Şəhadət aşiqləri


O, Beytülmüqəddəs-2 əməliyyatında buzlu Mavut dağında şəhid oldu. 519



Yüklə 4,72 Mb.
səhifə7/73
tarix11.07.2018
ölçüsü4,72 Mb.
#54871
1   2   3   4   5   6   7   8   9   10   ...   73
O, Beytülmüqəddəs-2 əməliyyatında buzlu Mavut dağında şəhid oldu. 519

Təxminən gecə saat bir idi. Düşmən sahəyə adam girdiyini ehtimal verib minaladığı sahələrə top və raket yağdırırdı. Sahədə keçid açmaq bir saat yarım çəkmişdi. Biz pusquların önünə çatanda Həzrət Rəsul diviziyasının bir batalyonu da bizə çatdı. Onlar yolboyu bizim arxamızca gəlmişdilər və oradan sola dönüb tapşırıq yerlərinə getməli idilər, ancaq hansısa səbəbdən yolu itirmişdilər. Öz bölüyümüzün şəxsi heyəti arasında gəzib uşaqlara deyirdim: «Çalışın onlara yollarını göstərin. Onlar bizim sol tərəfimizə getməlidirlər... Həzrət Rəsul diviziyasının uşaqları bizim sol tərəfimizə getməlidirlər...» 519

Səs-küy çoxalmış, düşmən bizi duymuşdu. Bir anın içində bütün səslər düşmənin güclü atəşləri altında itib-batdı. Biz açıq yerdə idik, düşmən isə istehkamın arxasında, kanalda və səngərlərin içində. Döyüş başlandı. Bölüyün komandir müavinlərindən olan Səməd Zəbərdəst, habelə Həbib Azərniyə və İbadi ilə bir yerdə idik. Beynimizə gələn ilk fikir üz-üzə vuruşmaq oldu. Çünki o kiçik yerdə və elə güclü atəş altında düşmən mövqelərinə girə, yaxud onları mühasirəyə ala bilməzdik. Düşmənin birinci kanalın önündəki müdafiə qüvvələri dayanmadan atəş açırdılar. Şəxsi heyəti sağ və sol qisimlərinə böldük. 519

70 faizli müharibə əlillərindən idi, müharibədən sonra bir müddət Təbrizin Yoxsullar və Əlillər Fondunun sədri vəzifəsində çalışdı və nəhayət, 1993-cü ildə şəhadətə qovuşdu. 520



- Nə qədər bacarırsınız, atəş açın... 520

- Səngərləri RPG ilə vurun... 520

Uşaqların açdığı atəşin köməyi ilə şəxsi heyətin kiçik bir qismi ilə cəld mövqeyə sarı qaçdıq. Biz oraya çatmamış düşmən qaçdı və təxminən on əsir tutduq. Əsirlərin arasında sudanlı muzdurları görəndə nifrətim daşdı: Biz kimlərlə vuruşuruq?! 520

Orada gördüklərim mənə gözlənilməz idi. Əvvəl elə bilirdim ki, ora sadə bir pusqudur və hətta ətrafına fırlanmaq da olar, lakin İraqın digər qarnizonları kimi kanallar, möhkəm səngərlər, hətta maşın və tanklar da var idi. Ora çox böyük və möhkəm bir müdafiə düşərgəsi idi. Bölüyün uşaqlarını düşmənin gediş-gəliş üçün istehkamın arxasında düzəltdiyi kanalın içində üzü ön tərəfə, müdafiə mövqeyində yerləşdirdik. Gördüyüm hər bir döyüşçünün dodaqlarından susuzluq hiss olunurdu və qumqumaların çoxu boş idi. İbadiyə dedim: «Gedim görüm iraqlıların su bakını tapa bilərəmmi». 520

Təsadüfən, su ilə dolu böyük bir tanker tapdım. Minlitrlik təkərli tanker olduğuna görə iki-üç nəfər onu batalyonun yerləşdiyi yerə gətirdi. Səngərlərdə yemək və ərzaq da vardı, onları da payladılar. Kalaşnikov patronu dolu idi və uşaqlar qənimətlərlə silahlarını doldurmağa başladılar. 520

Rza Əhmədi mənə dedi ki, bir qədər irəliyə gedək. Yola düşüb birinci kanalın yerinə çatdıq, əslində isə qarşıda kanal yox idi. O vaxta qədər işimizi çətinləşdirmiş qumlar orada bizə kömək etmişdilər. Divarlar çökmüşdü və kanal asanlıqla keçiləsi bir çökək formasına düşmüşdü. Dəmir nərdivanları daşımaqdan ötrü çəkdiyimiz o qədər zəhmətin yorğunluqdan başqa bir bəhrəsi olmadı. Qum bəzi yerlərdə minalanmış sahəni və tikanlı məftilləri örtmüşdü. Minalanmış sahədə qaçmaq da olurdu. İkinəfərə kanaldan keçdik. Bir baxışla əsas işin irəlidə olduğunu bilmək olurdu. Qarşımızda düşmən pusqusunun qüvvə və imkanlarını təmin edən bir yol vardı. Onun hər iki tərəfində minalanmış sahələr görünürdü. Şəxsi heyətin yoldan keçməsi ehtiyatsızlıq olardı. Düşmən minalanmış sahələrin ortasından çəkilmiş yolla ona hücum etməyimizə imkan verməzdi. Yolda iki ədəd dördlü zenit pulemyotu vardı və yolu vururdu. Başqa bir dördlü pulemyot da bizim mövqeyə girdiyimiz istiqamətə tuşlanmışdı. Sol tərəfimizdə gurultu qopurdu, sağımızda isə hələ sakitlik idi. Təxmin elədim ki, Mehrab şəhidləri batalyonu maneələrdə qalıblar, çünki irəliləsəydilər, düşmənin pusquları ilə vuruşardılar. 520

Qayıtdıq və bir neçə dəqiqədən sonra partladıcı heyətlə birgə sahəyə daxil olduq. Birinci və ikinci kanalların arasında yol açmalı idik. Ratsiya səs-küylə dolu idi. Müslim ibn Əqil batalyonu azmışdı. Onlar Qasim batalyonunun komandirindən soruşurdular ki, özümüzü sizə necə çatdıra bilərik? Qərara gəldilər ki, onlara yol göstərmək üçün qırmızı fişəng atsınlar. Dərhal səma qırmızı rəngə boyandı. Əmin olduq ki, düşmən bizi dinləyir və azmış batalyonumuz başını itirəcək. Bir azdan Müslim ibn Əqil qüvvələrinin Qasim batalyonuna çatdığını eşitdik. 521

Bütün bölgə hər iki tərəfdən açılan atəşlərdən titrəyirdi. Bu hələ əvvəli idi, bilirdim ki, əsas iş qabaqdadır. Düşmənin əsas mövqeləri ikinci kanalın arxasında idi. Orada qala divarları kimi bütün İraq sərhədi boyu uzanan, Tavusiyyə və Rəşidiyyə zastavalarından da keçən böyük bir istehkam vardı. İkinci kanalın yaxınlığında atışma bir neçə dəfə güclü idi. 521

Belə şəraitdə partladıcı heyətdən üç-dörd nəfər başlarına yağan güllə yağışına məhəl qoymadan yerə basdırılmış minaları çıxarıb digərlərinə yol açırdılar. Mehdi Salik, Rza Əhmədi, mən və başqa bir nəfər sahənin içində bir neçə metr getmişdik ki, arxadan biri gəlib dedi: «Qardaş Əmini xəbər yollayıb ki, geri dönəsiniz, sizinlə işi var». 521

Rza Əhmədi ilə birgə Qasim batalyonunun yerləşdiyi yerə qayıtdıq. Aşura diviziyasının ikinci briqadasının komandiri qardaş Əmini bizim yolu davam etdirmək üçün minalanmış sahəyə girdiyimizi biləndə arxamızca adam göndərmişdi. O bizi görən kimi dedi: «Çalışın şəxsi heyəti geri qaytarın». Diviziya komandirinin əmri belə idi. Çünki sağ və sol cinahlar gəlməmişdilər və səhər açılsaydı, bizim qayçılanma ehtimalımız böyük olardı. 521

II 521

Səhər yaxınlaşırdı. Hava işıqlaşandan sonra hazırlıqlı düşmən gözləməyəcəkdi və böyük ehtimalla ağır itki verəcəkdik. Bacarıqlı uşaqlardan bir neçə nəfəri topladıq. Qardaş Yasir Zirək vəziyyəti başa saldı. Qərara gəldik ki, Qasim batalyonu və bölgədə olan digər qüvvələrlə birgə gəldiyimiz keçidlə geri qayıdaq. Yada saldılar ki, geri qayıdarkən minalanmış sahədə qalmış yaralıların geri daşınmasına kömək edək. Hamı yola düşdü. 521

Rza Əhmədi üzünü mənə tutub dedi: «Mehdi, indi ki qayıdırıq, buradakı silah və maşınların yenidən düşmənin əlinə keçməsi heyfdir. Bəlkə bunları partladaq?» 521

İşə başladıq. İstehkamın arxasında nə qədər maşın, tanker və silah səngəri vardısa, hamısı məhv edilməli idi. Bu işdə iraqlıların öz silahlarından istifadə etdik. Xətt boyu qaça-qaça düşmənin işinə yarayacaq hər bir şeyə bir əl qumbarası atdıq. 522

Oradan çıxanda istehkam alov və tüstü arasında itmişdi. 522

Düşmən bizim gecə vaxtı aralarından keçdiyimiz təpələrin üstünə helikopterlə silah-sursat boşaldıb müdafiəyə hazırlaşırdı. Mühasirəyə düşmək təhlükəsi məni qorxutdu. Necə olursa-olsun, özümüzü təpələrin arxasına çatdırmalı idik. 522

Minalanmış sahəyə girdik. Gecə yaralıları sahənin nisbətən təhlükəsiz bir yerinə toplamışdıq. Əmin idim ki, hələ bəziləri orada qalıblar. Rza ilə mən oranı tərk edən sonuncu adamlar idik. Sahədə uşaqların səsi ürəyimi yandırırdı. Aciz qalmışdım. Onlar azəricə və farsca deyirdilər: «Haraya gedirsiniz?!» 522

Haraya?! 522

Qalın, müqavimət göstərək... 522

Dayanıb vəziyyəti izah edə bilməzdim. Əlimdən gələn yeganə iş bir yaralını özümlə geri aparmaq idi. Minalanmış sahədə Rzanı itirib tək qaldım. Yaralıların səsi, zarıltısı və xahişi ürəyimi parçalayırdı. Onların sayı çox idi. Sağlam uşaqlar da o qədər yorğun idilər ki, özlərindən əlavə bir yaralını da aparmağa qadir deyildilər. Ürəyimdə tufan idi: «Axı hansınızı aparım?!» 522

Mehdi, məni burada qoyursan?! Mehdi... 522



Səsə yaxınlaşdım. Rəhim Sarimi idi. Gecə mina partlayanda yaralanmış və səhərə qədər özünü oraya sürümüşdü. Bildim ki, onunla bir yerdə yaralanmış Mehdi Təcəllayi şəhid olmuşdur. 522

Mən səni aparacağam. Əlimdən gələni edəcəyəm. Hər ikimiz ölsək də, birgə gedəcəyik... 522



Qollarını boynuma saldı. Ayağa qalxdıq. Lakin sanki qalxan mən deyildim. Onun ağırlığına dözməyəcək qədər yorğun və taqətsiz idim. On yeddi yaşım vardı; bədənim güclü olsa da, çox yorulmuşdum. Əməliyyatdan öncəki gecələrdə yolu dəfələrlə piyada getmişdik. Hücum gecəsində də hərəkətimiz adi heyətdən çox olmuşdu. Səhər uşaqlar qayıdandan sonra Rza Əhmədi ilə birgə təxminən dörd saat oyan-buyana qaçıb düşmənin silahlarını partlatmışdıq... Hər ikimizin ayağı yerlə sürünürdü. 522

Əgər dayansaq, daha qayıtmağa ümid yoxdur. Hərəkət elə! 522



İraqlılar təpələrin üstündə yerləşib hər bir silahla bizə atəş açırdılar. Allaha şükür edirdim ki, hələlik təpədən enmək haqda düşünmürlər. Öz mövqelərimizə çatmaq üçün mütləq təpələrin arasından keçməli idik, düşmən isə həmin yola atəş yağdırırdı. Kəşfiyyatçı uşaqlardan olan Davud Həsənpur da bizim kimi geriyə gedirdi. Təpələrə çatmamış bizi gördü və yaxınlaşdı. O da yorğun idi, amma heç bir söz demədən köməyə gəldi və Rəhimin digər qolunu çiyninə atdı. Otuz-qırx metr irəlidə yerə bir xərək düşmüşdü. Yaralı dostumuzu onun üstünə qoyub yola davam etdik. Atəş elə idi ki, daha kalaşnikov və pulemyot gülləsinə məhəl qoymurduq, onlar da lütfkarlıq edib yanımızdan ötürdülər. Mərmi və raket qəlpələrindən qorunmaq üçün isə yerə uzanmağa məcbur idik. Düşmənin müdafiə xəttinə yaxınlaşdıqca bu uzanıb-qalxmalar çoxalır və sürətlənirdi. 522

Düşünürdüm ki, bu müdafiə xətti bizim uşaqlarımızı yayındırmaq üçün qurulmuşdur. Çünki həmin qum təpələrinin üstünə ağır silah yerləşdirmək mümkün deyildi. Lakin düşmən də yaxşı bilirdi ki, geri qayıtmaq istəyən hər kəs bu iki təpənin arasından keçməyə məcburdur. Elə buna görə də, pulemyotları dəliyə dönmüşdü, dərə də cəhənnəmə. Dedim: «Ağa Rəhim, biz inşallah, buradan keçəcəyik, amma birdən sənə güllə də dəysə, gərək səsin çıxmasın». 523

Yorğunluqdan ayaqlarım sınmaq üzrə idi. Davud da mənim günümdə idi. Özümüzdən böyük və ağır bir yaralını daşıyırdıq. Rəhim də ağrıya dözürdü. Uzun bir keçiddən cəld keçməli idik. Bir an içində qaçmağa başladıq. O qədər bərk qaçırdıq ki, yazıq yaralı güllədən yox, güclü atılıb-düşmədən bir neçə dəfə qışqırdı. İnanılmaz olsa da, o cəhənnəmdən salamat çıxıb nisbətən təhlükəsiz olan ilk yerə çatdıq. Hər ikimiz Rəhimin yanında yerə sərildik. Məlum idi ki, düşmən yerləşəndən sonra bütün uşaqlar oranı belə keçmişdilər. Qalan yolu uşaqların əşyalarından təyin etmək olurdu. Onlar qayıdarkən üzərlərində olan hər bir ağır əşyanı – avtomatı, yük çantasını, qumqumanı, kəməri yerə atmışdılar. 523

Yemək və su üçün hər bir çanta və qumqumanı yoxlayırdıq, lakin hamısı bizdən öncə boşalmışdı. Sanki bizimlə mövqeyimiz arasındakı məsafə dartılıb uzanmışdı. Məyusluq məni daha da yormuşdu. Birdən Davudla eyni vaxtda bir meyvə şirəsi gördük. Necə də gözəl idi! Aclıqdan çıxmış adamlar kimi ona doğru qaçdıq. Üstümüzdə süngü yox idi. Meyvə şirəsini yerə qoyub kalaşnikovun ucu ilə başına bir zərbə vurdum. Rəhim də hay-küyə başladı: «Bir az da mənə verin... ölürəm!» 523

Sənin qanaxman var, su olmaz! Gəl, bir az meyvəsindən ye. 523



Meyvələri barmağımla götürüb ona verdim. Suyunu da Davudla birgə nuş etdik. Çox deyildi, amma o vəziyyətdə bizə yaxşı enerji verdi və yenidən yola düşdük. Hələ qarşıda 4 kilometr yolumuz vardı. Yolboyu bəzi yerlərdə yorğunluqdan yıxılıb qalanlar vardı. Yaralı deyildilər, amma yorğunluqdan tərpənə bilmirdilər. Kimə çatırdıqsa, yaralını daşımağa kömək etməsi üçün yalvarırdıq, amma onların nəinki yaralını daşımağa, heç danışmağa da taqətləri yox idi. Çoxunun vəziyyəti elə idi ki, onlardan nə isə istəməyə ürəyim gəlmirdi, amma özüm də yıxılmaq üzrə idim. Bitmək bilməyən o ağır dəqiqələrdə bir nəfər bizə yaxınlaşdı. Kəşfiyyat bölüyünün uşaqlarından idi. Kəşfiyyatçılar elə yetişdirilmişdilər ki, harada bir iş görürdülərsə, yaxınlaşır və başa çatdırmaq üçün əllərindən gələni edirdilər. 523

Bir neçə addım öndə tehranlı bir döyüşçü də bizə kömək etməyə başladı. Xərəyin dörd tərəfindən tutduq, yükümüz yüngülləşdi və nəhayət, günortaya yaxın söyüd ağacına çatdıq. 524

Dəstək yol çox çətinliklə salınmışdı. Millərin və lay dəmirlərin köməyi ilə relsə bənzər bir yol salınmışdı. Maşınlar quma batmadan onun üstü ilə hərəkət edirdilər. Yaralını rastlaşdığımız ilk təcili yardım maşınına qoyduq. Əlim boşaldı. Bu zaman bir əl mənə nə isə uzatdı; bir gilas şirəsi idi. Allah bilir ki, necə ləzzətli idi! İçdim və elə oradaca yolun kənarına yıxıldım. Hava soyuq idi, amma əsla üşümürdüm; nə soyuğu hiss edirdim, nə də aclığı. Yorğunluqdan huşsuzluğa bənzər yuxuya getdim. 524

*** 524

Yuxudan oyananda hələ də yorğun idim. Çəkmələrimi çıxardım. Barmaqlarım tərpənmirdi və çətinliklə addım atırdım. Birtəhər özümü kəşfiyyat bölüyünə çatdırdım. Ehtimal verirdim ki, işi davam etdirmək üçün plan var və kəşfiyyatçıya ehtiyac olacaq. Uşaqlar əməliyyat bölməsində idilər. Mən orada qalıb ertəsi günə qədər istirahət etdim. 524

Səhər çağı ikinci briqadanın komandir əvəzi Ələddin Nurməhəmmədzadə kəşfiyyatçı uşaqları toplayıb dedi: “Hər halda, bizim yenə planımız olmalıdır, gərək gedib bölgəni araşdıraq. Əlimizdən gələn ən kiçik iş budur ki, bölgədə qalmış yaralıların geri çatdırılmasına kömək edək”. Hamımız yorğun və işin sonucuna ümidsiz olsaq da, qardaş Ələddinin sözləri bizi hərəkətə gətirdi və nə olursa-olsun, irəliyə getmək qərarına gəldik. Avtomobilə minib yola düşdük. Altı nəfər idik: Bəni-Həsən, Möhsün Əsməi, Davud Həsənpur, Sadiq Eyvəzi, xoylu bir döyüşçü və mən. Bizdən başqa beş nəfər də Xala doğru getdi. Xalın sağ tərəfindəki təpələrdə Aşura diviziyası, sol tərəfində də Həzrət Rəsul diviziyası müdafiə mövqeyi seçmişdi. Bir qədər sonra avtomobil quma batdı və biz piyada getməyə məcbur oldu. Təpələrin bir-birinə bənzəməsi işimizi daha da çətinləşdirirdi. Bir təpədən yeni enmişdik ki, nə isə partladı və uşaqların üçü yerə yıxıldı: Möhsün Əsməi, Davud Həsənpur və xoylu döyüşçü. Hər üçü yaralanmışdı. İki nəfərlə mən qaldım. Yolu davam etdirməkdən başqa çarə yox idi. Mən həmin iki nəfərdən ayrılıb Xalın soluna doğru yola düşdüm. Orada Həzrət Rəsul diviziyasının şəxsi heyəti əkiz təpələrin üstündə vuruşurdu. Oraya yaxınlaşanda şəxsi heyətin mövqeyi boşaltmaqda olduğunu gördüm. Durbinlə baxıb əkiz təpəyə qalxan iraqlıları da gördüm. Tez özümü onlara çatdırdım. 524

Haraya gedirsiniz?! 524

Komandirimiz şəhid olub, iraqlılar da yaxınlaşırlar, daha nə üçün qalaq?! 525

Əhval-ruhiyyələri çox pis durumda idi. Haradansa beynimə belə bir fikir gəldi. Onlara dedim: «Diviziyanın qərargahından məni batalyonun komandiri təyin ediblər». 525

Heç bir söz demədən qəbul etdilər. Çox bacarıqlı olan iki-üç döyüşçünün köməyi ilə şəxsi heyəti təpəyə qaytardıq və orada yerləşdik. Yaxınlaşmış düşmənlə vuruşma şiddətləndi və bir neçə dəqiqədən sonra qaçmağa üz qoydular. Bir saat keçməmiş Həzrət Rəsul diviziyasının əməliyyat bölməsindən bir neçə nəfər gəldi. Məsələni öyrənib mənə təşəkkür etdilər. Daha orada işim qalmamışdı. Öz mövqelərimizə qayıtmaqdan ötrü təpədən endim, amma yorğunluqdan və aclıqdan yıxılmaq üzrə idim. İxtiyarsız olaraq, ara-sıra görünən xurma ağaclarına yaxınlaşdım. Ağacların arasında 500-600 metr məsafə vardı. Birinci ağacda xurmadan əsər-əlamət yox idi. Beləliklə, bütün ağacları gəzdim. Sonuncu ağaca söykənib məyus halda ikən yerə baxdım. «Bu nədir?» – Öz-özümə dedim. 525

Yerdə kiçik bir çıxıntı diqqətimi cəlb etdi. Torpağı kənara çəkəndə səbətin bir küncünü gördüm. Çətinliklə də olsa, səbəti çıxardım. Xurma ilə dolu idi. Xurmaları uşaqlara payladıq. Bir neçə qara xurmanı yeyib özüm də cana gəldim və ayağa qalxdım. Yolumun üstündə bir kolon canlı qüvvə gördüm. Soruşandan sonra öyrəndim ki, Aşura diviziyasının Fəcr batalyonudur və müdafiə üçün Qasim batalyonunun mövqeyinə gedir. Fikirləşdim ki, onlara tapşırılan yeri tapana qədər çox çətinlik çəkəcəklər. Buna görə onlara qoşuldum. Qasim batalyonu geri çəkiləndən sonra minalanmış sahəyə əhatəsi olan qum təpələrinin bir hissəsində müdafiə mövqeyi seçmişdi. Oraya çatandan sonra yeni məlumat öyrənməklə yanaşı həm də minalanmış sahəyə baş çəkmək məqsədilə yola düşdüm. Orada yaralıların qaldığını fikirləşəndə narahat olurdum. Bölgə atəş altında idi. Minalanmış sahənin yaxınlığında Həzrət Rəsul diviziyasından iki nəfər yıxılıb qalmışdı. Onlara yaxınlaşdım. Məqsədimi biləndə mane oldular. 525

Bizim halımız çox da pis deyil, özümüz geri qayıda bilərik. Sizin diviziyadan bir neçə nəfər orada sahədə qalıb, halları da pisdir. Gedin onlara kömək edin... 525



Dedikləri yerə getdim. Uzaqdan üç şəhid cəsədi və bir yaralı gördüm. Şəhidlər kəşfiyyat bölüyündən idilər: Rəhim Sürudi Təbrizdən, Məhəmmədrza Şəcəri Ərdəbildən və Nəxustin Miyandoabdan. Qrupun partladıcısı olan Nasir Həqşünas da yaralanmışdı. Rəhimin və digər şəhidlərin üzünə son dəfə baxdım. 525

Cəbhəyə gəlişindən şəhadətinə qədər məzuniyyətə getməmişdi. Vəlfəcr-hazırlıq əməliyyatında şəhid olan digər döyüşçülər kimi, onun da cəsədi illər sonra Fəkkə bölgəsindən tapıldı və şəhid məzarlığında torpağa tapşırıldı. 525



O, sağalıb yenidən cəbhəyə döndü və 1987-ci ildə Kərbəla-5 əməliyyatında şəhadətə qovuşdu. 526

Bilirdim ki, şəxsi heyət gələnə qədər orada qalmalıdırlar. Geri qayıtmaq üçün Nasirə kömək etdim. Sözlərindən başa düşdüm ki, onlar əməliyyatın davamı üçün kəşfiyyata, doqquzuncu briqadaya yol açmağa gəlibmişlər və iş zamanı minaya düşüblər. Narahatlığımı gizlədə bilmirdim. Qayıdanda uşaqların yerini göstərən yaralıları gördüm. Mən gedəndən sonra oraya bir raket düşmüş və birinin ayağı kəsilmişdi. Ürəyim od tutub yanırdı. Bir qədər öndə uşaqlardan bir neçəsini gördüm. Nasiri onlara verdim və başqa bir neçə nəfərlə qayıdıb tehranlı yaralıları geriyə apardıq. 526

Həmin gün ilk dəfə idi orada elə güclü atəş görürdüm. Bəzən bir anda otuz partlayış baş verirdi. Düşünürdük ki, düşmən 60 kalibrli raketlərini yan-yana düzüb və eyni anda atəş açır; necə idisə, bölgəni viran qoymuşdu. 526

Hava qaralanda Xalda yerləşmiş şəxsi heyətə çatdım. O qədər yorulmuşdum ki, gecə təmas xəttindəki səngərlərin birində yatdım. 526

Səhər çağı Seyid Sadiq Eyvəzini gördüm; sağlam və gümrah idi. Mənə dedi: “Mehdi, bəlkə gedək irəlidəki düşmən mövqeyinə bir baş çəkək?” Yola düşdük. Minalanmış sahədəki keçidlə gedirdik. Bir səngərin otuzmetrliyinə çatanda düşmən pusqusu olduğunu bildik. Səngərin keşikçisi bizi görmürdü. Bildik ki, düşmənlər bizim oradan hücum edəcəyimizi düşünmürlər və buna görə səngəri gizlətməmişlər. 526

Durbinlə ətrafı nəzərdən keçirib qayıtdıq. 526

Bir həftə hadisəsiz ötdü. Ordu birləşmələri mövqeyi Fəcr batalyonundan təhvil aldılar. Diviziyanın oradakı tapşırığı bitmişdi. Maşınlara minib bir neçə ay öncə kəşfiyyat bölüyünün yerini soruşduğum qərargaha qayıtdıq. 526

Firuz Vüfurinin, Mehdi Təcəllayinin, Rəhim Sürudinin və digərlərinin yeri boş idi. Çoxları da xəstəxanaya düşmüşdü. Qəribə hisslər keçirir və şəhidlərdən nə qədər uzaq qaldığımı fikirləşirdim. 526

Qərargah sədri qardaş Kəbiri bizi toplayıb diviziyanın vəziyyəti haqda danışdı. Təkidlə dedi ki, hamınız məzuniyətə gedirsiniz, amma işimiz çox olduğuna görə tez qayıtmalısınız, sizin hər birinizə ehtiyacımız var. 526

Çoxdan görmək istədiyim işlər yadıma düşdü. İmtahanlarda mütləq iştirak edib dostlarımdan geri qalmamaq istəyirdim. Çox israrla uzunmüddətli icazə aldım. 526

Bahar yaxınlaşırdı. Qırmızı qanları qumları yumuş və pak cəsədləri hələ Fəkkə çöllərində qalmış şəhidləri düşünürdüm. Mən bu dəfə yarasız, amma qəlbisınıq halda qayıdırdım. 526

I 527

1983-cü ilin baharının ilk günləri idi. Bir aydan çox idi Təbrizdə idim. Məhəlləmizin Müqavimət mərkəzinin uşaqlarından olan və Təbriz Sepahının Ali Şurasında çalışan Seyid Əjdər Mövlayini gördüm. Mənə dedi: «Əməliyyat ətri gəlir. İstəsən, birgə gedək». Sevincək evə getdim: «Seyid Əjdərlə birgə ziyarətə gedirik... Bəli, gedirik Məşhədə!» 527

Seyid Əjdər də işindən məzuniyyət götürdü. Birlikdə Təbrizin dəmiryol vağzalına getdik. Orada Rəhim Sarimini gördük. O da təkbaşına cəbhəyə gedirdi. Ezam yox idi. Birlikdə əvvəlcə Tehrana yollandıq, sonra isə Əhvazı, Dezfulu və Şuşu arxada qoyduq. Kərxədə salınmış körpüdən keçib özümüzü birtəhər Çənanəyə çatdırdıq. Diviziyanın orada olduğunu düşünürdük, amma dedilər ki, Aşura diviziyası Əbu Qüreybə köçüb. Üçümüz diviziyanı axtara-axtara Əbu Qüreyb bölgəsinə getdik və nəhayət, əməliyyat düşərgəsini tapdıq. Bizim gəlişimiz Vəlfəcr-1 əməliyyatı ilə eyni zamana təsadüf edirdi. Biz gecikdiyimizdən kəşfiyyat bölüyündə qalmalı olduq. 527

Vəlfəcr-1 əməliyyatının keçirildiyi bölgədə Həmreyn və Cəbəl Fövqi dağ silsilələrinin davamı olan yüksəkliklər vardı. 143, 145 və 165-ci təpələr Meysan adlı mühüm bir keçidə baxan mühüm təpələr idi. Bu keçid İraqın ən mühüm birləşdirici yollarından idi və Dəhliz adlanırdı. İraq bu həyati dəhlizi qorumaqdan ötrü böyük işlər görmüş, iranlı qüvvələrin yolunu bağlamaq üçün əlindən gələni etmişdi. Ən çətin maneələr o dərənin və keçidin içində idi. Dərə o qədər geniş idi ki, bir əməliyyat korpusu bütün imkanları ilə oraya yerləşərdi. Dərə maneələrin arasında itmişdi. İçində 1 km. məsafələrlə on üç ardıcıl kanal vardı, hər kilometr tikanlı məftillərdən və minalanmış sahələrdən ibarət beş 200 metrlik maneə ilə örtülmüşdü. Tikanlı məftillər həm yerə sərilmişdi, həm də topa-topa qalaqlanmışdı. Sahələri minalamaq üçün bütün mina növlərindən istifadə etmişdilər. 527

Yolun başqa bir əhəmiyyəti bu idi ki, Şərhani və Zübeydat zastavalarının arxasından keçib Bizirqan neft quyularına çatırdı. Vəlfəcr-hazırlıq əməliyyat zonası bu quyuların solunda, Vəlfəcr-1 əməliyyat zonası isə sağında qalırdı. Bu iki yerin arasında “Hur Sinaf” adlı böyük bir gölməçə vardı, Bəsrə-Əl-İmarə strateji magistralı da oradan keçirdi. Vəlfəcr-1 əməliyyatının məqsədi düşmənin cənub-qərblə əlaqəsini kəsməkdən ötrü həmin yolu məhdudlaşdırmaq idi. 527

Bölgədə olduğumuz üç gündə ağa Mehdini bir dəfə gördüm. Eşitmişdim ki, Vəlfəcr-hazırlıq əməliyyatında çox əziyyət çəkmişdi. Deyəsən, qərargah da əməliyyatın uğursuz olmasında Aşura diviziyasını günahlandırmışdı. 527

Hər halda, ağa Mehdini ilk dəfə o vəziyyətdə görürdüm. Bir həftədən çox idi bölgədə şəxsi heyətlə işləyirdi. Yemək-yatmaq bilmirdi, son günə qədər hamı ilə birgə ön xətdə iştirak edirdi. Onun iradə və bacarığı sayəsində Aşura diviziyası ilk dəfə orada öz qəhrəman simasını göstərdi. Uşaqlar digərlərindən tez və çox irəliləmişdilər. Aşura diviziyası bu əməliyyatda doqquz batalyonla iştirak edirdi. Qüds və Müslim ibn Əqil batalyonları təyin olunmuş yerlərə çatmışdılar, 143 və 145-ci yüksəkliklər fəth olunmuşdu, ancaq 165-ci yüksəklik qalırdı. Düşmən oradan bölgəni görür və bütün mövqelərə atəş açırdı. 528

Oranı ələ keçirmək bizim üçün çox əhəmiyyətli idi. Orada Meysan dəhlizinin bir hissəsi olan Bəcəliyyə adlı bir keçid vardı. Biz keçidə yaxınlaşmışdıq, amma düşmənin müqaviməti gözlənilməz idi. Uğurlu irəliləyişlərinə görə Aşura və Həzrət Rəsul diviziyalarının istiqamətindəki əks-hücumlar daha güclü idi. Diviziyanın komandir əvəzi Həmid Bakiri və kəşfiyyat bölüyünün komandiri Mustafa Mövləvi yaralanmış, kəşfiyyatçı uşaqların çoxu şəhid olmuşdu. Ağa Mehdinin üzündən yorğunluq və yuxusuzluq yağırdı. Başdan-ayağa toz-torpağın içində idi, amma bir an da dayanmırdı. Diviziya mövqeyi təhvil verib qayıdanda biz də oranı tərk etdik. Hər üçümüz Əndiməşkə getdik, oradan da qatarla özümüzü Tehrana çatdırdıq. Tehranda ilk dəfə olaraq, hava səfərinə çıxmaq istədim, amma bilet tapmadıq. Əvəzində orada bir kişi ilə tanış olduq. Deyirdi ki, Böyük Nanvayi adlı bir qohumu şəhid olub və dəfnində iştirak etmək üçün Təbrizə gedir. Biz onun şəxsi avtomobili ilə Təbrizə getdik. 528


Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə