SokratöNCƏSİ yunan fəLSƏFƏSİ



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə7/74
tarix17.11.2018
ölçüsü2,8 Mb.
#80534
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   74

22 
 
5.  Лосев  А.  Ф.,  Сонкина  Г.  А.,  Тахо-Годи  А.  А.,  Ти-
мофеева Н. А., Черемухина Н. М. Античная литература. 
М.: Просвещение, 1986. 
6.  Маковельский  А.  О.  Досократики.  Минск: 
Харвест, 1999. 
7.  Мещеряков  Б.Г.,  Мещерякова  И.  А.,  Введение  в 
человекознание.  М.:  Российский  гуманитарный  уни-
верситет, 1994. 
8.  Орфики  //  Античные  писатели.  Словарь.  СПб.: 
Лань, 1999. 
9.  Фрагменты  ранних  греческих  философов  / 
Составитель  А.  В.  Лебедев.  Ч.  1:  От  эпических  тео-
космогоний  до  возникновения  атомистики.  М.:  Наука, 
1989. 
10.  Эпименид  //  Энциклопедический  словарь 
Брокгауза  и  Ефрона:  в  86  т.  (82  т. и  4  доп.). СПб.,  1890  – 
1907. 
11.  Эпихарм.  Гнома  165  //  Душенко  К.  Мысли  и 
изречения  древних  с  указанием  источника.  M.:  Эксмо, 
2007. 
 
1.2. Müstəqil filosoflar 
 
Yunan  fəlsəfəsinin  ilk  dövrlərində  bir  çox  filosoflar 
heç  bir  fəlsəfi  məktəbə  bağlı  olmayaraq  müstəqil  şəkildə 
fəaliyyət  göstərmişdirlər.  Onlardan  biri  də  Heraklit
23
 
                                                
23
 Rusca  səslənmədə  verilmişdir.  Dünya  dillərinin  çoxusunda  onu  latın 
səslənməsinə uyğun olaraq “Heraklitus” adlandırırlar. 


23 
 
(yun. Ἡράκλειτος, təxminən m. ö. 530 – 470) olmuşdur. O, 
indiki  Türkiyənin  ərazisində  yerləşən  antik  dünyanın 
mədəni  mərkəzlərindən  biri  hesab  edilən  Efesdə  anadan 
olmuş  və  orada  yaşamışdır.  Rəvayətlərə  görə  o,  abid  hə-
yatı  yaşamış,  “Təbiət  haqqında”  adlı  kitabın  müəllifi  ol-
muşdur.  Onun  yalnız  bəzi  fraqmentləri  günümüzə  gəlib 
çatmışdır.  
Onun  fəlsəfəsinin  əsasında  dünyanın  dəyişkən 
olması  ideyası  dayanır  (1,  317).  Bu  barədə  Heraklitin  “İki 
dəfə bir axara girmək olmaz” (4344-345) kimi məşhur ifadəsi 
də  vardır.  Platon  Heraklitin  bu  ifadəsini  “Kratilles” 
dialoqunda işlətmişdir. 
Heraklit  həm  də  dialektikanın
24
 əsasını  qoyan  filo-
soflardan  biridir  (1,  19).  O  qeyd  edir  ki,  dünyada  hər 
zaman  varlıqlararası  mübarizə  müşahidə  edilməkdədir. 
Bir varlıq başqasını yox etməyə çalışır  və bunu edərkən o 
özü  üçün  həyat  qazanmış  olur.  Beləliklə,  soyuq-isti, 
qaranlıq-işıq kimi dualistik anlayışlar bir-biri ilə ziddiyyət 
və mübarizədədirlər. Bu kimi qarşıdurmaların nəticəsində 
inkişaf  və  dəyişikliklər  baş  verir.  Çünki,  bu  ziddiyyətlər 
olmasaydı  dünyada  durğunluq  müşahidə  edilərdi.  Eyni 
zamanda,  bu  ziddiyyətlər  bir-biri  ilə  vəhdətdədir.  Mə-
sələn,  qaranlıq  olmasaydı  işığın,  soyuq  olmasaydı  istinin 
nə olduğu bilinməzdi. 
Heraklit  hesab  edirdi  ki,  dünyanın  əsasında  ilk 
maddə  durur.  Onun  fikrincə  bu  maddə  oddur (2,  378).  O, 
                                                
24
 Qədim  yunanlara  görə  dialektika  (yun.  διαλεκτική)  mübahisədə  rəqibin 
sözlərində ziddiyyət taparaq onun ortadan qaldırılması yolu ilə həqiqətin üzə 
çıxarılmasıdır. 


24 
 
odun  şölələnməsində  varlığın  dəyişkənliyini  və  formasını 
dəyişdirdiyini  görürdü.  Heraklitə  görə  hər  şey  oddan  ya-
ranır  və  oda  qayıdır.  Ona  görə  bu  proses  daim  təkrar-
lanmaqdadır.  Bu  səbəbdən  də  Heraklit  qeyd  edirdi  ki, 
əgər bu  dünya məhv olarsa odun  şölələnməsi nəticəsində 
başqa dünya yaranar (2, 378). Odun ən çox cəmləşdiyi yer 
günəşdir.  Araşdırmaçılara  görə  Heraklitin  bu  baxışları 
Zərdüştiliyin təsiri altında formalaşmışdır. 
Heraklitə  görə  dünyada  olan  dəyişkənlik  “yuxarı  və 
aşağıya doğru hərəkətdir” (2, 379). Belə ki, od qatlaşaraq su-
ya, sonra isə bərkiyərək torpağa çevrilir. Bu məhz aşağıya 
doğru  hərəkətdir.  Digər  tərəfdən  yer  və  sudan  buxar-
lanma  baş  verir  və  bu  da  yuxarıya  doğru  hərəkətdir.  Gö-
ründüyü  kimi  bu  fikirlərdə  hər  şeyin  dairəvi  hərəkətdə 
olması və maddələr mübadiləsi ideyaları ortaya çıxır. 
Buxarlanma  “qaranlıq”  və  “işıqlı”  olur.  İlin  fəsilləri, 
gündüzün  gecə  ilə  dəyişməsi  kimi  olaylar  bunun  nəti-
cəsidir. Gün və yay “işıqlı”, gecə və qış isə “qaranlıq” bu-
xarlanmalardan doğur. (2, 379)  
Heraklitə  görə  dünyanı  heç  kəs  yaratmamışdır.  O 
əbədidir, hər zaman hərəkətdədir (6, 15). Ancaq onu idarə 
edən  bir  prinsip  var,  bu  da  “Loqos”dur.  Loqos  qanu-
nauyğunluq,  mütləq  qanun,  fələk,  tale  və  alın  yazısıdır. 
Hər şey, hətta tanrılar belə ona tabedir (6, 15 və 21). 
Heraklitə görə həqiqətin meyarı kütlələrin razılaşdığı 
fikir  ya  da  ayrı-ayrı  adamların  rəyi  deyil.  Həqiqət  Lo-
qosdur. Bizim fikirlərimiz onun bir hissəciyidir. Ona görə 
həqiqət hər kəsdə vardır. Ancaq, köz oddan uzaq düşəndə 
sönən  kimi,  fərdi  düşüncə  də  Loqosa  yaxınlaşmasa 


25 
 
həqiqətdən  uzaqlaşır.  Həqiqətə  çatmaq  istəyən  hər  şeyi 
başqa şeylərlə və dünya ilə bağlılıqda görməlidir. Şeylərin 
bir-birindən  ayrılıqda  təsəvvür  edilməsi  yanlışlıqdır.  Əs-
lində  çoxluq  yoxdur,  yalnız  birlik  vardır  və  o  müxtəlif 
formalarda özünü göstərir. Buna görə də, kainatda ümumi 
qanunauyğunluq  vardır.  Beləliklə,  Loqos  həm  birlik,  həm 
də qanunauyğunluqdur. (8, 245) 
Heraklit  hesab edirdi  ki, insan dünyanı duyğular  və 
düşüncə ilə qavrayır. Ancaq o, duyğulara etibar etməmiş, 
yalnız  həqiqətin  tək  bir  meyarı  kimi  düşüncəni  tanıyırdı. 
Onun  fikrincə  yetkin  insan  duyğulara  etibar  etməz,  bunu 
cahil  adamlar  edirlər.  Eyni  zamanda,  hər  bir  düşüncə  də 
həqiqəti  açmır.  Bunu  yalnız  Loqosa  uyğunlaşan  düşüncə 
edə  bilir.  Beləliklə,  insan  öz  təbiətinə  görə  ağılsızdır. 
Yalnız öz üzərində işləməklə, düşünməklə, çevrəni (ətrafı) 
anlamaqla, bilikləri əldə etməklə ağıl sahibi olur. (5, 86) 
Müstəqil  filosofların  ən  tanınmışlarından  biri  olan 
Empedokles (yun. Ἐμπεδοκλῆς, təxminən m. ö. 490 – 430) 
güney  İtaliyanın  Aqraqant  şəhərindən  idi.  Tədqiqatlara 
görə onun ziddiyyətli şəxs olduğu qeyd edilir. Rəvayətlərə 
görə  o  özünü  tanrı  elan  edərək  püskürən  vulkana  at-
mışdır.  Onun  “Təbiət  haqqında”  və  “Təmizlənmələr”  adlı 
kitablarından  zamanımıza  bəzi  fraqmentlər  gəlib  çat-
mışdır.  O,  Elea  fəlsəfi  məktəbinin  nümayəndəsi  olan 
Parmenides  kimi  varlığın  əbədiliyini  və  dəyişməzliyini 
iddia  edirdi.  Ancaq,  Parmenides  bütün  varlığı  tamlıq 
şəklində  görürdüsə,  Empedokles  növlərin  də  mövcud 
olmasını  inkar  etmirdi.  Deməli,  onun  fikrincə  dünyada 
həm tam, həm də növlər vardır. 


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə