23
Gürcüstana qaçmış, oradan da Avropaya keçmişdilər.”
Xarici qrantlar hesabına yaşayan digər bir qəzet isə yazır-
dı ki, həmin hərbçilər hərbi hissənin xəzinədarını öldürə-
rək pulları əldə etmiş, Ermənistan tərəfə sığınmışlar. Hər-
bi hissədəki özbaşınalıq bütün əsgərləri cana gətirmiş, çı-
xış yolunu Ermənistana, ordan da neytral ölkəyə keç-
məkdə görüblər.
Bir qəzet də yazırdı ki, bu əsgərləri erməni kəşfiyyatı
əsir götürmüşdür. Ona görə də dövlət bu rəzalətə görə
heç bir açıqlama verə bilmir.
Xeyli versiyalar meydana atıldı... Hər kəs bu mövzu-
da danışır, televiziyaların xəbərlərini gözləyir, amma bu
barədə dolğun və inandırıcı bir məlumat eşitmədiyindən,
başını aşağı salıb güzəranını keçirirdi. Müxalifət televizi-
yaların bu hadisəni səssiz qarşılamasından istifadə edib
sosial şəbəkə tribunalarından xalqın aldadıldığını söylə-
yir, siyasi məqsəd üçün çox yaxşı istifadə edirdi. Elə bil,
doğrudan da iqtidar qəzetlərinə və televiziyalarına bu
haqda xüsusi tapşırıq verilmişdi. Hər hansı bir metronun
girişindəki daşın üstündə “Allah” yazıldığını iddia edən
mövhumatçı gəncləri ekranlara çıxaran, hər hansı bir köl-
gənin ruh olduğunu söyləyən xəstə təxəyülləri işiqlandı-
ran, hansısa bir iti altı barmağı olduğu üçün ekrana gəti-
rən, əqidəsi və şəxsiyyəti olmayan bəzi mütrüb tayfasının
bir-biri haqqında dediyi iyrənc fikirləri Azərbaycan audi-
toriyasına sırıyan müstəqil televiziyalar bu qədər hənga-
məyə heç nə olmamış kimi münasibət göstərdi. Hətta bu-
nun şayə, yanlış olduğunu da səsləndirmədilər. Bunu, sa-
dəcə, sosial şəbəkələrdə fəal olan gənclər azdan-çoxdan
təhrif olunmuş formada duyur, rəylər bildirirdilər. Bu xə-
bərin altında verilən rəylərdən birində yazılmışdı ki, kim
24
nə bilir, bəlkə, bu gənclər də Mübariz İbrahimov kimi
düşməndən qisas almağa gediblər. Yəqin bunun da səsi
sonra çıxar.
Əhalinin böyük əksəriyyəti isə heç nədən xəbər tut-
madı. Bu hadisə təzəcə yaddan çıxmağa başlamışdı ki,
Amerikanın “Vaşinqton Post” qəzeti böyük bir yazı ya-
yımladı. Bu yazıda Azərbaycan ordusunun səfil vəziyyət-
də olduğundan bəhs edirdi. Bu hadisəyə üstüörtülü şəkil-
də eyham vurularaq deyilirdi ki, demək olar, hər ay Azər-
baycan ordusunda əsgərlər ya intihar edir, ya zabitlər tə-
rəfindən öldürülür, ya da digər ölkələrə qaçırlar.
Əslində isə, hadisə tamam başqa cür olmuşdu. Çünki
bu gün mətbuatda gördüklərimiz başqa, həqiqət isə tama-
milə başqadır. Bəzən bəzi həvəskar mətbuat nümayəndə-
ləri bilmədən həqiqətləri yazır. Amma inanılmış digər te-
leviziya, qəzet və saytlar həqiqəti yolundan sapdıraraq
yanlış informasiyanı xalqa sırıyırlar. Bəzən də hazırlanmış
gizli bir planı bilmədən söz azadlığı altında darmadağın
edirlər.
3
Ermənistanın işğal etdiyi ərazilərlə sərhəddəki Azər-
baycan ordusunun hərbi hissələrindən birində kəşfiyyat
bölüyünün bir-birinə daha yaxın olan, çətinliklərə düşə-
rək bir-birilərini daha yaxşı tanıyan beş gənc var idi. On-
lar arasındakı tanışlığın yaşı çox olmasa da, ortaq cəhətlə-
rini müəyyənləşdirmiş, özləri də fərqinə varmadan bir-bi-
rilərinə bağlanmışdılar. Bu, Vətən və Millət qayəsi idi.
Ayrı düşüncələrə, baxışlara görə dəfələrlə mübahisələri
25
düşsə də, bu nöqtədə birləşməyi bacarırdılar. Bundan əla-
və, onları birləşdirən digər məsələlər içərisində iradə,
əzm, dürüstlük, cəsarət, sevgi kimi digər amillər də var
idi. Kəşfiyyatçı idilər. Verilən tapşırıqları daim qüsursuz
yerinə yetirməyə çalışırdılar. Əməllərində bəzən yanlış-
lıqlar və qüsurlar olsa da, niyyətləri pak idi.
Azərbaycan Respublikasının Milli Qəhrəmanı Müba-
riz İbrahimovun göstərdiyi igidlikdən sonra onlarda yara-
nan fövqəltəbii güc və bu gücdən doğan ideyalar mühüm
bir qərar vermələrinə kömək etmişdi. Bunu gizir Alıyev
Elçinin dəfələrlə təklif etməsinə baxmayaraq, kapitan Al-
tay Cavadov bir az tərəddüd edirdi. Gizir Arslan Sultan-
bəylinin bu ideyada qərarlı olmaması dəstənin digər üzv-
lərini də ruhdan salırdı. Kapitanın “vaxtı gələndə gedə-
rik” deməsi dostların əlini işdən soyudurdu. Altay Arsla-
na daha çox güvəndiyindən onun fikrinə xüsusi önəm ve-
rirdi. Hətta onun “hə” deməsi bu işin başlanması demək
idi.
Nəhayət ki, günlərin birində məzuniyyətdən qayıdan
Arslanın kapitanla uzun söhbətindən sonra qərar verildi.
Sadəcə, bu dəstədə kimlərin olacağı onları narahat edirdi.
Uzun və çətin bir yol idi. Bu yolun sonu isə görünmürdü.
Ölüm, həbs, vətən xaini... Amma qisas hissinin güclü ol-
ması bütün təhlükələri arxa plana atırdı. Həmişə qorxu
hissinin qürur hissini tapdalamasından əziyyət çəkən
xalqın bu oğullarında, indi qisas hissi bütün qorxu hisləri-
ni tapdalamış, əzilmiş qürur hissinin yüksəlişinə səbəb ol-
muşdu.
Ən önəmlisi isə, erməni xofunun aradan götürülməsi
idi. Kapitanı düşündürən başlıca məsələ xalqda olan ruh
düşkünlüyünün yüksəldilməsi idi. Milli Qərhrəman Mü-
26
bariz İbrahimov bunu yaratmışdı. Əgər Mübariz İbrahi-
movun atdığı cəsarətli addım onlarla kapitan kimi igiddə
ruh yüksəkliyi yaratmışdısa, bu beş ərin atacağı addım
bütün xalqı ruhlandıra bilərdi. Və beləcə, müharibə edib
torpaqların qaytarılmasına zəmin yaranardı. O düşünür-
dü ki, yalnız bu, xalqın özünəinam hissini qaytara bilərdi.
Çünki Xocalı və Qaradağlı kimi faciələr xalqı xeyli qor-
xutmuşdu. Həmişə “erməni kimdir ki, gəlib bizə nə isə et-
sin” deyən xalq, Xocalıda erməninin “kimliyini” görmüş-
dü. Bu isə planlı şəkildə atılan addım idi və o vaxt ermə-
nilərin işinə çox yaxşı yaramışdı. Beləcə, rayonların bir-bi-
rinin ardınca erməni yaraqlıları tərəfindən işğal olunması-
nı sürətləndirmişdi. Kapitan bu hadisəni həmişə dostları
ilə söhbətində Nizaminin “İsgəndərnamə” poemasındakı
İsgəndərin zəncilərlə döyüşü ilə müqayisə edirdi. Belə ki,
bir gün İsgəndərin ordusu zəncilərlə döyüşdə məğlub
olub geriyə qaçır. Döyüşçülər arasında belə bir şayiə yayı-
lır ki, düşmən tərəfin şahı qaniçəndir. Əsir düşmüş əsgər-
lərin qanını içir. İsgəndər bu hadisəni eşidəndə çox fikir-
ləşdi. Amma yol tapa bilmirdi ki, bilmirdi. Bu zaman və-
ziri ona dedi ki, döyüş həmişə güc hesabına qazanılmır.
Burada psixoloji amillər daha önəmlidir. İndi sənin qoşu-
nunda bir vahimə var ki, rəqib şah qan içəndir. Gör əlinə
keçsək, nələr gələr başımıza? – deyə qorxudan döyüşdən
qaçırlar. Sən bunun qarşısını almaq üçün daha vəhşi bir
addım atmalısan. Vəzirin məsləhəti ilə İsgəndər əsir gö-
türdüyü düşmən döyüşçülərindən birinin başını bişirtdi-
rib, əsirlərin qarşısında yeyir. Sonra da şərait yaradır ki,
əsirlər qaçsınlar. Amma İsgəndər əslində adam kəlləsi
yox, heyvan kəlləsi yemişdi. Rəqibin ordusu arasında qısa
bir zamanda İskəndərin əsirlərin kəlləsini bişirtdirib yedi-
Dostları ilə paylaş: |