51
əlləşməkdən cana doyan, işlərinin heç bir səmərə vermədiyini görən fermerlər birdəfəlik
buranı tərk etmişlər.
XX əsrin 50-ci illərinin axırlarında Meksikanın Çiuaua ştatının paytaxtı olan
eyniadlı baş şəhərin yaxınlığına düşmüş meteorit qeyri-adiliyinə görə seçilmişdir. Kütləvi
informasiya vasitələrində verilən məlumatlara görə, meteoritin tərkibində bizim Günəş
sistemimizdən daha qədim, çox-çox qoca olan kristallik strukturlar tapılmışdır. Professor
Luisa Maeda Vilyalobosun fikrincə, yeni düşən meteoritin ibarət olduğu material Kainatın
özü qədər qədim olub, yaşca bizim Günəş sistemindən əhəmiyyətli dərəcədə böyükdür.
«Günəş sisteminin yaşı beş milyard il olduğu halda, bu materialın yaşı düz yeddi milyard
ildən çoxdur...»
Araşdırıcıların fikrincə, anomal hadisələrin müşahidə edilməsinə görə bütün
günahı ərazidəki dəmir filizinin zəngin ehtiyatında axtarmaq lazımdır. Çünki nəhəng dəmir
yığını elektromaqnit dalğalarının süstləşməsinə bais olur.
«Sükut zonası»nı və onun qəribə xassələrini tədqiq etmiş ilk alimlərdən biri Con
Martinyano (John Martignano) olmuşdur. Onun rəhbərlik etdiyi qrup bədbəxtliklər gətirən
yerdə portativ radiostansiyanın köməyilə əlaqə yaradılmasının mümkün olmadığını sübut
etmişdir. Təqdim edilən hesabatda aydın şəkildə təsdiqlənirdi ki, başıbəlalı regionda «radio
dalğalarını süstləşdirən maqnit qüvvəsi» mövcuddur. Bu naməlum qüvvənin təsiri
nəticəsində texnogen qəzalar olur.
«Sükut zonası»nda maqnit anomaliyaları aydın şəkildə təzahür edir. Doktor
Santyaqo Qarsia belə hesab etməyə aşkar surətdə meyl göstərir ki, orada baş verən
müəmmalı hadisələrdən heç birinin fövqəltəbii qüvvələrlə hər hansı ümumi bağlılığı
yoxdur. Ola bilsin ki, səhranın təkində (dərinliyində) maqnit mədəni yerləşir. Professor
Santyaqo Qarsia hesab edir ki, radiostansiya və radioqəbuledicilərin işləməməsinin səbəbi
ərazidə dəmir filizinin zəngin ehtiyatının olmasıdır.
Şəkil 57. Maqnetit
Şübhəli rayonda maqnetitin zəngin yığını (yatağı) olması fikri araşdırıcılar
tərəfindən daha çox dəstəklənir. Həqiqətən müəmmalı rayonda maqnetitin zəngin
yatağının olduğu artıq sübut edilmişdir. Köhnə ədəbiyyatlarda «maqnitli dəmir filizi» kimi
tanıdığımız maqnetit (Fe
3
O
4
; FeO·Fe
2
O
3
) oksidlər sinfindən geniş yayılmış qara rəngli bir
mineral olub, güclü ferrimaqnit xassələrinə malikdir (şəkil 57).
Aparılan tədqiqatlar göstərir ki, bəzi təbii anomaliyalar yerin təkində maqnetitin
yüksək miqdarda olması ilə əlaqədardır. Məhz bu dəmir mədəni elektromaqnit dalğalarının
52
süstləşdirilməsinin, onların yatırılmasının başlıca səbəbidir. Çox nəhəng ölçüdə maqnitin
olması istər-istəməz texnogen anomaliyalar törədir. Maqnit dağı «topoqrafik diqqətəlayiq
yer» olaraq təkcə yerüstü qurğuları deyil, eyni zamanda yadplanetlilərə məxsus cihazları və
meteoritləri də özünə cəlb edir. Bundan başqa, sübut olunmuşdur ki, «sükut zonası»nı
əhatə edən dağ silsiləsi süxurlarında əhəmiyyətli miqdarda uran vardır.
Bəzi qeyri-adi maqnit xassələrinin tabaşirli torpaqdakı minerallarla əlaqədar
olmasına dair fərziyyə irəli sürülmüşdür.
Tədqiqatçılar külçə halında olan maqnit yatağının təbii olduğunu, yoxsa onların
min və yaxud ola bilsin milyon il ərzində baş verən meteorit bombardmanı nəticəsində
meydana çıxdığını müəyyənləşdirməyə cəhd göstərmişlər. Əgər yüksək maqnit xassələri
təbii səbəblər nəticəsində yaranmışdırsa, belə bir qənaət dəmirlə zəngin obyektlərin
kosmosdan Yer kürəsinin məhz bu ucqar yerinə doğru öz yolunu tapdığını izah edə bilər.
Bəzi tədqiqatçılar belə hesab edirlər ki, «sükut zonası» Yer kürəsinin maqnit
nöqtəsidir, yaxud planetimizin enerjisinin toplandığı bir portaldır. Həmin enerji tanınmamış
uçan obyektlərin fəaliyyəti və gəlmələr haqqında köhnə nəzəriyyə ilə əlaqədardır. Gəlmələr
yüksək maqnit sahəsi olan bu yerə kosmik gəmilərdə, yaxud fəzadakı yuvalardan
keçməklə gəlib çatırlar. Belə yuvalara «köstəbək yuvaları», yaxud «köstəbəklik» deyilir.
İngilis dilində olan «wormhole» sözünün hərfən tərcüməsi nəticəsində «qurd dəymiş yer»,
«qurd yemiş yer», «qurdun törətdiyi zədə» kimi terminlər də yaranmışdır. «Köstəbəklik»
məkan-zamanın hipotetik topoloji xüsusiyyəti olub, fəzada zamanın hər anında yaranan
«tuneldən» ibarətdir.
Tanınmamış uçan obyektlər barəsində olan nöqteyi-nəzərin dəstəklənməsi üçün
etibarlı şəkildə sənədləşdirilmiş elə bir dəlil yoxdur. Hərçənd tanınmamış uçan obyektlərə
Meksikada tez-tez rast gəlinməsi xəbərləri tez-tez eşidilir. Əlbəttə, tanınmamış uçan
obyektlər haqqında tez-tez söz salınmasını bəşər övladının dərrakəsi xaricində olan hər növ
şeyə – paranormal hadisələrə ifrat həvəs göstərməyin lüzumsuz nişanəsi kimi qarşılamaq
və qiymətləndirmək düzgün olmazdı. Ümumiyyətlə, tanınmamış uçan obyektlər haqqında
məlumatlar dərc etdirən müəllifləri dərhal qeyri-adi şeylərə meyl göstərməkdə qınamaq və
insanları qorxu altında saxlamağa çalışmaqda günahlandırmaq qətiyyən doğru sayıla
bilməz. Kiçik bir haşiyə çıxmaqla qeyd etmək lazım gəlir ki, tanınmamış uçan obyektlər
səmada hərəkət edən, ancaq hələlik tanınması mümkün olmayan istənilən obyektə deyilir.
Yadplanetlilərə məxsus kosmik gəmi, müasir atmosfer zondu, meteorit qalığı tanınmamış
uçan obyekt ola bilər, hətta qeyri-adi təsir bağışlayan optik hadisənin tanınmamış uçan
obyekt kimi qəbul edilməsi mümkündür. Buradan belə çıxır ki, «tanınmamış uçan obyekt»
terminini dilə gətirən kimi dərhal birmənalı surətdə yalnız yadplanetliyə məxsus cihaz başa
düşülməməlidir. Qarışıqlıq yaranmaması naminə müəlliflərdən bir çoxu «anomal hadisə»,
yaxud «paranomal hadisə» kimi terminlərdən istifadə olunmasını məsləhət görürlər. Lakin
hal-hazırkı dövrdə «tanınmamış uçan obyekt» termininin özü kifayət qədər anlaşılan bir
məfhum olaraq rahatlıqla istifadə edilə bilər.
«Sükut zonası»nda tez-tez yadplanetlilər olması haqqında çox məlumat verilir.
Təsadüfi deyildir ki, «hər zaman qonaq-qaralı olan zona» mətbuat səhifələrində çox vaxt
«kosmik gəlmələr zonası», yaxud «kosmik qəriblər zonası» adlandırılır.