419
– Allaha sidq‐ürəkdən inanırsan?
– Əlbəttə.
– Bəs günaha, savaba necə?
– Onlara da.
– Bəs bilirsənmi ki, biz günah işlədirik? Axı qanunsuz sev‐
gi haramdır... Görəsən tanrı bizi bağışlayarmı?
– Bizi sevgiylə yaradan tanrı, bir‐birini sevən iki insanı nə‐
dən bağışlamasın?
– Bəs onda, belə məhrəmətli Allahı biz niyə sevməyək, ona
itaət etməyək? Əslində bizi birinci Afət bağışlamalıdır. O bağış‐
lamayınca, tanrı da bizi bağışlamaz.
– Səncə, mənim qucağımda bu cür rahat yatmağına im‐
kan yaratması bağışlamaq mənasını vermirmi?
– İcazə verirsən onunla açıq danışım? Sabah ona deyəcə‐
yəm ki, qoy səninlə mən də kəbin kəsdirim – imam nikahlı
halalın olmaq istəyirəm.
– Yox bir, siğə etdirək!
– Hirslənmə, istəyirəm ki, münasibətlərimiz haram sayıl‐
masın.
– Özünüz bilərsiniz. Məncə, imam nikahını onun istəyini
öyrənmədən də eləmək olar.
– Yox. O, mənim həm bacım, həm də ən yaxın sirdaşımdır.
Yoxsa, özümü günü kimi hiss etməkdən iyrənmişəm. Qoy
aramızdakı hər şey qaydasınca olsun.
– Sən öz halallığını öz istəyinlə mənə verirsənmi?
– Əlbəttə, halal xoşunam...
– Mən də səni halalım qəbul edirəm. Bu da oldu bizim ha‐
lallıq kəbinimiz, siğəmiz.
– Sən hər şeyi zarafata sal! – çönüb yenidən gözlərini ul‐
duzlara zillədi. Fikrə getdi, düşünməkdən yoruldu və qucağım‐
da yuxuladı. Mənimsə yuxum yenə ərşə çəkilmişdi. Kənanın
420
dedikləri ağlımdan çıxmırdı. “Ağıl yaşda deyil, başdadır” –
onun dedikləri balaca məsələ deyil, həyatın əsl mənası və tam
həqiqətlərdir. Mən atamdan, anamdan, Durna nənəmdən ağıllı
ola bilmərəm, olmağımı istəmərəm də... Onlar uzun ömürləri‐
nin yekunu olaraq bu inancı qəbul ediblərsə, daha biz nəyin baş
verməyini gözləyirik? Axı Aşralı əmi də, atam da Allaha iba‐
dətin vacibliyini durmadan beynimə yeritmək istəyirdilər. Heç
ata, oğul da öz yaxınına lazımsız şeyi rəva bilərmi? İdman şal‐
varımı geyib aşağı düşdüm. Kənanın otağı açıq idi, dizüstə bü‐
züşüb namaz qılırdı. Görünüşündən tanrı qarşısında nə qədər
aciz, çarəsiz olduğu, sidq ürəkdən itaət etdiyi bəlliydi. Ürəyim‐
də – “Allah namazını, dualarını qəbul etsin, mənim gözəl oğ‐
lum” – dedim. Allahdan yaman qorxdum. Afətin yataq otağına
keçdim, səsə dikəldi. Əvvəlcə onu, sonra da Baharın yuxulu
gözlərini öpdüm. Balam yuxu görürdü – üzü gülürdü.
Siqaret yandırıb həyətə düşdüm. Dilbərlə Afətin birlikdə
əkdiyi güllərin qoxusu və Xəzərin ləpələri gecənin sakitliyinə
xüsusi dinclik qatırdı. Həyətdəki hovuzun bəzəkli balıqlarına
xeyli tamaşa etdim, – “Bəli, bu gözəlliyin bir rəssamı, bir yara‐
danı olmalıdır...” – dedim. Hovuzda əks olunan rəngli işıqlar
balıqların bəzəklərini daha da gözəl göstərirdi. Magistral yolun
digər tərəfində isə Qaradağ sement zavodunun tüstü püskürən
soba borusundan çıxan toz dumanı keçəl boz dağlara yayılırdı.
Sement tozunun pis qoxusu gəlirdi – “İnsafsızlar, camaat yatan
kimi yenə də sobalara zəhərli şlam vururlar. Sobanı yenə tə‐
kərlə qalayıblar, Allah sizə insaf versin”... Mansarda çıxdım.
Dilbərim şirin yuxuda idi. Yanına uzanıb kürəyini qucaqladım.
Yerində qurcuxub qolumu qucaqladı, yenidən mışıl‐mışıl yuxu‐
ya getdi. Tək qalmaq istəmirdim. Kənanın sözü yadıma düşdü
– “Tənhasansa, dostluğa tanrını çağır”. İndi tanrı kimi bir dosta
böyük ehtiyac duyurdum. İçimdə təlatüm kükrəyirdi. Elə bil iki
erkək at – biri nəfsim, digəri imanım – sinəmdə dayanmadan
421
qarpışırdılar. Lap uşaqlığımdan bu günədək bütün itirdiyim
əzizlərimi xatırladım. Ruhlarını şad edəcək bir‐iki qısa surədən
başqa heç nə bilmirdim. Yenə yerimdən qalxıb Kənanın yanına
düşdüm. Kitab oxuyurdu. Məni görcək müdrik qocalar kimi
üzümə gülümsündü, ayağa qalxdı:
– Yuxun gəlmir? – soruşdu.
– Yox – dedim.
– Demək içində ilahi sevginin ilk rüşeymi baş qaldırmaq‐
dadır. Çox sevindim, ata. Bizim yolumuzda çəkdiyin əziyyət‐
lərin, qayğının əvəzini biz sənə qaytara bilmərik, qoy tanrı özü
səni artıqlamasıyla mükafatlandırsın. Məni də, Durnanı da
əmanət kimi sənə göndərdi. Bizi layiqincə böyütdün, boya‐başa
çatdırdın. Bizdən yalnız mərifət və övladlıq gözlə. Etdiklərinin
əsl savabını isə tanrı artıqlaması ilə qaytarar, inşallah. Unutma,
bizi və bizimlə birlikdə bütün nemətləri sənə göndərən Odur.
O, sevilməyə, səcdəyə layiqdir...
– Mənə namaz qılmağı öyrədərsənmi..? – sanki əhədimi
üzən təlatümdən yaxa qurtardım.
– Sevə‐sevə! – dedi. Üzümdən öpdü. Surələrin latın əlif‐
basıyla yazılmış mətnlərini mənə verdi. Sevindiyindən az qala
uçacaqdı.
– Ərəbcə oxumağı öyrənənədək hələ bu surələri əzbərlə.
İnşallah, Quranı ərəbcə oxumağı da birlikdə öyrənərik. Sən bir
dənəsən. Bütün ataların şahı sənsən, atam mənim. Sağ ol ki,
məni başqaları kimi özündən itələmədin. Mən səninlə fəxr edi‐
rəm, atacan...
Surələri götürüb otaqdan çıxarkən oğlum arxadan səsləndi:
– Ata, nə vaxt Oğuza gedirik. Babanı görmək istəyirəm.
– Lap tezliklə, mənim balam. Mən də çoxdandır ki, ziyarət
etmirəm.
Gözlərim yaşardı. Mansarda qalxdım. Ofisdəki iş stolu‐
mun arxasına keçdim. Stolüstü lampanı yandırdım ki, Dilbər
Dostları ilə paylaş: |