Azərbaycan Respublikası Təhsil
Nazirliyinin 22 iyun 2015-ci il tarixli,
690 nömrəli əmrinə 13 nömrəli əlavə
Tədris planlarına dair qeydlər
1.
Azərbaycan Respublikasının ümumtəhsil məktəbində tədrisi nəzərdə tutulan xarici
dil (dillər) ingilis, alman, fransız, rus, ərəb, fars dilləri arasından seçilir.
2. Tədris dilindən asılı olmayaraq, bütün ümumtəhsil məktəblərində xarici dilin tədrisi
I (birinci) sinifdən başlanır. Tədrisi I (birinci) sinifdən başlanan xarici dil şagirdin məktəbdə
öyrəndiyi əsas xarici dil hesab edilir.
3. Xarici dilin (dillərin) tədrisi üçün məktəbdə müvafiq pedaqoji kadr potensialının və
maddi-tədris bazanın olması zəruri şərt hesab edilir.
4. Bu “Qeydlər”in 3-cü bəndində nəzərdə tutulan şərt ödənilməklə bir neçə xarici dil
tədris olunan məktəbdə övladı üçün müvafiq xarici dil onun valideyni (digər qanuni
nümayəndəsi) tərəfindən seçilir.
5. Valideynlərin (digər qanuni nümayəndələrin) seçimi ilə bağlı zərurət yaranarsa,
eyni sinifdə iki xarici dil qrupu təşkil oluna bilər. Bu halda aşağıdakılar nəzərə alınmalıdır:
5.1. Həmin sinfin bu “Qeydlər”in 19-cu bəndində nəzərdə tutulmuş qayda üzrə 2 (iki)
qrupa bölünməsi.
5.2. Bu qrupların dil seçiminə görə bərabər şagird sayı, yaxud qismən az say fərqi ilə
komplektləşdirilməsi.
5.3. Məktəbdə həmin xarici dillərin hər biri üzrə ən azı iki nəfər müəllimin olması.
6. Ümumtəhsil məktəblərində ikinci xarici dil V (beşinci) sinifdən etibarən tədris
olunur.
7. Müvafiq pedaqoji kadr potensialı və tədris bazası olduğu halda, ikinci xarici dilin
tədrisindən və öyrənilməsindən imtina olunması yolverilməzdir.
8. İkinci xarici dilin tədrisini təmin etmək məqsədilə əməkhaqqı mövcud qaydada
ödənilməklə digər təhsil müəssisələrindən müəllim (mütəxəssis) dəvət oluna bilər.
9. I və V (birinci və beşinci) siniflərdən başlayaraq tədris edilən xarici dillərin növbəti
siniflərdə dəyişdirilməsinə yol verilmir.
10. Xarici dil (dillər) üzrə müvafiq pedaqoji kadr potensialı olmadığı halda:
10.1. İbtidai siniflərdə xarici dilə ayrılan saat ana dilinin (tədris dili) tədrisinə verilir.
10.2. V-VIII (beşinci-səkkizinci) siniflərdə xarici dilə ayrılan saatlar hər birinə 1 (bir)
saat olmaqla ana dili (tədris dili), “Ədəbiyyat” və “Riyaziyyat” fənlərinin tədrisinə verilir.
10.3. IX-XI (doqquzuncu-onbirinci) siniflərdə xarici dilə ayrılan saatların digər
fənlərin tədrisinə verilməsi (hər birinə 1 (bir) saatdan artıq olmamaq şərtilə) məsələsi məktəb
pedaqoji şurasının qərarına əsasən həll edilir. Bu halda həmin fənlərdən ixtisaslı pedaqoji
kadrların olması nəzərə alınır.
11. İkinci xarici dil tədris edilməyən məktəblərdə bu məqsədlə ayrılan saat əsas xarici
dilin öyrənilməsinə, ümumiyyətlə xarici dil keçilməyən məktəblərdə isə “Texnologiya”
fənninin tədrisinə verilir.
12. Tərkibində III (üçüncü) və ya IV (dördüncü) sinif olan komplekt siniflərdə ana
dili (tədris dili) 10 (on) saat, “Həyat bilgisi” və “Texnologiya” fənlərinin hər biri 2 (iki) saat
tədris olunur.
13. Dərsdənkənar, fakültativ məşğələ qrupları və dərnəklər şagirdlərin sayı 8 (səkkiz)
nəfərdən az olmamaq şərti ilə komplektləşdirilir. Eyni məzmunlu dərsdənkənar məşğələ və
fakültativ kursun 8 (səkkiz) nəfərdən az sayda komplektləşdirilən yaxın siniflərin (məsələn,
V-VI, VI-VII, VII-VIII və s.) şagirdlərindən ibarət təşkilinə icazə verilir.
14. I-XI (birinci-onbirinci) siniflərdə müvafiq olaraq dərsdənkənar məşğələlərə,
fakültativ, fərdi və qrup məşğələlərinə ayrılmış saatlardan 1 (bir) saatı dərs cədvəlinə daxil
edilməməklə “Həyati bacarıqlara əsaslanan təhsil” kursunun tədrisinə verilir.
Şagirdlərin sayı 8 (səkkiz) nəfərdən az olan siniflərdə həmin kurs sinif təşkilat
saatlarında keçilir.
15.
I (birinci) sinifdə dərsdənkənar məşğələlərə ayrılan 1 (bir) saat dərs cədvəlinə
daxil edilməklə “Riyaziyyat” fənninin tədrisinə verilir. II-IV (ikinci-dördüncü) siniflərdə
dərsdənkənar məşğələlərə ayrılan digər 1 (bir) saat müəyyən edilmiş məktəblərdə dərs
cədvəlinə daxil olunmaqla “Şahmat” fənninin tədrisinə, “Şahmat” fənni keçilməyən
məktəblərdə “Riyaziyyat” fənninin tədrisinə verilir.
“Riyaziyyat” fənni üzrə müvafiq əlavə mövzular aidiyyəti fənn müəllimlərinin iştirakı
ilə təhsil şöbəsinin (idarəsinin) metodkabineti tərəfindən hazırlanıb təsdiq edilir.
16. Füzuli, Beyləqan, Ağcabədi, Ağdam, Tərtər, Goranboy, Xocavənd, Göygöl,
Daşkəsən, Gədəbəy, Tovuz, Qazax, Ağstafa, Kəlbəcər, Laçın, Cəbrayıl, Şuşa, Qubadlı,
Xocalı, Zəngilan rayonlarının bütün ümumtəhsil məktəblərinin, habelə Naxçıvan MR-in
Ermənistanla sərhəddə yerləşmiş ümumtəhsil məktəblərinin VI (altıncı) siniflərində
dəsrdənkənar məşğələlərə ayrılmış vaxt hesabına həftədə 1 (bir) saat olmaqla ikinci
yarımildə “Mina təhlükəsinə dair maariflənmə” adlı fakültativ kurs tədris olunur.
Qeyd edilən rayonların bütün ümumtəhsil məktəblərinin və Naxçıvan MR-in
Ermənistanla sərhəddə yerləşmiş ümumtəhsil məktəblərinin IV (dördüncü) siniflərində isə
həmin kurs üzrə mövzular “Həyat bilgisi” fənninin daxilində keçilir.
17. Müvafiq ixtisaslı kadrları və maddi-texniki, tədris bazası olan ümumtəhsil
məktəblərinin IX (doqquzuncu) sinfində fakültativ, fərdi və qrup məşğələlərinə ayrılan
saatlardan 1 (bir) saatı dərs cədvəlinə daxil edilməklə “İnformatika” fənninin tədrisinə
verilir.
18. VIII (səkkizinci) sinifdə dərsdənkənar məşğələlərə ayrılan saatlardan 1 (bir) saatı
dərs cədvəlinə daxil edilməklə “Qarabağın tarixi” kursunun tədrisinə ayrılır.
19. Müvafiq maddi-tədris baza və ixtisas müəllimləri olduğu halda, şagirdlərin sayı 20
(iyirmi) və daha çox olan siniflər aşağıdakı fənlərin tədrisində iki qrupa bölünür:
19.1. Təlim rus və gürcü dillərində aparılan ümumtəhsil məktəblərinin I-XI (birinci-
onbirinci) siniflərində Azərbaycan dili (dövlət dili kimi).
19.2. Təlim dilindən asılı olmayaraq, bütün ümumtəhsil məktəblərinin I-XI (birinci-
onbirinci) siniflərində xarici dil, V-VIII (beşinci-səkkizinci) siniflərdə ikinci xarici dil.
19.3. Bütün ümumtəhsil məktəblərinin V-XI (beşinci-onbirinci) siniflərində “Fiziki
tərbiyə”, V-VIII (beşinci-səkkizinci) siniflərində “Texnologiya” (ikinci xarici dilə ayrılan
saat hesabına tədris edilən “Texnologiya” dərsləri istisna olunmaqla).
19.4. Seçmə fənlərə ayrılan saatlardan 1 (bir) saat verilməklə “İnformatika” fənninin
2 (iki) saat tədris olunduğu ümumtəhsil məktəblərinin X-XI (onuncu-onbirinci) siniflərində
həmin dərslər üzrə praktik məşğələlər.
20. Kompyuter kabineti olmayan ümumtəhsil məktəblərində “İnformatika” fənni üzrə
praktik məşğələ keçilmir.
21. Təhsil Nazirliyinin 21 sentyabr 2010-cu il tarixli, 1241 nömrəli əmri ilə təsdiq
edilmiş “Gənclərin çağırışaqədərki hazırlığı” fənn proqramına əsasən, tibbi biliklərin
əsaslarına aid mövzular bütün sinfə tədris olunur.
22. IX-XI (doqquzuncu-onbirinci) siniflərdə seçmə saatların tətbiqi 2006-2007-ci
dərs ili üçün təsdiq edilmiş müvafiq qaydalar üzrə aparılır.
23. Ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də
başa çatır. Dərs ili iki yarımilə bölünür:
23.1. birinci yarımil - 15 sentyabr - 26 yanvar;
23.2. ikinci yarımil - 1 fevral - 14 iyun.
24. Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilir:
24.1. 5 gün payız tətili (16-20 noyabr);
24.2. 5 gün qış tətili (27-31 yanvar).
25. İbtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilir.
ərs ili 5 günlük tədris həftəsi ilə işləyən məktəblərdə 34.4 tədris həftəsindır.
Dostları ilə paylaş: |