 
“XX – XXI əsrin yaradıcı və ziyalı insanları” sırasında yer alanlardan biri olmuşdur. 2009-cu ildə türk ədəbiyyatına xidmətləri ilə bağlı olaraq Türkiyə 
Cümhuriyyətinin KIBATEK Akademik ÜYESİ diplomunu alıbdır. KIBATEK Akademik Üyesi seçilmişdir.  
2006-cı  ildə  VII  Uluslararası  Türk  dili  Qurultayının  iştirakçısı  olmuş,  məruzə  ilə  çıxış  etmiş,  eyni  zamanda  qurultayın  bölmələrindən  birinə 
sədrlik etmişdir. 
2006-2007, 2007-2008-ci tədris illərində  ADPU-da “İlin müəllimi”, 2011- ci və 2013-cü illərdə “İlin alimi” müsabiqəsinin qalibi olmuşdur. 
2009-cu ildə Azərbaycan Respublikasında referendum üzrə təşviqat qrupunun (“Tərəqqi”) təyinatı əsasında vəkil edilmiş şəxs olmuşdur. 
2011-ci ilin Prezident təqaüdçüsüdür. (Yazıçılar Birliyinin üzvü kimi) 
2011-ci  ilin  may  ayının  23-də  Azərbaycan  Kütləvi  İnformasiya  Vasitələri  İşçilərinin  Həmkarlar  İttifaqı  tərəfindən  “Xalqın  nüfuzlu  ziyalısı” 
mükafatı laureatı seçilmişdir. 
2011-ci  ilin  dekabr  ayında  Azərbaycan  Respublikası  Beynəlxalq  Diaspor  Mərkəzi  tərəfindən  İrəvan  Xanlığının  tarixi  və  mədəniyyəti 
sahəsindəki xidmətlərinə görə fəxri diplomla təltif olunmuşdur. 
2012-ci  ildə  (2-7  apreldə)  Bakı  şəhərində  Fəal  təlim  və  Müasir  Təlim  Texnologiyaları  üzrə  təlimdə  iştirak  etmiş,  Azərbaycan  Respublikası 
Təhsil Nazirinin sertifikatını almışdır. 
2011-ci ildən Dilçilik ixtisası üzrə Koordinasiya Şurasının üzvüdür. 
2014-cü ildə Dilçilik ixtisası üzrə Koordinasiya Şurasının sədrinin müavini kimi fəaliyyət göstərmişdir. 
2012-ci  ildə  “Mərhəmət  elçisi”  beynəlxalq  ictimai-siyasi,  analitik  jurnal  tərəfindən  Azərbaycan  milli  ədəbiyyatının  inkişafında  böyük 
xidmətlərinə görə “Elm fədaisi” diplomu ilə təltif edilmişdir. 


 
 
 
89 
 
Kütləvi  informasiya  vasitələri  tərəfindən  2013-cü  ildə  keçirilmiş  sorğunun  nəticələrinə  əsasən  vətəndaşlıq 
mövqeyi və əməli uğurlarına görə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqı tərəfindən 
“İlin alimi” mükafatı laureatı olmuşdur. 
2013-cü ildən AAK-ın Filologiya ixtisası üzrə Ekspert Şurasının üzvüdür. 
2013-cü ildən Türkologiya jurnalının sahə redaktorlarından (Azərbaycan dili, terminologiya üzrə) biridir. 
2013-cü  ildə  Sülhün  təbliği  sahəsindəki  xidmətlərinə,  insanların,  xüsusən  də  gənc  nəslin  bəşəri  ruhda  tərbiyə  olunmasında  və  yüksək 
mənəviyyat nümunəsi göstərdiyinə, “Əsl İnsan” məktəbinin təşkilatçısı və “İdeal Dünya” uğrunda göstərdiyi fəaliyyətə  görə “Qalib Sultan” diplomu 
ilə təltif olunub. 
17 iyun 2014-cü il tarixdə Azərbaycan Yazıçılar Birliyinin VII Qurultayının nümayəndəsi olubdur. 
2015-ci ilin aprel ayında Türk dünyası araşdırmaları uluslararası elmlər akademiyasının akademiki seçilib. 
2015-ci ilin 19 mayında “Beynəlxalq Rəsul Rza” mükafatına layiq görülüb. 
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 8 dekabr 2015-ci il tarixli, 450 №li sərəncamına əsasən Azərbaycan Respublikasının Nazirlər 
Kabineti yanında Terminologiya Komissiyasının yeni tərkib komissiyasına üzv seçilmişdir. 
Azərbaycan  Milli  Elmlər  Akademiyasının  Rəyasət  Heyətinin  17  fevral  2016-cı  il  tarixli  4/14  nömrəli  qərarı  ilə  AMEA-nın  “Türkologiya” 
jurnalının  redaksiya  heyətinin  üzvü  seçilmişdir.B.Ə.Xəlilov  doktorantların  və  gənc  tədqiqatçıların  XVIII,  XIX,  XX  Respublika  elmi  konfransının 
“Filologiya” bölməsinin işinin təşkilində və keçirilməsində səmərəli fəaliyyət göstərən bölmə rəhbəri olmuşdur. Ailəlidir, iki övladı var. 
 
4.
BAYRAMOV İBRAHİM MƏHƏMMƏD OĞLU 
 
İbrahim  Məhəmməd  oğlu  Bayramov    25  yanvar  1954-cü  ildə    Göyçə  mahalının  Toxluca  kəndində  anadan  olmuşdur.  1961-ci  ildə  indiki 
Ermənistan  Respublikası,  Krasnoselo  rayonunun  Toxluca  kənd  orta  məktəbinin  I    (birinci)  sinfinə  qəbul  olunmuş,  1971-ci  ildə  həmin  məktəbin  X 
(onuncu)  sinfini  bitirmişdir.  1971-ci  ildə    qədim  Azərbaycan  şəhəri  İrəvanda  yerləşən  X.Abovyan  adına  Ermənistan  Dövlət  Pedaqoji  İnstitunun  
filologiya  fakültəsinin  Azərbaycan  şöbəsinin  I  kursuna  qəbul  olunmuş,  1975-ci  ildə  həmin  institutu  fərqlənmə  diplomu  ilə  bitirmişdir.  Əmək 


Yüklə 33,76 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə