TariXİn küSÜFLƏRİ 4- cü məqalə Azərbaycan Toponimlərinin kök Araşdırması (3-cü Bölüm)



Yüklə 83,1 Kb.
tarix20.10.2017
ölçüsü83,1 Kb.
#5555

TARİXİN KÜSÜFLƏRİ 4- cü məqalə Azərbaycan Toponimlərinin kök Araşdırması (3-cü Bölüm)

Yardımlı Rayonu :Yardımlı Şəhər Adının Etimologiyası Yazar : Fərhad Cavadi Abdulla oğlu / Urmiya / 8 - İyun 2014



Azərbaycanın hər bir bölgəsi öz təbii şəraitindən asılı olaraq ,özünə xass təbiəti və coğrafi özəllikləri özündə əks etdirərək, o bölgədə olan etnotoponimlər,oykonim,oronim və hidronimlərin adlarının təməl səbəblərinə zəmin yaradıb və bununla da Azərbaycan qədim yerli və sakin türk xalqı və türk soylu tayfaları (indiki Azərbaycanlıların ulu əcdadları) tərəfindən toponimlərə ad qoyulmasına və ya ad verilməsinə səbəb olubdur. e:\for farhad cavadi !\new folder\1476525_263569640459717_1449921484_n.jpgAzərbaycan ərazisində yerləşən bu bölgələrdən birisi də Quzey Azərbaycanın ən dilbər güşələrindən biri olan , Peştəsər sıra dağlarının şimal-qərbində yerləşən "Yardımlı" bölgəsidir. Azərbaycanın bu bölgəsi, çox qədim tarixə malikdir. Yardımlı rayonun hazırda 91 kəndi var. Bu rayonun mərkəzi də Yardımlı şəhəridir. Bu rayonun iqlimi əsasən yayı quraq keçən mülayim isti ilə hiss edilir. Qışı sərt keçir. Eosen dövründə burada güclü vulkan püskürmələri fəaliyyətə başlamışdır.Yüksəlik qalxdıqca dağ yamaclarının mailliyi və çay dərələri də artaraq inkişaf etmişdir.Səthi əsasən dağlıq olan Yardımlı oroqrafiq qurluşuna görə üç dağ silsiləsindən və onların arasında yerləşmiş bəzi çökəklik və düzəlmə sahələrindən ibarətdir.Bu rayonun əsas çayı "Viləş"dir. Kollu meşə və çəmənlər geniş yer tutur. Rayonun əhalisinin əksəriyyəti kəndlərdə yaşayır.Yardımlı Azərbaycanın ən qədim yaşayış məskənlərindən hesab olunur. Yardımlının bir çox tarixi abidələri var. O sıradan "Qız qalası" ,"Abudərdə türbəsi" , "Cüzünqala" ,"Moran bürcü" və başqaları xüsusi əhəmiyyətə malikdir. Azərbaycan bölgələri və o sıradan Yardımlı bölgəsinin toponimlərinin adlarını araşdırarkən belə bir qənaətə gəlmək olar ki bütün qeyri türk ölkələrin uygarlığı və mədəniyyəti məhz buradan başqa yerlərə səpələnmişdir və Yardımlı da bu coğrafi mənanın içində yerləşərək ,Azərbaycanın bir parçası kimi,bu prosesdə geniş və aktiv rola malikdir və bu da Yardımlının qədim tarixə malik olduğuna bir danılmaz subut və dəlildir. İndiyə qədər Yardımlı tarixi haqqında tarixşunaslıq elminin əlində ayrıca mükəmməl bir əsər yoxdur.Biz yardımlı toponimlərinin kök araştırmasında bu nəticəyə çatmış oluruq ki bu rayonun 99 faiz əhalisini Azərbaycan türklərindən təşkil olunub və deyilənlərə görə təkcə üç kənddə Alar , Şıxhüseynli və Tilə kəndlərində qeyr-i türk xalq yaşamışlar. ərazinin Lənkəran xanlığına daxil edilməsi əslində formal xarakter daşımışdır. e:\for farhad cavadi !\new folder\yardimliregion.jpg Yardımlı bölgəsinin xalqı hər zaman tarix boyu (dövlət mənbələrinə və arxivlərinə əsasən) yad elli və hətta daxili el və yurd duşmanlarına qarşı döyüşkən ruha sahib bir vuruşqan xalq olub.Xalqı və yurdu uğrunda,Yardımlı`lı tam bir savaş və döyüş adamıdır və bu savaş ruhunu daşımaq onda səbəbsiz deyil və oxucu məqaləni tam oxuyub bitirdikdən sonra bunun mifik psixologiya səbəb olmasını anlayacak.Onlar hətda Rus işqalına,sovetlərə qarşı amansızca mubarizədən əl çəkməmiş və tarixçilərin dediyinə görə sovetlərə qarşı mübarizənin ən güclü olduğu bölgələrin başında Yardımlı bölgəsi dururdu və bu səbəbdən işqalçı duşman,Yardımlının sərhədyanı kəndlərini boşaltmağa əl atır.İşqalçı sovet hakimiyyəti Yardımlının İranla sərhəd kəndlərdə yaşayan 700 ailəni SSRİ-nin müxtəlif bölgələrinə ,300 ailəni isə Azərbaycanın daxilindəki rayonlara köçürür. İşqalçı duşman ,Yardımlının bu qəhrəman və döyüşkən insanlarına əks-inqilabçı , üsyankar və dinçi ad verirdi .1 Beləliklə , Yardımlı kəndlərinin ilk deportasiyasına başlanır və "Ovra" kəndindən 63,"Ləcəyir" kəndindən 22 ,"Bürəmətə" kəndindən 10 ev deportasiya olunur. 1937və1947-ci illərdə bütövlükdə 13628 Azərbaycanlı türkü ,Qazaxıstana sürgün olunmuşdu ki onların içərisində "Avaş","Deman","Arus","Ləcəyir","Ovra","Eçara" kəndlərindən də insanlar var idi.Yad duşman bu Yardımlı qəhrəman igidlərini ,İrana,və digər ölkələrə casusluqda gönahlandırırdı. 1939-cü ildə 5 kənd (Sirponu,Alili,Abili, Birəmətə, Təzəkənd), duşman hakimiyyəti tərəfindən köçürülür və ardıca 1950-ci ildə 4 kənd (Köhnəqışlaq ,Ovra ,Ləcəyir,Abasallı), 3 il sonra isə iyirmiyə yaxın kənd də bu siyahiyə əlavə olunur. Köçürmə zamanı 33 kənd ləğv edilir. Yardımlı 1921-ci ildən 1930-cu ilədək Vərgədüz dairəsi kimi Lənkəran qəzasının tərkibində olmaqla Azərbaycan SSR-in inzibati ərazisi olmuşdur.1938-ci ildən Yardımlı rayonu kimi Azərbaycan SSR-in inzibati ərazisi olmaqla 1991-ci ilədək bu tərkibdə qalmışdır.Yardımlı bölgəsində olan etnonimlər, etnotoponimlər,oykonimlər,hidronimlər, oronimlər və başqa təbii,coğrafi adlar ,bizə bu bölgənin əzəldən bəri türk soylu xalqlar və tayfaların yeri-yurdu və yaşayış məskəni olduğunu , tam aydin surətdə subut edib , göstərir. Bütün bu adları araşdırarkən , bu bölgənin türk soyuna və millətinə mənsub kimliyi və metirkasının üzə çıxmasının şahidi oluruq. Tarixçilər Yardımlını Azərbaycanın ən qədim yaşayış məskənlərindən hesab edirlər. Onların dediklərinə görə "Yardımlı" sözünün etimologiyası bu ərazidə atəşpərəstliklə əlaqədardır.Əjdər Fərzəli`nin Dədə Qorqud kitabında Yardımlı yaşayış məntəqəsi "Yardam"kimi göstərilmiş və od , günəş mənalarından biri kimi bildirilir. Bu da Odlar yurdu`nun qədimliyi , keçmişi ilə bağlılıq təşkil edir. Sonradan "Yardam" sözü asimilasiya olunaraq "Yardımlı" kimi deyilmiş və bu gün də bu formada istifadə edilir. 2 İndiki Yardımlı rayonu , Budaq Budaqovun fikrincə, 8-ci əsrin sonlarından Ural-Volqa çayları arasında yaşamış Peçeneqlərin qədim mənbələrdə Erdim/ Erdem kimi qeyd olunmuş tayfasının adından və mənsubiyyət bildirən "li" şəkilçisindən ibarətdir. 12-13 əsrlərdə şimali Qafqazdan qipçaqların Azərbaycana gəlişində peçeneqlər də iştirak etmişlər. Tədqiqatçıların ehtimalına görə , "Erdem" tayfası da peçeneqlərlə Azərbaycana bu vaxt gəlmişdir. Yardımlı rəmzi sufilikdə Yar Adəm kimi izah olunur ki , bu rəmzlər qədim misir yazılarında ən qudrətli rəmzlər hesab olunur."Yar" rəmzi qədim Misir yazılarında Yaru(Yalu) çölləri kimi qeyd olunur və bu ,ilkin materiyal mənasında ,göydə yaradılmış ruhlar dünyası ilə bağlı rəmzdir.Ulu yurdumuzun övladlarının peçeneq tayfalarından Ertimlə bağlı olduğunu hesab edən Q.Qeybullayevin mülahizəsinə görə,Yardımlı “yartım”,“ertim”sözləri ilə bağlı olub,Türk yozumunda“xalqın bir hissəsi”,“ulusun bir qolu”deməkdir. “Ertim” sözü – ertəm, ərdəm, ərdəmli – sözündən yaranmış, “cəngavər” mənasını daşıyır. Hər bir əski yer ,dağ,çay, qala adı əsasən onu yaradan soyun,qəbilə birləşməsi silsiləsinin, nəhayət xalqın görüşlər aləmi,dünyanı , çevrədəki mühiti dərk etməsi,yaradılış və kosmoqonik təfəkkürünə sıxı bağlıdır ki Azərbaycan xalqının biçimlənməsində, formalaşmasında iştirak edən qəbilələri bəlli etməkdə,onların dürlü-dürlü görüşlərini aydınlaşdırmaqda çox saylı dəlillərdən biridir. Bu adlar sabit edir ki türk dilli qəbilə birləşməsi eradan öncə Azərbaycanda yaşamış,öz yerlərinə,qalalarına ,qala şəhərciklərinə ad qoymuş və bu ölkənin ictimai-siyasi,mədəni həyatında birgə iştirak etmişdir.Azərbaycan ərazisində toponimlərin adlarına və o sıradan Yardımlı bölgəsindəki toponim adlarına diqqət edərkən , görünür Azərilərin etnik tərkibinin əsas qolunu təşkil edən türk dilli xalqlar burada bu yer adları yaranmamışdan öncə yaşamış və özləri də öz dağlarına ,daşlarına,ölkələrinə ad vermişlər.Bir çox əski Yunan ,Hay qaynaqlarından bəllidir ki Azərbaycan xalqının soy kökündə iştirak edən qəbilə birləşmələri və tayfalar ,eradan çox-çox qabaq və eranın ilk yüzilliklərində ,Azərbaycanda və onun qonşu ölkələrində yaşamışlar. Biz indi Yardımlı adının etimologiyasını açıklamada (bu açıklama və yorumu Yardımlının Tarix muzeyinin direktoru Əli Mirzəli oğlu cənablarının facebook səhifəsində yazmışdım) ,mümkün qədər ehtimalları burada qeyd edirik və bu ehtimallar əsasında yardımlı adının etimologiyasına təşəbbus göstərmişik. Yardımlı rayon ve mahalın adının etimologiyası neçə şaxəli ve neçə yönlüdür . Yardım türk sözünün çeşitli anlamlarını belə açıklamak olar : 1) ayrılmış 2) yartmaq sözündən alınaraq = uyğur türkcəsində gümüş pul , pullu , zəngin və sərvətli , sikkə pul 3) allah ve tanrı sahibi olan 4) işıqlı , nurlu 5) əgər yardımlı sözünün (r) sesini (L) sesinin deyişilmesi hesab etsək o zaman anlamı = sərt və sıldırım qayalı anlamında olur. 6) əyər bu adı yortımli formasında bərpa etsək anlamı olur = dört nala at çapanların yeri və məskəni 7) at çapma yarışanların yeri 8)muharibə zamanı xan ya xaqanın rikabında və kənarında olanlar 9) Bir ehtimalda budur ki bu toponim və şəhər in adı , ora sakinlərinin din və inanclarıyla bağlı olmuş ola və bu mahalın adı əslində yardımlı yox bəlkəm də “yar dinli “ = nur pərəst dinli , mitra dinli , işıq və nur tapanlar yurdu olmuş ola . Yar ( = işıq , nur , ziya , şua ) + din + li (şəkilçi) = YAR.DİN.Lİ və (N) – (M) əvəzlənməsilə olub “YARDIMLI”. 10)Ehtimallardan birisi də “yar” (= işıq , nur , şua ) + “tim” (= şərab , çaxır) + li (şəkilçisi) = nurlu – işıqlı çaxırların məskəni , dum-duru saf və zülal şərabin yurdu deməkdir . 11)Yardımlı adının ilk komponentini yə`ni "Yar" sözünü "car" (=gözəl,çəkici) kimi götürsək və "dim" /tin sözünü də "tən" kimi götürsək bu adın anlamı "gözəllər məskəni" kimi də yorumlamaq olar.ancaq bunların hamısı haqda fikirləşmək və tədqiq aparmaq “yardımlı” rayon və şəhərinin yaxından mühitini , çevrəsini , coğrafi şəraitini yaxından görməkdən asılıdır. Yardımlı şəhər və rayonunun Tarix muzeyinin direktoru Əli Bəy İskəndərov cənablarının facebook səhifəsində verdiyi məlumata görə :" ...Yardımlı əraziləri tarixən Cənubi Azərbaycan torpaqlarından Ərdəbil mahalı ilə ictimai-iqtisadi və sosial bağlılığına görə fikirləriniz bizlər üçün yenidir, dəyərlidir.
Məlumat verim yaşadığım Yardımlı rayonu 1930-cu ildə yaranıb.Bölgə əhalisinin ulu babaları tarixən (əvvəllər bir neçə kəndlərində yaşayan az miqdarda talışları çıxmaqla) oğuz mənşəli türklər olmaqla soylarını bu günə gətirib çıxartmışlar.1921-ci ildə Bolşevik rusları bura gələnə qədər bu ərazilər keçmiş Sebidəşt mahalının tərkibində olub... İndi Yardımlı haqqında Sizin də fikirləriniz maraqlı olduğu kimi, yerli alim və tədqiqatçıların da versiyaları maraqlıdır.Xalq rəvayətlərinə görə guya bura Cənubi Azərbaycanın indiki Germi vilayətindən Yardıməli adında bir şəxs bu boş əraziyə köçüb gəlmiş, yurd salmış və illər keçəndən sonra onun adı ilə bu kiçik kənd “Yardımlı” adı ilə adlanmışdır.Xatırladım ki, yaşadığım Yardımlı şəhərində köklü əhalinin ulu babaları hələ 350 il əvvəl Germi ətrafında olan naməlum səbəbdən köçüb gəlmiş oğuz türkləri olmuşdur.(Burada söhbət ancaq Yardımlı kəndindən gedir)Bu köçkündən əvvəl bura boş sahə olmasına baxmayaraq, bu ərazilərdə eramızın XIII əsrinə- yəni monqolların Təbrizə yürüşünə qədər qədim yaşayış yeri olmuşdur.Talan olunmuş, viran edilmiş həmin tarixi yer- indiki şəhərin yerindən çoxlu arxeoloji tapıntılar da bu versyanı təsdiqləyir.
İkinci bir versiya,yəni bölgəmizin şərqindən-indiki Masallı rayonu ilə həmsərhəd olan “Tək Keçid”dən indiki Yardımlı şəhərinə qədər olan ərazi, 53 km. uzunluğunda Viləş çayı(XX əsrin əvvəllərinə, hətta 1860-ci il arxiv sənədində bu çayın adı Viləş yox, “Yekə çay” kimi yazılıb.) boyu əvvəllər “YARTƏM” və ya “YARDƏM” adlanıb.1828-ci il Türkmənçay müqaviləsindən sonra bu ərazilərə gələn Çar kazakları buranı “YARTIMLI” və ya “YARDIMLU” kimi adlandıraraq özlərinin xəritəsində də bu adla qeyd ediblər. 1918-ci ilin rus topoqrafik xəritəsində kiçik Yardımlı kəndi rus dilində “YARDIMLU” kimi yazılıb.Tədqiqatçılardan bəziləri XX əsrin əvvəlinə qədər balaca Yardımlı kəndinin adı əvvəl “YARTƏM” olduğu qənaətindədir.
Üçüncü versiya burada əvvəllər yaşamış türk mənşəli ƏRDƏM tafalarının adı ilə əlaqələndirilir.Bir çox toponim və hidronimlər də bu versiyaya kömək edir. V. s.
Hörmətli Fərhad bəy, indi Sizin bir Cənublu soydaşımız və tədqiqatçi-dilşünas kimi yeni fikirləriniz bizim üçün maraqlıdır....
Yeri gəlmişkən burada lazim görürəm Yardımlı şəhər və rayonunun Tarix muzeyinin direktoru çənab Əli bəy İskəndərov cənablarının fasebook səhifəsində "Yardimli "adı haqqında yazılışımamızın bir hissəsini yuxarıda verdiyi məlumatların qarşılığında cavab olaraq hörmətli oxucular üçün eynən gətirək : "CƏNAB İSKƏNDƏROV YARDIMLI TOPONİMİ ADININ KÖKÜ VƏ MƏNŞƏYİ HAQQINDA XALQ ARASINDA DEYİLƏN RİVAYƏTLƏRƏ İSTİNAD ELƏMƏK BİZİ TARİXİ HƏQİQƏTLƏRDƏN UZAQLAŞDIRIB NAMƏ`LUM CƏHƏTLƏRƏ YÖNƏLDƏ BİLƏR VƏ ƏSİL GƏRÇƏKLƏRDƏN YOLUMUZU ÇAŞDİRA BİLƏR. ..

TÜRK ƏRAZİLƏRİNDƏ OLAN TOPONİMLƏR ƏN QƏDİM BƏŞƏR YAŞAYIŞ MƏSKƏNLƏRİ OLDUĞUNA GÖRƏ , ƏN QƏDİM TARİXƏ MALİKDİLƏR VƏ BU ƏSASLA , ADLARI DA ƏN QƏDİM DÖVRLƏRƏ AYİDDİR. XALQ , ÜMUM KÜTLƏ ,TOPONİMLƏRİN ADININ ZAHİRİ GÖRÜNÜŞÜ ƏSASİLƏ BİR SIRA YORUMLAR EDİR VƏ ÇÜN ELMİ-TARİXİ VƏ DİLÇİLİK , ARKEOLOGİYA BİLGİSİNƏ MALİK OLMADIĞI ÜÇÜN , HƏQİQƏTDƏN UZAQ VƏ QEYRİ REAL , UYDURMA TARİXLƏR VƏ BİYOGRAFİYALAR YARADIRLAR. BİZ SON ƏSRLƏRDƏ OLAN "GERMİ" İLƏ "YARDIMLI" ƏLAQƏLƏRİNİN MÜNKİRİ DEYİLİZ AMMA TOPONİMİN ADININ KÖK VƏ MƏNŞƏYİNİ GERMİDƏN 350 İL BUNDAN ÖNCƏ GƏLƏN ADAMIN ADI İLƏ BAĞLAMAQ MÜMKÜN DEYİL. BİZİM TÜRK TORPAQLARINDA ÇOXLU ƏRAZİLƏR VAR Kİ ZAMANLA BÖYÜK ŞƏHƏRLƏR VƏ YAŞAYIŞ MƏSKƏNLƏRİ OLMUŞ , AMMA İNDİ ÇÖL , SƏHRA VƏ BOŞ YER VƏ DÜZƏNLİKDİR VƏ İNANMAQ OLMAZ Kİ BİR ZAMANLAR (NEÇƏ MİN İL BUNDAN QABAQ ) BURA YAŞAYIŞ YERİ VƏ MƏDƏNİYYƏT MƏSKƏNİ İMİŞ. ONA GÖRƏ DƏ OLA BİLƏR Kİ 350 İL QABAQ GERMİDƏN ORA KÖÇ ZAMANI , O BÖLGƏ BOŞ BİR VAHƏ VƏ ÇOL OLMUŞ OLA. VƏ BUNU SİZİN BUYURDUĞUNUZ CÜMLƏLƏR (BU ƏRAZİLƏR 13-CÜ ƏSRƏ QƏDƏR , QƏDİM YAŞAYIŞ YERİ OLMUŞDUR) VƏ ( İNDİKİ YARDIMLI ŞƏHƏRİN YERİNDƏN ÇOXLU ARXEOLOJİ TAPINTILAR DA BURANIN QƏDİM YAŞAYIŞ YERİ OLMAĞI) DA TƏSDİQLƏYİR. CƏNAB İSKƏNDƏROV SİZİN İŞARƏ ETDİYİNİZ İKİNCİ VERSİYA MƏNİ ÇOX DÜŞÜNDÜRÜR BELƏ Kİ O ƏRAZİ ƏVVƏLLƏR “YARDƏM” VƏ YA “YARTƏM” ADLANMASI BİR TƏRƏFDƏN MƏNDƏ BU FİKRİ YARADIR Kİ OLA BİLƏR BU BÖLGƏNİN ADI “AĞDAM” RAYONU ADI İLƏ DƏ PARALEL VƏ EKİZLİK BAĞLANTISI OLA. YƏ`Nİ AĞDAM OLAN YERDƏ ONA KARŞIT VƏ UYĞUN OLARAQ “YARDAM” VƏ YAXUD “YARTAM”TOPONİMİ DƏ OLMUŞ OLA. “AĞDAM” YA “AĞTAM” BİR TEOFORİK VƏ KUTSAL AD OLARAQ ANLAMI DA “MUQƏDDƏS VƏ KUTSAL YURT , ŞƏHƏR VƏ EV”DEMƏKDİR VƏ BU AYAQDA “YARDAM” DA ANLAMI “NURLU VƏ İŞIQLI YURD , ŞƏHƏR , EV” DEMƏKDİR. DEMƏK BU HESABLA YARDIMLI BÖLGƏSİNİN YAŞI , TARİXİ VARLIĞI ERADAN ÇOX-ÇOX QABAQLARA (ƏN AZI 6-Cİ MİNİLLİKLƏRƏ) ZƏRTÜŞT DÖVRÜNDƏN DƏ QABAĞA GEDİB ÇATIR. ÇÜNKİ YARDIMLI ADININ TƏRKİBİNDƏ OLAN “YAR” (=GÜNƏŞ NURU , İŞIQI , ŞUASI)SÖZÜ BİZƏ DEYİR Kİ BU TERMİNLƏR GÜNƏŞ PƏRƏSTLİK DÖVRÜNDƏN SONRA GƏLƏN “NUR PƏRƏSTLİK ,YA HƏMƏN MİTRA DÖVRÜNƏ AYİTDİR. ƏLBƏT DƏ BUNLAR YARDIMLI TOPONİMİNİN ARAŞDIRMASI HAQQINDA UYUMLU VƏ YARAŞAN BİR EHTİMALLARDIR Kİ AZƏRBAYCAN VƏ TÜRK QƏDİM TARİXİNƏ UYĞUN VƏ TƏDQİQƏ , ARAŞTIRMAYA LAYİQ EHTİMALLAR VƏ VERSİYALARDIR...



BİZİM BELƏ TOPONİM ADLARI ARAŞTIRMALARDA SƏPKİMİZ – USLUBUMUZ BELƏDİR Kİ YERLİ XALQIN DEDİYİ SÖZ-SÖHBƏTİN ZAHİRİ GÖRÜNÜŞÜNƏ VƏ İFA ETDİYİ ANLAMLARI NƏZƏRDƏ TUTMAYARAQ , ANCAQ XALQIN DEDİYİ QEYRİ-ELMİ YORUMLARINDAN QƏDİM TARİXİN BURAXDIĞI GİZLİ VƏ GÖZƏ GÖRSƏNMƏYƏN İZLƏRİN PEŞİNİ TUTUB TARİXİN DƏRİNLİKLƏRİNƏ GETMƏKDİR. MƏN BU YERLİ XALQIN YARDIMLI HAQQINDA DEYİLƏN RİVAYƏTDƏN BU TARİXİ HƏQİQƏTƏ ÇATDIM Kİ ƏRDƏBİL BÖLGƏSİNİN VƏ O SIRADAN GERMİ XALQININ YARDIMLI XALQIYLA TARİXİ VƏ ETNİK BAĞLANTISI VƏ İLİŞGİSİ VAR VƏ BU ÖZÜDƏ TƏKLİKDƏ BİR ÖNƏMLİ VƏ BÖYÜK ƏHƏMMİYYƏTƏ MALİK TƏDQİQAT VƏ ARAŞTIRMA ETNOGRAF TARİXÇİ ALİMLƏR TƏRƏFİNDƏN TƏLƏB EDİR. MƏN BU YERLİ XALQIN RİVAYƏTİNDƏN BELƏ DÜŞÜNÜRƏM Kİ YARDIMLI BÖLGƏSİ TARİXİN ƏN QƏDİM DÖVRLƏRİNDƏN BƏRİ ELƏ ÖZ ADINA MALİK İMİŞ VƏ BUNUN KƏNARINDA , 350 İL BUNDAN QABAQ DA , BU BÖLGƏYƏ ƏRDƏBİLİN GERMİSİNDƏN DƏ BİR EL YA TAYFA (OLA BİLƏR TAYFANIN ADI DA “ƏRDƏM” YA “ƏRDƏ” OLSUN) İNDİKİ YARDIMLI ƏRAZİSİNƏ KÖÇMÜŞ OLSUN. VƏ BURADADIR Kİ İSKƏNDƏROV CƏNABLARI , SİZİN İŞARƏ ETDİYİNİZ 3- CÜ VERSİYA MEYDANA GİRƏ BİLƏR VƏ ÖZ YERİNDƏ ÇOX MÜBAHİSƏLİ BİR VERSİYAYA ÇEVİRİLƏ BİLƏR VƏ ÖZ YERİNDƏ ÇOXLU DÜYÜNLƏRİ YARDIMLI ADI VƏ TARİXİ HAQQINDA AÇA BİLƏR. ƏLBƏTDƏ MÜHƏQQİQ LƏR BU MƏSƏLƏNİN BAĞLARINI VƏ İLİŞGİLƏRİNİ DÜZGÜN TAPIB BİR-BİRİNƏ BAĞLAYA BİLMƏ ŞƏRTİLƏ BUNA NAİL OLA BİLƏRLƏR. GERMİ VƏ ƏRDƏBİL BÖLGƏSİNİN ADLARI VƏ EYNİ HALDA İNDİKİ QUZEY AZƏRBAYCAN TOPONİMLƏRİNİN ADLARI TEOFOR VƏ KUTSAL ADLARDILAR Kİ AZƏRBAYCAN XALQININ ƏN QƏDİM OĞUZ-TÜRK İNANCLARINDAN TÖRƏMİŞ VƏ QOYULMUŞ ADLARDILAR. AZƏRBAYCAN (GÜNEY-QUZEY – İNDİKİ GÜRCÜSTAN , ERMINİSTAN , ANADOLUNUN ŞƏRQ HİSSESİ , DAĞISTAN ƏRAZİLƏRİNİ EHTİVA EDƏRƏK) ƏRAZİLƏRİNDƏ YARANMIŞ İLKİN MƏDƏNİYYƏT OCAQLARI VƏ YAŞAYIŞ MƏSKƏNLƏRİNİN BİR ÇOXUNUN ADI , TANRILAR VƏ TANRIÇALARIN ADLARI`YLA BAĞLIDIR".

Yardımlı bölgənin təbii və coğrafi şəraitini nəzərə alsaq "cartımlı" /"Yartdımlı" adın anlamı "uçurumlu yer,yarğanlı yer , uçurum və yarğanı bol olan yer və mahal " deməkdir və bu yorum və mənalandırma Yardımlının təbii və coğrafi şərait ilə tam uyarlı və əlaqəlidir , çünki bizim şəkillər vasitəsi ilə gördüyümüz Yardımlı təbiəti belə bir şəraitə malik bir mahaldır. "Yar" sözünün anlamı "yarılmış yer, uçurum,car,girdab, həlak olunan yer deməkdir.3 "Yar" sözü eyni halda "ağız suyu" ," ağızda toplanan və yığılmış su"da deməkdir. 4 Beləliklə "Yardımlı"/ "Yartımlı" sözün anlamı külliyyətdə "su toplanan və yığılan yer" ,"su toplanan yerin ağzı və gözəsi" ,"göl və göləkləri olan yer" deməkdir. "Yardımlı" sözünü üç hissəyə ayirmaq olur : "Yar.tın.lı". Yar(= toplanan su , bir yerə yığılmış su ,uçurum, yarğan) və "tın"(= palçıq, çamur, topraq) və "lı" (mənsubiyyət şəkilçisidir) . Beləliklə bu adın anlamı olur : "uçurumlu və yarğanlı toprağı olan yer". Hörmətli oxucular müşahidə edirlər ki biz hər tərəfli və hər yöndən "Yardımlı" adının etimologiyasını açıklamağa təşəbbüs göstərib və hər açıdan onun anlamını və mənasını açıkladıq , yalnız bir baxımdan başqa . Mümkündür bizim bu izahlarımızın bə`ziləri Yardımlı adlı bölgənin coğrafi və təbii mühiti şəraiti ilə tam uyğun ola və yetərli görünmüş ola , amma bunu yenə də öncəki məqalələrdə qeyd etdiyimiz kimi , burada da vurqulamaliyıq ki Azərbaycanın toponim adlarının indiki anlamları , bu adların ilkin anlamları deyil bəlkidə 2-ci ,3-cü və yaxud 4-cü dərəcəli anlamlardır. Azərbaycan və başqa türk soylu xalqların (əslində protürklərin) toponimlərinin adları ilk öncə onların miflərindən və mifologiyası ilə bağlıdır və əski türk miflər ,mitlər və tanrılar panteonundan alınma və götürmədir. Biz bu önəmli əsli unutmamalıyıq ki Türk toponimlərin adları və o sıradan Azərbaycan toponimlərinin adları , əski türklərin (protürklərin) görüşlər aləmi və onların mifologiya düşüncələri ilə bağlıdır. Əski türklərin mifologiyasında , Günəşə inam ,ən ilkin mif və tanrıdır və türk soylu xalqların miflərinin ən əskisi sayılır. Azərbaycanda yaşayan türk ellərinin inamlarşnda ,tanrılar covqasında Günəşə inam , özəl yer tutmuş və onların əsas inam və tanrısı sayılırdı. Azərbaycan türk soylu və türk dilli qəbilə və tayfalarının ən əski əfsanəvi- mifik ,fəlsəfi anlayışları , GÜNƏŞ –lə bağlıdır. Azərbaycan xalqının soy kökündə duran oğuzlar , Günəşi Ulu Nənə saymışlar.Qaranlıqla işığın döyüşməsi inamı çağında , türk dilli xalqların kainat,yaradılış – kosmoqonik görüşləri asta-asta yaranır və biçimlənir. Azərbaycanın bir çox toponimləri və o sıradan Yardımlı toponiminin də adı bu çağda türk soylu xalq tərəfindən yaranmağa başlanır. Yardımlı toponim adının birinci hissəsi türk mifologiyasında özünə özəl yer tutmuş mifik obrazlı bir termindir və onun ilkin və mifik anlamı "Tanrı" deməkdir. Yardımlı bölgəsində yerləşən və məskun olmuş ilkin və yerli türk əhalisinin mifik inam və inanc və dünya görüşündə "Yar" sözü "xaliq", "Tanrı" demək imiş.

Yardımlının oğuz qruplu türklərinin dilində Günəşin şuasına , nur və işığına "Yaruq" demişlər. "Yar" bir sıra türk dillərində "işıqlı" ,"işıq saçan" ,"parlak" deməkdir. "Çar" , "Sar" ,"Şar" onun fonetik varyantlarındandır.5 Türk dillərində "y" ilə "ç" səsləri bir-biri ilə əvəzlənə bilər. Misal üçün "Yar"-a "Çar" deyilir. "Yar" sözünün bir anlamı da "uca sahil" və "Yarqan" deməkdir ki bizcə bu ikinci-üçüncü dərəcəli anlamıdır. Bu səs dəyişmə qanununa görə "Yar" sözünə (=şua, işıq ,nur) bir sıra türk dillərində "sar" ,"sir" , "sır", "şar", "şir" "şır" ,"çar" ,"çir" ,"çır" demişlər.Bunlar hamısı eyni sözün və həmçinin eyni tanrının (Yar Tanrısı) adının fonetik variantları sayılır.Bu tanrı adları əsasında bir çox türk tayfaları ,özlərini doğma tanrılarının adı ilə adlandırmışlar və türk dilli xalqların tarixində belə motivlərə çox rast gəlmək olur. Misal üçün yuxarıda saydığımız tanrılar ilə bağlı ,"sirak" ,"şirak" ,"çirak" tayfaları və "Bayat" ,"Oğuz" tayfa və qəbilələrini ad aparmaq olar ki bu tayfaların öz tapındıqları tanrılarının adı dır.Bir sıra türk dillərində sözün ilkin hissəsi"A" səsilə başlanan zaman, "A" səsini "Y" səsinə çevirir. Misal üçün "Alov" türk sözünü "Yalov" deyir və eləcə də burada demək olar ki "Yardımlı" sözündəki "Yar" sözü də "Ar" (=qırmızı günəş,günəş tanrısı, kutsal , muqəddəs, tanrı) sözünün başqa formantıdır və beləliklə Yardımlının "Yar" sözü də bu anlamları özü ilə daşıya bilər. Ümumiyyətlə türk dilli xalqların mifologiyası da bizə tam aydın şəkildə türk tayfaları və xalqlarının ülvilik , göyün yüksək qatlarına ,səmaya və tanrılara fikir vermələrini göstərir ki bu inam və ona bağlılıq onların dünya görüşləri və mifologiyaları ilə sıx bağlıdır. Bə`zi türk xalqlarında "Yar" sözünün "y" hərf və səsi "d" hərf və səsinə çevirilib və "d" səsinin "t"ya çevirilməsi ilə "TAR" sözü əmələ gəlib və onu "Tanrı" (Tarı) anlamında işlədirlər və eyni halda bir sıra türk xalqları da "Yar" sözünün "y" səsini "z" və "s" ya çevirərək "Sar" formunda və həmən Tanrı anlamında işlədiblər. "Yar" və onun başqa variyantları olan "Tar" və "Sar" sözləri ,Azərbaycanın bir çox toponimlərinin ad tərkibində iştirak edibdir. Yar sözünün bu anlamlarını nəzərə alaraq ,türk xalqının mifologiyasında onun "Tanrı" anlamı daşıdığının da sırrı açılır. Azərbaycan Türkləri bu mifik adı kök tutaraq ondan "yaradan" ,"yaradılış" və ... kimi sözləri yaradıbdır. Deməli "Yardımlı" toponim adının "Yar" hissəsinin anlamı "Tanrı" deməkdir. Yardımlı adının "Yar" hissəsi Tanrı anlamında və məqamında olaraq ,Türklərin (Turların,Turanın ) savaş tanrısına mənsub olduğunu düşünmək olar, yə`ni "Yardımlı" adının "Yar" hissəsi ,türkləin savaş tanrısının adından ibarətdir.Türklər həmin bu savaş tanrıların adından alaraq ,savaşla ilgili müxtəlif sözlər və terminləri yaradıblar. Türklər bu teofor ad`dan "Yaraq","Yarağ"(=savaş və döyüş silahı) , "Yarış" (mübarizə) ,"Yara"(=bədəndə açılmış və yarılmış hissə) , "Yarğan" (=torpaqda açılma və açılmış yara və cırıq), "Yaran" (=cırıb açan,yarıb açan) ,"Yardırmaq" (=kəsib aradan açıb bölmək) ,"Yarılma" (=ortadan kəsilib ayrılma ya parəlanmaq) , "Yarma" (= yarmaq işi,yarılmış və yaxud yarıla bilər,ortadan açılan) , "Yarıq" (= silahla açılmış yara),"Yaralamaq","Yarı" (=ortadan bölünmüş və yarılanmış) ,"Yarıcı" (=yaran və kəsib paralayan) , "Yarım"(=ortadan bölünmüş) və sairə sözlərini yaradıblar. Yardımlı adının ikinci hissəsi "Dim"/"Dım" sözüdür. Dim/Dım sözü ən qədim türk sözüdür və onun anlamı "yığıntı" , "yığılmış","cəmə" ,"toplum" ,"qrup" , "covqa" ,"dəstə" deməkdir. Bu əski türk sözünün başqa fonetik variantı olan "Tim" /"Tım" sözüdə əski muhacir türklərin təvəssütü ilə Avropaya gedib və Batılıların və o sıradan ingiltərəlilərin dilində (Team formasında yazılaraq) həmən anlamlarda da işlənir. Misal üçün Batılılar və ingiltərəlilər spor sahəsində özəlliklə futbol yığma komandalarına "team"(tim) sözünü deyib işlədirlər. Futbol takım ya komandanının , stadiyonda oynarkən 11 oyunçudan ibarət olduğunun da səbəbi ,qayıdir bu qədim türk termininin yaranma tarixinə və bu terminin türk mifologiyasında, onun daşıdığı mifik anlam və vəzifəsinə. Bu əski türk sözü olan "Tim"(ingiliscə Team) əski türk mifologiyasında və o sıradan Şumer(Kəngər)türkləri mifologiyasında olan "Tiyamet"(Tiyemet/Tiyamat) Tanrıçasıdır. Bu Tanrıça hətta Babil yaradılış himasə və əfsanəsində də özəl yer tutubdur. Tiyamat əski türk mifologiyasında şor suların tanrısı sayılırmış . Tiyamat ilə Əpsu`nun (şirin suların tanrısı) bir-birinə qovuşması və evlənmələrindən bütün məxluqat və onların başlıcası "Tanrılar" yaranır. Tiyamat dənizin qadın sayağı obrazı və bəlgəsidir ki dünyanı doğur və yaradır.Tiyamat ,Əpsu`nun yeni tanrılardan şikayətçi olduğuna görə ,yeni tanrıların aradan aparmasını düşündü.Ənşar tanrı "Marduk"u çağırıb və ona "Tiyamat"ı öldürməyi əmr etdi . 6 Tiyamat yeni və gənc tanrılardan intiqam almaq üçün bir grup"11" Həyuladan (Dev //Div tanrıları) ibarət dəstə yaradır (həmən futbol oyununda 11 oyunçudan yaranan grup ya dəstə ) ki bunların hamısı Marduk ilə döyüşdə ölürlər. 7 Deməli Tiyamat Tanrıçanın 11 nəfərlik Həyula/Dev/Cin dəstəsi ,indiki Avropalılar və latinlilərin dilində , onun adından alınaraq "grup","dəstə" ,"takım" anlamında "team"(tim) formunda işlənməkdədir və bizim əski mifik terminimiz olaraq bilmirik. Tiyamat əski türk mifologiyasında ilk şor suların və ilk dəryanın şor sularının coşub-daşan və qarışıq və mütəlatim halini təmsil edərək , pamidor və pamidor kimi bitgilərin də içinin suyu və dənini ona oxşadaraq onun içindəki suyun qaynayıb üsarə və şirəsinə də əski türklər Tiyamat adından alaraq ,"Tamat"(şor şirə və murabba) demişlər və biz bu doğma öz mifologiyamızdan törənmiş sözümüzü vermişik başqalarına. Quzey Azərbaycanda toy məclislərində , məclisi eyş-i nuş-u aparan adama və məclisi dolandıran və rəhbərlik edən adama və ağ-saqqallıq edən və stolun (masanın)yuxarı başında oturub və qonaqlara söz verib eyni halda sağlıq verib badəni qaldırıb və başqalarıda onun izni ilə badəni içirlər , bu adama "Tamadar" deyirlər. İlk baxışda bu "Tamadar" sözü yad və özgə dilinə mənsub bir termin nəzərə gəlir ,halbu ki bu söz bizim mifologiyamızla bağlı bir ad və teoforik tituldur və əski türk panteonunun müşavirə və toplantı məclislərinə işarədir. Biz belə tanrılar toplantılarını qədim Babil mifologiyasında ,Marduka Tiyamətin əleyhinə savaşa getməyinə əmr olunanda ,Marduk`un israrı və istədiyi ilə qurulan tanrılar toplantısında görürük. Bu Tanrılar iclası "Upşukina"da (tanrılar kongeresi və qurultay olduğu yer) qurulur və burada tüm tanrılar bir-biri ilə öpüşüb görüşürlər və ondan sonra hamısı bu ziyafətdə oturub çörək kəsib yeyib və şərab içirlər və sonra tanrılar Marduka sağlık və zəfər diləmə bir törən yapırlar və hamılıqca onun dünyaya hökmranlıq etməyinə şükr və dua edirlər və öz razıçılıqlarını ,onun hökmranlığına bildirirlər və ona şəhriyarlıq və hökmranlıq bastonu (hökmranlıq əl ağacı) ,təxt u tacı və "Palu" adlı silahını təhvil verirlər ta bütün duşman tanrıları aradan qaldıra və sonda hamılıqca ona dedilər ki get Tiyaməti (şor sular və dəryaların tanrısını və eyni halda ilkin qarma-qarışıqlıq və pozqunluğu) öldür ta ki yellər onun qanını sırrılı və gizli ölkələrə səpələndirsin. Və belə olur ki Marduk savaş geyimini geyib yayı sağ əlinə alıb onun kirişini bərkitdi , ox quburunu böyrünə bağlayıb və ildırıma tapşırdı bir tor toxudu ta Tiyaməti o tor la giriftar etsin və ...8 Türkün bu mifologiyasından Batı və Avropa kopya çəkir və xristiyanlıq dininə və İSA peyğəmbərin haqqında bu əski türk tanrılar kongeresi (kutsallar içlasını və qurultayını) senariyosunu yaraşdırır və bu senariyonun adını "son şam yeməyi"/ "son ziyafət" qoyur ,güya ki Hz. İsa öz 11 həvvarısını (ən yaxın inandığı əshab və yardımcılarını) masanın dövrəsində oturdub və özü də masanın başında oturub son axşam yeməyini yeyirlər və çörəyi kəsib hərə bir tikə götürüb yeyir və şərabdan da içirlər. Bu dəqiqən həmən qədim türk mifologiyası əsasında türk(kəngər türkləri) Şumer (Babil mifologiyası da həmən türk mifologiyasından kopya çəkmədir) Yaradılış himasəsindən , Tiyamət və Mərdukun döyüş səhnəsinin kopyasıdır. Bu yuxarıdakı açıklamadan belə nəticə alınır ki qədim türklər hər bir 11 saylı bir grup ya dəstəyə "tim"(tım/ tiyam/ tiem/dim/dım/diam ) deyirmişlər və bu əsasda belə nəticə almaq olar və çox ehtimal edilir ki Yardımlı rayonu 11 türk mifik tanrısı/Həyula / Dev yurdu və tapınaq yeri olmuş olsun və ya Tanrıların sayının həddən artıq olduğuna görə "Tim/Dim" sözünü "Yar"(tanrı) sözünə bitişdiriblər. Çünki bizim qədim türk dilimizdə çoxluğu və həddindən artıq olmağı və eyni halda qarabalığı və şuluğluğu göstərmək üçün "tünlük" sözü və terminindən də yararlanarlar. "Tünlük" türk sözünün də kökü "Tim"dir ki "m" səsinin "n" səsinə çevirilməsilə "tin" və "tün" şəklinə düşür. Türk mifologiyasında bir sıra tanrılara da (şərr və kötü xasiyyətli tanrılara) "DEV" deyiblər ki bu "Dev" adının kökü həmən "Tiyamət" tanrıçasının adına gedib çatır. "Tiyamətin" 11 nəfərlik yaratdığı grup həyula`ya görə ,əski türklər Həyula dediyin Tanrıya "Tiyamət" adının "tim"//tiem/tem" hissəsini, şərr və kötü xasiyyətli tanrılara ad qoyublar. Onlar "Tim/Tem" sözünü "t"səsini "d"ya və "m" səsini "b"ya çevirərək (bu növ səs əvəzləmələr türk dillərinin özəlliklərindən sayılır və türk dilləri üçün səciyyəvi haldır) "Tim/Tem" sözünü "Dib" ya "Deb"ə və sonda da "Div" və "Dev"ə çeviribdir. Tarixdə bə`zi türk sərkərdə və başçıların adının tərkibində "Dib" sözü və titulu da həmən bu Tanrı anlamında olan "Div" ya "Dev" sözüdür(misal üçün "Dib Yavgu" adında). Əski türklər hətta "dib-bucaq" tərkibində olan "DİB" (hər örtülü və bağlı və içi boş yerin və şeyin dib-bucağına) sözünü işlədiblər və səbəb də budur ki Həyulalar dediyimiz kötü vəzifəli və kötü xasiyyətli tanrılar yer altına və yer altı qaranlıq dünyayə ayiddilər və normal olaraq hər nəyin dib-bucağı qaranlıq və işıqsız olduğuna görə tanrı "Div" ya "Dib"in adını kullanıblar. Türk dilində "Top" (=toparlanma) və "Topa"(=təpə) sözlərinin kökü Yardımlı adının tərkibində olan "dim"/"tim" sözləri ilə birdir. Dım/dim ---- tim ---- tib ---- tip ---- top ---- topa// təpə . "Top" və "Təpə" türk sözlərinin anlamları əslində "yığıntı" və "bir yerə yığılıb bir-birinin üstünə qalanmaqdır". Toprağın bir-birinin üstünə qalanıb,yığınmağından "Təpə" əmələ gəlir . Dağıntıların bir yerə yığılmasından və toparlanmasından "Top" düzəlib yaranar. Avropalıların (Latinlerin) işlətdiyi "Toponim" elmi termininin də əsil kökü və mənşəyi türkcədir və kökü türk sözü "Top","Topa"dır. Onlar da bu türk sözlərini indiki türkləin Avropaya köçmüş ulu əcdadlarından alaraq bir elmi coğrafi termin kimi ,"yer" , "yaşayış zonası" ,"mahal" anlamlarında işlədirlər.Bu açıklamaların əsasında "Yardımlı" bölgəsi adının etimologiyası "Tanrı yığıntısı" ,"Tanrılar covqası" ,"Ağ və işıqlı tanrılar yurdu" ,"iyi sevər tanrılar yurdu" və ya kankret olaraq desək "Tanrılar panteonu" deməkdir. Yardımlı yer adının tərkibində olan əski mifik qaynağı olan türkcə "Team" (Tim) sözü bizə belə andırır ki "Yardımlı" bölgəsi və toponimi ,qədim türklərin savaş tanrısı olan "YAR" Tanrısı və onun yaratdığı və covqasını təşkil edən 11 köməkçi və yardımcısı olan kiçik tanrılarının yurdu və məskənidir. Beləliklə həmi də nəticə almaq olar ki Yardımlı şəhər və bölgəsində 12 Tanrının mə`bədi və tapınaqı və abidəsi olmuş ola ki ağır və ardıcıl Arxeologiya tədqiqatı və araşdırmalar tələb edir ta ki Yardımlının neçə onmin illik tarixi üzə çıxarılsın. Deməli qədim türk Azərbaycan mifologiyası əsasında "YARDIMLI" , savaş Tanrısı "YAR" // "YARİ" və onun 11 saylı kiçik tanrılar (Dev tanrılar) covqasının yurdu və məskəni deməkdir. " Belə bir savaş tanrısı qədim türk mifologiyasında olma iddiamızı təsdiqləyən qaynaq və sənəd "İsmail Cəfərli"nin "2013-də Azərbaycan Sözlügü" adlı əsərində 72838-ci Nümrəli luğəti olan "Yarrı" adının dərc olunmasıdır. İ.Cəfərli "Yarrı" adının anlamında yazır : "Özəl addır. Hititlərdə vəba və savaş tanrısı , yaxşı . insanlara savaşda yardım edər və vəba xəstəliyinə yoluxmaqdan qoruyar. 211"

يارري ~ yarrı

(شماره سی:72838)

  1. [اؤزل آد]هيتيتلرده وبا و ساواش تانريسي، ياخشي . اينسانلارا ساواش دا يارديم ائدر و وبادان قوُرويار 211

(آذربایجان سؤزلوگو - 2013؛ اسماعیل جعفرلی)
Hitit Savaş Tanrısı


hitit savaş tanrısı

Hitit Savaş Tanrısı





Belə bir adda Türk tanrısı olmaqda heç bir şüphə yoxdur ,amma Hitit türklərinin panteonuna ayid olmağında , biz hələlik dirənmirik.Hörmətli oxucu bizim gələcəkdəki bu sıra məqalələrimizi "Yardımlı" rayonu toponimlərinin kök araştırmalarını ,oxuyarkən,Yardımlı`nın bu adın daşımasını , bu bölgə üçün ,yerli və haqq olduğunu şahid olcaq və bu adın Azərbaycanlıların ulu əcdadları tərəfindən qoyulması səbəbini biləcəkdir. Bizim gələcəkdəki bu sıradan məqalələrimiz və o məqalələrdə "Yardımlı" bölgəsinin toponimlər adlarının kök araştırmasını oxuyarkən ,min illər boyu üstü qapanmış və örtülmüş böyük həqiqətin faş olduğunu və Azərbaycanın dünya mifologiyasında necə rol oynadığını və dünya tanrılar yaradıcısı ,beşiyi və panteonu olduğunu ,və eyni halda "Yardımlı " və onun qonşuluğunda olan "Masallı" ,"Lerik" , "Astara","Lənkəran" ,"Cəlilabad"rayon və bölgələrin ,Azərbaycan Tanrılar galeriyası və sərgi salon və zalı olduğunu müşahidə edəcək. Bizim bu məqalədən sonra gələcək məqalələrimizdə "Yardımlı" Etnotoponim , oykonim,hidronim ,oronimlərini açıklamağa başlayaraq ,Yardımlı rayonunun ,bütöv Azərbaycanın ən önəmli və əsil Mif qaynağı olduğunu və bir sözlə Azərbaycanın Tanrılar panteonu olduğunun şahidi olacaq.Bizim Yardımlı bölgəsi toponimlərinin kök araşdırma əsasında , tarixçi,etnograf ,dilçi , mifolog alimlərimiz ,Yardımlı kəndlərinin indiki yaşayan əhalisinin hər birinin soy kökünü və hansı türk sulaləsinə və əski türk tayfasına mənsub olduğunu araşdırıb üzə çıxarda bilərlər və eyni halda dünyanın hansı bir ölkə ya bölgəsinə köç etmiş türk tayfası ilə ilgili olmağını və kökdaş olduğunu üzə çıxarda bilərlər. Düzgün və inamla araşdırma olursa Yardımlının hər bir kəndinin ulu əcdadının Afrika ,Asya və Avropanın hansı bir güşəsinə köçləri və məskən saldığı yerləri tapmaq mümkündür , çünki biz Yardımlı toponimlərinin kök araştırmasında onların əsas kod və rəmzlərini mifologiya açısından verib açıklayacayık və demək olar əsl və ana açarı ,ünvanını və adresini vermiş olacayıq və bu işin başqa detaylarını arayıb araşdırmaq , Azərbaycan (Güneyli,Quzeyli) alimlər və uzmanların üzərinə düşür, çünki bu araşdırmanı başqa yadelli və batılı uzmanlar edməzlər və heç zaman öz zərərlərinə qurtulan tədqiqə və araşdırmaya qol qoymazlar. Turan torpaqlarında və o sıradan Azərbaycan torpaqlarında və eyni halda Yardımlı bölgəsində öz sırrını hələlik elmə açmayan çoxlu və saysız dərəcədə toponim , oykonim, hidronim, oronimlər var ki onların gizlərini açmaq ,Turana,Azərbaycana heç nəyi ummadan və gözləmədən dərindən bir sevgi,ürək yandırma və yüksək dərəcədə bu torpağa qayğı tələb edir,və gərəkdir öz işimizi özümüz görməli və başqa yad ellilərə buraxmamaq ta istədikləri kimi öz çirkin niyyətləri və bizə qarşı duyğuları əsasında bizim doğma türk adlarımızı yozub yorsunlar . Onlara qalsa bizim bütün adlarımızı Hind-Avropa dilləri əsasında öz istədikləri kimi yoracaqlar və bizə də eləsinə inandıracaqlar. Burada təkcə bir çox önəmli məsələ var ki onu rüayət etmək bütün yerli və soydaş alimlərimiz və araşdırmacılarımız üçün vacibdir və o bu ki turan və Azərbaycan toponim adlarını araşdırarkən , öylə olmasın ki düyünü düyün üstünə vurmuş olaq , və ya adın indiki zahiri və görünüşü əsasında təkcə türk kamusları əsasında yorub açıklayak. Azərbaycan toponimlərini və özəlliklə də "Yardımlı" ,"Lənkəran" ,"Astara" ,"Masallı" və "Cəlil Abad" bölgələrini təkcə bir elmin əsasında ,örnək üçün təkcə dilçilik elmi əsasında , ya təkcə etnografiya ya luğət şunaslıq ya tarix və digər elmlər əsasında araşdırmaq mümkün deyil və yorduğumuz yorumlarda qeyr-i real və həqiqətdən uzaq və uyarsız bir yorumlar olacaq və bu soyun və xalqın möhtəşəm dünya görüşü , tarixi və mədəniyyəti yenə də gizli və üstü örtülü qalacaq. Bunu unutmayaq ki Azərbaycanın hər bir toponimi ,Türk və Azərbaycan tarixinin sənəd və danılmaz faktıdır və eyni halda bir maddi mədəniyyət nimunəsi kimi Azərbaycanın və Turanın keçmişindən və tarixindən informasiya verən bir qaynaqdır. Azərbaycan toponimlərinin indiki zahiri görünüşü çox azdırıcı və aldadıcıdır. Bakının LÖKBATAN və PATAMDAR məhlələri adı kimi. Bakıda hər bir umduğum və guman etdiyim savadlı və alisavadlı adamdan "Patamdar" adının izahını və anlamını soruşdum dedilər qədim bura badamlığimiş və badam ağacları çoxmuş ,ona görə də buranın adı belə gedir. Halbuki Patamdar şəhər hakiminin iqamətgahı olduğu üçün belə adlanır və "badam" sözü ilə yalnız fonetik oxşarlığı var. Bu hələ bir kiçik nimunədir . Hesab edin və götürün başqa toponm adlarını .Yardımlı kənd adlarının açıklanması və onların əhalisinin ulu əcdadının izini Avropanın müxtəlif bölgələrində axtarılıb tapılması , iddiaları yerə-göyə sığmayan və özünü dünya xalqlarının ağası və mədəniyyət qaynağı bilən Avropalıları qəhr edər , sındırıb ,ovub dağıdar. Avropa , Yardımlının "Gilar" ,"Kerrər" , "Sırıq"(Serix),"Kürəkçi" və "Bərcan" kənd adlarının açıklamasını görürkən , qorxu və vəşətə necə düşməsin ? Avropa ,Yardımlı rayonun "Dəlləkli" kənd adının etimologiyasından ola bilməz ki qorxuya və zillətə düşməsin. Avropanı Yardımlının "Ovra" ,"Horonu" ,"Ləcəyir" kənd adlarının açıklaması gərəkdir ki narahat edib ,əsbləşdirə , çünki onun fəxr satdığı və özününkü bildiyi tanrılar ,Azərbaycanın "Yardımlı"sından baş çıxardır və əsil kökünü Yardımlı kəndlərində görəcək ,halbu ki o onların kökünü və izini hər zaman Avropada,İtaliyada , yunanda və Avropanın başqa yerlərində görmək istəyir və Azərbaycanın Yardımlı ərazisində və digər bölgələrində ,özəlliklə də türk torpağında kökünü görmək onun əfkarını və əsəblərini poza bilər . Amma biz onun bu əsəb pozulmağına baxmayaraq öz haqlı işimizi görüb yolumuza davam edəcəyik...

Yazar : Fərhad Cavadi Abdulla oğlu / Urmiya / 8- İyun 2014

1 – İlham Cankişi oğlu Əhədov , Yardımlı mənim doğma diyarım , Açıq dünya nəşri , Bakı 2007 , səh. 8 -22

2 – həmən mənbə , səh.8 3 – Şemseddin Sami , Kamus – ı Türki , 4-cü basım , Kapı Yayınları , İstanbul 2009 , səh.1523 - 1524

4 – Həmən yerdə

5 - V.V.Radlov , Türk ləhcələrinin luğət tərcüməsi , 3-cü cild , Birinci hissə, səh.103

6 - F.Guirand – the Myths of Assyria and Babylonia – New Larousse Encyclopedia of World Mythology- Tr.By: A.Esmailpur- Ferkre Ruz publication- Tehran 1995 , p.58

7 - Jeremy Black and Anthony Green – illustrations By Tessa Rickards, Gods, Demons and symbols of Ancient Mesopotamia (An Illustrated Dictionary) – Translated by peyman Matin , p.294



8 - F.Guirand – göstərilən qaynaq , səh.60
Yüklə 83,1 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə