Səlahəddin XƏLİlov məHƏBBƏT və İntellekt



Yüklə 2,08 Kb.
Pdf görüntüsü
səhifə4/30
tarix26.09.2017
ölçüsü2,08 Kb.
#1798
1   2   3   4   5   6   7   8   9   ...   30

qıcıqlandırır, canlandırır. İnsan qəlbinin hansı isə 
dərin   bir   qatında   canlanma,   oyanış   baş   verir. 
İnsanı pərvazlandıran, həyəcanlandıran da məhz 
bu daxili oyanış, daxili canlanmadır.
Bununla  belə, hər şeyi  belə bəsit bir mo-
dellə izah etmək də birtərəfli olardı. Yəni burada 
söhbət heç də yalnız insana fitrən verilmiş olanla 
bu fitrətin insandan kənarda gerçək mövcudluğu 
arasında  uzlaşmadan  getmir.   Sadə   şəkildə, 
əlbəttə, bu belədir. Lakin insan dünya ilə təmasda 
olduqca,   oxuyub-mənimsədikcə   və   yaşayıb-
öyrəndikcə   onun   Mən-i   də,   qəlbinin   dərin 
guşəsindəki ilkin fərdi-mənəvi varlığı da, genetik 
kodlaşdırılmış  sistem   də   müəyyən   təkamülə 
məruz   qalır.   Əlbəttə,   qəlbin   dərinliyində   heç 
toxunulmamış, bakirə guşələr də var. Qəlbin «sarı 
simlər»i də var. Hər bir ilk təmas kimi, insanın öz 
qəlb dünyasının hər bir guşəsi ilə ilkin görüşü də 
əsrarəngiz   bir   hadisədir   –   bir   oyanış,   bir 
doğuluşdur. 
Bəli, insan hər dəfə yenidən doğulur, hər 
dəfə Yeni bir əlaməti ilə, varlığının hər hansı bir 
yeni cəhəti ilə bu dünyaya qədəm qoyur. Və həyat 
sadəcə  bir  dəfə  doğulmuş  körpənin         sonrakı 
zahiri   yaşayışından   ibarət   olmayıb,   doğulma   və 
canlanma proseslərinin bütov bir silsiləsidir.
Əlbəttə,  bu deyilənlər   heç  də  hamıya   aid 
deyil. Kim isə ancaq bioloji varlıq olaraq doğulur 
və sonra əsasən xarici təsirlərin, kənar  ideyaların 
16


icraçısı kimi mövcud olur. Bu bir qütbdür. Kim 
isə   ancaq  öz   qəlbinin  hökmü   ilə   yaşayır   və   bu 
dünyada   da   ancaq   qəlbində   olanları   görür; 
dünyanı  öz mənəvi aləminin yaşantısına çevirir. 
Bu da başqa bir qütbdür. Bütün real insanlar bu 
iki   qütb   arasında   yerləşirlər.   Sadəcə   kimidə 
birinci   taleyin,   kimidə   isə   ikinci   taleyin   izləri 
daha çox olur.
İstənilən  halda   həqiqi   böyük   sevinc   qəlb 
çırpıntısı,   oyanma,   canlanma,   doğuluş   mə-
qamlarının təzahürüdür. Əgər həyat, dünya başqa 
notda   köklənibsə,   qəlblə   heç   vaxt   rezonansa 
gəlmirsə, bu, – həqiqi insani həyat deyil, sadəcə 
bioloji   mövcudluqdur.   Həyat   məhz   hissi 
yaşantılardır.   Qəlbin   bu   və   ya   digər   guşəsinin 
işıqlanması, canlanmasıdır. 
Böyük  fransız mütəfəkkiri B.Paskal aşiqin 
öz sevdiyi adam haqqında və onu nə üçün sevdiyi 
haqqında   təsəvvürlərini   təhlil   edərək   yazır   ki, 
sevginin   məhz   nə   ilə   bağlı   olduğunu 
müəyyənləşdirmək   asan   məsələ   deyil,   kimi   isə 
sevirsənsə,   əvvəlcə   bu   kimliyin   nədən   ibarət 
olduğunu aydınlaşdırmaq lazımdır. Məsələn, sən 
gözəl   simalı   bir   afəti   sevirdin,   amma   bir   qəza, 
yanğın   və   hər   hansı   başqa   bir   səbəbdən   sifət 
dəyişirsə, sən onu daha sevməyəcəksənmi? Əgər 
o hətta xasiyyətini də dəyişirsə, əvvələr ona xas 
olmayan   yeni   maneralara   və   vərdişlərə 
yiyələnirsə, onu daha sevməyəcəksənmi?   «Kimi 
17


isə gözəlliyinə görə sevirlərsə, demək olarmı ki, 
onun   özünü   sevirlər?   Yaxud   kimi   isə   düşün-
cəsinə, hafizəsinə görə sevirlərsə, onun özünümü 
sevirlər? Yox, ona görə ki, gözəlliyi də, hafizəni 
də itirmək mümkündür. Onda bəs «mən» harada 
axtarılmalıdır?     Sevdiyin   əslində   kimdir   və   ya 
nədir?»
1
  B.Paskal mühakimələrinin sonunda belə 
qənayətə gəlir ki, əslində biz insanın özünü deyil, 
onun ayrı-ayrı xasiyyətlərini, cəhətlərini sevirik.
2
 
Lakin  məhəbbət haqqında elə bir düşüncə 
də dərin kök atıb ki, əsl məhəbbət həmişəlikdir, 
sevgi əbədidir, heç bir maneə, heç bir dəyişiklik 
onu sarsıda bilməz. Bir Şərq adamı, bir sufi belə 
düşünə   bilər   ki,   aşiq   məşuqun   sifətinə   yox, 
ruhuna   vurulur.   Əbu   Turxan   demişkən, 
«məhəbbət   ruhlar   arasında   körpüdür».   Lakin 
ruhun özünə də konkret yanaşdıqda məhəbbətin 
əslində hansı isə bir mənəvi keyfiyyətlə  bağlılığı 
üzə   çıxa   bilər.   Yox     əgər   biz   düşünsək   ki, 
məhəbbət   ayrı-ayrı   fiziki   və   ya   ruhi-mənəvi 
əlamətlərin,   cəhətlərin   deyil,   onların   bütöv 
sisteminin, yekun təəssüratın   sayəsində yaranır, 
onda   aşiq   bu   bütövlüyün,   müxtəlifliyin 
içərisindən   məhz   hansı   isə   bir   əlaməti   ayırırsa, 
məhz   bu   əlamətə   görə   sevdiyini   zənn   edirsə, 
1
  Б.Паскаль.   Мысли.   –   Мир   и   Эрос.   М., 
Политиздат, 1991, 335с.
2
 Yenə orada.
18


deməli   bu,   –   əsl   məhəbbət   deyil.   Duyğunun 
bütövlüyü və onu strukturlaşdırmaq cəhdləri… 
Məhəbbət 
digər   duyğularla   yanaşı, 
müstəqil mövcud olan sadə duyğu kimi. Altıncı 
duyğu!  Kimdə isə var, kimdə isə yox.
Məhəbbət  –   qəlb   yarımçıqlığından   doğan 
bir hiss, – tamamlanmaya ehtiyac…
Məhəbbət – yarımçığın bütövləşmək əzmi! 
Məhəbbət  –   hissənin   tama,   yarımçığın 
bütövə doğru hərəkəti!
Məhəbbət  –   vahidin   əzəmətinə,   bütövün 
gözəlliyinə, tamın harmoniyasına heyranlıq!
Məhəbbət – potensial duyğu kimi, sevmək 
əzmi  kimi!…  Və  məhəbbət  iki  tərəf  arasında 
münasibət  kimi;  ünvanını  tapmış,  konkretləşmiş 
mənəvi-estetik proses kimi!
Bütövə  daxil  olaraq  bütövləşmək,  vahiddə 
itərək  vahidləşmək!  Tamın  harmoniyasına  daxil 
olmaq,  harmonik  aləmin  sakini  olmaq.  İki 
yarımçığın 
birləşərək 
bütövləşməsi 
üçün 
yarımçıqların  əslində  nə  vaxtsa  bütövün  iki 
parçası  olması  haqqında  əsatirə  inam  (Platon 
versiyası). 
Ancaq  bütövdən  ayrılanlar  yenidən  bir-
ləşərkən bir-birini mükəmməl surətdə tamamlaya 
bilərlər!  Bu – keçmişə ekstrapolyasiyadır. Ancaq 
yaranışdan,  ilkin  ideyadan  bir  bütövün  hissəsi 
kimi  nəzərdə  tutulanlar.  Qurani-Kərimin  Rum 
19


Yüklə 2,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə