Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə6/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   2   3   4   5   6   7   8   9   ...   89

dayanasan. Qollarını açasan, ça​ğırasan. Özü də çağıranda səs verir. “Ay pir” deyəndə səs ve​rir, ona
nə sözün var, ürəyində deyirsən, apardığın ayın-oyunu da qoyursan yerə, dala baxmadan qayıdıb
gəlirsən.
 
Bugünkü dövrümüzə qədər bu inanclar qalıb və maraqlı burasıdır ki, hələ də buna inanan və riayət
edən insanlar kifayət qədərdir.
O zamanlar axar su canlı və müqəddəs hesab edilirdi. İndi də belə bir adət var ki,
 
İlin axır çərşənbəsində gecəya​rısı yuyunuf paklanannan sonra axar suyun qırağında oturuf, niyyətini
ona danışsan, o niyyətinə çatarsan. Dərdini, ağrını, azarını suya söyləsən, su gecə hamısını özü ilə
aparar.
 
Bəs insan öz niyyətini suya kimin üçün danışır? Bu, maraqlı məsələdir. Burada əyələri xatırlamaq
lazım gəlir. Niyyəti əyələrdən başqa kimə danış​maq olar ki?! Axı suların əyəsi var. Demək, axır
çərşənbə gecəsi suyun sahibi insanı eşidir, onun niyyətlərini dinləyib, nəsibini verir. Su həm də
insanın bütün ağırlıqlarını təmiz​lə​yir. Bununla yenə də təsdiq olunur ki, bu su ilkin-kosmoqonik sudur.
Möcüzəlidir, insanın azar-bezarını götürür, sağlamlıq bəxş edir, onun arzularını yerinə yetirir. Bənzər
inanc özünü suya münasibətdə belə göstərmək​dədir:
 
“Əzəl çərşənbədə sübh tezdən bulaq başına gəlirlər:
Ağırlığım, uğurluğum suya,
Azarım-bezarım suya” – deyib su üstündən atlanırlar.
Sonra əl-üzlərini yuyur, bir-birlərinin üstünə su atır, sifətlərinə su çiləyirlər. Xəstəliyə tutulanları da
su üstündən hoppandırırlar. “Su haqqı, pis əməl sahibi olmayacağam” deyirlər.
 
Qədim türklərin inanclarına görə, bir çox xəstəliklərin səbəb​karı, yerdə və göylərdə yaşayan mifik
varlıqlardan fərqli ola​raq, yerin altında yaşayan ruhlardır. “Abaasılar” adlandırılan bu ruhların
əksəriyyəti in​san​ların ağlını əlindən alaraq dəliyə çevirə bilmək gücünə sahibdirlər. Onların
qidasının əsasını insan vücudu, böcək və leş kimi iyli şeylər təşkil etməkdədir. İnsanlar abaasılardan
qorunmaq üçün qurban verirdilər.
Əldə olan məlumatlara görə, saklar inanırdılar ki, in​sanlar öldükdən sonra ölülər dünyasına köçsələr
də və başqa dünyanın sakinlərinə çevrilsələr də, ruhları geri dönüb insanların arasında yaşaya
bilirlər. Bu halda onlar yalnız şər ruhlara – üörlərə çevrilirlər. Ölən insanın ruhu (sür və qut) ölülər
dünyasına köçdükdən sonra ruhlar ondan üörə çevrilmək istəyib-istəmədiklərini soruşur​lar, cavab
müsbət olduqda onu üç dəfə şəkildən şəklə salır, üörə çevirir və insanların yaşadıqları orta dünyaya
qovurlar. Bu məqsədlə ona insan şəkli verir, içinə isə abaası yerləş​dirirlər. Və bu abaası – üör yer
üzünü ölən adamın şəklində dolaşmağa başlayır.
Üörlər sırasına başıboş və axmaq adamların (də​lilərin), xüsusi amansızlıqla öldürülmüşlərin, intihar
etmiş​lərin və cadugərlərin ruhları çevrilirlər. Dəlilər ona görə üörə çevrilirlər ki, onlar, bir qayda
olaraq, qadınların şər ruhları ilə intim münasibətlərindən doğulmuşlar və bu üzdən də onların
“normal ruh”a çevrilmələri mümkün deyil. Qəddarlıqla öl​dürülənlər isə üörə könüllü surətdə
çevrilirdilər ki, öz qatillərindən qisas ala bilsinlər. İntihar edənlərə gəlincə isə, bunlar sağlıqlarında
bədənlərinə bəd ruhlar girən və ağılları əllərindən alınanlardır ki, onların da üördən başqa bir şeyə


çevrilməsi imkan xaricindədir. Tədqiqatçının yazdığına görə, ruhların bir qismi od saçır və onları
xəstəliyin tüğyan etdiyi yerlərdə müşahidə etmək mümkündür. Bu bəd ruhlar adətən əyri-üyrü
ağacların oyuqlarında məskunlaşırlar.
Topladığım materiallardan belə məlum olur ki, əcdadlarımızın kökü minilliklərin dərinliklərinə gedən
əski mifik təsəvvürlərində ruhların qeyri-adi qüvvəsinə inam xüsusi yer tuturdu. Belə ruhlar
şeytanlar, cinlər, qulyabanı və hal anası kimi xeyirxah və şər ruhlara bölünürdü. Cinlər xal​qın mifik
tə​səv​vüründə onlara zərər vuran şeytana bənzə​dilir​di. Ona görə də qaynar suyu yerə və oda tökmək,
cinlər üçün paltar hesab edilən soğan və sarımsaq qabığını yandırmaq olmazdı.
Türk xalqlarının ənənəvi xalq həkimliyi kökü çox-çox qədim dövrlərə qədər uzanan şamanizmə, daha
dəqiq desək, şamanların müalicə üsuluna dayanır. Xalq arasında bu gün də mövcud olan ovsunlar,
cadu, dualar, yeni Ay görünməsi zamanı müxtəlif rituallar, odla xəstə orqanın təmasını saxlamaqla,
qorxutmaqla edilən müalicə formaları, üzərlik yandırma, insanı yaman gözdən qorumaq üçün edilən
ayinlər, talisman, göz muncuğu şamanlıqdan qalmadır. Xəstəliyə səbəb olan varlıqları xəstənin
“bədənindən çıxartmaları” (cin çıxarmaq ritualları), bəzi ocaqların ruhi xəstələri sağaltması, dua
oxumaqla ağrıları azaltmaq kimi metodların kökü şamanlıqdan qay​naqlanır. Xalq arasında cinçilərin,
pis ruh qovucularının möv​cud olması da şamanlıqla birbaşa bağlıdır.
O dövrdə bəd ruhların qovulması ilə, yəni bilavasitə ruhlardan qaynaqlanan xəstəliklərin
sağaldılması ilə qamlar, yəni şamanlar məşğul olurdular. Onlar, eyni zamanda, xalq həkimi rolunu da
ifa edirdilər. Bir sözlə, şamanlıq elə bir fəa​liy​yət və düşüncə formasıdır ki, dünyanın, təbiətin və
varlıq​ların ruhlarla idarə olunmasına, bütün mənəvi amillərin işıq​dan, nurdan keçməsinə əsaslanır və
insanların sağlamlığı​nın qorunmasına, ekoloji fəlakətlərin qarşısının alınmasına yönəl​dilir. Şaman
həyatdakı cəlbedici rollardan hər birini (rəssam, şair, meditasiya ustası, rəqs və mahnı oxumaq)
özündə daşıya bilir, uzaqgörənlik və peyğəmbərliyi ilə yanaşı yeni və itiril​miş məlumatları əldə
etməyin yollarını tapırdı.
Şamanlar odun şər ruhları qovmaq gücündə olduğuna inanır və ondan daim bu məqsədlə istifadə
edirdilər. Qədim türklər ruhların şərindən qorunmaq üçün qabaq​la​yıcı tədbir kimi onlara qurban
verər, bu yolla özlərini on​ların şərindən-bəlasından kənar tutmağa çalışardılar. Deməli, xüsusi sehrli,
tilsimli sözlərlə qurban kəsmək, onun ətinin birlikdə, ümumi mərasimlərdə yeyilməsi və ya
paylanması bizim yerlərdə islamiyyətin gəlişindən xeyli əvvəl də mövcud idi.
Sivilizasiya inkişaf etdikcə metal daşı əvəz edir. İnsanların inancında da dəyişiklik əmələ gəlir. Etno​-
qrafik materiallar və qədim di​ni tə​səv​vürlər əsasında demək olar ki, məhz bu dövrdə metallara
yüksək dərə​cədə ehtiram əmələ gəlir. Əmək alətləri və silahlar metaldan hazırlanır. Metaldan istifadə
qədim insan​ların təbiət üzərində qələbəsi demək idi. Dəmirlə silahlanan insan özünü
“məğlubedilməz” hiss edirdi. Metalın parıltısı, möhkəm​li​yi, ondan bəzək əşyala​rının, alətlərin
düzəldilməsi ona inam yaratmışdı. Şəkililərin təsəvvürlərinə görə, dəmir şər qüvvələrlə müba​rizədə
daha çox təsirli vasitə hesab olu​nurdu. Cin və şeytanla​rın metal alətlərin səsindən bərk qorx​duqlarına
da böyük inam var idi. Ona görə də gecə​lər evdən çıxanda özləri ilə metal əşya götürərdilər. Onların
inanclarına görə, ev-ocağı bədnəzərdən qoru​maq üçün qapının üstünə və narahat yatan uşağın balı​-
şının altına iti metal əşyalar qoyulurdu. Günəş tutu​lması zamanı metal qab-qacağı bir-birinə
vurardılar. Bu yolla metal əşyalar ilə şər qüvvələri uzaqlaşdı​rardılar.
Əski türk inanclarına görə, şər ruhlara hökm edən qara şamanlar olduğu kimi, xeyirxah ruhların
köməyi ilə şər ruhla​rın əməllərini zərərsizləşdirən, insanları onların gətirdikləri bəla və
xəstəliklərdən qoruyan ağ şamanlar da mövcuddur və onlar bədduaların təsirini heçə endirən xüsusi


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə