55
əsas sirri – vicdandır, insan – ali həqiqi mahiyyətdir” fikri yeni
təəssüratla qalmışdı. Və birdən həmsöhbətimin səsində belə bir
nifrət, hətta deyərdim ki, çimçəşmə var. Həm Mamardaşvilidən,
həm də ruslardan...
- Mən – rusam! Siz alicənab insanı təhqir edirsiniz. Əgər o, indi
burada olsaydı, yəqin sizi sillələyərdi, - qəzəblə dedim.
- O mənimlə müqayisədə hər cəhətdən zəifdir, gəlin, bu barədə
danışmayaq. Amma siz mənim xoşuma gəlirsiniz. Sizdə nəciblik
duyulur. Mən sizin xoşunuza gəlmək istəyirəm. Çiçəkləri götürün
– sizədir. Mən sizə özüm haqda danışaram, özüm haqda oxuya-
ram... Gedək, artıq gecdir.
- Sizinlə heç hara getməyəcəyəm. İndi mənim kavalerim qayı-
dacaq... (başa düşmürdüm ki, Peters hara yoxa çıxıb, yeri gəlmiş-
kən, mənim kürkümün asılqandakı nömrəsi də onda idi).
- O, sizinlə vidalaşmağı unudub və bunu sizə qoyub. – Zviad
ovcunu açdı və mənim (!) asılqandakı nömrəmi göstərdi.
- Mən tamamilə çaşqın vəziyyətdə idim: restoranda tək qalmış-
dım, bu qəribə, maraqlı gürcü ilə. Peters öz katolik miladı ilə ha-
rasa yoxa çıxmışdı.
- Mən məktəbə qayıtmalıyam, - tələsik dedim. Amma belə bö-
yük qızılgül dəstəsini, üstəlik də qışda, ilk dəfə aldığımdan, qo-
yub getməyə heyfim gəlirdi.
- Çiçəklərə görə minnətdaram, onlar çox gözəldir, - dedim.
- Hara? Gənc qızın tənha, gecə vaxtı şəhərdə gəzməsi yaramaz.
Mən sizi ötürərəm.
Düşündüm ki, doğrudan da. Axı, həqiqətən də gecdir. Resto-
randan təkbaşına çıxmaq da düz deyil... Bu, sənin üçün məktəb
deyil ki, sutkanın istənilən vaxtı uçub gedəsən. Burada xüsusi ya-
naşma lazımdır.
O, hökmdar jesti ilə kürkümü mənə geyindirdi və sədəqə kimi
qapıçıya 10 rubl uzatdı. Qapıçı sanki onun ayaqlarına düşdü, yal-
taqcasına qapını qarşımızda açaraq, soyuğa birinci çıxdı.
Xəsisliklə işıqlandırılmış bulvarda, restoranın girişində qara
“Volqa” dayanmışdı. Səmadan çiçəklərin üzərinə yüngül, təzə qar
elə gözəl ələnirdi ki. Şaxta və qızılgül ətri gəlirdi. Qamsaxurdiya
maşının qapısını qarşımda açdı:
- Mənə bulvarla aşağıya Sivsev Vrajekə qədər, sonra isə...
56
- Yəqin ki, əvvəlcə mən düşəcəyəm. – O gürcücə sürücüyə nəsə
əmr etdi.
Mən etiraz etmədim. İndicə bu kişinin əlindən çiçək qəbul et-
mişəm, o şamın pulunu ödəyib (mənim harasa itmiş kavalerimin
əvəzinə). Bəli, o özünə çox arxayın adam təsiri bağışlayır, amma
mənə pis heç nə etməyib. Həm də o, məni maraqlandırıb – mən
nə isə sirr, yaxud aşkar qeyri-adilik hiss edirdim. “Əgər görüş
haqqında xahiş etsə, bəlkə də şənbə günü gündüz görüşdüm”, -
maşın az sonra dayanana kimi, düşünməyə macal tapdım.
- Mənimlə qalxın, sizə öz kitablarımı bağışlayım. – Zviad Kons-
tantinoviç maşından çıxdı və mənim tərəfimdəki qapını açdı.
- Yox, yox, başqa vaxt, gecdir...
- Bu çox vaxt aparmayacaq. – O, mənim sağ əlimdən tutub sə-
kiyə çəkdi.
- Mən bacarmaram, getməliyəm...
Amma fikrimi qurtara bilmədim. Faktiki olaraq maşından dü-
şürüldüm.
O, dərhal qapını örtdü və “Volqa” getdi.
Baş verənlərdən qorxuya düşərək və heç nə anlamayaraq onun
qarşısında durmuşdum. Biz küçədə tək idik. Bilirdim ki, o, quldur
deyil, yırtıcı deyil, kitab yazır və ümumiyyətlə, ziyalıdır. Amma
onun sifətində qorxunc, qeyri-normal nəsə vardı.
- Gedək mənim otağıma! – ayrı-ayrı, hecalarla dedi və məni ko-
budluqla küçə qapısına itələdi.
- Buraxın məni, buraxın! – öz növbəmdə mən də “qorxunc”
səslə çığırdım. Teatral səslə, deməli həm də bərkdən çığırdığım-
dan – səsim boş küçədə uğultu doğurdu. Həm də mən doğrudan
da qorxurdum. O, hətta çaşqınlıqdan dayandı.
- Nədir? Sən məni rədd edirsən? – gözlənilmədən sakitcə dedi.
– Sən kimi rədd edirsən? Mən knyazam! Mən hökmdaram! Mən
gürcü hökmdarı olacağam! Bir saatlığa, bir anlığa olsa da! – O,
demək olar ki, xırıldadı.
Onun gözəl siması tanınmaz hala düşdü və eybəcərləşdi. Hə-
min anda biləyimi elə dartdı ki, gözlərim qaraldı. Çiçəkləri yerə
salıb, sağ əlimdən yapışdım və körpə kimi onu yırğalayaraq, yan-
dırıcı ağrını birtəhər sakitləşdirməyə çalışdım. Sifətim boyu göz
yaşı axırdı. Mən heç nə görmədən və anlamadan maşın yoluna,
57
Zviad Qamsaxurdiya: “Mən
gürcü hökmdarı olacağam!
Lap bir saatlıq, bir anlıq
olsa da!”...
...xəyal gerçəkləşdi
58
demək olar ki, sürətlə gələn maşının altına atıldım.
Sürücü kəskin surətdə əyləci basdı, maşın əks tərəfə dönüb
dayandı. Sürücü maşından çıxanda məni dünyadakı bütün sö-
yüşlərə qonaq etməyə hazır idi. Mən əsən və göz önündəcə şişən
əlimi ona uzadıb, demək olar ki, dərin bayğınlıq içində sızıltı ilə
xahiş etdim: “Xahiş edirəm! Sklifə!”
- Oy, qızım, sənə nə olub? – O, artıq mənə oturmağa kömək
edirdi. – Az qala məni də məhv edəcəkdin. Yaxşı ki, qar yağdığı-
na görə yavaş gedirdim. Bununla belə, görürsən, güclə saxladım.
Xoşbəxtlikdən qarşı yol boşdur. Tanrı görünür, hamımızı qoru-
du. Deyəsən sənin yanında qarın üstündə çiçəklər vardı, yoxsa
mənə elə gəldi?
- Sizə elə gəlib. Çox sağ olun. – Mən şiddətli ağrıya baxma-
yaraq, xoşbəxtcəsinə gülümsündüm. – Siz çox yaxşı adamsınız.
- Qoy bir görək, yaxşıyam. Sən hər şeyi dərhal görürsən. Bi-
lirsən, gecə necə ola bilər? Mən beləsini o qədər görmüşəm. – O,
mənim fikrimi yayındırmağa çalışırdı. Yəqin qorxurdu ki, huşu-
mu itirərəm.
Sklifosovski adına xəstəxananın qəbul şöbəsinin qarşısında
dayananda, mənim xilaskarım içəri qaçdı. Eşitdim ki, o, kiməsə
deyir: “tez olun, tez olun, ölü kimi ağappaqdır”.
Xəstəxanadan mən səhər tezdən çıxdım. Ağrıkəsici və yuxu
gətiricidən sonra hələ başım ağrıyırdı və yüngülvari ürəyim bu-
lanırdı. Sağ əlim gipsdə idi. Bütün ötən gecə mənə irreal gəlirdi,
sanki bütün bunlar mənimlə əlaqədar olmamışdı: restoran, Pe-
ters, Qamsaxurdiya, sürücü əmi, həkimlər, rentgen, gips...
Mən məktəbə getdim. Arbatdakı “Dieta” mağazasında 10
qəpiyə yüksək kalorili iki bulka və bir iri stəkan südlü qəhvə
aldım. Bunların hamısını adət etmədiyim sol əllə tutmalıydım.
Əlimdəki pəncərənin o tayındakı qar kimi ağ təzə gipsi görən
rəhmdil xadimə qəhvəni hündürayaqlı masaya qədər aparmağı-
ma kömək etdi.
- Yıxılmısan? – canıyananlıqla maraqlandı.
- Hə, - yalandan dedim. Dərhal bu versiyanı maraqlananların
hamısı üçün cavab kimi qəbul etdim.
- Hələ bəxtin gətirib. Amma mən bu yaxınlarda döşəmədə qan
yumuşam. Bir gombulun bizdə başı yarılmışdı. Al, ye, nuş olsun.
Dostları ilə paylaş: |