Şəhadət aşiqləri



Yüklə 4,72 Mb.
səhifə8/73
tarix11.07.2018
ölçüsü4,72 Mb.
#54871
1   ...   4   5   6   7   8   9   10   11   ...   73
Çox darıxırdım. Dərs və imtahan bəhanəsilə cəbhədən uzaqlaşıb evdə oturduğum iyirmi gün acı və ağır keçirdi. Təbrizdə Sepahın kəşfiyyat komandiri Bəhmən Nocədi ilə görüşəndə cəbhəyə ezam olacağını söylədi. Üzümə başqa bir rəhmət qapısı açılırdı. 528

II 528

Aralarında yeganə Bəsic üzvü mən idim. 27 nəfərlik qrupun hamısı Sepahdan idilər və əyinlərində pasdar forması vardı. Cəbhəyə Ezam Mərkəzindən dəmiryol vağzalına gedib qatarda beş pasdarla bir kupeyə yerləşdik: İsmayıl Məhəmmədi, Mənsur Furqani, Əkbər Cavani, Bəhmən Məhbubi və Əkbər Cavan Bəxşayiş. Onların bəzisi ilk dəfə idi cəbhəyə gedirdilər, cəbhə və şəhid xatirələri onlara maraqlı idi. Mənsur Furqaninin əlində on birinci sinif kitabları vardı, oxuyub attestat almaq istəyirdi. Mənim kəşfiyyat bölüyündə olduğumu biləndə soruşdu: «Kəşfiyyat komandiri kimdir?» 528

- Qardaş Mustafa Mövləvi. 528

- Mustafa öz yerlimizdir. 528

Mənsur Miyanədən idi və elə ilk görüşdən ondan xoşum gəldi. O da kəşfiyyat bölüyünə gəldi. 529

Aşura diviziyasının kəşfiyyat bölüyü Dezfulla Əndiməşkin arasındakı Şəhid Mustafa Xomeyni qarnizonunda yerləşirdi. Kəşfiyyat bölüyündən əlavə, partladıcı batalyon və diviziya qərargahı da həmin qarnizonda idi. Qarnizonun bir neçə otaqlı bir binası vardı. Biz otaqların birinə yerləşdik. 529

Tezliklə Əlirza Həsənzadə, Rza Əhmədi və Seyid Sadiq Eyvəzi də gəldilər. Rza Vəlfəcr-hazırlıq əməliyyatında yaralanmışdı, Seyid Sadiq də Vəlfəcr-1 əməliyyatında. Hələ yaraları sağalmamışdı. Cəbhədə dostlaşdığımız, birgə vuruşduğumuz, birlikdə gülüb-ağladığımız insanları görmək çox gözəl idi və bunun yerini başqa heç bir şey vermirdi. Getdikcə kəşfiyyatın digər uşaqları tək-tək və qrup halında gəlirdilər. Lakin Rza Əhmədi bölüyə gəlmədi. Onun partladıcı bölüyə getməkdə ciddi olduğunu görəndən israrla xahiş etməyə başladıq. O isə mətanətlə cavab verirdi: «Yox, partladıcı bölüyü tərcih edirəm». Bunu deyib partladıcı batalyona yeni gəlmiş döyüşçülərə təlim keçməyə getdi. Orada heç kim Rzanı tanımırdı və o da bunu istəyirdi. 529

Kəşfiyyat bölüyünün təlimləri başlandı. Bölüyə gələndə Rəhim Surudinin başçılığı ilə keçirilən təlimlərdə öyrəndiklərimizi öz təcrübələrimizlə birgə yeni şəxsi heyətə ötürürdük. Təlimlərin ara verildiyi günorta istirahətində Rza bizim otağımıza gəlirdi. Partladıcı bölükdə heç kim onun yaralı olduğunu bilmirdi. O, yaralarını bizim yanımızda bağlayırdı. Qarnındakı dərin yaradan axan qan və çirk çox vaxt köynəyinə yapışırdı. O, yarasını dəyişmək üçün paltarını qaldıranda hər dəfə yaradan qoparmağa məcbur olurdu. Bunu görüb biz də narahat olur və deyinirdik: «Ağa Rza, əgər bir qədər istirahət etsən və özünü bu qədər oda-suya vurmasan, daha tez sağalarsan». Bu sözləri bizdən təxminən 13 yaş böyük olan Rza Əhmədiyə hər gün deyirdik, lakin ona görə, sağalmaq və yaxşılaşmaq yalnız şəhidlikdən ibarət idi. 529

Təlimlər başlayandan üç gün sonra qardaş Mövləvi də gəldi. Vəlfəcr-hazırlıq əməliyyatında yaralanıb hospitalda yatan qardaş Şücaifərdən sonra ağa Mustafa kəşfiyyat bölüyünün rəhbərliyini üzərinə götürmüş və Vəlfəcr-1 əməliyyatında özü də yaralanmışdı. Lakin istirahət və müalicə üçün şəhərdə qalmayıb cəbhəyə dönmüşdü. O, kəşfiyyatçılardan bir neçə nəfəri, o cümlədən Mənsur Furqanini, İsmayıl Məhəmmədini, Seyid Sadiq Eyvəzini, Əlirza Həsənzadəni və Bəhmən Məhbubini seçib özü ilə apardı. Biz onların hara getdiklərini bilmirdik, amma haradasa kəşfiyyat işlərinin başlandığını təxmin edirdik. Onlar gedəndən sonra mən vaxtımın çoxunu Rza Əhmədi ilə keçirirdim. Bikar olanda Dezfula gedirdik. Bütün Bəsic üzvləri Dezful şəhərini sevirdilər. 529

Dörd gündən sonra qardaş Mustafa Mövləvi yenidən qərargaha gəldi və bu dəfə də üç nəfəri özü ilə apardı: Əli Məhəmmədini, Əbdürrza Əkrəmini və məni. 530

Əli ilə birgə IFA avtomobilinin arxasına düzülmüş ədyalların üzərində oturduq və maşın yola düşdü. Yeni bölgədə işləmək üçün seçildiyimə sevinirdim. Qardaş Mövləvinin məni tanımadığını bilirdim. Sonralar öyrəndim ki, məni Seyid Sadiq Eyvəzinin və Əli Məhəmmədinin sözü ilə yeni işə cəlb etmişdi. Dezfuldan Baxtərana, oradan da Sərpol Zəhaba getdik. Sərpol Zəhabda əhali yox idi, sakitlik idi. Kəşfiyyat komandirinin göstərişi ilə şəhərin ortasındakı evlərdən birini kəşfiyyat qərargahı etmişdilər. Evdə su kondisioneri vardı, amma su yox idi. 530

Yolboyu tapşırmışdılar ki, əsla özünüzü Aşura diviziyasının döyüşçüsü kimi təqdim etməyin. Vəlfəcr-hazırlıq əməliyyatında işlərin üstünün açıldığına görə məlumatı qorumağa dair hamıya ciddi tapşırıq verilmişdi. Uşaqlar deyirdilər ki, hətta hazırlıq əməliyyatından yalnız iki ay sonra baş tutan Vəlfəcr-1 əməliyyatında da kəşfiyyat məlumatlarının qorunması çox yaxşılaşmışdı. Bilirdik ki, məlumatları qorumaq onları toplamaq qədər əhəmiyyətlidir. 530

Bir neçə gündən sonra Mehdi və Həmid Bakirilər də oraya gəldilər. Həmin ev əslində, Sərpol Zəhabda Aşura diviziyasının qərargahı rolunu oynayırdı. Diviziya Kasəgəranda yerləşmişdi və biz qərbə gəlmiş son adamlar idik. Qərargaha ad seçməli idik. Ağa Mehdinin təklif etdiyi ad tez qəbul olundu. Bir tankeri ağ rəngə boyadıq və uşaqların biri qırmızı boya ilə bölüyün adını yazdı: «Kərbəla şəhidləri bölüyü». Müharibə bitənə qədər kəşfiyyat bölüyü bu adla tanındı. 530

Sərpol Zəhab qərargahı Aşura diviziyasının kəşfiyyat bölüyünün bölgədəki dəstək və istirahət yeri sayılırdı. İşə başlamaqdan ötrü kəşfiyyat aparılan bölgədə bir yer seçdilər. Ora Əmmar mövqeyi kimi məşhur oldu. Bu mövqe təxminən Sərpol Zəhabdan Əzgiləyə doğru gedən yolun kənarında və Əzgiləyə təxminən 20 km. qalmış bir ərazi idi. Düşmən Bəmonun 2000 metrlik yüksəkliyində yerləşmişdi, biz isə qonşu təpələrdəki 50-60 metr yüksəkliklərdə idik. Ora gördüyüm ilk barışıq yeri idi. Bölgədə get-gəl o qədər az idi ki, İraq oranı özünə mühüm və etimadlı dayaq bilirdi. Bölgədəki müdafiə vəziyyətindən bilmək olurdu ki, oradan əsla təhlükə ehtimalı vermir. Biz də kəşfiyyat sirrini qorumaq məqsədi ilə bu barışığı və sükutu pozan bir iş görmürdük. Əslində, bölgənin vəziyyəti ilə tanış olmaq üçün əlverişli fürsət yaranmışdı. 530

Bəmo və Salmanə yüksəklikləri arasındakı dərədən Salmanə çayı keçirdi. Bu iki yüksəkliyin arxasında 6-7 km. enində geniş bir düzənlik vardı. Bu düzənlik digər tərəfdən bölgənin ən hündür yüksəkliyi olan Həsənbəy dağı ilə bitirdi. Bu geniş düzənlikdə bir neçə kürd kəndi və şəhəri yerləşirdi. Oralarda demokratların və hörgütlərin fəaliyyətləri güclü idi. Salmanə çayı Həsənbəy dağından başlayıb düzənlikdən, Bəmo və Salmanə yüksəkliklərinin arasından keçirdi. Çay davamında Bağ-Mənsurun yanından Hüseynabad kəndinə gedir və sonda Cavanrud adlı başqa bir çayla birləşirdi. Cavanrud Bəmo yüksəkliyinin qarşı tərəfindən keçirdi və həmin hissədə onun üzərində beton körpü salınmışdı. 530

Biz həmin bölgəyə gedəndə uşaqların təşəbbüsü ilə yolda Əmmar mövqeyinin yaxınlığında salınmış böyük bir körpünün girişini bağladıq. Yaxşı bir yer əmələ gəldi və alnına «Kəşfiyyat bölüyünün namazxanası» möhrünü vurduq. Orada camaat namazları qılınır, Əhd, Təvəssül və Kumeyl duaları oxunur, aşkar və gizli münacatlar edilirdi. 531

Körpünün yanında bir neçə çadır qurduq və beləliklə, Aşura və Həzrət Rəsul diviziyalarının kəşfiyyat bölüklərinin yerləşdiyi Əmmar partizan düşərgəsi hazır oldu. 531

Hər şeydən öncə ətrafa ümumi göz atıb kəşfiyyat üçün münasib yol tapmalı idik. Bölüyün müşahidə postu Salmanə yüksəkliyinin yuxarısında idi. Ora çıxmaq üçün bir hissəsi qayalıq olan çox təhlükəli yolla qalxmalı idik. Bunu asanlaşdırmaqdan ötrü həmin hissələrdə taxta nərdivanlardan istifadə olunmuşdu. Güllə və qəlpələrlə deşilib parçalanmış nərdivanlarla qalxmaq da çətin idi. Lakin bir neçə dəfə gedəndən sonra düşmənin yerləşdiyi mövqe haqda təxmini məlumat toplaya bildik. Oradan baxanda Salmanə ilə Bəmo arasında bir çala gördük. Bağ-Mənsur bizim ümid yerimizə çevrilmişdi. Həmin bağdan düzənliyə keçə bilərdik. 531

Kəşfiyyat zamanı gəlmişdi. Hər dəfə kəşfiyyata getmək həyəcanlı və qorxulu olsa da, qalanların hamısı gedənlərə qibtə edirdilər. Vəlfəcr-1 əməliyyatından sonra kəşfiyyat bölüyü diviziyanın seçilmiş uşaqlarının birləşməsinə çevrilmişdi. İlk günlərdə cəbhə və kəşfiyyat barədə heç bir anlayışı olmayanları bölüyə götürürdülərsə, indi kəşfiyyatçılar partladıcı bölüyün və müxtəlif batalyonların seçilmiş döyüşçülərindən yığılırdı. Bu təqvalı, qorxmaz və igid döyüşçülər qayaların, çöllərin və qumların arasında təkbaşına, gizlicə və sakitcə işlədikcə daha da inkişaf edib bişirdilər. 531

Əli Məhəmmədi, Əbdürrza Əkrəmi və başqa bir neçə nəfərdən ibarət ilk kəşfiyyat qrupu ilə yola düşdük. Əli Məhəmmədi komandanın başçısı idi. Kompas da onda idi və digərlərindən öndə gedirdi. Onun ardınca addımları sayan kəşfiyyatçı, hamıdan arxada isə komandanın mühafizəçisi gəlirdi. O, hər hansı təhlükə hiss etdikdə hərəkətə keçməli və digərlərinə xəbər verməli idi. 531

Qaranlıqda gecə durbinilə bölgəyə baxandan sonra yola düşdük. Sülh və atəşkəsin nəticəsi dağa, düzə və dərəyə hakim olan sakitlik idi. Bəlli idi ki, düşmən hər tərəfdən arxayındır, cənub cəbhələrindən fərqli olaraq, düşmənin güclü nəzarəti və müdafiə mövqeyi yox idi; nə pusqu vardı, nə də ardıcıl fişənglər. Bağ-Mənsur yolu ilə düzənliyə çıxdıq və maneə ilə rastlaşmadan "Həsənbəy" yüksəkliklərinə qədər irəlilədik. Oranın yaxınlığında dağılmış bir kənd vardı. Bir gün orada qaldıq. Məsafənin çoxluğuna görə kəşfiyyatı bir gecədə bitirə bilməzdik. Götürdüyümüz yeyintilər bir sutkadan artıq bəs edərdi. Kənddə bulaq olduğunu öncədən proqnoz etmişdik. 531

Sərin və dadlı bulaq suyundan götürmək üçün özümüzlə səhəng gətirmişdik. Heç bir problem olmadan səhərdən axşama qədər kənddə qaldıq. Oradan düşmənin yaxın təpələrdəki hərəkətlərini görə bilirdik. Gecə oradan qayıdanda ilk kəşfiyyatda öyrəndiyimiz məlumatlara görə sevinirdik. 532

Kəşfiyyat işi Bəmo dağına qalxan yolları öyrənməklə davam etdi. Adətən, Bəmonun arasındakı çalanı keçib bir qədər gedəndən sonra Bəmo ilə aşağıdakı alçaq təpələrin arasında olan və Üçbucaq adı ilə tanınan kiçik bir düzənliyə çatırdıq. Həmin düzənlikdən sonra Bəmo dağının və Bəmoda yerləşmiş İraq qüvvələrinin təxminən arxasına keçirdik. Düşmənin Bəmodakı müdafiə mövqeyinə dəstək verən yol da həmin üçbucaq düzənlikdən keçirdi. Bəmodakı əsas kəşfiyyat üçbucaq düzənlikdən Bəmo dağına qalxmaqla başlayırdı. Biz iki kəşfiyyatda təxminən zirvənin yaxınlığına qədər getdik, oraya canlı qüvvə və silah aparmaq üçün mağara və cığırlar tapdıq. 532

İyulun ortalarında əməliyyat marşı çalındı, Vəlfəcr-2 əməliyyatının baş tutması və İraqın Hacı İmran qarnizonunun ələ keçirilməsi xəbərini eşitdik. Bir neçə gündən sonra bizi Əmmar partizan düşərgəsindən geri çağırdılar. Deyəsən, orada diviziyanın dəstəyinə ehtiyac duyulmuşdu. Kəşfiyyat bölüyündən təxminən 15 nəfər, o cümlədən Həmid Bakiri, Mustafa Mövləvi, Səid Fəqih və Ələddin Nurməhəmmədzadə oraya ezam olundular. Mən də onların arasında idim. 532

Axşamüstü Nəqədəyə çatdıq. Nəqədənin maarif şöbəsi ilə danışıb bir orta məktəbi qərargah etmişdilər. Məktəbdə ilk iş dəstəmaz alıb namaz qılmaq oldu. Yerə palaz sərildi, çiyinlər bir-birinə birləşdi. Qardaş Mehdi Bakiri gəlib arxada oturdu və israrlar başladı: "Ağa Mehdi, buyurun önə, pişnamazımız sizsiniz". 532

Ağa Mehdi bir cavabla hamının ağzını yumdu: "Seyid Sadiq olan yerdə imamlıq etmək bizə düşməz". 532

Gecə həmin məktəbdə böyük bir otaqda yatdıq. Ağa Mehdinin Seyid Sadiq barədə dediyi söz daim beynimdə təkrarlanırdı. Seyid Sadiq çox dəyərli insan idi. Onunla Vəlfəcr-hazırlıq əməliyyatında tanış olmuşduq. Yataqlarımız yanaşı idi və o, gecəyə qədər mənə çox nəsihət verirdi. Mənim işlərimə nə qədər diqqət yetirdiyini görəndə düşünürdüm ki, görəsən, öz işlərini necə diqqətlə yerinə yetirir! O, deyirdi: "Mehdiqulu, uşaqlarla bundan artıq əməkdaşlıq elə. Onlarla davranışın daha yaxşı ola bilər... Hissiyyata qapılma, kollektiv işlərdə iştirak et..." 532

Otağı süpürmək, qabları yumaq, camaat namazlarında daim iştirak etmək və digər bu kimi işlər seyidin həssaslıq göstərdiyi və mənə gözəl şəkildə tövsiyə etdiyi məsələlər idi. Seyid Sadiqin düşüncə və rəftarları praktik bir dərs idi. Bəzi əsgərlər yalandan İmam Mehdi (ə) ilə görüşdüklərindən danışanda və uşaqlar onlarla mübahisə edəndə Seyid Sadiq səbirlə deyirdi: "Siz bu məsələlərə qarışmayın, hər bir işə cavabdehlik daşıyan bir adam vardır. Siz düşünmək istəyirsinizsə, hücum gecəsi uşaqları deyilən mövqelərə diqqətlə aparmağınız haqda düşünün, başqa şey barədə yox..." 533

Həmin axşam hamımız 18 yaşlı Seyid Sadiqə iqtida etdik. Vəlfəcr-hazırlıq əməliyyatında adi bir kəşfiyyatçı olmuş Seyid Sadiq bölüyün komandir müavini vəzifəsinə yüksəlmişdi. O, elə istedadlı və iradəli idi ki, diviziyanın gələcəyi üçün bütün komandirlər ona güvənirdilər. O, hər bir işi layiqincə görürdü; dostluğu, qardaşlığı, kəşfiyyatı və döyüşü. 533

Səhər çağı ağa Mustafa Mövləvi gözlənilməz bir xəbər verdi. 533

Qardaşlar, yorulmayasınız! Buraya qədər birgə gəlmişik. Burada sizə bir mikroavtobus verəcəyik, hamınızı Təbrizə aparacaq. Bütün qardaşlara 15 gün məzuniyyət verilir. 533



Şoka düşdüm. İşin ortasında nə üçün məzuniyyət verdilər? Bu, hamının sualı idi. Lakin qərarın ağa Mehdi və digər komandirlər tərəfindən verildiyini bildiyimizə görə qeyd-şərtsiz qəbul etdik. Bu gözlənilməz məzuniyyətin mənim narahat olduğum məsələ ilə əlaqəli olduğunu hiss etdim. Sərpol Zəhabda olanda atamın ağır xəstə olduğunu öyrənmişdim. Son zamanlar onu yuxuda çox görür və bir də heç vaxt görməyəcəyimdən qorxurdum. Buna görə də, bu məzuniyyətə hamıdan çox sevindim. 533

III 533

Üç aydan sonra evə dönəndə atamın vəziyyətini və ailəmin təkliyini gördüm. Belə bir durumda evi tərk etməyi, qoca və xəstə atamın son günlərində yanında olmamağı qəbul edə bilmədim. Həkimlər atamın mədəsində xərçəng şişi olduğunu söyləmişdilər. 533

Cərrahiyyə əməliyyatı ilə nisbətən yaxşılaşacağını düşünüb israrla xəstəxanada yatırtdıq. Mən yanında qaldım. Onun mehribanlığına cüzi də olsa, qarşılıq verməyə çalışırdım. On gündən sonra yenidən evə qayıtdıq. 533

1983-cü ilin yayı ağır keçirdi. Həm cəbhədən uzaq qaldığıma görə narahat idim, həm də atamın çəkdiyi əzablara görə. Bəzən görüşüb təsəlli aldığım yeganə şəxs yenə cəbhədən ayrı düşmüş dostum Məhəmməd Məhəmmədpur idi. Çox vaxt evdə olurdum; ya atamın yanında, ya da dərs və mütaliədə. Onuncu sinfin dərslərini oxuyub payız imtahanlarında iştirak etmək istəyirdim. Fikirləşirdim ki, tutduğum yolda tənbəllik böyük cinayətdir. İmtahanlara qədər bir ay vaxtım vardı. Çox dərs oxudum və bütün problemlərə baxmayaraq, onuncu sinif imtahanlarından da keçdim. 533

Ondan sonra dərslər başladı və mən məktəbə getməklə başımı qarışdırmağa çalışdım. Lakin daha məktəb mənə maraqlı gəlmirdi. İstəyirdim ki, cəbhəyə gedib orada dərslərimi oxuyum və yalnız imtahanlara gəlim. Bir dəfə yenə səhər çağı məktəbə getdim. Dərs zamanı qəribə həyəcanım vardı. Nə qədər etdimsə, günortaya qədər məktəbdə qala bilmədim. Tələsik evə döndüm. Küçə həmişəki kimi deyildi, sanki nəsə azalmışdı. Qapımızın önündə adamları görəndə isə həyəcanımın səbəbini anladım: atam dünyadan köçmüşdü. 534

Özümdən kiçik dörd qardaşım və bir bacım vardı. Böyük qardaş və bacılarımın hər biri öz ev və ailələri ilə məşğul idilər. Nə qədər fikirləşirdimsə, bu nəticəyə gəlirdim ki, ailəmizin xərcinə kömək etmək üçün bir iş tapmalıyam. Qərarımı verdim: Sepaha getdim və mənə bir qovluq açıldı. Dəfələrlə müsahibə olundum. Cəbhədə uşaqlar deyirdilər: "Sepaha qəbul olmaq üçün o qədər sual verirlər ki, heç İmam Xomeyninin özü də qəbul olmaz. İmam elə buna görə deyib ki, kaş mən də bir pasdar olaydım!" 534

Keçdiyim mərhələlərdə uşaqların sözünü başa düşürdüm. Müsahibə zamanı bir höccətülislam səviyyəsində məlumatlara sahib olmalı idik: tövhid məsələləri, şəriət hökmləri, siyasi suallar və gündəm mövzular. 534

Filan hadisə zamanı sən nə edirdin? 534



Xalq Mücahidləri Təşkilatının emblemində olan ayəni necə izah edə bilərsən? 534

Bəzi ümumi cavablarla suallardan qurtuldum və məni də təlimə göndərdilər. Sepahın təlimi Xasibanda keçirilirdi. Bizi 7 Tir qarnizonuna apardılar və təlim başlandı. Mən belə bir təlimi yuxuda da görə bilməzdim. Gündüzlər keçdiyimiz sıx dərslərdən əlavə, gecələr də gecə döyüşlərini öyrənirdik. Gecələr həm əməliyyat müəllimi “Qalx” komandası verib qaçırırdı, həm səngər müəllimi, həm mina müəllimi və sair. 534

Təlimlər sistemli deyildi, bütün məşqlər bizim alışmamızdan və güclənməmizdən ötrü idi. Bəzən təlimlər o qədər ağır olurdu ki, aylarla cəbhədə olmuş, piyada uzun yollar getmiş və bu kimi digər işlərə adət etmiş bizlər də tab gətirə bilmirdik. Məsələn, səhərlər 7 Tir qarnizonundan ürəkləri istəyən yerə qədər qaçırırdılar. Bəzən 10 km. aralıda olan Xosrovşəhrə gedib-qayıdırdıq. 534

O qədər vərdiş etmişdik ki, hətta yeməkxanada da müəllimin gəlişini və onun ardınca atışmanı, səs qumbarasının partlamasını, həyətə qaçmağı və sürünə-sürünə irəliləməyi gözləyirdik. Buna baxmayaraq, heç bir etirazım yox idi. Nəhayət, bir axşam bərk xəstələndim. Çox qızdırmam vardı və boğazımın iltihabı məni incidirdi. Tibb məntəqəsində heç bir dərman verməyib dedilər ki, bir şey deyil, get. Deyəsən, təlimlərdən qaçmaq üçün bəhanə gətirdiyimi düşünürdülər. Təsadüfən, həmin gecə döyüş təlimi keçirildi. Müəllim içəri girmişdi, amma mənim yerimdən qalxmağa taqətim yox idi. Nuşi-can etdiyim bir təpikdən sonra səhərə qədər yataqda qaldım. Bu tələbkarlıqların bizim müqavimət gücümüzü artırmaq məqsədi ilə edildiyini bilirdim, amma onlardan incimişdim. 534

Təlimlər başlayandan təxminən 45 gün sonra radiolarda Xeybər əməliyyatı haqda xəbərlər dolaşdı. Bu xəbər qərarsızlığımı daha da artırırdı. Müəllimlərin ağzına nə qədər gözümüzü dikirdiksə, cəbhə və əməliyyat barədə heç nə demirdilər. Özümüz könüllü şəkildə bizi cəbhəyə yollamalarını istədik. Bu dəfə də əməliyyatdan qalmağı qəbul edə bilmirdim. Vəlfəcr-1 və 2 əməliyyatlarından yalnız on gün sonra baş tutan və Mehran şəhərinin azadlığı ilə nəticələnən Vəlfəcr-3 əməliyyatından da qalmışdım. Oktyabr ayının ortalarına təsadüf edən Vəlfəcr-4 əməliyyatı da atamın yas günlərinə təsadüf etdi və mən yalnız cəbhədən görüntülərlə kifayətlənməli oldum. Vəlfəcr-2-də Rza Əhmədinin və Vəlfəcr-4-də Seyid Sadiq Eyvəzinin şəhid olması ürəyimi yandırırdı, amma əlimdən bir şey gəlmirdi. İndi isə Xeybər də əldən çıxmaq üzrə idi. Təlimdəki uşaqlarla birgə nə qədər israr etdiksə, bir cavab almadıq. Çox gözləmədim, bir neçə saatlıq məzuniyyət götürüb Təbrizə qayıtdım və birbaş Bəsicə yollandım. Bəsicdə qovluq açdım və ertəsi gün cəbhəyə yola düşdüm. 535

Yarımçıq qoyduğum təlimlərin aqibətinin nə olduğunu isə heç vaxt bilmədim. 535

I 536

Aşura diviziyası Xeybər əməliyyatı zonasındakı Bərzgər qarnizonuna köçmüşdü. Kəşfiyyat bölüyü də orada yerləşirdi. Mən ora çatanda güclü yağış yağırdı. Cənubun Karun və Kərxə kimi böyük çaylarında tufan idi, su bölgəni başına almışdı. Diviziyanın qərargahı da seldən payını almış və çadırların çoxu suyun içində qalmışdı. Bölüyün qərargahına getdim. Ora qəm dəryasına batmışdı, qədim tanışlardan demək olar ki, heç kim yox idi; ya şəhid olmuşdular, ya yaralanmışdılar, ya da əməliyyatda o qədər əziyyət çəkmişdilər ki, yaralılardan fərqlənmirdilər. Getmiş dostları xatırladım və köhnə ayrılıq dərdi təzələndi: Seyid Sadiq Eyvəzi, Əlirza Həsənzadə, Firuz Vüfuri, Əkbər Cahanbəxşi... 536

Orada yeni simalarla tanış oldum. Xosrov Mollazadə ilk gündən çox diqqətimi çəkdi. Onun nə çox yaşı vardı, nə də canı-cəsədi. Vəlfəcr-1 əməliyyatında fəqərə sütunlarına raket qəlpəsi dəymişdi, amma çoxları kimi yenə cəbhədən əl çəkməmiş və o halda ön cəbhəyə gəlmişdi. Kəşfiyyat bölüyünün komandiri Mustafa Mövləvi tezliklə bütün şəxsi heyəti üç komandaya böldü və təlim işini köhnə döyüşçülərə tapşırdı. 536

Bir neçə gündən sonra düşərgənin yerini dəyişmək əmri verildi. Biz Azadeqan düzünə, Süsəngirdin yaxınlığında bir yerə köçdük. Qumluq idi, su və ot yox idi, güclü küləklər əsirdi və havası həmişə tozlu olurdu. Uşaqlar çox tez bir zamanda oranın adını Tozabad qoydular. Bölüyə yeni gələnlər olsa da, hələ də şəxsi heyətdə çatışmazlıq vardı. Buna görə köhnə kəşfiyyatçılar batalyonlarda araşdırma aparır və kəşfiyyat bölüyünə münasib döyüşçüləri komandirə və ya əlaqədar məsul şəxsə bildirirdilər. Bu məqsədlə bir neçə dəfə qardaş Mövləvi ilə birgə diviziyanın Əhvazın Şəhid Bərati orta məktəbində yerləşən qərargahına getdik. Əslində, Tozabadda görülən əsas iş şəhərlərdən cəbhəyə göndərilən canlı qüvvənin koordinasiyası idi. 536

Tozabad mənim üçün təkcə toz-dumanı ilə deyil, həm də diviziya komandirimiz ağa Mehdi Bakiri ilə ünsiyyətlə də yadda qalıb. 536

Kəşfiyyat çadırı komandir çadırına yaxın idi və bizim ağa Mehdi ilə əlaqəmiz günbəgün güclənirdi. Ağa Mehdi Xeybər əməliyyatında iki müavinini – qardaşı Həmidi və Mürtəza Yağçianı itirdiyinə görə çox yalqız qalmışdı. Həmin əməliyyatda diviziyanın qədim və qəhrəman döyüşçülərindən çoxu ya şəhid olmuş, ya da düşmənə əsir düşmüşdü və bu, onun üzünə sanki qəm-kədərdən pərdə çəkmişdi. Hamı bilirdi ki, o, ən çox Bəsic üzvlərini sevir. Onun Bəsic üzvlərinə mehribanlığı və qayğısı hər bir işindən və sözündən bilinirdi. Lakin buna baxmayaraq, israf kimi bəzi məsələlərə o qədər həssas idi ki, buna görə sevimli Bəsic üzvlərini də danlayırdı. Kimsə onun işlərini görəndə çox narahat olurdu. O, diviziya komandiri kimi böyük işlərinə baxmayaraq, ən kiçik şəxsi işlərini də özü görürdü. 536

Əhvaz şəhərinin havasını qorumaq üçün qumlu bölgələrdə ağaclar əkmişdilər və getdikcə səhranın ortasında meşələr əmələ gəlmişdi. Bu meşələrdə səhranın bütün xüsusiyyətləri vardı, ancaq ağaclar da vardı. Yolğun ağacları qumların bəzəyinə və əqrəb, ilan, qayahörümçəyi kimi heyvanların yuvasına çevrilmişdi. Belə heyvanların təhlükəsi Tozabadda yaşamağın çətinliyindən olduqca böyük idi. Diviziyanın qərargahı Tozabada yaxın olan belə meşələrin birinə köçürüldü və uşaqlar dərhal ora başqa bir ad verdilər: Cəngəlabad. 537

Bir müddətdən sonra qardaş Mustafa Mövləvinin tapşırığı ilə Mehdi Davudi, Yəqub Şikari, Rza Purcavad, Seyid Mürtəza Zəfərançı və mən yeni başlamış ilkin kəşfiyyat kursuna göndərildik. Təlim Abadanın 30 kilometrliyindəki Xatəm qarnizonunda keçirilirdi. Bu qarnizon şah vaxtı neft konsersiumunda iştirak etmiş fransızlar üçün tikilmişdi. İnqilabdan sonra və müharibə vaxtı Sepah oradan qarnizon kimi istifadə edirdi. 537

Oraya çatandan sonra digər diviziyalardan da kəşfiyyatçıların təlimə göndərildiyini bildik. Təlim dərhal başlandı; xəritəni öyrənmək, koordinatları tapmaq, tərəfləri müəyyən etmək, gecə vaxtı praktik təlimlər və s. Qarnizonun təlim komandirlərindən biri öz hərbi formasının arxasına bir açar şəkli çəkib altına yazmışdı: "Cənnət açarı". O, həm də qarnizonun daxili müdiri və çox tələbkar adam idi. Heç kimə məzuniyyət vermirdi və çoxlu təlimlərdən başqa bir proqramımız yox idi. Nəticədə bir həftədən sonra diviziyanın səmimi ab-havasına darıxdıq. Ondan məzuniyyət almağa heç bir ümidimiz yox idi. Nəhayət, qarnizondan diviziyaya qaçmaq qərarına gəldik. 537

Çıxdığımız bir həftədə diviziyada dəyişikliklər olmuşdu. Mustafa Mövləvi ağa Mehdi tərəfindən diviziya komandirinin əvəzedicisi seçilmiş, kəşfiyyat bölüyü isə qardaş Kərim Fəthiyə tapşırılmışdı. 537

Xeybər əməliyyatında yaralanmış kəşfiyyatçıların əksəri bölüyə qayıtmışdılar və yeni komandir onların arasından üç nəfəri komanda başçısı təyin etmişdi: Qadir Həmidnejad, Məhəmməd Məhəmmədi və Kərim Hörməti. Bölüyə həyat və mübarizə şövqü qayıtmışdı və bizi bərk özünə cəlb edirdi. 537


Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə