90
Deyin, mən sizin xoşunuza gəlirəm?
O istək dolu xırıltılı səslə “bəli” dedi. Adətən kişilər belə
səslə sevgi etirafını edirlər. Amma mən hələ də nəyisə başa
düşmədiyimə ümid edirdim. Bəlkə mən sadəcə olaraq insan
kimi onun xoşuna gəlirəm?
- Yəni necə xoşunuza gəlirəm?
- Sən mənim tale kimi xoşuma gəlirsən. Sən – mənim ta-
leyimsən!
Amma mən belə tale istəmirəm! Mən bunun əleyhinəyəm!
Birdən yerimdən qalxdım. Güllə kimi nömrədən çıxaraq, zəh-
lətökən kişinin təcavüzündən xilas olan kimi, qaçıb qurtul-
dum. O, bütün mehmanxana boyu ardımca qışqırdı:
- Dayan, səfeh qız! Mən sənə izah edərəm! Səfeh, qaçma!
Niyə belə axmaqsan?!
Nömrəmdə qapını arxadan bağladım və uzun müddət
özümə gələ bilmədim. Sarsıntı keçirdiyimdən, gecə gözümə
yuxu getmədi. Yuxuda da nə görsəm yaxşıdır? Marina Ni-
kolayevna mənə sataşır, üstəlik o qadın deyil, qadın paltarı
geymiş kişidir! Qorxu filmlərini xatırladan yuxudan ayılanda
bu çətin vəziyyətdən qurtulmaq yolunu bilmirdim.Yenidən
yuxuya getdikdə isə təkrar həmin yuxunu gördüm.
Səhər mən əlbəttə ki, hazır deyildim. İlk çəkiliş günündə,
özümü gücsüz, inamsız hiss edirdim. Görəsən işləyə biləcək-
dimmi? Üstəlik, qorxurdum, görəsən, Marina Nikolayevna
özünü necə aparacaq?
Rejissor hələlik gəlməmişdi: o, hələ Minskdə idi, hansısa
səbəbdən yubanırdı. Marina çəkiliş meydanının əsl sahibəsi
kimi çıxış edirdi. Mən gələn kimi, o, bütün diqqətini mənə
yönəltdi və operatora göstəriş verməyə başladı:
- Feliks! Gör necə məftunedici təbəssümü var, oradan çək-
mə, çəkmə. Rakursu dəyiş. İşıq ver bura. Zəif işıq ver.
O, mənim ətrafımda fırlanır, bütün meydançanı mənə uy-
ğun qururdu, elə bil yaxınlıqda başqa birisi yox idi. Meydan-
çada, yaxınlıqda isə Dvorjetskinin özü dayanmışdı. Elə ekran-
da gördüyüm kimi: iki göl kimi gözlər, sifətin yarısı boyda iki
burulğan. Adama elə gəlirdi ki, sənin daxilinə nüfuz edir...
Utandığımdan üzüm qırmızı ləkələrlə örtülmüş, qıpqırmızı
91
qızarmışdım: “İlahi! İndi hamı fikirləşəcək ki, mən də bunun
tayıyam! İlahi, mən nə edim?”
Dvorjetski kresloda oturmuşdu, diqqətlə qarşısına baxırdı,
sanki baş verənləri duymurdu, sonra ayağa qalxdı və dedi:
- Marina, gəl işləyək. Qız da başlayacaq.
Düşündüm: “İlahi, mənim bu filmdə həyatım necə drama-
tik başlayır”.
Fasilə elan olunan kimi, yeməkxanaya qaçdım. Səhnələr
Çernoqolovkadakı elmi institutlardan birində çəkildiyindən,
bizə orada bir neçə otaq ayrılmışdı. Heç kəs bizim üçün süfrə
açmağa hazırlaşmırdı. Amma sovet dövründə nüvə şəhər-
ciyindəki qapalı elmi müəssisənin yeməkxanasında məhru-
miyyətlərə öyrəşmiş kino işçiləri yaxşıca nahar edə bilərdilər.
Ən çox ondan qorxurdum ki, Marina Nikolayevna arxam-
ca qaçıb gələr. İnstitutun uzun dəhlizləri ilə gedəndə hətta
arxadan onun addımları qulağıma gəldi və ürəyim sıxılmağa
başladı. Yeməkxanada kassaya növbəyə durdum və bu anda
arxamda Vladislav Vatslavoviçin səsi eşidildi:
- Nədir? Onun sənə gözü düşüb?
Rahatlıqla geri döndüm, iki dərin gölü xatırladan gözlərə
baxa-baxa şikayətləndim:
- Bilirsiniz, dünən dəhşətli hadisə yaşadım. Bu fövqəladə
hadisə idi! Güclə qaçıb qurtuldum.
- Aydındır, mənə heç nə danışma. Sənin senturionun ol-
malıyam. Deməli, belə. Bu axşam səni öz yanıma yox, məni
qonaq çağırdıqları yerə dəvət edirəm. Mənimlə gedəcəksən.
Çəkilişlər 5-də bitir, sənin dalınca 5.10-da gələcəyəm. Sənə 10
dəqiqə bəsdir?
- Bəli! – demək olar ki, qışqırdım. – Elə çəkiliş qurtaran
kimi də gedə bilərik!
- Yox, mən çəkilişdən gedə bilmərəm, -dedi. – Amma 5.10-
da sənin dalınca gələcəm. Sən hansı nömrədəsən?
Mən nömrəmi dedim.
Çəkiliş günü qurtaran kimi, güllə kimi pavilyondan çıx-
dım. Paltomu düymələyə-düymələyə, küçəyə atıldım. Artıq
hava qaralsa da, küçə işıqlarını yandırmamışdılar. Yolu ins-
titutun uzun binası işıqlandırırdı. Pəncərənin işıqları yenicə
92
yağmış noyabr qarının üstünə süzülürdü. Heç şəhər havasına
oxşamırdı. Yaxınlıqda böyük meşə massivinin olması duyu-
lurdu. Bu dərhal əhval-ruhiyyəmi düzəltdi.
Vaxtım çox az idi. Duş qəbul etmək, sviterimi dəyişmək
istəyirdim, hər halda hava soyuyurdu. Həm də Moskvaya
zəng etmək, Alyoşaya Dvorjetski ilə tanışlığımdan, onun
məni qonaq dəvət etməsindən danışmaq istəyirdim. Marina
haqqında heç nə demək fikrim yox idi. Onu pis yuxu kimi az
qala unutmuşdum.
Qonaq otağına girən kimi, bir saniyənin içində paltarımı
soyunub, saçlarımı dəsmala bükərək, duşun altında dur-
dum. Vanna otağında həmişə mahnı oxuyurdum. Özümsə
götür-qoy edirdim, Vladislav Vatslavoviçdən nəyi soruşa-
cam – axı o, böyük aktyor idi! “Ay, ana!” çığıraraq, buzlu
suyu başıma əndərib, tez özümü ovuşdurdum. Şəhər kə-
narındaki evlərin borularında su buz kimi olur. Yorğunlu-
ğu da götürür. Dəsmala bürünərək, saçımı qurutmaq üçün
otağa qaçanda yerimdə dondum: Marina mənim çarpayımda
qaşqabağını sallayıb oturmuşdu.
- Hə, nədir, - ölgün səslə dedi, - səni Dvorjetskinin yata-
ğında axtarmaq lazımdır?
- Necə cürət edirsiniz? Xahiş edirəm, çıxın!
İçimdə hər şey qırıldı. Çəkiliş meydançasında münasi-
bətlərin aydınlaşdırılmasının yeni raundu başlayır. Roman
Karmenlə olan əhvalat yaddaşımda hələ yaşayırdı. Burada
da həmin şey... Yalnız əsas surətlər, eyni cinslilərlə əvəzlən-
mişdi.
Birdən Marina çarpayıdan qışqıraraq qalxdı: “Məni tərk
etmə! Bütün kişilər - əclafdır! Görərsən, biz bir-birimizi necə
sevəcəyik, sən hələ sınamamısan... Sən bilmirsən!..”
O, mənim çiyinlərimi öpməyə, məni qucaqlamağa başla-
dı. Birdən dizi üstə çökərək, mənim ayaqlarımı qucaqladı.
Mən elə qışqırdım ki, elə bil yanğın başlayıb: “Qalxın, dər-
hal qalxın!! İlahi! Bu nədir belə?!”
Mən gah hönkürən Marinanı döşəmədən qaldırmaq istə-
yirdim, gah da qorxu içində dəsmaldan yapışırdım ki, onu
mənim əynimdən dartıb salmasın.
Dostları ilə paylaş: |