Səlahəddin XƏLİlov məHƏBBƏT və İntellekt



Yüklə 2,08 Kb.
Pdf görüntüsü
səhifə3/30
tarix26.09.2017
ölçüsü2,08 Kb.
#1798
1   2   3   4   5   6   7   8   9   ...   30

Lakin başqa yol seçənlər, elmin, texnikanın 
imkanlarından  istifadə  etmək  istəyənlər  də  var. 
Onlar ya qaranlıq dünyaya əlində lampa ilə, ya da 
işıq  aləminə  gözündə  tünd  eynəklə  gedənlər 
kimidir.  Başqa  sözlə,  ya  əqllə  tənzimlənən 
mötədil eşq tərəfdarları, ya da öz fərdi eşqini daha 
böyük bir eşqin işığında görənlərdir. «Güclü işıq 
nisbətən zəif olanı qəhr edir» (Ş.Sührəvərdi) və o 
daha  seyirçinin  gözlərini  qamaşdıra  bilmir,  onu 
müşahidə etmək mümkün olur.  
Elmin inkişafı sayəsində maddi dünya-nın, 
təbiət   hadisələrinin   qanunauyğunluqları 
öyrənilmiş  və  riyazi  dəqiqliklə  ifadə edilmişdir. 
Amma  hiss dünyası, mənəviyyat  Şərqdə olduğu 
kimi, Qərbdə də neçə əsrlər ərzində ancaq fəlsə-
fənin və poeziyanın predmeti olaraq qaldığından, 
burada   anlayışlar   yüksək   mücərrədlik   sə-
viyyəsindən aşağı enməmiş, konkretləşməmişdir. 
İlahi eşq yolunu tutanlar, hissi təcrübəyə və hissi 
dünyaya   biganə   qalmış,   hətta   öz   daxilinə 
boylanmamış,     onu   öyrənməyə   cəhd   belə 
göstərməmişlər.
Digər hisslər kimi, məhəbbət də bütöv, səlt 
bir   fenomen   olaraq   nəzərdən   keçirilmiş, 
«məhəbbət»   adlandırdığımız   hissi   aləmin   daxili 
strukturu   açılmamış,   diferensial   şəkildə   öyrə-
nilməmişdir. Nəticədə, əslində bir-birindən xeyli 
fərqli   olan,   hətta   müxtəlif   mahiyyətli   duyğular 
eyni bir ad altında əhatə olunmuşdur. Məhəbbətin 
12


özünün fərqli növlərinə, hətta erotik məhəbbətin 
müxtəlif  mərhələləri və formalarına  da eyni  bir 
hadisə   kimi   baxıldığından   məsələyə   aydınlıq 
gətirmək mümkün olmamışdır.
Helvetsi  hələ   o   vaxt   yazırdı:   «İşıq   şüası 
əslində şüalar dəstəsindən ibarət olduğu kimi, hər 
bir   hiss   də   ayrı-ayrı   hisslərin   cəmindən   ibarət 
olmaqla,   birlikdə   bizim   qəlbimizdə   müəyyən 
istəyin   yaranmasına   və   bədənin   hərəkətə 
gəlməsinə   səbəb   olur.   Heç   də   hamı   bu   hisslər 
dəstini ayıra biləcək prizmaya  malik olmadığın-
dan insan çox vaxt onu canlandıran və hərəkətə 
gətirən hissi bu hisslər toplumu içərisində ayırd 
edə  bilmir.  Öz  hərəkətlərimizin   motivini   müəy-
yənləşdirə bilməməyimizin səbəbi də elə budur».
Ağ  işığın mürəkkəb olduğunu və müxtəlif 
rənglərin   sintezindən   yarandığını   fizika   hələ 
çoxdan   açmışdır.   Rəssamlar   da   hansı   rənglərin 
sadə,   hansıların   mürəkkəb   olduğunu,   bir   neçə 
rəngin birləşməsindən yarandığını çoxdan bilirlər. 
Lakin poeziya  təbii ki, işığı və ya  hər hansı bir 
rəngi   vəsf   edərkən   onların   quruluşunu,   tərkib 
hissələrini   araşdırmağı,   fərqləndirməyi   heç 
«ağlına» da gətirmir. Eləcə də sevinc, xoşbəxtlik, 
məhəbbət də poeziyada bütöv bir fenomen kimi 
tərənnüm olunur. Onların hansı sadə duyğuların 
kombinasiyasından yarandığını, struktur və hətta 
mahiyyət   baxımından   sevinc   hissinin   və   ya 
13


məhəbbətin bir-birindən fərqli nə qədər müxtəlif 
formaları olduğu təbii ki, şairi maraqlandırmır.
Məhz  belə bir kortəbii bütövlük, eyniyyət 
mövqeyinin,   «məhəbbət   elə   məhəbbət-dir» 
sadəlövhlüyünün nəticəsidir ki, Şərqdə fərdi mə-
həbbətlə   ilahi   eşq   fərqləndirilməmiş,   olduqca 
sinkretik  bir   «eşq   təlimi»   yaranmışdır.  Dünyəvi 
eşqi tərənnüm edən şairlər də sufilərin ilahi eşq 
konsepsiyasından,   və   tərsinə,   sufi   şairlər   fərdi 
dünyəvi   eşqi   tərənnüm   edən   obraz   və 
təşbehlərdən   istifadə   etmişlər.   Nəticədə   bu   iki 
fərqli   sahə   pis   mənada   qaynayıb-qarışmışdır. 
Ana,   vətən   məhəbbəti   və   digər   məhəbbət   for-
maları   da   həmin   bu   poetik   texnologiyalardan 
bəhrələnmişdir.
Qərbdə  isə   bizdən   fərqli   olaraq,   məhəb-
bətə də rasional təhlil  mövqeyindən  yanaşılmış, 
hətta onun müəyyən təsnifatları verilmişdir. 
Hər  hansı   bir   hissin   mütləqləşdirilməsi, 
ifrata çatdırılması Şərqdə məharət  hesab olun-sa 
da, rasional yanaşdıqda onun dağıdıcı mahiyyəti 
üzə   çıxır.   Təsadüfi   deyil   ki,   Qərbdə   bu   hadisə 
iblisanəliklə   (demonikliklə)   əlaqələndirilir. 
«Erot–demon» fikrini hələ Platon «Pir» əsərində 
irəli   sürmüşdü.   Sonralar   Qərb   fəlsəfi   və   ədəbi-
bədii düşüncəsində bu ideya davam etdirilmişdir. 
Rollo Mey özünün «Məhəbbət və iradə» əsərində 
yazır:   «Demoniklik   dedikdə   müəyyən   bir   şəxsi 
bütövlükdə   özünə   tabe   etmək   gücündə   olan 
14


istənilən təbii funksiya  nəzərdə tutulur. Seks və 
eros,   kin   və   nifrət,   hakimiyyət   ehtirası   – 
demonikliyə misal ola bilər».
1
Hər şey insanın arzularının, həyat idealının 
necə formalaşmasından asılıdır.
Lakin  ideal   anadan   gəlməmi   olur,   yoxsa 
insanın   yetişdiyi   mühitdən   və   aldığı   təhsildən 
asılı olaraqmı yaranır? Burada hər hansı bir fikrin 
xeyrinə qərar çıxarmaq düzgün olmazdı. Belə ki, 
əxlaqi-mənəvi   meyarlar   kimi,   estetik   hiss   də 
insanın ümumi dünyagörüşündən, bilik və təhsil 
səviyyəsindən   asılıdır.   Lakin   estetik   hiss   ancaq 
tərbiyənin məhsulu ola bilməz. O həm də insanın 
yaranışından,   genetik   başlan-ğıcdan   asılıdır. 
Məsələn, uşaq doğulduğu           gündən ona təlqin 
olunsa ki, əyri burun gözəldir, – doğrudanmı düz 
burunlu adamlar ona çirkin, əyri burunlular gözəl 
görünəcək?   Axı,   kənardan   təsirlə   formalaşan 
meyarlarla   yanaşı,   insana   təbiətən   verilmiş   bir 
ahəng duyğusu, qeyri-aşkar «gözəllik etalonu» da 
vardır.   İnsan   məhz   kənarda   olanın   həmin   bu 
daxili   standartlara   uyğunluğundan   həyəcanlanır. 
Daha   doğrusu,   kənar   obyekt   onun   qəlb 
dünyasında   qeyri-aşkar   şəkildə,   passiv,   cansız 
formada   olan   hansı   isə   bir   başlanğıca   adekvat 
olduqda   həmin   daxili   cizgini,   formanı,   ideyanı 
1
 Ролло Мей. Любовь и воля. М., «Рефл-бук»; 
К.: «Ваклер», 1997, стр. 127.
15


Yüklə 2,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə