SəLƏFİN İbadət anlayişI



Yüklə 213,65 Kb.
Pdf görüntüsü
tarix30.10.2018
ölçüsü213,65 Kb.
#76337


A

A

b



b

d

d



u

u

`



`

l

l



-

-

B



B

A

A



R

R

İ



İ

 

 



ə

ə

s



s

-

-



S

S

U



U

B

B



E

E

Y



Y

T

T



İ

İ

 



 

 

 



 

 

 



 

 

 



 

 

S



S

Ə

Ə



L

L

Ə



Ə

F

F



İ

İ

N



N

 

 



İ

İ

B



B

A

A



D

D

Ə



Ə

T

T



 

 

A



A

N

N



L

L

A



A

Y

Y



I

I

Ş



Ş

I

I



 

 

 



 

 

 



w

w

w



w

w

w



.

.

i



i

s

s



l

l

a



a

m

m



e

e

v



v

i

i



.

.

a



a

z

z



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

  



 

 

 



 

 

 



 

 

Bu kitab, DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT 



KOMİTƏSİNİN 27/09/2006 tarixli № DK – 377d saylı razılığı 

ilə nəşr edilmişdir. 

 

Kitabın müəllif hüquqları qorunur. 



 

 

 



 

 

 



 


 

S



S

Ə

Ə



L

L

Ə



Ə

F

F



İ

İ

N



N

 

 



İ

İ

B



B

A

A



D

D

Ə



Ə

T

T



 

 

A



A

N

N



L

L

A



A

Y

Y



I

I

Ş



Ş

I

I



 

 

 



İnsanları  itaət  və  ibadət  üçün  yaradan 

ALLAH`a  həmd  olsun!  Ona  ibadət  yollarını 

asanlaşdırdığı  üçün  şükr  və  həmd  edirəm! 

Şəhadət  edirəm  ki,  ALLAH`dan  başqa  haqq 

ilah  yoxdur.  O,  Təkdir  və  şəriki  yoxdur. 

Möminlərə  hüsnanı  (cənnəti)  və  əlavəni  (ca-

malını  görməyi)  vəd  etmişdir  və  şəhadət edi-

rəm  ki,  Muhəmməd 

  Onun  qulu  və  Rəsu-

ludur.  Hər  növ  xeyrə  həvəsləndirmiş  və  az-

ğınlıqdan  çəkindirmişdir.  ALLAH  Q  Ona, 

ailəsinə və əshabına xeyir-dua və salam etsin!  

Sələf  alimlərindən  biri  belə  deyir: 

“ALLAH  qullarına  nemətlər  vermiş  və  onları 

gücləri 

yetdikcə 

şükr 

etməklə 


məsul 

tutmuşdur.  Az  da  olsa  şükr  etmək,  hər  hə-

diyyəyə  qarşılıq  çox  da  olsa  yaxşılıq  etmək 

lazımdır.  Qul  şükr  etməsə,  neməti  ortadan 

qalxmağa  tərk  etmiş  və  onu  zəlalət  nişanı  ilə 

vəsfləndirmiş olar.” 




 

Möminin  nəfsi  heç  vaxt  boş  dayanmaz 



və arzusu azalmaz. Nəfsi hər halında ona yeni 

bir istək  verir və  belə  deyir:  “Ey nəfs,  müjdə! 

Çatılacaq  yer  yaxınlaşdı  və  qovuşmağa  az 

qaldı.  Oraya  çatmadan  yarı  yolda  qalma  və 

səninlə  sevdiklərinin  olduğu  yer  arasına 

maneə girməsin!” 

Nafi,  İbn  Ömərin 

  əməlləri  haqda 

soruşulduqda  belə  deyir:  “Hər  namaz  üçün 

evində  dəstəmaz  alar  və  arasında  Quran 

oxuyurdu.”  Həsən  əl-Basri  sələfin  ibadət 

etməyə  olan  həvəsini  tərif  edərək  belə  deyir: 

“Elə  insanlar  gördüm  və  elə  şəxslərlə  birlikdə 

oldum  ki,  əldə  etdikləri  bir  dünya  nemətinə 

sevinməzdilər  və  itirdikləri  heç  bir  şey  üçün 

kədərlənməzdilər.  Onların  gözündə,  bu  şeylər 

ayaq  basdıqları  torpaqdan  daha  dəyərsiz  idi. 

RƏBB`lərinin  Kitabı  və  Peyğəmbərlərinin 

sünnəsi ilə əməl edirdilər. Gecə olduqda ayağa 

qalxıb,  səcdə  edirdilər.  Göz  yaşları  yanaqların-

dan axardı.”  



 

İbn  Ömər 



,  bir  camaat  namazını 

qaçırsaydı, bir gün oruc tutar, gecəni ibadətlə 

keçirər  və  bir  qul  azad  edərdi.  Əmiru`l-

Möminin  Ömər  ibn  Abdi`l-AZİZ`in  xanımı, 

Fatimə  bintu  Abdi`l-MƏLİK  belə  deyir: 

“Ondan  daha  çox  namaz  qılan  və  oruc  tutan 

görmədim.  Ondan daha  çox  ALLAH`dan 

qorxan  görmədim.  Gecə  namazını qılar  və 

gözləri bağlanana qədər ALLAH`ı zikr edərək 

yatardı.  Sonra  yenidən  oyanırdı.  Bəzən 

yataqda  olanda  axirəti  xatırlayıb,  sərçənin 

sudan  qorxduğu  kimi  qorxardı  və  oturub 

ağlayardı.  Üstünə  yorğanı  örtərdim.”  Vəki`i-

nin  belə  dediyi  rəvayət  edilir:  “A`məş  yetmiş 

yaşına  çatmışdı  və  heç  bir  zaman  imamla 

birlikdə iftitah təkbirini qaçırmamışdı. Altmış 

ildən çox yanına gedib-gəldim, bir rükəti belə 

qəza etdiyini görmədim.” Süleyman ibn Həm-

zə  əl-Maqdisi  belə  deyir:  “İki  dəfədən  başqa 

heç bir fərz namazını tək qılmadım. Onları da 

sanki  qılmamış  kimiyəm.”  Öldüyü  zaman 



 

doxsan  yaşına  çatmışdı.  ALLAH  Q,  onlara 



rəhmət eləsin. 

  Bunlar;  ürəkləri  ALLAH  Q  sevgisi  ilə 

dolan  və  qəlbləri  fərəhlənən,  nəfsləri  sakitliyə 

çatan  və  əzaları  xətircəm  olan  insanlara  aid 

ibrətli  işarələr  və  onların həyatından  toplanmış 

misallardır.  Sevgi  düşüncəsi,  üsyan  düşüncə-

sinin  yerini;  ALLAH`a  Q  yaxınlaşmaq  istəyi, 

Ona  Q  qarşı  çıxmaq  və  üsyanın  yerini;  dilin 

və  əzaların  ibadət  ilə  hərəkəti,  günah  ilə 

hərəkətinin yerini almışdır.  

  Rəsulullaha 

 

gəldikdə; 



ibadət 

sevgisi  Onun 

  qəlbinə  tam  yerləşmişdir. 

İbadətinin ən böyük nümayişi, hər vəziyyətdə 

ALLAH`a  Q  təslimiyyəti  idi.  ALLAH  Q  belə 

buyurur:  

 

 “Yaxşı  əməl  sahibi  olub  ozünü  ALLAH`a 



təslim edən şəxsdən din etibarilə daha gözəl kim 

ola bilər..?”

1

 

                                                                         



1 ən-Nisa surəsi, 4/125. 


 

Hər  anında  ALLAH`dan  Q  qorxar,  dai-



ma Onu Q zikr edər və Ondan Q bağışlanma 

diləyərdi. Peyğəmbər 

 belə buyurdu: 

 

“ALLAH`a and olsun ki, hər gün ALLAH`a 



yetmiş  dəfədən  çox  tövbə  edirəm  və  Ondan 

bağışlanma diləyirəm.”

2

 

 



Gecələri  ALLAH`a  Q  ibadət  edər,  bir 

gecədə  on  üç  rəkat  namaz  qılardı.  Namazda, 

ayaqları  şişənə  qədər  qiyamda  durardı.  Ona, 

“Ey  ALLAH`ın  Rəsulu!  Keçmiş  və  gələcək 

bütün  günahlarını  ALLAH  Q  bağışladığı 

halda bunu nə üçün edirsən?” deyildikdə,  

“Şükr edən bir qul olmayımmı?”

 buyurdu.

3

  

Oruc  tutar  və  sədəqə  verirdi.  İki  dağ 



arasını dolduran bir sürünü belə verirdi. 

Rəsulullahın 

  ibadəti  təəccüblüdür! 

O,  ən  uca  ibadət  mərtəbələri  ilə  ümmətini 

idarə  etməyi  birlikdə  edərdi.  Peyğəmbər 

 

belə buyurur:  



                                                                         

2 əl-Buxari. 

3 əl-Buxari. Muslim. 



 

“ALLAH`a and olsun ki, mən sizin aranızda 



ALLAH`dan  ən  çox  qorxan  və  Ona  qarşı  ən  çox 

təqvalı olanam. Ancaq mən, oruc tuturam və iftar 

edirəm. Namaz qılıram həm də yatıram. Qadınlar-

la evlənirəm. Kim mənim sünnətimdən üz çevirsə, 

məndən deyildir.”

4

 



 

İbn  Teymiyə    belə  deyir:  “Qəlb,  tək 

ALLAH`a  Q  ibadətdən  başqa  heç  bir  şeylə 

islah  olmaz  və  qurtulmaz.  Şevinc  və  hüzur 

tapmaz,  ləzzət  və  dad  almaz.  Rahat  və  xətir-

cəm  olmaz.  Yaradılmış  bütün  ləzzətləri  əldə 

etsə belə razı olmaz və rahatlıq tapmaz. Çünki 

fitrətinə  görə  RƏBB`inə  xüsusi  bir  ehtiyacı 

vardır. ALLAH Q  onun  ilahı,  sevdiyi və istə-

diyidir.” 

  İbadət növlərinin ən böyüyü, ALLAH`ın 

Q

 fərz etdiyini yerinə yetirmək və ALLAH`ın Q 



haram  etdiyindən  çəkinməkdir.  Əbu  Hureyrə-

dən  ÷  rəvayət  edilən  bir  qüdsi  hədisdə  Rə-

sulullah 

 belə buyurur: 

                                                                         

4 əl-Buxari. 




 

 “ALLAH  buyurur  ki:  “...  Qulum  mənə, 



onun  üçün  fərz  etdiyimdən  daha  sevimli  bir 

şeylə yaxınlaşa bilməz …”

5

 

 



Sələfin  bütün  həyatı  ibadət  etmək  və 

etdikləri bir çox ibadət növü olduqda, görəsən 

nə  ilə  başlayardılar?  Nəyi  önə  çəkərdilər? 

Rabbani  alim  İbnu`l-Qayyim,  bunu  belə  ca-

vablandırır: “Əməllərin ən fəzilətlisi, o vaxtda 

ALLAH`a Q ən sevimli olanı və ALLAH`ın Q 

razı  olduğudur.”  Sonra  bunu  belə  açıqlayır: 

“Müsafirlər  olduğunda  ən  fəzilətli  əməl,  on-

ların haqqını vermək, müstəhəb zikrlər yerinə 

müsafir  ilə  məşğul  olmaqdır.  Ər-arvad  və 

ailənin  haqlarını  yerinə  yetirərkən  də  bu 

belədir.  Səhər  vaxtlarında  ən  fəzilətli  əməl, 

namazla  və  Quranla,  dua  və  zikrlə  məşğul 

olmaqdır.  Azan  vaxtlarında  ən  fəzilətli  əməl, 

etdiyi  zikri  tərk  edib  müəzzinin  sözlərinə 

qarşılıq verməkdir. Beş namaz vaxtlarında ən 

fəzilətli  əməl,  namazı,  ciddiyyət  və  səmimiy-

                                                                         

5 əl-Buxari. 



 

10 


yətlə  qılmaq  və  dərhal  namaza  getməkdir.

 

Ehtiyacı  olan  şəxsin,  məqamla, bədən-



lə və ya mal ilə yardıma möhtac olduğu vaxt-

larda  ən  fəzilətli  əməl,  ona  yardım  etmək  və 

çətinliklərini  həll  etməkdir.  Bunu,  gündəlik 

zikrlər  və  inzivadan  (tənhalıqdan,  təkliyə 

çəkilməkdən) üstün tutmalıdır. Müsəlman bir 

qardaşının  xəstəliyində  və  ya  ölümündə  ən 

fəzilətli  əməl;  onu  ziyarət  etmək,  cənazə 

namazında və dəfn edilməsində iştirak etmək, 

bunları  inzivaya  üstün  tutmaqdır.  Çətinliyə 

düşdüyün  və  insanların  sənə  əziyyət  etdiyi 

anda  ən  fəzilətli  əməl,  onlarla  münasibətdə 

səbir vəzifəsini yerinə yetirməyin və onlardan 

qaçmamağındır.” 

  Sonra  belə  deyir:  “Qul,  daima  ibadət 

məqamları  arasında  gedir.  Alimləri  gördü-

yündə, onu da onlarla bərabər görərsən. Abid-

ləri  gördüyündə,  onu  da  onlarla  birlikdə  gö-

rərsən.  ALLAH`ı  zikr  edənləri  gördüyündə, 

onu  da  onlarla  birlikdə  görərsən.  Sədəqə  ve-

rənləri  gördüyündə,  onu  da  onlarla  görərsən. 




 

11 


Nəfsinin  rahatlığı  və  ləzzəti  başqa  bir  yerdə 

olsa  belə  o,  RƏBB`inin  istədiyi  kimi  gedir.” 

İbnu`l-Qayyimin  açıqlaması  bu  şəkildə  sona 

çatır. ALLAH Q ona rəhmət etsin! 

ALLAH Q belə buyurur:  

 “Mən  cinləri  və  insanları  yalnız  Mənə 

ibadət etmək üçün yaratdım!”

6

  



 

 Ayənin  mənası  budur:  “Biz  ancaq  iba-

dət etmək üçün yaradıldıq. ALLAH Q, həyatı-

mızı  ibadətdən  başqa  bir  şeylə  keçirməyimizi 

qəbul  etməz.  Namaz,  oruc,  zəkat,  həcc 

ibadətdir. Düz danışmaq, əmanəti yerinə ver-

mək, valideynlərə yaxşılıq və qohumları ziya-

rət etmək,  əhdlərə  sadiq  olmaq,  yaxşılığı  əmr 

etmək  və  pislikdən  çəkindirmək;  qonşuya, 

yetimə,  yoxsula,  səfərdə  olana  yardım  etmək 

ibadətdir.  Dua  etmək,  zikr  etmək  və  Quran 

oxumaq  ibadətdir.  ALLAH`ı  Q  və  Rəsulunu 

 sevmək, ALLAH`a Q tövbə etmək ibadət-

dir.  ALLAH`ın  Q  hökmünə  səbr  etmək,  ne-

                                                                         

6 əz-Zariyat surəsi, 51/56. 




 

12 


mətlərinə  şükr  etmək,  qədərinə  razı  olmaq, 

bağışlamasını ümid etmək və əzabından qorx-

maq, bütün bunlar ibadətdir. 

Tarix  boyunca  müsəlmanların  başına  gə-

lənlər  və  bu  gün  bizim  düçar  olduğumuz  bir 

çox  müsibət,  sadəcə  ibadət  anlayışındakı  yolu 

azmaq  səbəbinə  görədir.  İbadətin  iki  şərtindən, 

ALLAH  Q  üçün  ixlas  və  Rəsulullahın 

  sün-

nəsinə  uyğunluqdan  azmağın  nəticəsidir.  İxlası 



tərk etmək, tək ALLAH`a Q edilməsi vacib olan 

ibadətin  –  peyğəmbərlər,  mələklər  və  vəlilər 

olsa  belə  –  başqasına  möhtac  olan  məxluqlara 

edilməsinə səbəb olmuşdur. ALLAH`a Q yaxın-

laşmaq üçün saleh şəxsləri vasitəçi edərlər. 

Sünnəyə  tabe  olmaq  nöqtəsindəki  az-

maq  isə,  ALLAH`ın  Q  izin  vermədiyi  və 

Rəsulullahın 

  ibadət  olaraq  bildirmədiyi 

müxtəlif  ibadətlərin,  fərqli  şəkillərdə  edilən 

bidət  zikrlərin  və  sözlərin  ortaya  çıxmasına 

yol  açmışdır.  Bidət,  əməlin  formasında,  sa-

yında,  şəklində, zamanında  və  ya  məkanında 

ola  bilər.  Bütün  bunlar,  onu  edən  şəxsdən 




 

13 


qəbul  olunmaz.  Çünki  bu,  ALLAH`ın  Q  izin 

vermədiyi bir ibadətdir. 

Bəziləri,  ibadət  anlayışını  müəyyən  for-

malara  malik  ibadətlərlə  əhatə  olunduğunu 

qəbul  edirlər.  İbadət  edərkən  əməli  tərk  edir-

lər. Başqa bir əməl anında da ibadəti tərk edir-

lər. Ümumi ibadət anlayışı budur. Davranışlar 

və sözləri ilə bu cahiliyyə sözünü dilə gətirir-

lər: “Qadının örtünməyindən və işləməyindən 

dinə  nə?!  Şəxsi  həyatımıza  din  nə  üçün  qarı-

şır?!  Qadının  paltarından  İslama  nə?!  Faizlə 

alış-verişə din nə üçün qarışır?!” Məqsəd, dini 

həyatdan uzaqlaşdırıb məscidin divarları ara-

sına  sıxışdırmaqdır.  Bu  səbəblə,  namaz  qılan, 

oruc  tutan  və  Quran  oxuyan  şəxsin  saxtakar-

lıq  etməkdən,  faizlə  alış-verişdən  və  zülm  et-

məkdən  çəkinmədiyini  görürsən.  Namaz  qı-

lan  və  oruc  tutan  bir  qadının  şəriətə  müxalif 

olmaqdan  çəkinmədiyini,  açıq-saçıq  geyindi-

yini,  kişilərlə  birlikdə  oturub-durduğunu  və 

haram olan şeylərlə bəzəndiyini görürsən. 



 

14 


Ey  İslam  qardaşları!  Nəfsin  istədiyi  və 

yaşamaq  üçün  lazım  olan  əməllər,  saleh  niy-

yətlə  böyüyür  və  ibadət  olana  qədər  ucalır! 

Eyni  şəkildə  mübahlar  da  əməl  dəftərinə  iba-

dət olaraq yazılır. Kəndli öz tarlasında, işçi öz 

fabrikində,  tacir  öz  dükanında,  məmur  öz  iş 

yerində və hər peşə sahibi öz peşəsində etdiyi 

işi ibadət halına gətirə bilər. İş, ibadət olduqda 

da, sahibi onu xainliklə çirklətməyəcək və sax-

takarlıqla korlamayacaqdır. Saflığını, yalan və 

hiylə ilə, insanların malını haqsız yerə yeyərək 

korlamayacaqdır. 

   Bu,  ibadətin  geniş  mənası  və  itaətin 

geniş şəkildə təsəvvürüdür. Müsəlmanı, xeyir 

və rəhmət çağlayan, fayda və bərəkət fısqıran 

bir  çeşmə  halına  gətirir.  Müsəlmanın  iradəsi 

qüvvətlənir, ibadət etmək və bu ümmətə yar-

dım üçün səyləri artır.  

Kədərlinin  göz  yaşını  silər.  Çətinlikdə 

olanın  dərdini  yüngülləşdirər.  Fəlakətə  düçar 

olanın  yarasını  bağlayar.  O,  bu  davranışında 

ibadət  duyğusunu  hiss  edir.  Eyni  şəkildə, 




 

15 


çarəsiz  kimsəni  aclığında  doyuzdurar.  Zülmə 

düçar  olana  arxa  olar.  Məğlubun  xətasını  ba-

ğışlayar. Ağır bir borc altında olanın borcunu 

ödəyər. Yolunu azana yol göstərər. Bilməyənə 

öyrədər. İnsanlardan bir pisliyi yox edər və ya 

yolu, əziyyət edən bir şeydən təmizləyər. 

Hər  gün  ümmətin  binasına  saleh  bir 

kərpic  qoya  bilərsən.  İbadət  və  yaxşılıq,  sənə 

bəsit  və  tərəzidə  yüngül  görünsə  də,  axirət 

tərəzisində ağırlığı və dəyəri çox olan əməllər 

əlavə edə bilərsən. Rəsulullahın 

 bu sözünə 

qulaq as:  

 

“Sizə  orucun,  namazın  və  sədəqənin 



dərəcəsindən  daha  üstün  bir  əməl  bildirimmi?”

 

buyurur.  “Bəli,  ey  ALLAH`ın  Rəsulu!” 



deyirlər. Rəsulullah 

 belə buyurur: 

“İki  şəxsi  barışdırmaqdır.  İki  şəxsin  arasını 

vurmaq isə (dini) kökündən qazır.”

7

 

Xəstə  ziyarəti  haqqında  da  belə  bu-



yurur:  

                                                                         

7 Əbu Davud. 



 

16 


 

“Kim  ALLAH  üçün  bir  xəstəni  və  ya  bir 

qardaşını  ziyarət  edərsə  bir  carçı  ona  belə  deyər: 

“Qəbul oldun və etdiklərin də qəbul oldu. Cənnətdə 

də bir yer hazırladın.”

8

  



 

Əbu Hureyrə  ÷  Rəsulullahdan 

 bu 

hədisi rəvayət edir: 



“Bir  adam  yolla  gedərkən,  yolun  üstündə 

tikanlı  bir  budaq  gördü  və  onu  yoldan 

uzaqlaşdırdı.  ALLAH,  etdiyinin  əvəzi  olaraq  onu 

bağışladı.”

9

  

 



Əbu  Zərr  ÷  bir  hədisdə  Peyğəmbərin 

 belə buyurduğunu rəvayət edir:  

 

“Ümmətimin  əməllərinin  yaxşısı  və  pisi 



mənə  göstərildi.  Onların  gözəl  əməlləri  arasında, 

yoldan əziyyət edən bir şeyi götürməyi gördüm.”

10

 

Saleh  əməlləri  bəzi  ibadətlərlə  sərhəd-



ləmək, təqvalı yaşamaq istəyənlərin vaxtlarını, 

                                                                         

8 ət-Tirmizi. 

9 Muslim. 

10 Muslim. 



 

17 


o  əməllərin  təkrarı  ilə  keçirmələrinə  yol  açar. 

Onlar,  başqa  bir  əməli,  ALLAH`ın  Q  rizasını 

əldə  etmək  üçün  bir  vasitə  olaraq  görməzlər 

və yer üzünün islahını tərk edərlər. 

İslam  qardaşları!  ALLAH`dan  layiqincə 

qorxun!  İbadəti  pozan  və  savabını  yox  edən 

şeylərdən  çəkinin!  Bunlardan  biri  də  ALLAH`a 

Q

 şirk qoşmaqdır. Riya və göstərişdir. ALLAH Q 



belə buyurur:  

 

 “...Əgər  onlar  (ALLAH`a)  şərik  qoş-



saydılar, etdikləri əməllər puça çıxardı.”

11

 



 

Dində  bidətin  ortaya  çıxmasının  səbəbi 

də bunlardandır. Rəsulullah 

 belə buyurur: 

 

 “Kim  bizim  əmrimiz  olmayan  bir  əməl 



işləsə o rədd edilmişdir.”

12

  



İnsanlara  zülm  etmək,  canlarına,  mal-

larına  və  namuslarına  təcavüz  etmək  də 

bunlardandır. Rəsulullah 

 belə buyurur:  

 

                                                                         



11 əl-Ən`am surəsi, 6/88. 

12 Muslim. 




 

18 


“Ümmətimdən  iflas  edən  odur  ki,  Qiyamət 

günü  namazla,  orucla  və  zəkatla  gəlir.  Ancaq  birini 

söymüş, başqasına iftira etmiş, bir başqa şəxsin haq-

qını  yemiş,  digər  bir  şəxsin  qanını  tökmüş  və  döy-

müşdür. Onlara, onun savabından verilir. Üzərində-

ki  haqlar  alınmadan  savabı  bitərsə,  onların  günah-

larından alınaraq ona yüklənir. Sonra da cəhənnəmə 

atılır.”


13

 

 



İnsanın,  sonunu  düşünmədən  söylədiyi 

bəzi  çirkin  sözlər  də  bunlardandır:  Əbu  Hu-

reyrə ÷, Rəsulullahın 

 belə buyurduğunu 

rəvayət edir:  

 

“İnsan,  heç  bir  təhlükə  görməyərək  ALLAH`ı 



qəzəbləndirəcək  bir  söz  söyləsə,  bu  səbəbdən  cəhənnəm 

atəşində yetmiş illik bir məsafəyə aşağı enər.”

14

 

Rəsulullah 



 belə buyurur:  

 

“Bir adam belə deyir: “ALLAH`a and olsun ki, 



O  filankəsi  bağışlamaz.”  ALLAH  da  belə  buyurur: 

                                                                         

13 Muslim. 

14 İbn Macəh. 




 

19 


“Filankəsi  bağışlamaya

-

cağımı  deyərək  mənim 



adıma  and  içən  kimdir?  Şübhəsiz  mən  filankəsi 

bağışladım və sənin əməlini puç etdim.”

15

 

 



 Əbu Hureyrə ÷ Rəsulullahdan 

 bu 


hədisi rəvayət edir:  

 

“Bir adam, yol üstündə olan bir ağac buda-



ğının yanından keçərkən “ALLAH`a and olsun ki, 

bunu  əziyyət  verməməsi  üçün  müsəlmanlardan 

uzaqlaşdıracağam”  deyir  və  bu  səbəbdən  cənnətə 

daxil olur.”

16

  

 



ALLAH`a  Q  qulluq,  bütün  əzaların  və 

hisslərin  Ona  Q  ibadətlə  və  Onun  əmrini 

yerinə yetirməklə məşğul olmasını labüd edir. 

Kafirlərin  və  dinsizlərin  haram  edilən  sözlə-

rini dinləməyi tərk edərək ALLAH`a Q ibadət 

edir.  


                                                                         

15 Muslim. 

16 Muslim. 



 

20 


ALLAH`ın  Q  haram  etdiyi  şeylərdən 

baxışlarını qoruyaraq ALLAH`a Q ibadət edir. 

Gözlərini,  Qurana  və  elmi  əsərlərə  baxmaq 

kimi  vacib  olan  yerlərdə  işlədir.  Dili  ilə 

ALLAH`a Q saleh bir şəkildə ibadət edir. Onu 

daima  ALLAH`ı  Q  zikrlə  və  ALLAH`ın  Q 

sevdiyi  gözəl  sözlərlə  məşğul  edir.  Boş  söz-

lərdən  dilini  qoruyur.  Yalançı  şahidlikdən, 

başqalarını  ayıblamaqdan  və  qeybətdən  uzaq 

durur.  Zikr,  yaxşılığı  əmr  etmək  və  pislikdən 

çəkindirmək,  insanların  arasını  islah  etmək 

kimi gözəl sözlərlə məşğul olur. 

ALLAH`a  Q  əlləri  və  ayaqları  ilə  ibadət 

edir.  Əlini  ancaq  ALLAH  Q  üçün,  ALLAH  Q 

yolunda  və  ALLAH`ın  Q  rizasına  uyğun  bir 

şəkildə işlədir. Ayaqlarının, ALLAH`a Q qulluğa 

bağlılığını  qoruyur.  Onlarla  ancaq  ALLAH`a  Q 

ibadət və Onun Q rizası üçün gedir. Onlarla cü-

mə və camaat namazlarını qılmağa, vacib ibadət-

ləri edərək savab qazanmağa tələsir. 

ALLAH Q belə buyurur: 

 



 

21 


 “De: “Mənim namazım da, ibadətim də, 

həyatım  və  ölümüm  də  aləmlərin  RƏBB`i 

ALLAH  üçündür! Onun heç  bir şəriki  yoxdur. 

Mənə  belə  buyurulmuşdur  və  mən  ilk 

müsəlmanam!”

17

 



 

Abdu`l-BARİ əs-SUBEYTİ 

21.12.1421 hicri

 

 



                                                                         

17 əl-Ən`am surəsi, 6/162-163. 



Yüklə 213,65 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə