Səlahəddin Xəlilov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/28
tarix26.11.2017
ölçüsü2,8 Kb.
#12678
1   ...   4   5   6   7   8   9   10   11   ...   28

 
- 32 - 
Məhz  bu  xəttin  nümayəndəsi  olan  F.Əttar  isə  «Şeyx 
Sənan» əsərində belə deyir: «Həqiqi aşiq heç bir dini tanıya 
bilməz, belə ki, onun imanı məhəbbət özüdür. Onu cəmiy-
yətdə  tutduğu  mövqe  də  maraqlandırmır,  çünki  aşiqlikdən 
daha yüksək mövqe yoxdur».
1
 
Bu  ideya  neçə  əsrlər  boyu  Şərq  poeziyasının  aparıcı 
motivlərindən biri olmuşdur. Onun ən  gözəl ifadə formala-
rından birinə biz H.Cavid poeziyasında rast gəlirik: 
 
Mənim tanrım gözəllikdir, sevgidir.
2
  
 
Yaxud: 
 
Məhəbbətdir ən böyük din.
3
 
 
Düzdür, Hüseyn Cavid  də Nizami kimi ilahi eşqi in-
sani  eşqdən  ayırır.  Bir  sıra  şeirlərində,  «Afət»də  adi  insani 
duyğuları,  qadın  gözəlliyini,  hətta  erotik  eşqi  tərənnüm 
edən Cavid başqa əsərlərində, xüsusən «Peyğəmbər»də ila-
hi  eşqin  parlaq  nümunəsini  yaradır.  Peyğəmbərin  füsunkar 
Şəmsanın məhəbbətinə biganəliyinin səbəbi də qızın Tanrı 
sevgisindən məhrum olması, bütlərə tapınmasıdır.  
 
Xayır, istəməm gözəl qız, 
                                                                                                  
эениш шярщляр йазмышдыр. (А.Д.Кныш. Введение к книге  «Ибн 
ал-Араби. Мекканские откровения.», стр. 21)     
1
 Ф. Аттар. Шейх Санан // Суфии: Восхождение к истине, М., 
Изд-во Эксмо, 2003, с. 89. 
2
 Щ.Жавид.
 
Ясярляри 4 жилддя, Ы жилд, Бакы, «Йазычы», 
1982, с.55 . 
3
 Щ. Жавид
 
Ясярляри 5 жилддя, ЫЫЫ жилд, Бакы, «Лидер», 
2005, с.193 . 


 
- 33 - 
Sevgilim Tanrıdır yalnız..
1
 
Burada  gözəl  qızdan  imtina  edilməsinin  səbəbi  onun 
Tanrıya  qarşı  qoyulmasıdır.  Cavid  də,  onun  qəhrəmanları 
da qadın gözəlliyini ümumiyyətlə inkar  etmir, lakin bu gö-
zəlliyin Tanrıya alternativ olmasını qəbul edə bilmir. Təsa-
düfi deyil ki, islam dini kafirlərlə evlənməyi qadağan edir.       
Belə  çıxır  ki,  ancaq  Tanrıya  doğru  can  atan,  əqidəsi 
uyğun olan, eyni yolun yolçusu olanlar həqiqi mənada sev-
giyə layiqdirlər. Başqa sözlə  insani məhəbbət  də ilahi mə-
həbbət  kontekstində  nəzərdən  keçirilir,  lakin  qarışıq  salın-
mır.  Cavid  yaradıcılığında  ancaq  «Şeyx  Sənan»  pyesi  bu 
mənada istisnadır. Görünür, pyesin təhkiyəsi sufi mənbələ-
rindən  götürüldüyünə  görə,  burada  qadına  olan  eşqlə  ilahi 
eşq sinkretik şəkildə götürülmüşdür.  
Fəridəddin Əttarın versiyasında Şeyxin ilahiyə doğru 
yüksəliş yolu mənəvi böhran və geriyə qayıdış məqamlarını 
da  əhatə  edir.  Bu,  əslində  dialektik  bir  yanaşmadır.  Yəni 
dinlərin  fövqündə  duran  ilahi  vəhdət  ideyasına  yüksəlmək 
və  Allahı  bilavasitə  duymaq  üçün  konkret  dinlərin  təfər-
rüatından, mərasimçilikdən, ayinçilikdən imtina etmək tələb 
olunurmuş.  Başqa  sözlə,  mühüm  olan  islamın,  yaxud xris-
tianlığın  ehkamları  yox,  hissi  dünyanın  bütün  cazibələrin-
dən  yaxa  qurtararaq  birbaşa  Allaha  yüksəlməkdir.  Lakin 
F.Əttar bütün cazibələrdən xilas olmağın ən gözəl yolu kimi 
bu  cazibələrin  ən  güclüsünü  vasitə  kimi  seçir.  Yemək-iç-
mək, var-dövlət, rəyasət, ictimai nüfuz, şöhrət və s.-dən an-
                                                 
1
 Йеня орада, с.198 . 


 
- 34 - 
caq eşq qanadlarında uzaqlaşmaq mümkündür.  Lakin qadı-
na olan eşq son məqam deyil, əksinə, ali mərtəbəyə aparan 
yolda bir pillə, vəsilədir.  
Hüseyn Cavid sufi poeziyasında yaxşı məlum olan bu 
mövzunu  öz  fəlsəfi  konsepsiyasının  tələblərinə  uyğun  ola-
raq  yenidən  işləmiş,  məlum  rəvayətə  bəzi  əlavələr  etmiş, 
fərqli  tərəflərin  mövqeyini  daha  aydın  ifadə  edə  bilmək 
üçün yeni obrazlar daxil etmişdir.  
Əvvəla,  Cavidin  Şeyx  Sənanı  qocalığında  eşqə  düş-
mür,  yəni  onun  eşqi  qarşılıqlı  olmaq  şansına  malikdir.  Bu-
rada  romantizm  realizmlə  çulğalaşır.  Gürcü  qızı  Xumarın 
da  Şeyx  Sənanı  sevə  bilməsi  üçün  yer  qoyulur.  F.Əttarda 
ancaq  Şeyxin  sevgisindən  söhbət  gedir,  qız  ona  olsa-olsa 
pul,  var-dövlət  müqabilində  qarşılıq  verə  biləcəyini  deyir. 
Əttarın mavi gözlü gözəli hadisələrin başlanğıcında məbəd-
də çalışmasına baxmayaraq, mənəviyyat bataqlığından çıx-
mamışdır.  O,  böyük  eşqdən  xəbərsizdir.  Onda  var-dövlət-
dən  və  şəhvətdən  yüksəkdə  duran  bu  qeyri-adi  duyğunun 
yaranması üçün hələ çox möcüzələr göstərilməli, eşqin gü-
cünün isbat olunması üçün çox əzab-əziyyətlər çəkilməlidir. 
Və  ancaq  bu  cür  təmənnasız  eşq  ilahi  eşqə  aparan  yolun 
başlanğıcına çevrilir. Şeyx Sənanın öz sevgisində göstərdiyi 
əzm,  imtina  qüdrəti,  qəhrəmanlıq  qızın  qəlbinin  lap  dərin-
liklərində  olan  ilahi  duyğuların  üzə  çıxarılmasına  xidmət 
edir.  Və  nəhayət,  onun  Sənan  vasitəsi  ilə  Haqq  işığına  can 
atması üçün yol açılır. F.Əttarda sevginin qüdrəti özünü an-
caq Şeyx Sənanın öz dini ayinlərinə daha sərbəst yanaşması 


 
- 35 - 
bahasına  eşq  yolunda  əzm  göstərməsi  ilə  deyil,  daha  çox 
dərəcədə əcnəbi qızın bu uca duyğunun təsiri ilə dəyişərək 
böyük  eşq,  ilahi  sevgi  və  əslində  Haqq  yolunu  tutması  ilə 
təsbit olunur.  
F.Əttarda tərsa qızı hələ ilahi eşq qığılcımı ilə işıqlan-
madığı  ilkin  mərhələdə  Şeyx  Sənanın  eşqinə  qarşı  çıxır, 
maneələr yaradır, şərtlər qoyur.  
H.Caviddə isə müqavimət göstərən, Sənana qarşı ağır 
şərtlər qoyan, onun eşqini sınağa çəkən və eşqindən döndər-
məyə  çalışan  qız  deyil,  onun  atası  və  hətta  atasından  daha 
çox keşişdir. Xumarın burada Sənana olan münasibəti islam 
dininə olan münasibətdən qaynaqlanır, bir xristian ehkamçı-
sının islama qarşı kin-küdurətini ifadə edir. Cavid dini mə-
rasimçilikdən, dinin mahiyyətindən deyil, formasından, gö-
rüntülərdən  çıxış  edənlərin  düşmənçiliyi  fövqündə  həqiqi 
dindarlar üçün bütün dinlərin eyniyyət məqamını, vahid Al-
laha inamın hər şeydən uca tutulmasını, yəni Haqqa qovuş-
maq  idealını  önə  çəkir  və  dini  vəhdət  konsepsiyasını  irəli 
sürür. 
Bu  baxımdan,  H.Cavidin  Şeyx  Sənanı  F.Əttarın  eyni 
adlı  obrazından  fərqli  olaraq  qarşısına  ancaq  eşqin  qüdrəti 
ilə tərsa qızına ilahi eşq təlqin etmək, bir vücudun zahiri gö-
zəlliyini  daxili  işıqla  tamamlamaq  deyil,  bütövlükdə  eşq 
duyğusunu  ilahi  eşq  səviyyəsində  təqdim  etmək  və  dini 
duyğuları  da  təfərrüatlardan,  mərasimçilikdən,  zahirilikdən 
təmizləyərək ilahi eşq məqamına yüksəltmək və bütün din-
ləri bu yüksək məqamda birləşdirmək məqsədi qoyur.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə