Soyad: Fakültə



Yüklə 11,72 Kb.
tarix07.12.2017
ölçüsü11,72 Kb.
#14293

Sərbəst iş №: 5unec-logo-ag

Ad:


Soyad:

Fakültə:

Qrup:

Kurs: 2


Fənn: Fəlsəfə

Müəllim:



Sərbəst işin adı: Fəlsəfədə varlıq və şüur problemi. Şüur haqqında konsepsiyalar

Müxtəlif fəlsəfə məktəbləri və cərəyanlarının kateqoriya apparatı sistemində sistemində varlıq kateqoriyası mərkəz yeri tutur. Varlıq sözü müxtəlif dünya dillərində təxminən «var olmaq», «mövcud olmaq», «üzə şıxmaq», «reallıq» mənalarını verir. Müasir fəlsəfə ədəbiyyatında varlıq anlayışı iki mənada: 1) Dar mənada şüurdan asılı olmadan mövcud olan obyektiv reallıq; 2) Geniş mənada materiya , şüur, ideyalar, hisslər, insanların fantaziyaları kimi işlədilir. Varlığın anlaşılmasını Platon xeyli genişləndirmışdir. O, fəlsəfə tarixində ilk dəfə göstərmişdir ki, yalnız maddı şeylər deyil, həm də ideal olanlar varlığa malıkdirlər. Orta əsrlərin xristian fəlsəfəsində Allahın varlığından ibarət olan «həqiqi» varlıq «qeyrihəqiqi» varlığa qarşı qoyulur və göstərilir ki, bütün qeyri-həqiqi varlıqları Allah yaratmışdır. Burada varlıq yaradanın və yaradılanın varlığı olmaqla iki növə ayrılır. Varlığın müxtəlif formaları içərisindən bu formalardan ən ümumi və açıq-aşkar üzə çəxan spesifik mövcudluq üsullarına malık olanlarını seçıb ayırmağ imkan verir. Onlardan birinci qrupuna canlı və cansız varlıqların spesifikliyi; ikinci qrupuna canlılar içərisində özünəməxsus yer tutan, şüura, düşüncəyə malik olan, ideal obrazlarla iş görən, yəni abstrakt düşünən insanın varlığı daxildir. Varlığın ümumi mənzərəsini yaradarkən özünəməxsus piramida əmələ gəlir, onun əsasında cansız təbiət, onun üzərində canlı təbiət və ondan yuxarıda isə ruhun, canlı və cansız təbiətin vəhdətindən ibarət olan insan durur. Cansız təbiətin şey və proseslərinin varlığı bütün təbii və süni aləmdir, habelə təbiətin bütün halları və hadisələridir (ulduzlar, planetlər, torpaq, su və s.). Canlı təbiətin varlığı isə özündə iki səviyyəni ehtiva edir. Birinci səviyyə canlı, lakin ruhu, şüuru olmayan, ətraf mühitlə maddələr mübadiləsini həyata keçirən, çoxalmaq qabiliyyətinə malik olan bütün biosferadan, flora və faunadan ibarətdir. İkinci səviyyə isə konkret adamların varlığında, sosial varlıqdan və ideal varlıqdan ibarət olan insan və onun şüurunun varlığından ibarətdir. Şüurda psixika kimi beynin funksiyasıdır. Obyekt aləmin insana xas inikasıdır. Şüur obyektiv aləmin beyində ideal inikasıdır. Şüurun fərdi və ictimai formaları vardır. Fərdi şüur – bir insana xas olan ideyalar, baxışlar sistemidir. Şüur, onun mənşəyi, mahiyyəti və gerçəkliyə münasibəti məsə---ləsi filosofları qədimdən düşündürən problemlərdən olmuşdur. İnsanın dünyada yerini və rolunu, onun ətraf aləmlə qarşılıqlı təsirinin spesifikasını açmaq üçün, şüurun təbiətini və mahiy-yətini aydınlaşdırmaq lazımdır. Şüur problemi çox mürəkkəb olub, yalnız fəlsəfi tədqiqatın deyil, habelə bir sıra humanitar və təbiətşünaslıq elmlərinin, o cümlədən müasir dövrdə sosiologiyanın, psixologiyanın, kibernetikanın, informatikanın və s. elmlərin tədqi-qat pred---metinə çevrilmişdir. Bu elmlər çərçivəsində şüurun ayrı-ayrı aspekt-lərinin təhlili, onun şərhində müəyyən bir fəlsəfi dünyagörüşü mövqeyinə əsaslanır. Qədim materialistlərin (Demokrit, Epikir, Lukretsi Kar və b.) nəzərincə, şüur insan bədənindən asılı olub, insana anadan olması ilə şüur da meydana gəlir və insan öldükdən sonra o da yoxa çıxır. Bədənsiz şüur (ruh) heç nədir. Obyektiv və subyektiv idealiz-min nümayəndələri (Platon, Berkli, Hegel, Fixte, Şellinq və b.) isə şüuru (ruhu) maddi gerçəkliyin əsasına qoymuş, onu materiyaya nisbətən müəyyən edici və ilkin substansiya hesab etmişlər. Yeni dövr filosoflarından R.Dekarta görə, şüur, təfəkkür, «fikirləşən substansiyanın fəaliyyətidir», müstəqil mövcuddur, bədən-dən maddi olandan asılı deyildir. Materiya da «fikirləşən» substansiyadan asılı deyildir. XVIII əsr materialistləri (Spinoza, Didro və b.) isə şüuru materiyanın atributu, onun bütün təzahür formaları və növlərinə xas olan əbədi xassəsi hesab etmişlər. Fəlsəfi fikir ta-rixində şüurun mahiyyəti, onun varlığa, materiyaya münasibəti ətrafında fəlsəfi aspektdə aparılan prinsipial mübahisə-lərdə həlli bö-yük çətinlik törədən məsələ şüurun mənşəyi mə-sələsi olmuşdur. Ruhun, şüurun birinciliyini qəbul edən idea-lizm, maddi və mə-nəvinin paralel mövcudluğunu fərz edən dua-lizm, sözsüz ki, belə bir çətinliklə qarşılaşmırdı. Hər bir materia-list isə materiya məsələsinə yaxınlaşarkən "öz-özünün səbəbidir" prinsipini pozmadan duyğu və şüur xassələrinə malik materiyanın mövcudluğunu izah etmək kimi çətin və mürəkkəb bir məsələni həll etməli olurdu. Fəlsəfədə şüur probleminə bir neçə yanaşma mövcuddur. Onlardan dörd əsas olanı aşağıdakı kimi göstərmək olar: 1. Solipsizm; 2. Obyektiv idealizm; 3. Mötədil materializm; 4. Fizikalizm. Burada 1 və 2 - idealist yanaşma, 3 və 4 - materialist yanaşmadır. Solipsizm: Şüurun mahiyyətinə ifrat idealist yanaşma olub, fərdin şüurunu yeganə səhih gerçəklik, maddi dünyanı isə onun törəməsi hesab edir (Berkli, Yum, Fixte və s.). Obyektiv idealizm: Həm şüurun, həm də materiyanın varlığını qəbul edir, lakin burada birincilik şüura verilir, fərdin şüur “dünya şüurunun” bir hissəsidir. Mötədil materializm: şüur materyanın xüsusi xassəsidir, yüksək inkişaf etmiş materiyanın (yəni, insan beyninin) öz-özünü əks etdirmə qabiliyyətidir.
Yüklə 11,72 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə