Sura Həsənli Xocalı



Yüklə 5,41 Kb.
Pdf görüntüsü
tarix21.06.2018
ölçüsü5,41 Kb.
#50017

background image
 

Sura Həsənli 

Xocalı 

 

Haray səsi asimana ucaldı, 



İnildədi, için-için Xocalı, 

Harayına o gün yetən olmadı, 

İnildədi, için-için Xocalı. 

 

Ermənilər kömək aldı, güc aldı, 



Qüvvələri bir idisə yüz oldu. 

Düşmən yurdda, qanlı-qanlı iz saldı. 

İnildədi için-için Xocalı. 

 

Bu cəlladlar qudurdular, qızdılar, 



Biz susduqca yollarını azdılar. 

Qarabağda şəhid oldu oğullar, 

İnildədi için-için Xocalı. 

 

 



Ərənlərim odda, közdə bişdilər, 

Qız, gəlinlər dağa-daşa düşdülər. 

Bu faşistlər yurda zülüm etdilər, 

İnildədi için-için Xocalı. 

 

 

Düşmən, rədd ol! Qoy yurdumda boy atım, 



Kəsilməyib ürəyimdən sızıltım. 

Yandı torpaq, yandı elim, elatım, 

İnildədi için-için Xocalı. 

 

Həsənli S. Xocalı : şeir // Həsənli S. Qəlbimdə yurd həsrəti var. – Bakı : 



Təfəkkür, 2005. – S.97. 

Yüklə 5,41 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə