10
– Sizi qınamıram. İndi ədəbsiz nədi, porno yazmaq dəb‐
dədi və oxunur... Bəzi şeyləri adı ilə demək tərbiyəsizlikdir –
mən isə tərbiyəsizliyi qəbul etmirəm. Səmimi deyin, kitabınızı
qızınız, ya bacınız oxusa, utanmazdınızmı?
– Ümumiyyətlə isə təbii, işıqlı bir kitabdır – “qidalandıra”
bilir.
– Demək yazdığına görə mısmırıq sallayırmışsan, dost‐
lardan gizli bir sirrin varmış...
– Süleyman Rəhimov, Əli Vəliyev, Əyyub Abasov, Qasım
Qasımzadə, Cəlal Bərgüşad, Ramiz Rövşən, Eldar Baxışın su
içdiyi buz bulaqların gözü hələ tutulmayıbmış...
– “Yenilikləri ən çox diletantlar edir”. Bu fikirlə sizin
timsalınızda razıyam. Ən yaxşısı bütün yazı üslublarını dağıt‐
maqmış. Mən bəyəndim.
– Bu gündən mənə, “əziz oxucum” deyə müraciət etmə‐
yinizi xahiş edirəm...
– Növbəti kitabınızı “uf” demədən alacağam. Artıq sizin
oxucunuz olmağa qərar verdim...
– Yazmaq istədiklərimi yazdıqlarınızın şahidi oldum.
Ürəyim sakitləşdi. Yazmağınızda olun, heç nəyə və heç kimə
fikir verməyin!
11
– Sadəlövh uşaq təmizliyi ilə hadisələrə yanaşman əsərləri
daha aydın, oxunaqlı, sujeti səlist edir və sadələşdirir. Ölkəmə
görə ağrıyıram və utanıram.
– Tənqidçi, yazıçı ilə oxucu arasında pırtlayıb çıxan qanqal
kimidir. Tənqidçini vecə almayın – işinizdə olun. Əsas oxucunu
düşünün – hədəf odur, onun fikridir...
– Çox güman ki, ürək xəstəliyin ciddidir. Qınamıram, bu
qədər yükü balaca ət parçası götürə bilməz... Sən artıq ölüsən –
Allah sənə rəhmət eləsin, qardaş... Yolun da dilin kimi rəvan
olsun!
– Əgər tanış olsaydıq, deyərdim ki, – “Yüz faiz mənim işıq‐
kəsənlə davamı eşidib yazıbsan”. “İşıq pulu” bir qədər başqa
formada başıma gəlmiş hadisədir, ancaq mənim xərcim 1000
deyil, 3800 manat olmuşdu...
– “Sağır‐nun” məsələsinə yəqin ki, dilçilər bir münasibət
bildirər, müzakirə açarlar. Qaldırdığınız fikirlə tam razıyam.
Dilimizi zənginləşdirmək baxımından vacib hesab edirəm.
– Bir nəfər ədəbiyyat müəllimi tanışım dialekt və şivələr –
“antikvar” sözlər axtarırdı, kitabın haqqında ona dedim – bu
xəzinə səndə bulaq kimi fışqırırmış, özümü arxaik sözlər qəb‐
ristanlığında hiss etdim...
– Cümlələri çox uzun qurursunuz – vergül sevginizi bir
qədər boğmağınız məsləhətdir – cümləni bitirənədək adamın
başı şişir...
12
...Və, çoxlu sayda oxucunun ünvanladığı bir istək, – “Si‐
zinlə yaxından tanış olmaq istərdim”. Böyük şərəfdir mənə,
əzizlərim, gəlin bir az da yaxından tanış olaq. Artıq bəxtiyaram
– oxucum var və bu mənə yazmaq üçün ən böyük ilhamdır.
Əziz oxucum, bu kitabı oxuyarkən əlimi tutmağını, mənə
ürək‐dirək, toxtaqlıq verməyini rica edirəm. Axı mən yüz ilin
yazıçısı deyiləm, – yazmağı təzəcə öyrənirəm. Mən daha
yazmazdım, məni siz məcbur etdiniz. Allahın altında, məndən
avtoqraf istəyən 5‐10 oxucum olaydı. Elə bu istəklə də yeni
kitabımla hüzurunuzdayam.
Ya Allah!
13
S
evginin dadı
...
K
əndin adətiydi – biri xalça‐palaz yuyanda, yuxa sa‐
landa, tütünü ipə düzəndə, barama təmizləyəndə, yun didəndə,
yorğan‐döşək sırıyanda qonşu arvadlar yığışar, bir‐birinə
həyan olardılar. Durna nənə bu yardımlaşmanın adını “dəstə
ittifaq” qoymuşdu. Həmişə deyərdi ki, – “Bu kənd dəstə ittifaq
olmasaydı, işləməkdən çərliyib ölərdik”.
Bu gün isə Familənin köməyə ehtiyacı vardı. Aylıq yuxa
tədarükü üçün qonşuluqda tənha yaşayan Durna nənə ilə
birlikdə axşamdan balatanı qarışdırıb xamır yoğurmuş, ərsinlə
doğrayıb kündə tutmuşdular. Sübh namazından sonra mal‐
heyvanı nobata qoşub hazırlıq görməyə başlamışdı. Hələ sacın
altını külləməmişdən bir ləyən buğda‐qarğıdalı qovurğası qo‐
vurmuşdu. İndi də yağ tortasını qatıb fəsəli kündəsi tuturdu.
Durna toyuqlarına dən səpib gələnədək sacın altına əlavə tə‐
zəklər atdı. Fərhadı qonşu arvadları duyuğa göndərmişdi.
14
Durna nənə, – “Sabahın xeyir, a Familə, bərəkətli olsun,
bajı” – deyib talvara girdi.
Familə:
– Aqibətin xeyir, nənəsi. Nə gec qaldın belə, mən qovur‐
ğanı bayaqdan qovurub qurtarmışam.
– Ta qojalmışam bajı... Axşam gədən məni yatmağa qoy‐
muyuf. Allah güldürsün, camaatı o qədər yamsılayıb gülmüşük
ki, səhər də yuxudan qalxa bilməmişəm.
– Hə, ikiniz də adam bəzəməyə bir cansınız...
– Gülsadanın ağzını elə əyir ki, toba elə bil rəsmi özüdü –
toyda arvad nətər oynuyursa, bu da eləjənə yamsılıyır. Hələ,
Zakirin gədəsi kimi “dasni çors” oynamağını görəsən...
Həyətin darvazası cırıldayıb örtülməmiş Fərhad anasına
səsləndi:
– Ana, Zümrüd xalanı çağırmışam, günortadan sonra
Solmaz xala da köməyə gələcək.
Talvarı burum‐burum, gözyaşardan tüstü bürümüşdü.
Fərhad evin arxasına qalaqladığı vələs gırdınlarını, söyüd pər‐
dilərini sacın yanına və artığını mərəyin arxasına daşıdı. Samo‐
varı qamqalaqla doldurub qaladı.
Fərhad:
– Ana, odun günortayadək bəs edər, samovarı da suyla
doldurub qalamışam, gedib quzuları bağa salıb gəlirəm. Mənim
dünya gözəli, durna telli nənəmi çox incitmə ha bax...
Durna:
– Durna telim boyuna qurban olsun! Allah səni bərxudar
eləsin, ay bala, səni verənə min şükür! Səni and verirəm Ağ
hasara
1
, Zakirin gədəsi “dasni çors”u nətər oynuyurdu, oyna
bir anan da görsün...
1
And yerimiz
–
Seyid Mir Sədi Ağanın məzarı.
Dostları ilə paylaş: |