ŞƏMİl sadiQ Ədəbiyyatla



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə6/40
tarix25.07.2018
ölçüsü1,91 Mb.
#59095
1   2   3   4   5   6   7   8   9   ...   40

29
 
 
ürəklərə  süzülən  odlu-atəşli  eşqin  tilsiminə  düşür. 
Qızların  təhriki  ilə  çıxıb  gedən  Sevdanın  ardınca  ba-
xaraq: 
 
Nədir,  bilməm,  günahım,  məst  ikən  gözlər  vüsa-
lından 
Bənim  məhrum  olan,  ey  nazlı  afət,  gül  camalın-
dan. 
 
Artıq Xəyyam məcnunanə hallar keçirir və bu yer-
də Cavidin yaratdığı Şeyx Sənanı xatırladır. Bütün ət-
rafdakılar  real  düşüncə  sahibləri  olduqları  halda, 
Xəyyam  və  Sevda  əsl  aşiqlər  kimi  romantik  xəyallar 
və hislər içində yaşayırlar. 
Cavid  Xəyyamı  bizə  öz  adət  və  vərdişlərindən 
dönməyən  vətənpərvər  bir  adam  kimi  təqdim  edir. 
Bir  yığın  tül  və ipəklərə  bürünmüş  Rum rəqqasələri-
nin rəqsi məclisə xüsusi təravət gətirir. Valehedici gö-
zəllik və səsə malik olan Sevda səhnəyə gələrək xaqa-
nın  arzusu  ilə  məhəbbət,  saflıq  və  azadəlikdən  bəhs 
edən nəğmələrindən birini oxuyur. 
Belə gözəl şərqidən riqqətə və həyəcana gələn Alp 
Arslan  yerindən  qalxaraq  Sevdadan  nə  arzuladığını 
və nə istərsə, yerinə yetirəcəyini söyləyir. Xaqanın tə-
kidli tələblərindən sonra Sevda məclisdə olan Sabbahı 
nəzərdə tutaraq: 
 
Xəyyamı edin əmrimə tabi, 
Zəncirlədiniz, iştə bu, kafi. 
 


30
 
 
– deyir. Xaqan və bütün məclisdəkilər heyrət, Sabbah 
isə qorxu və təlaş içərisində qalır. Xəyyam: 
 
Xəyyamə nə lazımdı ki, zəncir, 
Onsuz da köləndir, bu  nə təhqir? 
 
– deyə soruşanda Sevda Sabbahı göstərərək, bu şairin 
məhv olmasını tələb edir. Xaqan buna razı olmayanda 
Sevda: “Şən könlünü şair mənə versin”, deyir. Artıq o 
səhvini anlamış, əsl Xəyyamın kim olduğunu bilmiş-
dir. Sevda mədrəsə odasında, bazarda onu öz vurğun 
baxışları və şeirləri ilə məftun edən şairi ürəkdən sev-
mişdir. O, məhəbbətini açıq-aşkar xaqana bildirib ar-
zusunda təkid edir. 
 
Xəyyam: 
(Laubali və coşqun yerindən qalxar) 
“Mən ömrümü sərməst olaraq şən dilərəm, şən. 
Bir dindəyəm azadə bütün küfr ilə dindən 
(Sevdanı süzər) 
Sorduqda ki mehrin nə?  – Gülüb dəhrin ərusu, 
Mehrim, dedi, şən könlünü yalnız mənə versən”. 
 
Cavid Xəyyamdan həzəc bəhrində tərcümə etdiyi 
bu rübaidə “küfr ilə din” deyərkən dinin əleyhinə ol-
duğunu  yox,  xurafat  və  cəhalətin  törətdiyi  qayda  və 
adətlərin ziddinə olduğunu söyləyir. Tanrı və İslama 
qarşı  Xəyyamın  münasibəti  isə  başqa  olmuşdur.  
Onun Həcc ziyarətinə getməyi buna əyani sübutdur. 
Xəyyama  əks  olan  Naiblə  müəllimini  müdafiə 
edən Saib arasında nə qədər fərq vardır. Halbuki, hər 


31
 
 
ikisi  eyni  müəllimdən  dərs  almışlar.  Deməli,  cəhalət 
insanın  öz  xislətindədir.  Səhnənin  ən  maraqlı  yerləri 
Naibin nə cəbr, həndəsə, nə nücum, nə də Xəyyamın 
təqdir etdiyi digər elmlərdən xoşu gəlməməsi, elə an-
caq onda nəsə bir ləkə tapıb şərləmək istəyidir. Bura-
da da iki qüvvə üz-üzə durur: Xəyyamı hər cəhətdən 
ucaldan,  müdafiə  edən  Saib  və  Müftinin  göstərişi  ilə 
onu şərləyib gözdən salmaq istəyən Naib… Xəyyamı 
isə düşündürən bu dünyanı necə  dərk eləmək məsə-
ləsidir. Çünki ondan əvvəl gələn dahilər nə qədər ça-
lışsalar da, bu müəmmanı həll edə bilməmişlər: 
 
Fəzli, ürfanı tanınmış necə dahi başlar, 
Ürəfa bəzminə famus olaraq parladılar. 
Birər əfsanə deyib getdilər, əfsus, əfsus, 
Bu qaranlıq gecədən çıxmağa yol bulmadılar. 
 
Dünyanın sirləri nə qədər çox açılırsa, bir o qədər 
müəmmalı  görünür.  Dünyaya  gələn  hər  dahi  ariflər 
məclisində  yanan  çırağa  bənzəyir.  Lakin  onların  saç-
dığı işıq zülməti dağıdıb sabahı açmağa kifayət etmir: 
 
Kiminin fikrinə hakim görünür məzhəbüdin
Kiminin saplanaraq qaldığı həp şəkkü-yəqin, 
Ansızın bir də baxırsan ki, çıxır bir nadin 
Bağırır: Hey, nə odur yol, nə bu, qafili miskin. 
Bu rübai məna tutumuna görə indiyə qədər söylə-
nənlərin  hamısından  dərindir  və  bəşəriyyətin  Tanrı 
barədə  düşüncələrini  əks  etdirir.  Bir  qismi  məzhəbə, 
dinə  qapılaraq  haqq-həqiqət  yolunu  ancaq  burada 
arayır.  İkinci  qisim  “Şeyx  Sənan”dakı  Dərviş  kimi 


32
 
 
məzhəbə də, dinə də şübhə ilə yanaşır və onların in-
karına  qədər  gedib  çıxa  bilir.  Üçüncü  qisim  isə  nə 
mövcud cəhalət və xurafat yayan məzhəb və dini, nə 
də  ona  qarşı  olan  şübhəni  qəbul edir.  O,  Tanrıya  ye-
tişmək üçün yeni bir yol arayır. 
Dostlarının qəbrini ziyarətə gələn yarımsərxoş Xə-
rabat müridləri ilə gələn Müftiyə fikir verməyib ovcu-
nu şərabla doldurub göyə səpərək acı qəhqəhə ilə: 
 
Bu da göylərdə gülən sultanın. 
Sən də iç, bəlkə açılsın qanadın… 
Sərxoş ol, bunca ağır faciələr 
Səni ürkütməsin əsla!.. Desələr 
Çökdü evlər, qırılıb ailələr, 
Sən haman zövqünə bax, etmə kədər. 
 
– deyir. O sözü, o hərəkəti ki, ancaq yaxın adamların 
yanında edə bilərsən, onu cəmiyyət içində etmək hə-
mişə  məqbul  deyil.  Keçirdiyi  dərddən,  içdiyi  şərab-
dan  ağlını itirmiş  Xərabatinin  məzarda  uyuyan dost-
larına göstərdiyi son nəvaziş qeyri-ölülərə göstərilmə-
məli idi. Xüsusən, onun Tanrıya qarşı söylədiyi sözlər 
və etdiyi hərəkət küfr sayılmamalıdır və bunun mən-
tiqi ona gətirib çıxardır ki, Xərabati Müfti və onu əha-
tə  edənlər  tərəfindən  daş-qalaq  edilərək  öldürülür. 
Artıq Xəyyamın həmsüfrələrindən heç kim qalmamış-
dır.  Xəyyamın  qəbiristana  gələrək  dostlarını  və  Sev-
danı  anıb  söylədiyi  sözlər  faciənin  ən  kədərli  və  ya-
nıqlı yeridir. Beşinci pərdənin birinci səhnəsi Məlikşa-
hın dəvətilə Xəyyamın Bağdada səfər etməsi ilə bitir. 
Müfti və naiblərlə daima pəncələşən Xəyyam cəhalət 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə