Şəhadət aşiqləri



Yüklə 4,72 Mb.
səhifə73/73
tarix11.07.2018
ölçüsü4,72 Mb.
#54871
1   ...   65   66   67   68   69   70   71   72   73

2 Uşaqlar təəccüblərini bildirmək üçün bu cümlədən istifadə edirdilər.

2 Sükan

3 Nov

1 Bu, həmin bölgədə kəşfiyyatın ikinci mərhələsi idi. Hələ Aşura diviziyası bölgəni təhvil almazdan öncə bəzi cəsur uşaqlarımız, o cümlədən Şəhid Seyid Mənsur Furqani, Şəhid Mehdi Davudi və qardaş Əsədbəyi orada gizli kəşfiyyat aparıb düşmən bəndinə qədər getmiş, düşmən mövqelərinin içində olan yol və avtomobillərin filmini çəkmişdilər.

2 Hurda təbii arxlardan əlavə süni yolla yaradılmış qac və kanallar da vardı. Aşura diviziyasının əməliyyat istiqamətindəki sular əksərən təbii arxlardan ibarət idi.

1 Onların hər ikisi Bədr əməliyyatında şəhadətə qovuşdular.

1 Höccətülislam Cəfərzadə Xalxal rayonundan cəbhəyə gəlmiş yaşlı ruhani idi. O, diviziyada Ustad Cəfəri adı ilə məşhur olmuşdu, döyüşçülərin əhval-ruhiyyəsinə müsbət təsir edirdi. Mən onu Xeybərdən öncə diviziyada görmüşdüm. Nəhayət, Vəlfəcr-8 əməliyyatında şəhadətə qovuşdu.

1 Bir neçə gündən sonra həmin bölgədə başından qəlpə yarası aldı və beyni zədələndiyinə görə bir də cəbhədə iştirak edə bilməyib müqəddəs müdafiənin dözümlü əlillərindən oldu.

2 O, Bədr əməliyyatında qəhrəmancasına vuruşduqdan sonra canını cananına təqdim etdi.

1 O da Bədr Kərbəlasında şəhadətə qovuşdu.

1 Bəəs – diriliş, dirçəliş deməkdir, Səddam Hüseynin başçılıq etdiyi Ərəb Sosialist Dirçəlişi Partiyasının qısa adıdır.

1 Bədrdən sonra Əliəkbər Puzeşpəziri Təbrizdə görəndə heyrətə gəldim. O, nisbətən yaxşılaşandan sonra yenidən cəbhəyə döndü və müharibənin sonuna qədər sağ qaldı.

2 Kəşfiyyat

1 Xalq könüllülərindən ibarət Bəsic təşkilatının üzvləri

1 O, mehriban və duyğusal oğlan idi, əzadarlıq məclislərini çox sevirdi. O, yol yeriyəndə də heyətdə imiş kimi "Hüseyn! Hüseyn!" deyirdi. Nəhayət, qürur dolu Vəlfəcr-8 əməliyyatında şəhadətə qovuşdu.

2 Yaman, yaxşı

1 Bədr əməliyyatının son günlərində şəhadətə qovuşdu.

1 Rüstəmxani birinci istiqamətin komandiri idi, Seyyidüş-şühəda, İmam Səccad (ə) və Əli Əkbər batalyonlarını idarə edirdi. O, bir neçə gündən sonra elə həmin əməliyyatda şəhadətə qovuşdu.

1 Dilimizə tərcümə olunmuş “Allahdan nur almış insan” kitabında Bədr əməliyyatının Xəndək yolu istiqamətindəki döyüşləri təsvir olunub. Zalım Səddam rejiminin hərbi qüvvələri orada daha güclü müdafiə sistemi qurduqlarına görə həmin istiqamətdə düşmən səddini yarmaq mümkün olmamış, Xorasan diviziyasının İmam Cavad (ə) batalyonunun qəhrəman komandiri Əbdülhüseyn Burunsi də orada şəhadətə qovuşmuşdu.

1 Qəriblər gecəsi; Kərbəla əsirlərinin Aşuradan sonrakı ilk yalqız gecələri belə adlanır.

2 Bədr əməliyyatının bəzi şəhidlərinin pak cəsədləri sonralar geri gətirildi, amma Mehdi Bakiri, Əli Təcəllayi kimi bəzi şəhidlərdən heç bir nişan tapılmadı.

1 Şəhərin cümə namazının qılındığı böyük məscid

1 O, Kərbəla-4 əməliyyatında şəhadətə qovuşdu.

1 O, Nuh-nəbi qərargahının komandiri idi və Vəlfəcr-8 əməliyyatında şəhadətə qovuşdu.

1 Döyüşçülər orada təhsillərini davam etdirirdilər.

1 Məhəmməd Məhəmmədpur Vəlfəcr-8, Əhməd Yusifi isə Nəsr-7 əməliyyatında arzularına çatdılar.

1 Məhəmmədrza Balud Şələmçənin müdafiəsi zamanı şəhadətə qovuşdu.

1 O, Seyyidüş-şühəda batalyonunun komandiri idi və Bədr əməliyyatından öncə şəhadətə qovuşdu.

1 Taqım

2 Bölük

1 "Ya Mehdi" əməliyyatında şəhadətə qovuşdu.

2 Vəlfəcr-8 əməliyyatında şəhid oldu.

1 Kəşfiyyat bölüyünün igid dalğıclarından olan Möhsün Kiyani bir neçə gündən sonra Vəlfəcr-8 əməliyyatında şəhadətə qovuşdu.

1 Adətən, eyni zamanda müxtəlif yerlərdə kəşfiyyat aparılırdı ki, düşmən əməliyyat yerini öyrənə bilməsin. Canlı qüvvə də əməliyyat bölgəsinə gizlicə aparılırdı və düşmən gözlənilməz hücumla qarşı-qarşıya qalırdı. O zaman kəşfiyyatçılar Ərvənd çayında, Şətt-Əlidə, Mərivanın Min zirvə yüksəkliklərində və digər yerlərdə işləyirdilər. Kəşfiyyatçılar təcrübələrinə əsasən, hansı istiqamətdə hücum ehtimalının zəif olduğunu bilir və yalnız əmrə tabelik səbəbindən əməliyyatdan uzaq qalmaq acısını qəbul edirdilər. Həmin günlərdə Hüseyn Məhəmmədian da bir bölgədə yayındırıcı kəşfiyyatla məşğul olub vəzifəsini yerinə yetirirdi.

1 O, Nəsr-7 əməliyyatında şəhadət məqamına nail oldu.

1 Ərvənd çayındakı əməliyyat bölgəsində kosmik aparatlar və Ərəbistanın AEW&C - Uzaq Radiolokasiya Aşkarlama və İdarəetmə təyyarələri də Səddam rejiminə kəşfiyyat və informasiya dəstəyi verirdi.

1 O, Kərbəla-5 əməliyyatında şəhadət şərbətini içdi.

1 Sonralar eşitdim ki, bəzi bölüklərdə belə də olmuşdu.

2 Yaxşı dərslərini verdiz.

1 Rza Ənkuti və Məhəmməd Əsədi kəşfiyyat bölüyündən idilər və biz birlikdə İmam Hüseyn (ə) batalyonuna bələdçilik edirdik.

1 Sonradan Fərəc Quluzadədən öyrəndim ki, ekskavatorun sürücüsü Marağadan bir Bəsic üzvü olan yeniyetmə imiş. O, varlı bir ailənin ikinci oğlu idi, qardaşı cəbhəyə gedəndən sonra o da yalvararaq, qardaşını vasitə salaraq cəbhəyə getməyə və əməliyyatda iştirak etməyə icazə almışdı.

1 Müharibə boyu götürdüyüm bir neçə qənimətdən biri də o saat idi. Sonralar onu kəşfiyyat bölüyünün ən zirək uşaqlarından olan Yusif Həqqayiyə hədiyyə verdim. O, Kərbəla-5 əməliyyatının hücumçu heyətinin yanında qəhrəmancasına döyüşdən sonra şəhadətə qovuşdu və Rəhmət vadisi məzarlığında dostlarının yanında dəfn olundu.

1 Maraqlıdır ki, iki gündən sonra Cavad Əfşurdi də şəhadətə qovuşdu. İndi Təbrizin Rəhmət vadisi məzarlığında Məhəmmədin yanında uyuyur. Xoş hallarına!

1 Mehdi Davudi həmin gün, Əbülfəz Yəqubi ertəsi gün, Abbas Məhəmmədi də Nəsr-7 əməliyyatında şəhadətə qovuşdu.

1 Hüseyn Ərcüməndi su-quru qüvvələrindən idi. Onların getdiyi hissədə hələ mövqe ələ keçirilməmişdi. O, qayıqla düşmən sahilinə keçib təkbaşına oranı düşməndən aldı və elə qayığın içində də şəhadətə qovuşdu.

1 Cəbhə uşaqlarının gözəl adəti belə idi: Hər hansı səbəbdən bir-birindən incisələr də, çox tezliklə elə görüşürdülər ki, inciklik insanın tam yadından çıxırdı və heç bir kin-küdurət qalmırdı.

1 O, Kərbəla-5 əməliyyatında şəhadətə qovuşdu.

1 Əməliyyatdan sonra gördüm ki, onlar özlərinə səngər də düzəltməmiş, yolu qazıb kanal kimi bir yer açmış və orada keşik çəkirmişlər.

2 Onların dördü də şəhadət məqamına nail oldular.

1 Sonralar onun şəhadət xəbərini də eşitdim.

1 Əli Qəffarpur Nəhcül-bəlağəni çox oxuyur və bölükdəki Nəhcül-bəlağə dərslərini idarə edirdi. Onun pak cəsədi 1996-cı ildə tapıldı və vətəni Sərab şəhərində torpağa tapşırıldı. Allah rəhmət eləsin!

1 Kərbəla-8 əməliyyatında şəhadət məqamına nail oldu.

1 Həmin günlərdə uşaqlar Şeyx Salehə Bəndər-Abbas deyirdilər. Sonralar Sərdəştdə aparılan kəşfiyyat bölgəsinin adını Qarayer, Mavutun adını Mığmığalıq qoydular. Bunu yalnız kəşfiyyat bölüyünün uşaqları bilirdilər. Müqəddəs müdafiə dövrünün sonuna qədər hətta döyüşçülərin çoxu bilmədi ki, bizim gündəlik danışıqlarda Bəndər-Abbas dediyimiz yer Şeyx Saleh idi.

1 O, Marağadan olan üç Kərəmi qardaşlarından biri idi. Qardaşların hər üçü şəhadət məqamına nail oldu.

1 O, Kərbəla-5 əməliyyatında bədən qəfəsindən azad oldu.

1 Daha üzgəc vurmaqdan həlak oldum!

1 Qardaş Həmzə Ərdəbil Bəsicindən və çox mehriban insan idi. Adətən, təsərrüfat işlərində bölüyümüzə kömək edirdi. Həm də sürücü idi və işini yaxşı bacarırdı. Bəzən israr edib kəşfiyyatda da iştirak edirdi.

1 Allahsız heç bir qüvvə və qüdrət yoxdur!

1 O, Kərbəla-4 əməliyyatında itkin düşdü. Nəhayət, 1997-ci ildə cəsədi tapılıb əziz vətəninə göndərildi və Təbrizin Rəhmət vadisi məzarlığında dəfn olundu.

1 Sonralar eşitdim ki, həmin buldozeri yayda Neft şirkətinin 90 tonluq kranı ilə çıxarmışlar.

1 Onların hər ikisi Kərbəla-5 əməliyyatında şəhadət məqamına nail oldular.

1 Cəbhə zarafatlarından biri bu idi: Kim özünün çoxdan cəbhədə olduğunu bildirən bir söz desəydi, deyirdilər: "Bəli, sən şah dövründən cəbhədə olmusan!"

1 Klassik əməliyyatlarda düşmən bölgəsində məhdud əməliyyatlar həyata keçirilir və bununla düşmənin zəif nöqtələri üzə çıxır. Kərbəla-4 əməliyyatı da növbəti əməliyyat üçün belə bir hazırlıq idi. Belə ki Kərbəla-5 əməliyyatı Şələmçə və Beşbucaq bölgəsindən baş tutdu və düşmənin həmin bölgələrdə hərbi zəifliyi Kərbəla-4 əməliyyatında üzə çıxmışdı.

1 O, təxminən iki həftə sonra Kərbəla-5 əməliyyatında şəhid oldu.

1 Bu bölüyün əksəriyyəti çox qərib şəkildə şəhid olub itkin düşdü və onlardan heç bir əsər-əlamət tapa bilmədik.

1 Çoxlu yaralanmasına və Bədr əməliyyatından sonra əlil olmasına baxmayaraq, özü uşaqlarla gedib yolu açmışdı. Kərbəla-4 əməliyyatında bütün əməliyyat qərargahlarından iki nəfəri seçib xüsusi kəşfiyyata göndərmişdilər ki, onların biri də bizim diviziyamızdan Kərim Hörməti idi.

1 Mənsur Süudi bizim zəncanlı dostlarımızdan idi və Nəsr-7 əməliyyatında şəhadətə qovuşdu.

1 Düşmən qlobal hegemoniyanın hədiyyə verdiyi yüksək hərbi taktikalarla da təchiz olunmuşdu. Onlar maddi imkan, silah-sursat baxımından da düşmənimizə yetərincə yardım edirdilər. Belə ki müharibə boyu Sepahın diviziyaları düşməndən alınmış qənimətlərlə təmin olunurdu; yəni düşmənimiz bizim hərbi imkanlarımızın mənbəyinə çevrilmişdi. Üçüncü ölkələrin peyk və casusları da düşmənə informasiya dəstəyi verirdi. Üçbucaq torpaq istehkamlar israillilər tərəfindən qurulmuşdu. Vəlfəcr-8 əməliyyatından sonra düşmənin bir neçə istiqamətdə həyata keçirdiyi hərəkətli müdafiə layihəsi onun üstünlük ruhiyyəsini gücləndirdi. Bunlardan əlavə, Kərbəla-5 əməliyyatında da xüsusi taktikalardan istifadə etdilər. Mənim Kərbəla-5 əməliyyatında əldə etdiyim sənədlərdə düşmənin əks-hücum layihəsi göstərilirdi. Düşmən bizim qüvvələrimizə bir istiqamətdən irəliləmək imkanı verirdi. Bu zaman özü xüsusi maneələrin arxasına çəkilirdi. Həm ehtiyat qüvvələri, həm də təmas xəttindən geri çəkilənlər oraya yerləşirdilər. Bununla da hücum edənlər at nalı şəklində mühasirəyə düşürdülər. Nəticədə, düşmən həm itirdiyi sahəni geri alırdı, həm də biz böyük itki vermiş olurduq. Əgər bir qədər geri çəkiləndən sonra qarşımızda sədd quran düşmən qüvvəsi bir batalyon idisə, ondan arxadakı mövqedə bir diviziya, ən sonda da bir ehtiyat korpusu dayanırdı. Beləliklə, irəliləyib bu mövqelərin hamısından keçmək çox çətin idi və çox zaman alırdı. Cənub cəbhəsində, xüsusən də Şələmçədə və Bəsrə şəhərinin önündə düşmənin müdafiə taktikası belə idi.

1 Rəsul Səidi sonradan danışırdı ki, bombardman zamanı mənim yıxıldığımı görübmüş. Başımın üstünə gələndə daha nəfəs almadığımı düşünüblər. Bir neçə dəqiqədən sonra Rəsul mənim əlimi tutub ağlayarkən əlini sıxdığımı duymuş və hələ yaşadığımı öyrənmişdi.

1 O, 1985-ci ildə Bədr əməliyyatında şəhadət məqamına nail olmuşdu.

1 Sonralar parlamentə Təbrizdən deputat seçildi.

1 Onların biri İsmayıl adlı bir sərablı idi və elə Nəsr-7 əməliyyatında da şəhadətə qovuşdu.

1 O, Nəsr-7 əməliyyatında şəhadətə qovuşdu.

1 Sonradan onun işlətdiyi sözlərin sirrini tapıb bir neçə yazısını oxuya bildik və anladıq ki, o, şəhadət zamanını və necə şəhid olacağını da yazıbmış. O, 06.08.87 tarixində Qurban bayramı günü şəhadətə qovuşdu.

1 O, Beytülmüqəddəs-2 əməliyyatında şəhadətə qovuşdu.

1 O, Beytül-müqəddəs-2 əməliyyatında göstərdiyi böyük rəşadətlərdən sonra şəhidlərin cərgəsinə qatıldı. Mən onun məsum çöhrəsini heç vaxt unutmayacağam.

1 Biz dağ və təpələrin adlarını dəyişdirirdik və düşmən ratsiya danışıqlarımızı dinləyəndə heç nə anlamır, çox çaşbaş qalırdı.

1 Sonralar Seyid Fatimi mənə deyirdi: “Mən durbinlə Qamış zirvəsinə baxanda bir nəfərin Himmətdən yuxarı qalxdığını gördüm; bir ayağını irəli qoyur, sonra o biri ayağını gətirirdi. Bildim ki, sənsən. Əmin ağaya dedim ki, uşaqlar yuxarını tutublar. Soruşdu ki, haradan bilirsən? Dedim ki, Mehdiqulu oradadır. Əmin ağa orada rabitəçiyə demişdi ki, get, Mehdiqulunu tap, gətir, onunla danışmaq istəyirəm”.

2 Əməliyyatdan sonra Qasim batalyonunun uşaqları deyirdilər: "O qədər sürüşüb yıxılmışdıq ki, daha Ürucun yuxarısına çatmaq bizə qeyri-mümkün görünürdü. Lakin qardaş Əsğər Abasquluzadə harada uşaqların çox sürüşdüyünü görürdüsə, oturub əllərini yerə qoyurdu və uşaqlar ayaqlarını onun əllərinin üstünə qoyub yuxarı qalxırdılar. Əlləri yaralanmışdı, amma bu şəkildə bizi tapşırıq yerimizə çatdırdı. Həm də çox yorulmuşduq. Düşmən pusquları da atəş səslərini eşidib əməliyyatı başa düşmüş və hazırlaşmışdılar.

1 Məhəmməd Məhəmmədpurun şəhadətindən sonra əməliyyatlarda onun formasını geyinir və şəhidlərin üzünə vurmaq üçün həmişə köynəyimin sinə cibinə bir neçə ətir şüşəsi qoyurdum.

1 Sonralar o şəkli kimə göstərirdimsə, soruşurdu: "Yaralanıb? Xərəkdədir? Bəs nə üçün gülür?" Şəhid olduğunu deyəndə inanmırdılar. Əbülqasimin şəhadət anındakı təbəssümü çoxlarında mənəvi dəyişiklik yaratdı. Şəkli çoxları istəyirdi və nəhayət, uşaqların biri onu ələ keçirdi.

1 O, Beytülmüqəddəs-2 əməliyyatının ikinci mərhələsində Ulaqlı dağının zirvəsində şəhadətə qovuşdu.

1 Həmid Reyhani, Rza Fərəci, Əziz Bəylər və Məhəmmədrza Müiri də Beytul-müqəddəs-2 əməliyyatında kəşfiyyat bölüyünün şəhidlərindən idilər. Müirinin cəsədini 1993-cü ildə Qamış dağından tapdıq. Mən onu görən kimi tanıdım.

1 Üç aydan sonra həmin yol çəkiləndə təxminimizin düzgün olduğunu bildik.

2 Sonradan qardaşların köməyi ilə cəsədlərin çoxunu dəfn etdik.

1 Bəhruz Lütfi sonralar kimyəvi silahlardan yaralandı və müharibədən sonra şəhadətə qovuşdu. Onun fədakarlığı ilə Əyyub Paşayi oradan xilas olub yaşadı.

2 Paşayilər ailəsi İslama üç qəhrəman şəhid vermişdi: Hacıəli Paşayi, Əkbər Paşayi və Əli Paşayi.

1 O, cəbhənin dəcəl, qorxmaz və mənəviyyatlı Bəsic üzvlərindən idi, şəhid olanda 18 yaşı vardı. Onun o yaşla, o bədənlə 4 il cəbhədə vuruşduğuna az adam inanırdı.

2 Fəcr, 27-28

1 “Biz əmanəti (Allaha ibadəti, şəriəti) göylərə, yerə və dağlara təklif etdik. Onlar ona yüklənməkdən qorxub çəkindilər. Ona insan yükləndi”. ("Əhzab", ayə 72)

1 Bu kağızları uşaqları komandalara böləndə yazmış və hər komandaya bölüyümüzün bir şəhidinin adını vermişdim.

1 İbrahim Əlinejad çox əlil olmasına, hissiyyat və hərəkətlərində məhdudiyyətlərə rəğmən, cəbhələrdə iştirak edən döyüşçülərdən idi. Onun şəhidliyi haqda "Topları qaytarın" kitabında Fərəc Quluzadənin dilindən məlumat verilmişdir.

1 Bir neçə ildən sonra oraya gedəndə səngəri və hamamı qoyduğumuz kimi də gördüm.

1 Bisütun Kermanşah şəhərinin yaxınlığında yerləşən qədim tarixi yerlərdəndir.

2 Mirsad əməliyyatından sonra eşitdim ki, münafiqlərin proqramı və məxfi şəbəkələri o qədər güclü olub ki, hətta həbsxanadakı tərəfdarları da bundan xəbər tutub əməkdaşlığa hazırlaşırmışlar.

1 Münafiq qızı əsir tutmuş iki əsgər onu yoxlamağa utanıblar, o da gizlətdiyi əl qumbarasını komandirlərin arasına atmaq istəyirmiş.

1 Kompasları diviziyaya təhvil verdik. Onlar onillərlə diviziyamızın ehtiyacını aradan qaldıra bilərdi.

1 Uşaqların çoxu bu halda idilər. Əgər Seyyidüş-şühəda diviziyasının təchizat bölməsinin uşaqları Çaharzəbərdə münafiqlərin önünü kəsməsəydilər, görəsən, onlar haraya qədər irəliləməyə cəsarət edəcəkdilər. Bir Bəsic birləşməsi Çaharzəbərdə münafiqləri saxladı və digər qüvvələr gələndən sonra oradan Mirsad əməliyyatı başlandı.

1 Nəhayət, o da haqq yolunda didərginliyinin muzdunu alıb müharibənin son günlərində Şələmçədə öz məşuquna qovuşdu və Rəhmət vadisi məzarlığında qədim dostu Şəhid Əhəd Müqiminin yanında torpağa tapşırıldı.

1 “Biz Allahınıq və Ona qayıdacağıq!” (Bəqərə, 156)

2 İmam Xomeyninin adı olan “Ruhullah” sözü Allah ruhu deməkdir.

1 İmam Hüseyn (ə) batalyonunun Xeybər əməliyyatında şəhadətə qovuşmuş komandiri

2 İmam Hüseyn (ə) batalyonunun Favda şəhadətə qovuşmuş döyüşçülərindən biri

3 O, cəbhələrin mənəviyyatlı məddahı Hacı ağa Asayişin oğlu idi. Kürdüstan dağlarında şəhadətə qovuşanda partladıcı batalyonun azyaşlı döyüşçülərindən idi.




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə