TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə



Yüklə 15,93 Mb.
Pdf görüntüsü
səhifə22/219
tarix28.06.2018
ölçüsü15,93 Mb.
#52003
1   ...   18   19   20   21   22   23   24   25   ...   219

49 

 

1944-cü il fevralın 9-dan 10-na keçən gecə Dnepr çayını keçdiyinə və martın 23-də 



Nikolayev  şəhərini  azad  etdiyinə  görə  diviziya  Ali  Baş  Komandanın 

təşəkkürnaməsini aldı.  Aprelin 10-da  diviziya  qızıl ordunun digər birləşmələri ilə 

birgə  Odessa  şəhərini  azad  etdi.  Odessa  uğrunda  döyüşlərdə  416-cı  diviziya 

tərəfindən  düşmənin  2000-dən  çox  əsgər  və  zabiti  əsir  alınmış,  150  vaqon,  18 

lokomotiv,  8  döyüş  sursatı  anbarı  qənimət  götürülmüşdü.  Diviziyanın 

minaaxtaranları Odessa şəhərinin nadir memarlıq incisi olan Opera Teatrı binasını 

partlayışdan xilas etmişdilər. 

SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə Odessanın düşməndən azad 

edilməsində  göstərdiyi  döyüş  nailiyyətlərinə  görə  416-cı  Taqanroq  diviziyası  II 

dərəcəli  Suvorov  ordeni,  diviziyanın  500-dən  artıq  döyüşçüsü  isə  SSRİ  orden  və 

medalları ilə təltif olunmuşdu.

84

 



Sağ sahil Ukraynasının alman-faşist işğalçılarından azad olunmasında 223-

cü  diviziya  da  fəal  iştirak  etmişdi.  1944-cü  ilin  yanvar-fevral  aylarında  diviziya 

döyüşçüləri  Verblojok  ətrafında  şiddətli  əks-hücumun  qarşısını  alaraq  düşmənin 

900  əsgər  və  zabitini,  101  top,  23  minomyot  və  45  pulemyot  atəş  nöqtəsini 

dağıtmışlar.

85

  1944-cü  ilin  mart-aprel  aylarında  223-cü  diviziya  Qızıl  Ordunun 



digər  birləşmələri  ilə  Kirovoqrad  və  Kaxovka  şəhərlərini  azad  edərkən  4000 

hitlerçi,  çoxlu  tank  və  top,  digər  hərbi  texnika  məhv  etmiş,  1944-cü  ilin  yazı 

ərzində  950  kv.km  ərazini  düşməndən  təmizləmiş,  90-a  yaxın  kənd  və  qəsəbəni 

azad etmişdi.

86

 

223-cü  diviziya  sovet  qoşunlarının  məşhur  Yassı-Kişinyov  əməliyyatında 



bilavasitə  iştirak  etmişdi.  Diviziyanın  B.Mehdiyevin  komandanlıq  etdiyi  1041-ci 

alayı  Saratov-Qalbena  ətrafındakı  döyüşdə  sıralarında  dörd  general  olan  2500 

hitlerçini məhv etmiş və əsir götürmüşdü. 

Ümumiyyətlə, 

Ukraynanın 

azad 


olunması 

uğrunda 


döyüşlərdə 

Azərbaycanın 20 igid oğlu Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, yüzlərlə 

döyüşçü orden və medallarla təltif olunmuşdu. 

Azərbaycanın fəxri olan 416-cı diviziya avqustun 24-də qızıl ordunun digər 

birləşmələri tərkibində Moldaviya SSR-in paytaxtı Kişinyovu azad etmişdi. 416-cı 

diviziyanın  döyüşçüləri  Ali  Baş  Komandanın  təşəkkürünə  layiq  görülmüşdülər. 

Kişinyov  uğrunda  döyüşlərdə  223-cü  diviziyanın  döyüşçüləri  də  fərqlənmişdilər. 

Onlar 4000 düşmən əsgər  və  zabitini  məhv etmiş, 3835-ni  əsir  almışdılar. Topçu 

serjant  X.Hüseynov  üç  döyüşçü  ilə  7  faşist  tankının  hücumunu  dəf  edərkən 

onlardan beşini sıradan çıxarmış, 30 hitlerçini öldürmüşdü. Cəsur topçu I dərəcəli 

Vətən müharibəsi və II dərəcəli Şöhrət ordenləri ilə təltif olunmuşdu.

88

 



Faşistlərin  Sağ  sahil  Ukraynasında  məğlubiyyəti  Krımın  azad  edilməsini 

yaxınlaşdırırdı.  1944-cü  il  aprelin  8-də  sovet  qoşunları  Perekopun  şimalından 

hücuma  keçdilər.  Krımın  azad  olunmasında  77-ci  və  227-ci  diviziyalar  əsil 



50 

 

qəhrəmanlıq nümayiş etdirdilər. 77-ci diviziya və 19-cu tank korpusu Tyumaşevsk 



ətrafında  güclü  həmlə  ilə  düşməni  Cankoy  dəmir  yol  qovşağından  çıxararaq 

Simferopola  yol  açdı.  Suran-Barık,  Maryanovka  və  Yekaterinovka  yaşayış 

məntəqələri  uğrundakı  şiddətli  döyüşlərdə  77-ci  diviziyanın  əsgərləri  5  min 

hitlerçini öldürmüş, 410-nu əsir almış, 29 top, 25 avtomobil və 50 vaqonu sursatla 

ələ  keçirmişlər.  1944-cü  il  aprelin  13-də  77-ci  diviziya  19-cu  tank  korpusu  ilə 

birlikdə  düşməni  Simferopoldan  çıxarmış,  minlərlə  faşisti  əsir  almışdı.  SSRİ  Ali 

Soveti  Rəyasət Heyətinin 1944-cü  il 24 aprel  tarixli  Fərmanı ilə  77-ci diviziyaya 

fəxri "Simferopol" adı verilmişdi.

89

 

1944-cü  il  mayın  7-də  diviziya  Sapun-dağı  ələ  keçirdi.  Tikanlı  məftillə 



əhatə  olunmuş,  dəmir-beton  örtüklü  bir  neçə  pulemyot  və  minomyot  atəş 

mövqeyini susduran Əmir Piriyevin dəstəsi düşmənə yaxınlaşaraq qumbaralarla 20 

hitlerçini öldürmüşdü. Komandirin yaralandığını görən Ə.Piriyev qvardiya rotasını 

hücuma  aparmış,  Sapun-dağın  zirvəsində  düşmənin  mühüm  atəş  nöqtəsini  ələ 

keçirərək şəxsən özü 16 hitlerçini məhv etmişdi. Döyüş şücaətinə görə Ə.Piriyevə 

Sovet İttifaqı Qəhrəmanı adı verilmişdi.

90

 

Sapun-dağ uğrunda döyüşlərdə Məmməd Dadaşov düşmən müdafiə xəttinə 



birinci olaraq çatdı və 17 faşisti öldürdü. Komandanlıq onu "Qırmızı Ulduz" ordeni 

ilə  təltif  etdi.

91

  Əbdüləziz  Qurbanov  bir  qrup  avtomatçı  ilə  düşmən  səngərlərinə 



yaxınlaşıb  qumbara  ilə  onlarla  hitlerçini  məhv  edərək,  Sapun-dağın  zirvəsinə 

qələbə  bayrağı  sancmışdı.  Ə.Qurbanov  "Qırmızı  Bayraq"  ordeninə  layiq 

görülmüşdü.

92

  Qvardiya  baş  leytenantı  Əhməd  Ağamirov  bir  qrup  topçu  ilə 



Sevastopol  ətrafında  mühasirədən  çıxmağa  cəhd  göstərən  faşistlərin  yolunu 

kəsərək, bir generalı, altı zabiti, 230 əsgəri əsir almış, xeyli qənimət ələ keçirmişdi. 

Ə.Ağamirov I dərəcəli Vətən müharibəsi ordeni ilə təltif olunmuşdu.

93

 



77-ci  diviziya  Sevastopola  birinci  daxil  oldu.  1944-cü  il  mayın  7-8-də 

diviziyanın  105  və  276-cı  alayları  faşistlərin  şiddətli  müqavimətini  qıraraq 

Malaxov  Kurqanı  ələ  keçirdi.  Mayın  9-da  diviziyanın  324-cü  alayı  şəhərin 

mərkəzində, dəmir yol vağzalında möhkəmləndi və əsas qüvvələrin gəlişinə qədər 

tutduğu  mövqeləri  saxladı.  Krımın  azad  olunması  uğrunda  döyüşlərdə  diviziya 

düşmənin  3  min  əsgər  və  zabitini  məhv  etdi,  1652  faşisti  əsir  aldı.  Sevastopolu 

düşməndən  azad  edərkən  Sapun-dağ  ətrafında  döyüşdə  nailiyyətlərinə  görə 

diviziya I dərəcəli Suvorov ordeninə layiq görüldü. Krımın azad edilməsi uğrunda 

döyüşlərdə 3141 əsgər və zabit SSRİ orden və medalları ilə təltif olundu. Ay-Petri 

uğrunda  döyüşdə  topçu  Süleymanov  və  dostu  Tereşşenko  düşmənin  çoxlu  hərbi 

texnikasını, 90 əsgər və zabitini məhv edib, topları ilə Ay-Petriyə qalxaraq dənizdə 

faşistlərlə dolu bərəni batırdılar.

94

 

1944-cü  ilin  aprelində  227-ci  diviziya  Feodosiya  və  Yalta  uğrunda 



vuruşlarda  5  mindən  artıq  düşmən  əsgər  və  zabitini  məhv  etdi,  8  min  nəfəri  əsir 


Yüklə 15,93 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə