Sosial Şəbəkələr Kütləvi İnformasiya Vasitələrinin xəbər mənbəyi kimi populyar sosial şƏBƏKƏLƏR



Yüklə 445 b.
tarix05.10.2017
ölçüsü445 b.
#3384


Sosial Şəbəkələr Kütləvi İnformasiya Vasitələrinin xəbər mənbəyi kimi


POPULYAR SOSİAL ŞƏBƏKƏLƏR

  • Facebook

  • Twitter

  • Instagram

  • Youtube

  • Odnoklassniki



FACEBOOK

  • 2004-cü il fevralın 4-də Mark Zukerberq tərəfindən yaradılmışdır.

  • 1 milyard 710 milyon istifadəçisi var.

  • 70-dən artıq dildə fəaliyyət göstərir.

  • İllik gəliri 3,6 milyard dollardır.

  • Azərbaycanda 1,4 milyon istifadəçisi var.



TWİTTER

  • Twitter 2006-cı ilin mart ayında Cek Dorsi və Cüli tərəfindən yaradılmışdır.

  • Burada istifadəçilər 140 işarəlik “tvit” adlanan mətn paylaşa bilirlər.

  • 400 milyon aktiv istifadəçisi var.

  • İllik gəliri 1,4 milyard dollardır.

  • Dünyanın ən böyük mikrobloqudur.

  • Ölkəmizdə 250 min istifadəçisi var.



İNSTAGRAM

  • 2010-cu il oktyabrın 6-da Kevin Sistrom və Mike Kriger yaratmışdır.

  • Hazırda Facebook-a məxsusdur.

  • İllik gəliri 2,2 milyard dollardır.

  • 500 milyon istifadəçisi var.

  • 25 dildə fəaliyyət göstərir.

  • Şəkil və videolar yükləmək üçündür.

  • Azərbaycanda 700 min izləyicisi var.



YOUTUBE

  • Steve Chen, Chad Hurley və Cavad Kərim tərəfindən 15 fevral 2005-ci ildə yaradılmışdır.

  • İlk video 23 aprel 2005-ci ildə Cavad Kərim tərəfindən yüklənmişdir.

  • Video yükləmək üçün nəzərdə tutulub

  • YouTube 9 oktyabr 2006 cı ildə Google tərəfindən 1.65 milyard dollara satın alınmışdır.

  • Hazırda illik gəliri 2,5 milyard dollardır.



Odnoklassniki

  • 4mart 2006-ci ildə Albert Popkov tərəfindən Rusiyada yaradılıb.

  • Əsasən Post Sovet ölkələrində yayılıb

  • İllik gəliri 900 milyon dollara yaxındır.

  • 12 dildə fəaliyyət göstərir.

  • 250 milyon istifadəçisi var.

  • Azərbaycanda 240 min izləyicisi var.

  • Rusiyanın ən böyük 7-ci saytıdır.



Müasir zamanda Sosial Şəbəkələr KİV-lərin açarı rolunda çıxış edir.

  • Demək olar ki, bütün xəbər saytlarının hansısa sosial şəbəkəyə bağlantısı var.

  • Saytdakı xəbərləri sosial şəbəkələr vasitəsi ilə rahatlıqla əldə etmək olur.

  • İnsanlar bu üzdən çap mətbuatından soyuyurlar.

  • Çin, Tayvan, Şimali Koreya kimi ölkələrin özünün milli sosial şəbəkələri var və bu ölkələrin sakinləri xəbərləri ordan alır.

  • Bir çox qəzetlər çıxış yolunu elektron qəzetlərdə görür, məhz həmin qəzetlərin virtual internet versiyasının cəmiyyətə çatdırılmasının ən qısa yolu sosial şəbələrdən keçir.



Sosial şəbəkələr KİV-lərin xəbər mənbəyi kimi

  • Bəzən yazılmış adi bir status da xəbər çevrilir.

  • Digər bir halda isə xəbər status formasında verilir.

  • Bütün hallarda sosial şəbəkə və sosial media ayrı-ayrı anlayışlardır.

  • Onları biri-birinə bağlayan yalnız yeni media jurnalistikasının yaratdığı konvengensiyadır.



Sosial Şəbəkələrin Cəmiyyətə təsiri

  • Ərəb baharı dövründə sosial şəbəkələr ərəb ölkələrində bomba effekti yaratdı.

  • Sosial şəbələr vasitəsi ilə edilən çağırış xarakterli paylaşımlar Misir, Tunis, Liviya, Oman, Yəmən kimi ölkələrdə çaxnaşmalara gətirib çıxardı.

  • Nəticədə Misirdə,Liviyada,Tunisdə hakimiyyət dəyişildi.



“ƏRƏB BAHARI”

  • Misiri biz 2011-ci ildə “Ərəb Baharı” ilə xatırlayırdıq ki, ölkə 2013-cü ildə seçilmiş prezident Məhəmməd Morsinin də istefaya göndərilməsi ilə yadda qaldı. 30 ildən çox hakimiyyətdə olan Misir lideri Hüsnü Mübarəkə qarşı aksiyalar məhz İnternet alətləri- xüsusilə Twitter, Facebook, Youtube və digər sosial media saytları vasitəsilə koordinasiya edilib. Dünya mediası hadisələr barədə İnternet vasitəsilə vətəndaş jurnalistikasından xəbər alıb. Bu səbəbdən Misir höküməti sosial şəbəkələrə məhdud giriş tətbiq etmək qərarına gəlir və 28 yanvara planlaşdırılan ən 49 böyük nümayişlərin birində İnternet və mobil rabitəni bir günlük məhdudlaşdırılır.

  • Mənbə:Al-Jazira International



Müasir dövrdəki imkanlarla hər kəs sosial media jurnalisti ola bilər

  • Hansısa fərd ictimai önəm kəsb edən:

  • Fotonu instagram-a,

  • Çəkdiyi videonu Youtube-a,

  • Gördüyü hadisəni yazı ilə Facebook-a

  • Operaiv xəbəri Twitter-ə qəzet jurnalistindən daha tez yerləşdirib cəmiyyətə ötürürsə, o zaman niyə də onu jurnalist adlandırmasınlar.



Dünya İnternetdən Məlumatlanır

  • CNN-in 2014-cü ildə 24 ölkədə 3000 nəfər arasında” “müasir insan hansı yolla məlumatlanır” mövzusunda apardığı rəy sorğusunun nəticələri”

  • 39% İnternet və saytlar üzərindən

  • 31% Televiziyadan

  • 16% Qəzetlərdən

  • 14% Radiodan



NƏTİCƏ

  • Bəşəriyyət internetin yaranması ilə sonu nə ilə bitəcəyi məlum olmayan uzun bir yolun başlanğıcına qədəm qoyub.

  • Bəşər övladının ənənəvi informasiya vasitələri olan qəzet və jurnallar öz əhəmiyyətini və aktuallığını itirir.

  • Həmçinin, son dövrlərin məhsulu olan radio və televiziya da qəzet və jurnalların aqibətini yaşayır.

  • Belə olan halda, ənənə jurnalistikanın ünsürləri olan qəzet,radio və televiziya dövr ilə ayaqlaşıb virtuallaşmağa üz tutur.



Yüklə 445 b.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə