|
Суал Мяшял системинин истисмарыСуал-5: Ərazilərə, obyektlərə, binalara (otaqlara) və iş yerlərinə olan tələblər
|
səhifə | 29/138 | tarix | 13.05.2022 | ölçüsü | 1,66 Mb. | | #86951 |
| sual cavablar (3)Суал-5: Ərazilərə, obyektlərə, binalara (otaqlara) və iş yerlərinə olan tələblər
Ъаваб:
Müəssisənin ərazisi və orada qurğuların, binaların, istehsalat obyektlərinin yerləşdirilməsi т/т-нin tələbləri nəzərə alınmaqla işlənilmiş layihəyə uyğun olmalıdır. Müəssisənin ərazisi, ayrı-ayrı istehsalat obyektləri baş plan üzrə planlaşdırılmalı, çəpərlənməli (nişanlanmalı), tikilməlidir.
Yeraltı kommunikasiyalar (kabel xətti, neft-qaz kəmərləri və s.) olan müəssisələrdə bu kommunikasiyaların müəssisə rəhbərliyi tərəfindən təsdiq edilmiş faktiki yerləşmə sxemi olmalıdır. Kommunikasiyaların faktiki yerləşməsinin layihədən kənara çıxma halları olarsa, belə faktlar bu layihəni işləyən təşkilatla razılaşdırılmalıdır. Yerlərdə yeraltı kommunikasiyalar xətt boyunca və döngələrdə göstəricilərlə (reperlərlə) işarələnməlidir.
Boru kəmərlərinin avtomobil yolları və keçidlərlə kəsişdiyi yerlərdə təhlükə haqqında xəbərdaredici nişanlar qoyulmalıdır. Belə yerlərdə boru kəmərləri müvafiq örtüklə (koжux) örtülməlidir.
Bina və otaqların yanğın-partlayış və yanğın təhlükəliliyi üzrə kateqoriyası bu Qaydaların мцвафиг bəndinin tələblərinə uyğun olaraq tikililərin layihələndirilməsi mərhələsində layihə təşkilatı tərəfindən müəyyən edilməlidir.
Obyektlərdə istehsalat zərərliyi inşaat normalarında müəyyən olunmuş həddən yüksəkdirsə, bu zaman bu zərərliyin işçilərə təsirinin azaldılması üçün təşkilatı-texniki tədbirlər həyata keçirilməlidir.
Istehsalat otaqları müvafiq SNiP, SN və yanğın təhlükəsizliyi qaydalarına cavab verməlidir.
Cihazlar, aparatlar, avadanlıqlar, kommunikasiyalar, boru kəmərləri və s. Elə yerləşdirilməlidir ki, onlara baxış keçirmək, xidmət etmək və onları təmir etmək mümkün olsun.
Istehsalat obyektləri (sexlər, sahələr, qurğular və s.) qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada istismara verilməlidir. Istehsalat otaqlarının ölçüləri [75]-ə uyğun olmalıdır.
Iş yerlərində, habelə zərərli (və ya təhlükəli) istehsalat amillərinin insana təsiri mümkün olan yerlərdə xəbərdaredici nişanlar və yazılar olmalıdır. Iş yerlərində təhlükəsizlik texnikası təlimatları, yanğın təhlükəsizliyi təlimatları, həmçinin avadanlıqların, aqreqatların və s. Istismar təlimatları olmalıdır.
Iş yerində iş prosesinə və texnologiyasına aidiyyatı olmayan maşın və avadanlıqların olmasına icazə verilmir.
Iş yerləri, yollar və keçidlər mütəmadi olaraq təmizlənməli və kənar əşyalarla qalaqlanmamalıdır.
Bina və obyektlərin ehtiyat çıxışı olmalıdır. Bütün giriş və çıxışlar, dəhlizlər işçilərin təcili təxliyə olunması üçün təmiz və boş olmalıdır. Çıxış qapıları xaricə açılmalıdır və qapıların astanası olmamalıdır.
Bina və obyektlərin ətraf ərazisi abad olmalı və müvafiq nventor və yanğın təhlükəsizliyi normalarına cavab verməlidir.
Obeyktlərdə olan su qüllələrinin, onlara gələn və çıxan su kəmərlərinin və digər yerüstü su kəmərlərinin qışda donmaması üçün istilik izolyasiyası olmalıdır.
Binalarda, qurğularda hər hansı bir əşyanın düşmə ehtimalı varsa, həmin yerlərdə təhlükəsizlik sərhəddi müəyyən edilməlidir. Elektrik cərəyanı ilə vurma (xəsarətalma) təhlükəsi olan yerlərdə də təhlükəsizlik sərhəddi müəyyən edilməlidir.
Daim təhlükəli olan istehsalat ərazilərinə kənar şəxslərin daxil olmasının qarşısını almaq üçün həmin yerlər çəpərlənməlidir.
Maşın və mexanizmlərin hərəkət edən hissələri üçün təhlükəsizlik zonasının sərhəddi, əgər istehsalçı zavod tərəfindən həmin avadanlıqların pasportunda və ya təlimatında daha sərt tələblər irəli sürülməyibsə 5,0 metr müəyyən edilir.
Istehsal təyinatlı iş yerlərində havanın nventorre, nisbi rütubəti və onun hərəkət sürətinin optimal normaları [99]-a uyğun olmalıdır.
Buxarların, qazların və tozların ayrılması mümkün olan bağlı otaqlarda və həmçinin texnoloжi proseslərin dəyişilməsi hallarında hava mühitinə daima nəzarət aparılmalıdır. Hava mühitinin vəziyyəti haqqında məlumatlar iş yerlərində qeyd edilməli və obyektin işinin əsas texnoloжi göstəriciləri ilə birgə dispetçer məntəqəsinə çatdırılmalıdır.
Binalarda və binalardan kənarda yerləşən iş yerləri, texnoloжi avadanlıqlar, yollar, keçidlər, dəhlizlər, pilləkənlər və s. Sutkanın qaranlıq vaxtı [47, 211]–ə uyğun olaraq işıqlandırılmalıdır.
Işçi işıqlandırılması ilə yanaşı obyektlərdə qəza və təxliyə işıqlandırılması da olmalıdır. Qəza və təxliyə işıqlandırma çıraqları müstəqil mənbədən qidalandırılmalıdır.
Stasionar qəza və təxliyə işıqlandırma çıraqlarının əvəzinə partayış mühafizəli akkumulyatorlu daşınma (əl) çıraqlardan istifadə etməyə icazə verilir.
Ayrı-ayrı mexanizmlər arasındakı məsafə 1 m-dən, işçi keçidlərin (proxod) eni isə 0,75 m-dən az olmamalıdır. Səyyar və modul-bloklu qurğular və aqreqatlar üçün işçi keçidin eni 0,5 m-dən az olmamalıdır.
Yanğın-partlayış təhlükəli istehsalat sahələrində (neftin hazırlanması qurğuları, rezervuar parkları və s.) taxta döşəmələrin tətbiqi qadağandır.
Aparatların, boru kəmərlərinin və s. Isti səthləri ilə insanların toxunma (yanıqalma) ehtimalı olan yerlərdə, onların səthi izolyasiya edilməli və ya çəpərlənməlidir.
Boru kəmərlərinin və kommunikasiyaların avtomobil və keçid yolları ilə kəsişdiyi yerlərdə, onlar dayaqlar üzərində 4,5 m yüksəklikdə quraşdırılmalıdır.
Bu sahələrdə boru kəmərlərində və kommunikasiyalarda olan izolyasiya materiallarının zədələnərək düşməsinin qarşısını alan talvarlar və ya hər hansı başqa bir qurğu quraşdırılmalıdır.
Sanitar və yanğın təhlükəsizliyi qaydalarına uyğun olaraq istehsalat obyektləri məişət və istehsalat zərurəti üçün su ilə təmin olunmalıdır.
Binalarda və istehsalat obyektlərinin ərazilərində siqaret çəkmək üçün xüsusi yerlər müəyyən edilməlidir.
Növbə ərzində istehsalat müəssisəsində işləyən qadınların sayı 15 nəfərdən az olmadıqda onlar xüsusi gigiyena otağı ilə təmin olunmalıdırlar.
Müəssisənin balansında olan bütün maşınların, mexanizmlərin, avadanlıqların və qurğuların nventor nömrəsi və pasportu olmalı və onlar xüsusi жurnallarda qeydiyyata alınmalıdır.
Yeni tikilən (quraşdırılan), yenidən qurulan, istismara verilən və əsaslı təmir olunmuş obyektlərin istismara verilməsi Dövlət nəzarət orqanlarının iştirakı ilə keçməli və bu haqqda onlara əvvəlcədən rəsmi məlumat verilməlidir.
Dostları ilə paylaş: |
|
|