7
Over the years, 30 countries have joined the Bu illər
ərzində Tərəfdaşlığa otuz ölkə qoşuldu - Avstriya,
Azərbaycan, Albaniya, Belorusiya, Bolqarıstan,
Çexiya, Qazaxıstan, Qırğızıstan, Finlandiya,
Gürcüstan, Ermənistan, Estoniya, İrlandiya,
İsveç, İsveçrə, Latviya, Litva, Macarıstan, keçmiş
Yuqoslaviya Respublikası Makedoniya*, Moldova,
Özbəkistan, Polşa, Rumıniya, Rusiya, Slovakiya,
Sloveniya, Tacikistan, Türkmənistan, Ukrayna,
Xorvatiya.
1997-ci ildən etibarən, Rusiya və NATO arasında
Qarşılıqlı Əlaqələr, Əməkdaşlıq və Təhlükəsizlik
haqqında Əsas Akt və NATO və Ukrayna arasında
Xüsusi Tərəfdaşlığa dair Xartiya imzalandıqdan
sonra Rusiya və Ukrayna ilə xüsusi münasibətlər
inkişaf etməyə başladı. Həmin vaxt ərzində
2002-ci ildə Rusiya və NATO üzrə Müttəfi qlərin
nümayəndələrinin bərabər əsaslarla iclaslarında
iştirak etdikləri Rusiya-NATO Şurası yaradıldıqdan
sonra Rusiya ilə əlaqələr möhkəmləndi. 2002-ci
ilin noyabrında NATO-Ukrayna Fəaliyyət Planı
qəbul edildikdən sonra NATO ilə Ukrayna arasında
əlaqələrin dərinləşdirilməsi və genişləndirilməsi üzrə
tədbirlər görüldü. Onlar Ukraynanın Şimali Atlantika
Təhlükəsizliyi strukturlarına tam inteqrasiyası
prosesində islahatlar sahəsində səylərinin
dəstəklənməsinə yönəlmişdir.
On Tərəfdaş-dövlət NATO üzrə Müttəfi q oldu.
1999-cu ildə Şimali Atlantika Alyansına Macarıstan,
Polşa və Çexiya daxil oldu, sonra isə 2004-cü ildə
Bolqarıstan, Latviya, Litva, Rumıniya, Slovakiya,
Sloveniya və Estoniya onun üzvü oldular. Üç
namizəd–dövlət (Albaniya, Keçmiş Yuqoslaviya
Respublikası Makedoniya*, və Xorvatiya) gələcək
üzvlüyə hazırlaşırlar.
Bosniya və Herseqovina və Serbiya və Çernoqoriya
da həmçinin Sülh Naminə Tərəfdaşlığa (SNT)
və Şimali Atlantika Tərəfdaşlıq Şurasına (ŞATŞ)
qoşulmaq ümidindədirlər. NATO onların səylərini
dəstəkləyir, lakin bununla belə bu ölkələrdən əvvəlcə
bir sıra tələblərin yerinə yetirilməsi gözlənilir.
Bunlara keçmiş Yuqoslaviya üçün Beynəlxalq
Cinayət Tribunalı ilə tammiqyaslı əməkdaşlıq, o
cümlədən, hərbi cinayətlər törətməkdə şübhəli bilinən
və buna görə də yaxşı tanınan Radovan Karadciç
və Ratko Mladiçin yaxalanması tələbi aiddir.
Eyni zamanda, NATO Bosniya və Herseqovinaya
hərbi islahatlar keçirməkdə artıq kömək edir.
Təhlükəsizliyin təmin olunması sahəsində məhdud
əməkdaşlıq Serbiya və Çernoqoriya ilə də aparılır. Bu
əməkdaşlığa Hərbi və mülki şəxslərin onları Şimali
Atlantika Alyansı, böhran tənzimlənməsi, sülhün
dəstəklənməsi üzrə əməliyyatlar və hərbi-mülki
əməkdaşlıq məsələləri ilə tanış etmək məqsədilə
keçirilən NATO kurslarında təlim keçməyi daxildir.
MÜTTƏFIQLƏR VƏ TƏRƏFDAŞLAR
8
8
1991
Şimali Atlantika Əməkdaşlıq Şurasının
ilk iclası
1994
«Sülh Naminə Tərəfdaşlıq» (SNT)
Proqramının qəbul edilməsi;
NATO-nun nəzdində Tərəfdaş-dövlətlərin
missiyalarının açılması;
Müttəfi q Qüvvələrin Avropadakı Ali Baş
Qərargahı (MQAABQ) nəzdində Tərəfdaşlıq
əlaqələndirmə Qrupunun yaradılması
1995
Müttəfi q Qüvvələrin Avropadakı Ali Baş
Qərargahı (MQAABQ) nəzdində Beynəlxalq
Əlaqələndirmə Mərkəzi yaradıldı
1996
Tərəfdaş-dövlətlər NATO-nun rəhbərliyi
altında Bosniya üzrə sülh sazişinin həyata
keçirilməsi üçün yaradılmış qüvvələrdə
iştirak edir
1997
Sintrada (Portuqaliya) Avro-Atlantika
Tərəfdaşlıq Şurasının (AATŞ) ilk iclası;
NATO
və ŞATŞ Madriddə (İspaniya)
keçirilmiş sonrakı Zirvə görüşündə SNT-nin
əməliyyatlar üzrə rolu gücləndirildi
1998
Fəlakətlərə Cavabvermə üzrə Avro-Atlantika
əlaqələndirmə Mərkəzi (FCAAƏM) və
Fəlakətlərə Cavabvermə üzrə Avro-Atlantika
Birliyinin yaradılması
1999
Üç Tərəfdaş – Macarıstan, Polşa, Çexiya –
NATO-ya
daxil olur;
Dialoq
və Əməkdaşlıq məsələləri NATO-
nun təhlükəsizliyin təminatı sahəsində ən
mühüm vəzifələrinin ayrılmaz hissəsi kimi
şimali Atlantika Alyansının Strateji
konsepsiyasına daxil edildi;
Vaşinqton Zirvə görüşündə SNT-nin daha da
genişləndirilməsi və bu proqramın
əməliyyatlar üzrə rolunun gücləndirilməsi
haqqında qərar qəbul edildi;
NATO-nun
rəhbərliyi altında Kosovo
Qüvvələrinin (KFOR) tərkibində Tərəfdaş-
dövlətlərin hərbi kontingentinin cəbhə
boyu düzülməsi
2001
Sentyabrın 12-də AATŞ-da keçirilmiş
iclasda ABŞ-da baş vermiş terror aktları
müzakirə edildi və terrorizm bəlası ilə
mübarizə aparmaq üzrə öhdəçilik
qəbul olundu
2002
Fəaliyyətin Praqa Zirvə görüşündə
keçirilmiş hərtərəfl i təhlili AATŞ və SNT
Proqramının qüvvətlənməsinə səbəb olur;
Tərəfdaşlığın terrorizmlə mübarizə üzrə
fəaliyyət Planı qəbul edildi
2003
Tərəfdaş-dövlətlər öz hərbi kontingentlərini
NATO-nun rəhbərliyi altında Əfqanıstanda
Beynəlxalq Təhlükəsizliyə Yardım
Qüvvələrinin tərkibinə daxil edir
2004
Yeddi Tərəfdaş-dövlət (Bolqarıstan, Estoniya,
Latviya, Litva, Rumıniya, Slovakiya və
Sloveniya) NATO-ya daxil oldu;
İstanbul Zirvə görüşündə Tərəfdaşlığın daha
da möhkəmləşdirilməsi üzrə
tədbirlər görüldü;
Müdafi ə təsisatlarının quruculuğu üzrə
İstanbul Tərəfdaşlığın Fəaliyyət Planı
qəbul olundu
TƏRƏFDAŞLIĞIN ƏSAS MƏRHƏLƏLƏRI
Əsas mexanizmlər
NATO, Tərəfdaşları ilə əlaqələrin tammiqyaslı
siyasi əsasını təşkil edən Avro-Atlantika Tərəfdaşlıq
Şurasında (AATŞ) Təfərdaşları ilə müntəzəm
surətdə məsləhətləşmələr aparır. Hər bir Tərəfdaş-
dövlət həmçinin Şimali Atlantika Alyansı ilə Sülh
Naminə Tərəfdaşlıq (SNT) çərçivəsində əllahiddə
əlaqələr yarada bilər. Əməli fəaliyyət növlərini
ehtiva edən bu Proqram Tərəfdaşlara öz
əməkdaşlıqlarının əsas vəzifələrinin onların özləri
tərəfi ndən müəyyənləşdirilməsinə imkan verir.
Tərəfdaşlığın bu iki başlıca mexanizmi Avro-
Atlantika Təhlükəsizliyi arxitekturasının əsas
elementləri olub.
Madrid (1997-ci il), Vaşinqton (1999-cu il), Praqa
(2002-ci il) və İstanbul (2004-cü il) Zirvə
görüşlərində həmçinin NATO üzrə Müttəfi qlər
arasındakı Əməkdaşlığın daha da dərinləşdirilməsi
üzrə tədbirlər görüldü. Bu təşəbbüslər
Əməkdaşlığın bünövrəsində yerləşən dəyərlər və
prinsiplərə əsaslanır və NATO-nun Tərəfdaşlığın
əsas məramlarına - Avro-Atlantika bölgəsində və
onun hüdudlarından kənarda sülh və sabitliyin
möhkəmləndirilməsi və inkişaf etdirilməsinə daim
sadiq qaldığını əyani surətdə nümayiş etdirir.