SəNƏDLƏRİn ekspertizasi üZRƏ qaydalar



Yüklə 8,69 Kb.
tarix08.12.2017
ölçüsü8,69 Kb.
#14609

  1. ÜMUMİ MÜDDƏALAR




    1. Sənədlərin qəbulu üçün doktorantu­ranın fəaliyyət göstərdiyi ali təhsil müəssisəsinin və elmi təş­kilat­­ın rəhbərinin sədrliyi ilə qə­bul komissiyası yaradılır. Qəbul komissiyası kafedra, şöbə, bölmə, la­bo­ratoriya rəhbərlə­­rindən, aparıcı əməkdaşlardan və bir qayda olaraq, doktorantların nəzərdə tutulan rəhbərlərindən təşkil olunmalı­dır.

    2. UNEC-də elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, funda­mental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və “Fəlsəfə doktoru” (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan namizədlər qə­bul edilirlər.

    3.  Doktoranturaya qəbul olmaq istəyən şəxslərin ixtisas uyğunluğu qəbul komissiyası tərəfindən müəyyən edilir.

    4. Qəbul komissiyası nəzərdə tutulan rəhbərin rəyi və təqdim edilən digər sənədlər əsasında im­tahan­la­ra buraxıl­maq haqqında qərar qəbul edir və bu barədə bir həftədən gec olmayaraq iddiaçıya bildiriş göndərir.




  1. SƏNƏDLƏRİN EKSPERTİZASI ÜZRƏ QAYDALAR

Dissertanturaya müraciət edən namizədlərin sənədləri aşağdakı tələblər üzrə ekspertiza olunur:



2.1.Fəlsəfə doktoru proqramı üzrə:

1-ci mərhələ: Namizədin baza və magistratura təhsilinin sənəd verdiyi ixtisasa uygunluğunun müəyyən edilməsi;

2-ci mərhələ: Pedoqoji və ya elmi-pedaqoji stajı olanlara üstünlük verilir (Ən az 1 il təcrübə);

3-cü mərhələ: Beynəlxalq sahə indekslərinə daxil olan elmi jurnallarda nəşr edilən məqalələrə üstünlük verilir.

4-cü mərhələ: Dissertasiya mövzusunun aktuallığı.

2.2.Elmlər doktoru proqramı üzrə:

1-ci mərhələ: Namizədin baza təhsilinin sənəd verdiyi ixtisasa uygunluğunun müəyyən edilməsi;

2-ci mərhələ: Elmi və elmi pedaqoji stajı olanlara üstünlük verilir (Ən az 3 il təcrübə);

3-cü mərhələ: Beynəlxalq sahə indekslərinə daxil olan elmi jurnallarda nəşr edilən məqalələrə üstünlük verilir;

4-cü mərhələ: Elmi patent, layihə və ya elmi stpendiya və müvinətləri olan (Beynəlxalq və ya milli post-doktorantura tətqiqat stipendiyasını qazanmaq, elm adamı kimi beynəlxaql və milli təşkilatlar tərəfindən dəvət olmaq, beynəlxaql və milli müsabiqələrdə mükafatı olanlar) nəmizədlərə üstünlük verilir.
Yüklə 8,69 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə