Tarix və onun problemləri, №3 2013 FƏRİDƏ ƏLİyeva



Yüklə 66,7 Kb.
Pdf görüntüsü
tarix11.03.2018
ölçüsü66,7 Kb.
#31167


Qədim dövr və orta əsrlər                                                             

5

 

Tarix və onun problemləri, 

№3 2013 

 

 



FƏRİDƏ ƏLİYEVA  

Bakı Dövlət Universiteti 

Qədim dünya və orta əsrlər tarixi kafedrasının dosenti 

E-mail: aliyevafa@gmail.com 

 

ALBANİYANIN ELLİN DÜNYA İLƏ İQTİSADİ ƏLAQƏLƏRİ 

 

Açar sözlər: Ellin dünya, iqtisadi əlaqələr, Albaniya, yazılı mənbə, antik müəlliflər 



Ключевые слова: эллинистический мир, экономические отношения, Албания, письмен-

ные источники, античные авторы 



Key words:theHellenisticworld, economicrelations, Albania, a writtensource, 

theancientauthors 

 

Azərbaycanın  ərazisi  əlverişli  coğrafi  mövqeyə  və  təbii  zənginliklərə  malik  olduğun-



dan,  burada  qədim  cəmiyyətin  təşəkkül  tapıb  inkişaf  etməsi  üçün  real  imkanlar  mövcud  ol-

muşdur. Cəmiyyətin inkişaf tarixinin öyrənilməsində ayrı-ayrı təsərrüfat sahələrinin arxeoloji 

material  və  yazılı  məlumat  əsasında  təhlili  başlıca  məsələlərdən  biridir.  Arxeoloji  qazıntılar 

nəticəsində  aşkar  olunmuş  maddi  mədəniyyət  qalıqları  Azərbaycan  əhalisinin  təsərrüfat  və 

ticarət həyatını öyrənmək üçün müəyyən qədər imkan yaradır. Azərbaycanın qədim dövlətlə-

rindən  olanAlbaniyanın  e.ə.IVəsr  -  e.III  əsrlərində  ticarət  münasibətlərinə  dair  materialların 

azlığına baxmayaraq, antik müəlliflərin məlumatları, müxtəlif sikkə nümunələri, Cənubi Qaf-

qaz  və  dünya  tranzit  ticarətində  mühüm  rol  oynayan  Xəzər  dənizi  və  Kür  çayı  kimi  su 

yollarının olması onun bir çox ölkələrlə əlaqələrini aydınlaşdırmağa imkan yaradır. Ticarət an-

tik dövr Albaniya şəhərlərinin iqtisadi həyatında böyük rol oynayırdı (1, s.152). Ticarət isteh-

salı  ilə  əlaqədar  olan  əkinçiliyin  və  sənətkarlığın  inkişafı  öz  növbəsində  ticarətin  inkişafına 

şərait yaradırdı. 

Albanların  təsərrüfatında  əkinçilik,  maldarlıq  və  sənətkarlıq  əsas  yer  tutmuşdur.  Bun-

larla əlaqədar olaraq, yardımçı təsərrüfat sahələri - bağçılıq, bostançılıq, balıqçılıq damövcud 

olmuşdur  (2,  s.102).  Antik  müəlliflərin  məlumatları  kənd  təsərrüfatının  kifayət  qədər  dəqiq 

mənzərəsini verir(3,s.80). 

Y.İ.Krupnov  “Şimali  Qafqazın  qədimtarixi”  adlı  əsərində  etnoqrafik  dəlillərə  və  Stra-

bonun Albaniyada xışdan istifadə haqqındakı məlumatına əsaslanaraq Qafqazda qədimdə ko-

bud ağır xışdan istifadə edilməsi fikrini irəli sürür (4, s.313). 

Strabon  qeyd  edir  ki,  albanlar  və  iberlər  “münbit  torpağa  malikdirlər  və  təsərrüfatı 

yaxşı inkişaf etdirə bilirlər”(XI,2,19). Biz Strabonda əkinçilik üçün yararsız ərazi haqqında da 

məlumata rast gəlirik. Məsələn, o, yazır ki, İberiyadan Albaniyaya gedən yol “Kambisenadan 

– suyu qıt olan dərə-təpəlik ərazidən keçir” (XI,4,5). 

Azərbaycanda  həm  bərk,  həm  də  yumşaq  buğda  növü  əkilirdi.  Bərk  buğda  dəninin  və 

ununun Mingəçevirdə aşkar edilmiş qalıqları  həmin  vaxtlara aiddir(3,s.82). Bağçılığın alban-

ların təsərrüfatındaxüsusi rol oynadığını göstərən yazılı mənbələr arxeoloji tapıntılarla təsdiq 

edilir  (2,s.106).  Strabon  Albaniyanın  üzümlüklərindən,  habelə  üzüm  tənəklərinin  bol  üzüm 

gətirməsindən danışır. Məlum olduğu kimi, üzümdən müxtəlif məhsullar hazırlanması təsərrü-

fat həyatında böyük əhəmiyyətə malik idi. 

Əhalinin iqtisadi həyatında  maldarlıq nəzərə  çarpacaq yer tuturdu. Yazılı qaynaqlarda 

Kaspi torpağında dəvələr olması haqqında da məlumatlar qalmışdır. Dəvələrdən digər ölkələrə 



6                                                              

Qədim dövr və orta əsrlər

 

Tarix və onun problemləri, 



№3 2013 

 

mal  daşımaq  üçünistifadə  olunurdu.  Ticarət  məqsədilə  həyata  keçirilən  səyahətlərdə  istifadə 



olunan  minik  və  yük  heyvanları  maldarlıqda  da  xüsusi  yer  tuturdu.  Bunlardan  atı  xüsusilə 

qeyd  etmək  lazımdır.  Deməli,  hərbi  işlərdə  geniş  istifadə  olunmalarından  əlavə,  Albaniyada 

dəvə və atlardan ticarətdə minik və yük daşımaq məqsədilə də istifadə olunurdu. Arxeoloji ta-

pıntılardan və mənbələrin verdiyi məlumatdan göründüyü kimi, Albaniyanın iqtisadi həyatın-

da heyvandarlıq böyük əhəmiyyət kəsb edirdi. 

Bir çox mənbələr qədim Azərbaycan əhalisininbalıqçılıqla da məşğul olduğunu  göstə-

rir. Təbii ki, balıqçılıq Xəzər dənizi, Kür və Araz kimi iri çayların yaxınlığında yaşayan tayfa-

ların həyatında mühüm rol oynaya bilərdi. Buna baxmayaraq, dağ çaylarında olan farelbalıq-

larından, eləcə də ölkə daxilində mübadilə yolu ilə Kür və Araz çaylarında və Xəzər dənizində 

ovlanmış balıqlardan istifadə olunmuşdur. Yəqin ki, Albaniyanın digər ölkələrlə iqtisadi-tica-

rət  əlaqələrində  balıq  və  balıq  məhsulları  özünəməxsus  yer  tuturmuş.  Klavdi  Elian  yazır  ki, 

Kaspi torpağında nəhəng bir göl var və bu göldə itiburun adlanan nəhəng balıqlar üzür. Kaspi-

lər onları tutur, duzlayır və ya qurudurdular. Sonra isə dəvələrə yükləyib Ekbatanaya aparırlar. 

Bu məlumat həm  Albaniyaya, həm də Atropatenaya aiddir.Yəni, həm ölkə daxili, həm də öl-

kəxaricitcarətdə  balıqdan  istifadə  edirdilər.  Bu  balıqların  piyindən  məlhəm  hazırlayırdılar. 

Bundan  başqa,  çox  əlverişli  olan  yapışqan  düzəldirdilər.  Yəqin  ki,  ticarətdə  bu  yapışqandan 

istifadə olununrdu. Həm də xaricdən gətirilən fil dişindən əşyalar hazırlayan ustalar da bu ya-

pışqandan  işlədirdilər.  Balıqlara  vurmaq  üçün  lazım  olan  çoxlu  duz  Atropatena  duz  mədən-

lərindən gətirilirdi. 

Albaniyanın iqtisadiyyatında əkinçilik və maldarlıqla bərabər, müxtəlif sənətkarlıq sa-

hələri  də  başlıca  yerlərdən  birini  tutmuşdur.  Tədqiq  olunan  sahələrdən  biri  dulusçuluqdur  və 

metalişləməyə  aid,  qismən  də  şüşə  istehsalı  ilə  əlaqədar  olan  sənətkarlıq  haqqında  bir  qədər 

ətraflı məlumat əldə edilmişdir. 

Albaniyada  şüşə  məmulatı  istehsalı  kimi  nisbətən  incə  və  mürəkkəb  sənət  sahəsinin 

mövcud  olması  haqqında  arxeoloji  materialların  təhlili  mülahizələrə  imkan  verir.  Qazıntılar 

zamanı gətirilmə şüşə qablarla yanaşı, yerli istehsal nümunələrinin də varlığı müəyyənləşdiril-

mişdir (2,s.114). Şüşə qablarAlbaniyaya həm ticarət əlaqələri vasitəsi ilə xaricdən gətirilmiş, 

həm də yerli sənətkarlar tərəfindən istehsal edilmişdir. Bəzi şüşə qabların ətraflı tədqiqi nəti-

cəsində aydın olmuşdur ki, onlar yerli istehsalın məhsuludur (5,s.113-122). Lakin şüşə qablar 

istehsalında  yerli  formaların  tətbiqi  ilə  yanaşı  Yaxın  Şərq  şüşə  istehsalı  elementlərinin  də 

varlığı  məlum  olur.  Albaniyada  şüşə  istehsalı  yerli  gil  qabistehsalının  bəzi  xüsusiyyətlərinin 

tətbiqi vasitəsilə, eyni zamanda mədəni əlaqələr nəticəsində mənimsənilmiş forma və üsullarla 

da  təkmilləşdirilmişdir  (2,s.97).  Məişətdə  şüşədəndüzəldilən  qab-qacaqdan  istifadə  edilirdi, 

dəfn  mərasimində  lazım  olan  ətirlər  və  ətirli  yağlar  da  şüşə  qablarda  saxlanılırdı  (3,s.99). 

K.V.Treverin fikrincə, Albaniya ərazisində üzə çıxarılmış bəzi şüşə məmulatların yerli, yaxud 

Suriya, Kiçik Asiya vilayətlərindən gətirilmə olduğunu demək hələlik çətindir (6,s.81). 

Məlum olduğu kimi, toxuculuq hələ ən qədim zamanlardan insanların həyatında müəy-

yən  yer  tutmuşdur.  II-III  əsrlərdə  yaşamış  KlavdiElianın  verdiyi  məlumatdan  Albaniyada  is-

tehsal  olunan  yunun  xarici  ölkələrdə  satıldığı  aydın  olur.  O  yazır  ki,  burada  dəvələr  olduqca 

çoxdur və onlar yumşaq yunla örtülmüşdür. Onların yunu çox zərifdir, belə ki, öz yumşaqlığı-

na görə, Milet yunundan geri qalmır. Toxuculuğun inkişafı bir sıra xırda peşələrin də meydana 

çıxmasınıvə onunla əlaqəli şəkildə inkişaf etməsini şərtləndirmişdi. Bunlardan biri boyaçılıq-

dır.İstehsal  olunmuş  parçanı,  lifi,  ipi,  yaxud  da  paltarın  özünü  bir  çox  bitkilərin  kök,  gövdə, 

qabıq  və  çiçəyindən,  habelə  başqa  materiallardan  müxtəlif  üsullarla  alınan  cürbəcür  rənglə 

boyamışlar. Yuxarıda deyilənlərdən belə nəticəyə gəlmək mümkündür ki, Albaniya toxucuları 



Qədim dövr və orta əsrlər                                                             

7

 

Tarix və onun problemləri, 

№3 2013 

 

müxtəlif  xammalla  təmin  olunmuşdular.Yerli  boyalar  olan-  marena  və  koşenil  haqqında  da 



danışmağa əsas vardır (6,s.82) . 

Arxeoloji tapıntılar gön və dəridən müxtəlif geyimlər tikilməsini söyləməyə imkan ve-

rir. Təbii ki, bunlar hamısı ticarət münasibətlərinin inkişafında mühüm rol oynayırdı. Toxucu-

luğun, eləcə də başqa sənət növlərinin inkişafı öz növbəsində iqtisadiyyatın digər sahələrinin -

mübadilə və ticarətin inkişafına da təsir göstərə bilmişdi. 

Arxeoloqlar müxtəlif rəngli və ölçülü asma bəzək əşyaları da üzə çıxarmışlar. Heyvan 

heykəlcikləri, sxematik göz şəkilli muncuqlar, skarabeuslar (Misir və Suriya mənşəli, üzərində 

ornamenti olan daş və saxsı böcəklər) və başqa əşyalar bu qəbildəndir (3,s.73). Torpaqvə ka-

takomba  məzarlarından  aypara  şəkilli  qızıl  sırqalar  üzə  çıxarılmışdır.  A.A.Qaraəhmədovanın 

fikrincə,  bunlar  Roma  dövləti  ilə  ticarətin  məhsulu  olub,  bu  bölgəyə  oradan  idxal  edilirdi. 

T.İ.Qolubkinaya  görə,  bu  dövr  üçün  yunan-roma  dünyasından  gəlmiş  və  ya  yerli  istehsala 

məxsus gemmalı üzüklər əhəmiyyət kəsb edir. Roma gemmalarınınyayılmasındaPompeyin və 

Antoninin  yürüşləri  mühüm  rol  oynamış,  gəlmə  gemmalar  çox  olduğundan  onları  yerli  mə-

mulatlardan  ayırmaq  mümkün  deyildir.  Tədqiqat  göstərir  ki,  gemma  qaynağı  Qərb  dünyası 

əraziləri olmaqla bərabər şərq ölkələrində, o cümlədən Azərbaycanda ortaya çıxması romalıla-

rın şərqə doğru yürüşləri ilə bağlıdır. Gemmaların bir qismi isə Yunanıstan və Roma mədəniy-

yətinin təsiri altında olan yerli oymaçı ustaların əlinin məhsuludur. 

Beləliklə, Azərbaycanın ellin dövlətlərlə iqtisadi-ticarət əlaqələrinin inkişafında ölkələ-

rin  əlverişli  coğrafi  mövqeyi,  bu  dövrdə  onların  iqtisadi  inkişafı,  zəngin  təbii  şəraiti,  bu  re-

gionların qədim şərq mədəniyyət  mərkəzlərinə yaxınlığı və s. mühüm rol oynayırdı. Deməli, 

buna həm də Atropatena və Albaniya ərazilərindən keçən və bu iki ölkəni ellin dövlətlərlə bir-

ləşdirən tranzit ticarət yolları da təkan verirdi. Bu barədə həm antik  müəlliflərin yazılı məlu-

matları, həm də arxeoloji və numizmatik materiallar məlumat verir. Ə.Rəcəbli özünün “Azər-

baycanın  numizmatikası”adlı  kitabında  yazır  ki,  ”Albaniyanın  mühüm  xarici  əlaqələri  cənub 

istiqamətində-Atropatena  vasitəsilə, oradan isə nəhəng ellin dünyası ilə mövcud olmuş və in-

kişaf etmişdir”(7, s.12). 

Parfiyanın iqtisadi həyatına qoşulmuş yerli tacirlər ticarətdə fəal rol oynamışdırlar. On-

lar  bir-birindən  uzaq  ölkələri  birləşdirən  böyük  bir  magistralı  əllərində  saxlayırdılar.  Bütün 

bunlar göstərir ki, bir tərəfdən Avropadan, digər tərəfdən Çindən, Hinditandan, Orta Asiyadan 

uzanan  ticarət  magistralları  Parfiya  ərazisində  kəsişir,  gətirilən  mallar  isə  ya  yerli  tacirlər 

tərəfindən başqa yerlərə ötürülür, ya da iri şəhərlərdə qalaraq böyük yolların qolları ilə tədri-

cən  hər  tərəfə  yayılırdı.  Atropatena  və  Albaniya  bu  ticarətdə  müəyyən  yer  tuturdular:  ixrac 

edilən mallar Ekbatanaya daşınır, buradan da başqa yerlərə aparılırdı. Antik Atropatena və Al-

baniya üçün nəzərdə tutulan idxal malları da Ekbatanaya bu əsas ticarət yolları ilə gətirilirdi. 

Yuxarıda deyildiyi kimi, ticarət antik dövrdə Albaniyanın şəhərlərinin iqtisadi həyatın-

da  əhəmiyyətli  rol  oynayırdı.  İstehsalçı  ilə  istehlakçı  arasında  vasitəçi  rolunu  da  çox  zaman 

fəaliyyət çevrəsini ticarət təşkil edən tacirlər oynayırdılar (1,s.152). 

Ellinizm dövründə pul dövriyyəsi yüksək  səviyyəyə çatmışdır  və pul dövriyyəsi üçün 

uyğun iqtisadi bazası olan bir çox ölkələrə yayılmışdır.Yəni pul zərbi yunan dunyasından ya-

vaş-yavaş pul dövriyəsinin yaranması və inkişafı üçün uyğun ictimai-iqtisadi bazası olan ölkə-

lərə yayılmağa başladı. Bu məsələdə Albaniya da istisna təşkil etmirdi. Əhəməni  İranında  da 

pul  zərbi  mövcud  idi.  Güman  edilir  ki,  Əhəmənilərin  dövründə  Albaniyada  ticarət  mübadilə 

vasitəsilə həyata keçirilirdi. Pul dövriyyəsinin yaranmasıüçün şərait Albaniyada ellinizm döv-

ründə yarandı. Bu dövrdə ümumdünya ticarətinə yeni-yeni ölkələr cəlb olunurdu. Albaniya da 

belə ölkələrdən idi. Albaniyada artıq bir sıra yaşayış məskənləri şəhərlərə çevrilir və sənətkar-



8                                                              

Qədim dövr və orta əsrlər

 

Tarix və onun problemləri, 



№3 2013 

 

lıq və ticarət durmadan inkişaf edirdi. Bütün bunlar pul dövriyyəsinin yaranib inkişaf etməsi 



üçün  içtimai-iqtisadi  bazanın  formalaşmağına  gətirib  çıxarırıdı.  Qafqazın  numizmatik  mate-

riallarının davamlı tədqiqi Y.A.Paxomova belə qənaətə gəlməyə imkan vermişdi ki, Azərbay-

can ərazisində pul dövriyyəsi e.ə.III əsrdən meydana gəlmişdir. Numizmatik tapıntılar əsasın-

da Albaniyanın pul dövriyyəsini iki əsas böyük dövrə bölmək mümkündür: e.ə.VI əsrdən-e.ə.I 

əsrin  ortalarınadək  olan  birinci  dövr  və  e.ə.I  əsrin  ortalarından  eramızın  III  əsrinədək  olan 

ikinci dövr. Bu dövrlərin özlərini də Albaniyanın pul dövriyyəsində müəyyən dəyişiliklər baş 

verən bir neçə mərhələyə ayırmaq mümkündür (1,s.155). 

Albaniyanın  ellinizm  dövründə  pul  dövriyyəsini  işıqlandırmaq  üçün  mühüm  material 

tapılmış ayrı-ayrı sikkə və böyük pul dəfinələridir. Dəfinələr arasında pulların sayına və tərki-

binə  görə  ən  əhəmiyyətlisi  1966-ci  ildə  antik  dövr  Qəbələ  yaxınlığında  tapılmış  dəfinədir. 

E.ə.II  əsrin  20-ci  illərinə  aid  bu  dəfinənin  ümumi  qiyməti  ondadır  ki,  burada  500-dən  artıq 

alban  zərbli  pul  tapılmışdır.Yalnız  bu  dəfinə  Albaniyaya  məxsus  pul  kəsilmə  təkamülünü 

izləməyə imkan verir.Yerli zərbə aid pullar olan digər dəfinələr əsasında bu təkamülü izləmək 

mümkün deyil. Qəbələ dəfinəsi sayəsində dəqiq müəyyənləşdirmək mümkün oldu ki, ellinizm 

dövrünə aid yerli alban pulları Böyük İsgəndərin pullarının təqlidi idi. Zaman keçdikcə yerli 

pullar  tənəzzülə  uğradılar,  İsgəndərin  sikkələri  ilə  genetik  əlaqəli  olmalarına  baxmayaraq, 

pulların  növləri  də  dəyişdi.  Tədqiqatçılar  belə  nəticəyə  gəlmişlər  ki,  Albaniyada  İsgəndərin 

pullarına  bənzətmə  artıq  e.ə.III  əsrdən  başlamışdır.  Belə  sikkələr  Makedoniyalı  İsgəndərin 

sikkələrinin şərq ölkələri bazarlarında geniş yayıldığı dövrlərdə kəsilirdi. Məhz elə buna görə 

də bu pullar QafqazAlbaniyasının ilk pullarının zərbində etalon rolunu oynamışlar (8,s.48). 

İ.Babayevin fikrinə görə, Albaniyada Makedoniyalı İsgəndərin draxma və tetradraxma-

larına oxşar pulların zərbinə e.ə.III əsrin birinci yarısında, hətta ola bilər ki, e.ə.IV əsrin sonu - 

III  əsrin  əvvəllərində  başlamışlar.  Albaniya  Makedonyalı  İsgəndərin  Şərq  yürüşü  sayəsində 

əhəmənilərin  zülmündən  azad  olub  müstəqil  dövlət  olmuşdur.  İlkin  olaraq  Albaniyaya  çox 

sayda  İsgəndərin  pulları  daxil  olmuşdur  və  bununla  da  Albaniya  ellinist  dünyası  ilə  ticarətə 

cəlb  olunmuşdur.  Əhalinin  artan  tələbatını  təkcə  gətirilmə  pullar  ödəmədiyi  üçün  ölkədaxili 

ticarət də yüksək səviyəyə çatmışdı. Buna görə də Albaniya hökmdarları özləri pul zərb etmə-

yə məcbur oldular. Əvvəlcə bu pullar orijinala daha yaxın idi, lakin vaxt keçdikcə öz görünüş-

lərini dəyişirlər(1,s.49). Güman etmək olar ki, Makedonyalı İsgəndər və selevkilərin pullarının 

bir  hissəsi  Albaniyaya  e.ə.IV  əsrin  sonlarında  daxil  olmuş  və  e.ə.III-II  əsrlərdə  burada  əsas 

ödəmə vahidi rolunu oynamaqda davam edirmiş. Bunu, bir tərəfdən, məlum bir fakt sübut edir 

ki,  ölümündən  sonra  Makedonyalı  İsgəndərin  pulları  Şərqdə  olduğu  kimi,Yunanıstanda  da 

uzun müddət zərb olunurdu.Onlar əvvəlki kimi beynəlxalq valyuta vəzifəsini yerinə yetirirdi-

lər. Digər tərəfdən, bu, sözü gedən pulların selevki, roma və parfiya pulları ilə birgə dəfinələr-

də üzə çıxarılmasını təsdiqləyir (9,s.93-94). 

Ellin dünyası ilə Albaniyanın əlaqələri haqqında Mingəçevir, Şamaxıdan tapılmış mö-

hürlər xəbər verir. Albaniya ərazisində tapılmış Suriya mənşəli şüşə muncuqlar da Albaniya-

nın  Yaxın  Şərq  ilə  ticarət  münasibətləri  haqqında  məlumat  verir.  Dövlətin  yaranması,  şəhər 

mədəniyyətinin  təşəkkülü  beynəlxalq  əlaqələrin  genişlənməsinə  zəmin  yaradırdı.  Beləliklə, 

Atropatenada olduğu kimi, Albaniyada da bu dövrdə şəhər mədəniyyəti, sinfi cəmiyyət inkişaf 

edirdi, yerli əhalinin qədim Şərq ölkələri, antik dünya ilə siyasi, iqtisadi, mədəni, ticarət əlaqə-

ləri genişlənirdi. 

Yuxarıda  deyilənlərdənbelə  nəticəyə  gəlmək  mümkündür  ki,  Azərbaycan  öyrənilən 

dövrdə, bir tərəfdən müstəqilliyini qorumağa çalışaraq, bir sıra yaxın, uzaq ölkələrlə mübarizə 




Qədim dövr və orta əsrlər                                                             

9

 

Tarix və onun problemləri, 

№3 2013 

 

aparmış, digər tərəfdən isə kənd təsərrüfütını, ayrı-ayrı sənət sahələrini, dini baxışlarını, mədə-



niyyətinin müxtəlif sahələrini yüksək inkişaf səviyyəsinə çatdırmışdır.  

 

İstifadə olunmuş ədəbiyyat: 

 

1.Бабаев И.А. ГородаКавказскойАлбании в IV в. дон.э.- III в.н.э. Баку, 1990, 234 с.  

2.Osmanov F.L. Qafqaz Albaniyasının maddi mədəniyyəti. Bakı, 1982, 158 s. 

3.Əliyev K.H., Əliyeva F.K. Azərbaycan antik dövrdə. Bakı, 1997, 119 s. 

4.Крупнов Е.И. Древняяисториясев. Кавказа. Москва, 1960, 370 с.  

5.Nuriyev A.B. B.Azərbaycan ərazisində aşkar edilmiş oymalı şüşə piyalələr haqqında. 

Az.SSR EA Tarix institutu aspir. I elmi konf.-nın mat.-rı. Bakı, 1965, s.11-12. 

6.Тревер К.В. Очеркипоистории и культуреКавказскойАлбании. М.-Л., 1959, 391с. 

7.Раджабли А.М. Нумизматика Азербайджана. Баку, 1997, 232 с. 

8.Левиатов В.Н.Азербайджан с V в. до н э.- IIIв.н.э. Изв. АН Азерб. ССР, 1950, № 1. 

с.48-95. 

9.Расулова М.М. Торгово-экономические икультурныесвязиКавказской Албании с ан-

тичным и эллинистическим миром: IV в.до н. э.- III в. н.э. Баку, 2008, 216 с. 



ФАРИДА АЛИЕВА 



Кафедра история древнего мира и средних веков 

Бакинского Государственного Университета 

 

ЭКОНОМИЧЕСКИЕ СВЯЗИ АЛБАНИИ С ЭЛЛИНИСТИЧЕСКИМ МИРОМ 

 

Письменные  источники  и  материалы  археологических  раскопок  дают  возмож-



ность изучать 

экономическую

жизнь населения Азербайджана в античное время.  

В начале статьи говорится 

о сущности эллинизма, 

о роли торговли в экономичес-

кой  жизни  албанских  городов.  Античные  авторы  сообщают,  что  кроме  сухопутных,  в 

Азербайджане существовали и морские и речные пути. 

Земледелие  и  скотоводство  составляли  основу  экономической  жизни  населения 

Албании 


в античное время. В статье говорится также о производстве и о развитии про-

изводства изделий из стекла и керамики.  

В статье также подчѐркивается местные преимущества географического положе-

ния страны в торговых отношениях Атропатены и Албании изучаемого времени. 

 

FARIDA ALIEVA 

BakuStateUniversity 

theDepartment of theAncient and MiddleAgeshistory 

 

ECONOMIC RELATIONS OF ALBANIA WITH HELLENISTIC WORLD 

 

Written  sources  and  materials  of  unique  excavation  give  an  opportunity  to  research 

economical life of Azerbaijan’s population in the ancient period. 

At the beginning of article saying about point of the Hellinisim and about role of trade 

in economical life of the Albanian’s cities. 



10                                                              

Qədim dövr və orta əsrlər

 

Tarix və onun problemləri, 



№3 2013 

 

Ancient  authors  inform  that  in  the  Azerbaijan  except  overland  route  there  were  river 



way and seaway.  

Agriculture  and  cattle  raising  were  base  of  economical  life  Albania  in  the  ancient  pe-

riod. 

Brown ware, ceramics, glass were also developed in that epoch. 



And  of  course,  Azerbaijan  was  in  the  comfortable  geographical  location  for  develop-

ment of trade relations. 



 

Rəyçilər: t.ü.f.d.E.Kərimova,t.e.d.Q.S.İsmayılov 

Bakı Dövlət Universiteti, Qədim dünya və orta əsrlər tarixi kafedrasının 26 aprel 

2013-cü il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (pr.№08). 

Yüklə 66,7 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə