156
Silahlardan aralı,
Günahlardan aralı,
Allahlardan aralı.
Misralardan bəlli olur ki, Zəlimxan müəllim “İde-
al” romanından başlamış “Mənim məhəbbətim” adlı
bir səhifəlik son yazıya qədər Muğanna yaradıcılığı
ilə dərindən tanışdır. Müəllifin “Sehr qoxuyan kişi”
ifadəsi isə maraqlı bir tapıntıdır. Elmi ədəbiyyatda
magik realizm – əfsunlu realizm kimi səciyyələndiri-
lən Muğanna yaradıcılığının baş obrazı olan İsa Mu-
ğannaya yaraşan uyğun poetik ifadələrdəndir – “Sehr
qoxuyan kişi” ifadəsi. Ustad sənətkarın İsa Muğanna
kimi yazdığı bütün əsərlərində bir sirr, bir məna giz-
lənib. Hər bir sözü üzərində fikirlər yürüdülə, müza-
kirələr açıla bilər. Şairin “Silahlardan aralı, Günahlar-
dan aralı, Allahlardan aralı” misraları ilk baxışdan
oxucunu düşündürə bilər. Lakin əminəm ki, Muğan-
na ideoloji fikri ilə tanış olan oxucu, gülümsəməyə
bilmir bu məqamda. Dünyanı “Ağ” görmək istəyən
yazıçı həyatının son 30 ilini təhrif olunmuş dinlərin,
allahların mahiyyətini açmağa çalışdı. Onun konsep-
siyasına görə bu gün dünyanı dinlərlə idarə edənlər
pul allahları, qorxu allahları, təhrif allahlarıdır.
Hər hansı bir oxucu əsərləri ilə yazıçını oxuya, du-
ya, anlaya bilər. Hətta onunla dərdləşə, söhbətləşə də
bilər. Lakin bu cür bir poemanı yazmaq üçün vacibdir
ki, oxuduğun əsərin müəllifi dostun ola, həm də onun
yazdıqlarına pərəstiş edəsən, simpatiya ilə yanaşasan
və hər cümləsinə qibtə edəsən ki, belə bir əsər ortalığa
qoya biləsən.
157
Əzizimiz, Muğanna!
Heç kəs soruşmasın ki,
Haralıyam,
hardanam.
Mən də Odərlərdənəm,
Mən də SafAğlardanam.
Bəlkə, bir zamanlar Zəlimxan müəllim də İsa Mu-
ğanna ilə söhbətlərində onun göylərdən Ün eşitməsi-
nə inanmadığını deyib və ya eyhamını vurub, bəlkə
də sadəcə ürəyindən keçirib. Amma poemanı oxu-
duqca görürsən ki, bu gün Zəlimxan müəllim İsa Mu-
ğannaya və onun Ününə tam varlığı ilə inanır. Və za-
man-zaman planetdən Muğannanın göndərdiyi ilahi
səsi, siqnalı eşidir, qədim elm olan ağ, maq, muğ -
SafAğ elminin fəlsəfəsini sözün qüdrəti ilə bizə təq-
dim edir.
Doqquz oğlu, övladı,
Bir-bir güllədən keçən,
İsa, Musa babanın
İsahaq, Musahəqtək,
Anadilə çevrilib
Tüstülənən ahı da,
Yazıq Taftı qarının
Açılmaz sabahı da
SafAğ elmindən gəlir.
Cümrünün tütəyində
Alovlanan nəfəs də,
Tapdığın sinəsindən
158
Qopan o qəmli səs də,
Çayın hayqırtısı da,
Selin gurlaması da,
Sudüşən çəmənində
Şehin parlaması da
SafAğ elmindən gəlir.
Yuxarıdakı misralar İsa Muğanna taleyi ilə, obraz-
larının taleyinin ifadəsidir. Çünki İsa Muğannanın adı
onun əmisinin, Musa isə babasının adıdır ki, biz bu
haqda İsa Muğannanın “Həyatımdan səhifələr” oçer-
kindən oxuyuruq: “İsa əfəndi mənim doğuluşumdan
səkkiz il əvvəl, nəslimizin Muğanlıdan əvvəlki kəndi
Padişahlıqda dünyasını dəyişmiş əmim idi. Nəriman
Nərimanov sosialist ideyaları təbliğ etdiyinə görə
həbs olunub Tiflis həbsxanasında bir il yatdıqdan
sonra, 1906-cı ildə Bakıya gedərkən SafAğ elmi haq-
qında məlumat toplamaq üçün yolunu SafAğ alimlə-
rinin kəndi Padişahlıqdan salıb, orada babamla doğ-
ma qardaş qədər yaxınlaşdıqdan sonra, 1913-cü ildə
Odessadan təhsildən qayıdanda Zeynalabdin Tağıye-
vin kompanyonu, babamın əmisi oğlu “Xozeyin Mə-
həmməd”in vasitəsilə SafAğ təhsilli İsa əfəndini, kiçik
qardaşı Musa ilə birlikdə Bakıya çağırtdırıb. Qara şə-
hərdəki hərbi gimnaziyaya qəbul elətdirib, şəxsən
“silsilə”dən, (Həllac Mənsurdan, Firdovsidən, Niza-
midən, Nəsimidən, Füzulidən, Yunis İmrədən) özü
dərs deyib. Musa gimnaziyanı qurtarmamış xəstələ-
nib Padişahlığa qayıdıb.”(5, səh.16-17) İsa Muğanna
istər bədii əsərlərində, istər müsahibələrində, istər
publisistik məqalələrində, istərsə də adını çəkdiyimiz
159
“Həyatımdan səhifələr” əsərində elə bir üslub seçib
ki, oxucu birmənalı olaraq bütün bu olanların bir bə-
dii təxəyyülün məhsulu yox, İsa Muğannanın öz tale-
yi olduğu qənaətinə gəlir. Çünki İsa Muğanna ədə-
biyyatla əbədiyyatın, ədəbiyyatla həqiqətin, ədəbiy-
yatla tarixin, ədəbiyyatla göyün, ədəbiyyatla yerin
arasında olan “sehr qoxuyan kişiydi”.
“İdeal” romanı ilə əsası qoyulan SafAğ elminin
fəlsəfəsini bir dərviş kimi oxuculara izah etməyə çalı-
şan şair yazır:
SafAğ elmi deyir ki,
Cahilliyə nöqtə qoy,
Cəhaləti məhv eylə.
İnsanlar arasında
Qanlı düşmənçiliyi,
Ədavəti məhv eylə.
...
SafAğ elmi deyir ki,
Öz işini halal gör,
Öz işini təmiz tut,
Can gəldi-gedəridi,
Elmi candan əziz tut.
İsa Muğanna ideologiyasının əsasında duran ən
ali amal elm idi. SafAğ elmi. Bu elm cəhalətin kökünü
kəsmək, onu məhv etmək üçün işıq gəmiləri tərəfin-
dən insan oğluna göndərilmişdir. Lakin insan oğlu
cəhalətə uyaraq bu elm qılıncının qəbzəsindən tuta
bilmir, onun üçün də dünya qan gölünə, bəşəriyyət
nəfsinin qurbanına çevrilib. Bu misralarda Nəsimi fəl-
Dostları ilə paylaş: |