Şəhadət aşiqləri



Yüklə 4,72 Mb.
səhifə6/73
tarix11.07.2018
ölçüsü4,72 Mb.
#54871
1   2   3   4   5   6   7   8   9   ...   73
Səhər saat 10-da yola düşdük. Kəşfiyyat komandasının başçısı Əlirza Həsənzadə idi. Çox yavaş yeriyirdik. Dərbədiyyədən bölgəyə girib 3 km. gedəndən sonra İrzal-1 bölgəsinə çatdıq. Bir neçə söyüd ağacı ilə əhatə olunmuş İrzal-1-dən qərbə doğru təxminən 1 km. yarım irəliləyib İrzal-2 adlı oxşar mövqeyə, eyni istiqamətdə hərəkətə davam edib 5 km.-dən sonra bircə söyüd ağacının olduğu yerə çatdıq. Təsadüfən, o yerə də Təkağac deyirdilər və ora bizim ilk kəşfiyyatımızın sonu idi. Günorta saat üçdə heç bir xüsusi hadisə ilə rastlaşmadan çadırlarımızın yerləşdiyi Təkağaca qayıtdıq. 509

İkinci kəşfiyyatım isə gecə vaxtı baş tutdu. Bu dəfə Seyid Sadiq Eyvəzinin başçılığı ilə hərəkət etdik. Hələ əməliyyat yolu çəkilmədiyindən Dərbədiyyəyə qədər piyada getməyə məcbur olduq. Oradakı qüvvə və imkanlarımız bir pusqu qədərincə olmasa da, ora bizim mövqeyimiz sayılırdı. 509

İrzal-1, İrzal-2 və söyüd ağacı mənə tanış idi, amma söyüd ağacından Xala doğru davam edəndə ürəyimə qəribə qorxu düşdü. Dərbədiyyə kimi Xal da qumluq idi və qaçaqçılar sərhəddən keçmək üçün oradan istifadə edirdilər. Düşmən Xalın ətrafındakı təpələrdə pusqu qurmuş, özünü də minalamışdı. 510

Gecə əməliyyatında iştirak etmiş və hətta düşmənin pusqusu ilə vuruşmuşdum. İndi isə sayımız çox az idi. Düşünürdüm ki, görəsən, düşmənlər bizim burada olduğumuzu bilsələr, nə baş verər. 510

Söyüd ağacından Xala qədər məsafə 2 km.-dən bir qədər artıq idi. Sanki qum təpələri kəlbətin dəstəyi kimi oranı mühasirəyə almışdı. Dərbədiyyəyə girəndə sanki kəlbətinə daxil olur, Xala çatanda isə çıxırdıq. Xala yaxınlaşdıqca qorxum da artırdı. Düşmən Xala yaxın təpələrdə pusqu qurmuşdu. Biz hətta lampaların zəif işığını da görə bilirdik. Hər tərəf bir-birinə bənzəyirdi, yalnız kompasın köməyi ilə hərəkət etmək olurdu. Yer salamat idi, hələ orada döyüş baş verməmişdi. Qışın yağışları təpələrin bəzi yerlərində otlar bitirmişdi. Qum tozunun qarşısını almaq üçün ağaclar əkmiş, bəzi yerlərə göydən qır səpmişdilər. 510

Xala yaxınlaşanda Eyvəzi dayanıb dedi: «Xaldan sonrakı sahənin minalanma ehtimalı çoxdur. Yaxşı olar ki, mina haqda daha çox məlumatı olan bir nəfər öndə getsin. Əgər mənim başıma bir iş gəlsə, bölgəni yaxşı tanımadığınıza görə burada sərgərdan olarsınız. Kim istəyirsə, önə keçsin». Uşaqların arxasında gizləndim. 510

Mina zərərsizləşdirmə təlimi keçmişdik, amma elə qaranlıqda və düşmənin yaxınlığında mina zərərsizləşdirmək hər kəsin işi deyildi. Hüseyn Səfaşur mətanətlə və əminliklə önə keçdi, biz də onun arxasınca yola düşdük. Xalın içində 1 km. gedəndən sonra hava işıqlanmağa başladı. O şəraitdə kəşfiyyatı davam etdirmək təxminən imkansız idi. Buna görə də, getdiyimiz yolla geri döndük və növbəti kəşfiyyat həyəcanı bununla başa çatdı. 510

Bu təcrübələrdən sonra gün ərzində dəfələrlə Xala gedib heç bir problemlə rastlaşmadan işimizi görüb qayıtdıq. Əslində, problem Xaldan sonra idi. Dərbədiyyədən Xala qədər 9 km. gedib-gələndən sonra komandirlərin ehtiyat xəbərdarlıqlarını eşidəndə öz-özümüzə deyirdim: «Bunlar da bizi ələ salıblar. Bu qədər ehtiyatla düz-əməlli kəşfiyyat aparmaq olmaz». 510

Bir dəfə Dərbədiyyədən Xala gedəndə bir avtomobil izi gördüm. Yoldaşımdan soruşdum ki, axı avtomobil burada nə edirmiş?! Biz Dərbədiyyəyə qədər 6 km. piyada, oradan da Xala yenə ehtiyatla gedirik, amma avtomobil buraya qədər gəlib... 510

Yəqin iraqlıların imiş. Bizim uşaqlarımızın belə ehtiyatsızlıq etmələri mümkün deyil. 511



Bir neçə gündən sonra öyrəndik ki, Sepahın komandirləri, o cümlədən, Quru qoşunlarının ovaxtkı komandanı qardaş Həsən Baqiri söyüd ağacına qədər maşınla gedirmişlər. Ondan sonra biz də ürəkləndik: «Kəşfiyyatçı qorxsa, bir iş görə bilməz!» 511

II 511

Vəlfəcr-hazırlıq əməliyyatı bölgəsində kəşfiyyata gedərkən ilk dəfə sistemli maneələrlə rastlaşdıq. Əvvəlcə tikanlı məftillər vardı, sonra minalanmış sahə gəlirdi; fişəng minaları, piyada, avtomobil və tank əleyhinə minalar cərgə ilə düzülmüşdü. Minalanmış sahədən sonra 200 metr boş ərazi vardı, ondan sonra yenə tikanlı məftillər, ardınca minalanmış sahə, sonra yenə 200 metr boş yer və sair. Maneələr İraq mövqeləri boyunca bu formada və 1 kilometr enində yaradılmışdı. Maneələrdən sonra eni 6 metr olan birinci kanala çatırdıq. Birinci kanaldan sonra yenə 1-2 kilometr enində sıx tikanlı məftil və minalarla dolu bir maneə gəlirdi. İkinci kanaldan sonra da müxtəlif formalı tikanlı məftillər və digər maneələr vardı. İlk müdafiə qüvvələri bütün bu maneələrin arxasında idi. Bundan əlavə, maneələrin arasındakı 2 kilometrlik ərazidə düşmən qüvvələri və pusqular yerləşmişdilər. Düşmən çox peşəkar iş görmüşdü. Təxminən qeyri-klassik və partizan kimi vuruşduğumuza görə elə geniş maneələr bizə təəccüblü gəlirdi. Həmin bölgə bir çox cəhətlərinə görə düşmənə önəmli idi. Səbəblərdən biri Bizirqan neft quyularının və əl-İmarə şəhərinin o istiqamətdə yerləşməsi idi. Bu maneə və kanalların arxasından keçən əl-İmarə-Bəsrə avtobanı İraqın şərqini cənub şərqinə birləşdirən yeganə yol idi. Arxadakı «Hur əl-himar» çayı böyük bir təbii maneə kimi alternativ yol salmağı imkansız edirdi. Elə Vəlfəcr-hazırlıq əməliyyatının məqsədi də İraqın şərq və cənub-şərq cəbhələrini bir-birindən ayırmaq, Bəsrə-əl-İmarə yolunu bağlamaq idi. Belə olduqda düşmən aşağıdakı cəbhələrini gücləndirə bilməyəcəkdi. Bölgənin əhəmiyyətini artıran başqa bir məsələ Dəclə çayı üzərindəki əl-Zeyr körpüləri idi. Avtobanın bir hissəsi həmin körpünün üzərindən keçirdi. Körpünün əhəmiyyəti barədə bunu demək yetər ki, onu təxminən bir briqada qoruyurdu. O körpü partladılsaydı, düşmənin yeni bir körpü salmaq üçün uzun zamana ehtiyacı olacaqdı və bu bizim üçün böyük uğur sayılardı. Müharibədə tam dağılmış sərhəd zastavalarımız İraq maneələrinin içində qalmış, onların əlaqə yolları get-gedə dağılıb itmişdi. 511

Bunlara əsasən, İraq tərəfi sərhəddə bir müdafiə mövqeyi qurub bölgə və maneələr üzərində ciddi iş görmüşdü. 511

Biz 70 saylı təpənin başında oturmuşduq. Birdən Çəmu bölgəsinə kəşfiyyata getmiş uşaqların qışqıra-qışqıra sürətlə bizə tərəf qaçdıqlarını gördük. Onların arxasınca bir SUV avtomobili gəlirdi. 512

Baxın, maşın uşaqları qatır! 512



Durbindən baxıb Əlirza Həsənzadəni və Rəhim Sarimini tanıdım. Əlirza qaça-qaça qumqumasının suyunu boşaldırdı. Rəhim Sarimi də qışqırırdı: «Hazır olun! Hazır olun!» Tez təpədən endik. Avtomobil təpənin yanında dayananda düşərgədəki kəşfiyyatdan olduqlarını bildik. Uşaqlar çox ləhləyirdilər; avtomobilin düşmənə aid olduğunu düşünüb bir neçə kilometr qaçmışdılar. 512

Eşitmişdik ki, bölgədə işləyən digər diviziyaların uşaqları bir neçə dəfə İraq kəşfiyyatçıları ilə rastlaşmışlar. Sonuncu dəfə isə Həzrət Rəsul diviziyasının kəşfiyyatçılarından birinin düşmən tərəfindən əsir tutulduğunu eşitmişdik. 512

Zaman ötdükcə briqadada kəşfiyyatçı çatışmazlığı özünü göstərirdi. Briqadanın kəşfiyyatçılarının bir qismi öz bacarıqlarını göstərmişdilər, azsaylı bir qismin də kəşfiyyat bölüyünə uyğun olmadığı üzə çıxmışdı. Nəhayət, kəşfiyyat bölüyünə bir qədər döyüşçü verdilər, amma əksəriyyəti işə yaramırdı. Onların bəzisini görəndə düşünürdük ki, axı cəbhəyə ilk dəfə gəlmiş bu uşaqlar necə bu bölüyə düşmüşlər! Bir neçə ayın içində özümün bu bölüyə gələrkən “kəşfiyyat” sözünün mənasını və kəşfiyyatçının işinin nədən ibarət olduğunu bilmədiyim günləri unutmuşdum. O vaxt bir dostumu axtara-axtara gəlib kəşfiyyata çıxmışdım. Mehdi Təcəllayi, Mehdi Dalani, Möhsün Əsməi, Mehdi Salmanpur, Məhəmmədrza Bəni-Həsən və Hüseyn Nuri də briqadanın kəşfiyyat bölüyünə qoşulanlardan idilər. Onların gəlişindən sonra qardaş Rza Əhmədi briqadanın kəşfiyyat bölüyünə komandir təyin olundu. O, özünə iki müavin götürdü: Bəni-Həsən icra işləri üzrə, Rəhim Sarimi isə əməliyyat üzrə. Onda kəşfiyyat bölüyünə avtomobil də verdilər. Uşaqların sözü ilə desəm, bölüyün vəziyyəti yavaş-yavaş yaxşılaşırdı. 512

Əli Təcəllayinin kiçik qardaşı idi və vəlfəcr-hazırlıq əməliyyatında şəhadətə qovuşdu. 512



Dəyişikliklər davam edirdi. Sepah əməliyyat korpusları yaratmağa başlamışdı. Bu məqsədlə Həzrət Rəsul, Aşura və Nəsr diviziyalarından ibarət on birinci Qədr korpusu yaradıldı. Qardaş Abbas Kərimi Qədr korpusunun kəşfiyyat bölüyünün, Məsud Şücaifər də Aşura diviziyasının kəşfiyyat bölüyünün komandiri təyin olundu. Tezliklə Həzrət Rəsul diviziyasının kəşfiyyat qüvvələri də Təkağaca gəldilər və ondan sonra təxminən müştərək fəaliyyətlər başladı. Həzrət Rəsul diviziyasının bəzi kəşfiyyatçıları Aşura diviziyasının hücumçu qüvvələrinə yol göstərirdilər, bizimkilərin də bəzisi hücum gecələrində bələdçilik üçün Həzrət Rəsul diviziyasına qoşulurdular. 512

Həzrət Rəsul diviziyasının kəşfiyyat bölüyünün rəhbərlərindən olan qardaş Hüseyn Allahkərəm bəzən Qədr korpusunun kəşfiyyatçıları önündə çıxış edirdi. Əməliyyatda qələbə çalacağımız təqdirdə bizə verdiyi vədlər xoşumuza gəlirdi. O, bəlkə də uşaqları ruhlandırmaq üçün hərbi vəzifə və rütbə sözü verirdi. 513

Həmin günlərdə düşmən mediası yalançı qələbələrindən dəm vurur, hətta əsirlərin adlarını da çəkirdi. İraqlıların məni də “əsir tutduqlarını” eşidəndə təəccübdən mat qaldım. İraq ordusunun kəşfiyyat şəbəkəsi nə qədər fəal imiş! Aşura diviziyasının ikinci qərargahından olan 200 əsirin içində mənim və Məhəmmədbaqir İbadinin də adı çəkilirdi. Düşmənin bu psixoloji hücumu həm döyüşçüləri, həm də yeganə məlumat mənbəyi radio və televiziyalar olan xalqı ruhdan salırdı. Düşmənin bu təbliğatı yalnız radio ilə məhdudlaşmırdı. Get-gedə uşaqların arasında da qəribə pıçıltılar yayılmağa başladı. 513

Şəhid Məhəmmədbaqir Məşədi İbadi Xeybər əməliyyatında İmam Hüseyn (ə) batalyonunun komandiri ikən şəxsi heyətilə birgə mühasirəyə düşdü. Son güllələrinə qədər vuruşandan sonra bəzisi əsir düşdü, çoxu isə qərib şəkildə şəhadətə qovuşdu və pak cəsədləri sonradan axtarış zamanı tapıldı. 513



Bir neçə gün idi Qasim batalyonuna get-gəlimiz çoxalmışdı. Kəşfiyyat işində irəliləyişlərdən sonra batalyon və bölük komandirlərini bölgəyə aparıb yerləri yaxından göstərirdik. Qasim batalyonu düşmən mövqelərini yaran ilk hücumçu idi, biz də onun kəşfiyyatçısı. Batalyonun komandiri Yasir Zirək, müavini də Məhəmmədbaqir İbadi idi. Mən onların hər ikisini öncədən tanıyırdım. Onların orada olması mənim batalyona daha çox getməyimə yaxşı bəhanə olmuşdu. Bir dəfə Qasim batalyonunun komandir çadırına girəndə həmişəkindən çox deyib-güldüklərini gördüm. Biri dedi: «Hə, biri də İmam Mehdini (ə) görüb!» 513

Bu nə deməkdir?! İmam Mehdini (ə) görməyə gülərlər?! 513

Bilmirsən özlərindən necə əmrlər çıxarıblar! Guya ağa deyib ki, əməliyyata başlasanız, mütləq məğlub olacaqsınız. Çünki İmam Mehdi (ə) duasını oxumursunuz! 513

Guya birinə də deyib ki, mən kanalın içindəki balonların arxasında gizlənmişəm... 513



Uşaqlarda olan bu məlumatlara təəccübləndim. Biz o vaxta qədər kanal və düşmənin partlayıcı maddələrlə doldurduğu balonlar haqda kimsəyə söz açmamışdıq. Hücum gecəsi ümumi məlumatlandırmadan öncə bu informasiyaların yayılması əməliyyatın üstünün açılmasına səbəb olardı. Lakin iş o yerə çatmışdı ki, hər kəsin dilindən geniş informasiya ala bilirdik. İmam Mehdi (ə) ilə görüş iddiasında olanlar get-gedə heç kimlə danışmadılar. Bir dəfə bölgə haqda məlumat vermək üçün batalyonun komandir çadırına getmişdim. Oraya özünü lallığa vurmuş bir adamı gətirdilər. O, kağızın üzərinə belə yazdı: «Fərəc duası oxumadığınıza görə sizinlə danışmıram». 513

Mənim qardaşım, İmam Mehdi (ə) ilə görüşən adamın bu qədər ağlı olar ki, bu əlaqəni qorusun və ona-buna deməklə gözdən salmasın. 514



Bunları çox deyirdik. Bu işlərin mənfi təsiri o qədər böyük idi ki, döyüşçülər komandirlərin sözlərinə qulaq asmırdılar. Onlar uşaqların həssas nöqtələri üzərində dayanırdılar. Bəzi döyüşçülər inanırdılar ki, kimsə İmam Mehdi (ə) ilə görüşdüyünü desə və bir qədər də özünə ətir vursa, həqiqətən də görmüşdür. 514

Yalan-doğru məlumatlar və bəzi xurafatlar çox yayılmışdı. Bir dəfə batalyon uşaqlarının camaat namazına qatıldım. İmamlıq edən ruhani deyirdi: «Əsla qorxmayın, çətin bir şey yoxdur. Yalnız iki kanal var, bir qədər minalanmış sahə, tikanlı məftillər və qum üstündə yürüş. Bunları keçəndən sonra düşməni məhv edəcəksiniz!» Təəccübümdən qışqırmağa qalmışdım. Onun sözləri iki namaz arasındakı dini söhbətdən çox əməliyyatdan az öncə verilən informasiyaya bənzəyirdi. 514

Tezliklə digər batalyon və diviziyalarda da oxşar cərəyanların olduğunu öyrəndik. Mənbənin eyni olduğu bəlli idi. Diviziyanın birinci briqadasında iki nəfər də İmam Mehdini (ə) görmüş və uşaqların arasında yeni məlumatlar yaymışdılar. Tezliklə kəşfiyyatçılardan da bir nəfər imamı “gördü”. Adət üzrə bu məlumat da ağız-ağız dolaşdı. Bu cərəyanı susdurmaq üçün ciddi qərar verildi. Diviziya komandirinin əmri ilə Aşura diviziyasında belə xəbərlərin mənbəyi olan döyüşçülər həbs olundular. Onların bəzisinə qamçı cəzası verildi, bəzisi də cəbhədən qovuldular. Beləliklə, bu yalanlar bitdi. 514

Hər gün ötdükcə batalyonlar əməliyyatda iştirak etməyə daha çox hazırlaşırdılar. Təlimlər ciddiləşmişdi. Maneələri aşmaq üçün təlimlər keçirilir, saatlarla yük çantası ilə piyada yol gedirdilər. Bu, gündəlik təlim idi. 514

Onlar gecələr təlimə gedib sübh namazına yaxın qayıdırdılar. Əməliyyatda iştirak etmək üçün fiziki hazırlıq baxımından belə məşqlər vacib idi. Maneə və kanallardan keçmək problemi nərdivan vasitəsilə həll olunmuşdu. Qərara alınmışdı ki, hər dəstə özü ilə 6 metr uzunluğunda iki nərdivan götürsün. Altımetrlik nərdivanı aparmağın çətin olduğu bilinəndə hər nərdivanı iki-üçmetrlik hissəyə böldülər. Nərdivanların kiçik bir qismi alüminiumdan, qalanı isə dəmirdən idi. Bundan əlavə hər bir döyüşçünün yük çantası və silahları da vardı. Düşünürdüm ki, uşaqlar bu ağır yüklə qum üstündə kilometrlərlə yol gedib yorulandan sonra maneələri aşmalı, pusqu ilə vuruşmalı və mövqeni təmizləməlidirlər. Görəsən, bunu bacaracaqlarmı?! 514

I 516

Tapşırıqlar verildi. Əvvəlcə qərara alındı ki, Aşura diviziyasının sağ tərəfindən Nəsr diviziyası hücuma keçsin, lakin bu qərar çox tezliklə ləğv olundu və sağ tərəfi də Aşura diviziyası öz üzərinə götürdü. Bizim sol tərəfimizdən, yəni əməliyyat bölgəsinin cənubundan Həzrət Rəsul diviziyasının Hücr və Kumeyl batalyonları hücuma keçəcəkdi. Sol tərəfdəki Xala çatana qədər Hücr batalyonunun öhdəsinə düşən hissə bizimlə müştərək idi. Xalda biz sağ tərəfə gedəcəkdik, onlar sol tərəfə. Əməliyyatda diviziyanın briqadalarının vəzifələri də müəyyən olunmuşdu. İkinci briqadanın hədəfi İraqın Tavusiyyə və Rəşidiyyə zastavalarının arası, düşmənin təmas xəttindən 9 kilometr içəri idi. Bu bölgə maneələrdən başlayıb İraq zastavaları arasındakı əlaqə yoluna qədər davam edirdi. Biz orada müdafiə mövqeyi tutub dərhal sağ cinahda istehkam qurmalı idik. Bu istehkamın köməyi ilə düşmənin Fəkkə istiqamətindən olan bütün əks-hücumlarının qarşısını ala bilərdik. Qasim və Mehrab şəhidləri batalyonları Aşura diviziyasının ilk hücumçuları idilər. Onlara Müslim və Əli-Əsgər batalyonları dəstək verəcəkdi. Əməliyyatı doqquzuncu briqada davam etdirəcək, müvəffəqiyyətdən istifadə edib irəliləyəcəkdi. 516

Sol Xal və ya Yeni Xal ərazisi bu gün Fəkkə qətlgahı kimi məşhurlaşmış yerdir. Bizim çoxlu yaralılarımız orada şəhadətə qovuşdular və cəsədləri müharibədən bir neçə il sonra tapıldı. 516



Əməliyyatdan bir gecə öncə son kəşfiyyata getdik. Yolun bilinməsi üçün malyutka raketinin məftilindən istifadə edəcəkdik ki, əməliyyat gecəsi yolu tapmaqdan ötrü gecikməyək. Yaxşı plan idi. Düşmən məftili görsəydi belə, onun bəlli bir başlanğıcı və sonu olduğunu təxmin etməz, yerə düşmüş bir məftil olduğunu düşünərdi. Yalnız kəşfiyyatçılar bilirdilər ki, söyüd ağacından Xala qədər 4 km. uzunluğunda malyutka məftili var və minalanmış sahənin yanında bir dirəyə düyünlənmişdir. Oradan sahənin içinə bir yol açılmalı idi. 516

Ehtiyatla qumların arasından məftil çəkərkən birdən avtomat güllələrinin səsi gəldi. Bir müddət özümüzü itirib düşmənin bizi görməsindən qorxduq. Qayıdandan sonra öyrəndik ki, Həzrət Rəsul diviziyasının istiqamətində çalışan Rza Əhmədi ilə Məhəmməd Rahət minalanmış sahənin arxasındakı birinci kanala qədər getmiş, sahədən keçəndə bir səngər görüb dağılmış boş səngər olduğunu düşünmüş və ona yaxınlaşmışlar. Məhəmməd səngərə girəndə ucaboy bir iraqlı ilə üzləşib. Yuxulu iraqlı onu boğmaq istəyən Məhəmmədi görüb qışqırır və bayırdakı keşikçi bunu eşidir. Qısası, onlar həmin bölgədən qaçmışdılar. Bizi də narahat edən güllələr həmin iraqlıların silahlarından açılmışdı. 516

Hava qaralmaqda idi. Canlı qüvvənin toplaşdığı Dərbədiyyədə sükut pozulmuşdu. Əməliyyat zamanı gəlmişdi. Qasim batalyonunun ikinci bölüyünü mən aparmalı idim. Bölüyün komandiri Rza Dirəxşan, müavini də Həbib Azərniya idi. Arxamızda qardaş Söhrabinin başçılıq etdiyi birinci bölük, önümüzdə də Mehrab şəhidləri batalyonunun bir bölüyü gedirdi. İlk mina sahəsinə qədər yolumuz bir idi. Orada onlar sağa dönəcəkdilər. Hamıdan öndə gedən Rza Əhmədi bütün Qasim batalyonunu aparırdı, onun arxasınca isə partladıcı bölüyün uşaqları hərəkət edirdilər. 517

Vəlfəcr-hazırlıq əməliyyatı 07.02.1983 tarixində Fəkkə və Çəzzabə bölgəsində “Ya Allah! Ya Allah! Ya Allah!” parolu ilə baş tutdu. 517



Bir neçə gün idi düşmənin hava hücumları güclənmişdi. Onlar bölgəni bombalamaq və yuxarıdan foto çəkmək üçün tez-tez gəlirdilər. Kəşfiyyat işləri də güclənmişdi. Bütün bunlar bizdən şübhələndiklərini göstərirdi. O günə qədər baş vermiş bütün hadisələrə rəğmən, ümidvar idik ki, düşmənin fəaliyyətini artırması əməliyyatdan duyuq düşməsi ilə bağlı deyil. Hələ hərəkət başlamamış birdən bir RPG raketi atıldı. 517

İnanmıram! RPG, özü də burada?! Düşmənin gözünün önündə olan Dərbədiyyədə! 517



Bütün komandirlərin üzünə narahatlıq çökdü. Döyüşçülərimizdən biri bilmədən, ya da bilərəkdən bir RPG raketi atmışdı. 517

Bundan əlavə, yolun uzunluğuna görə təyin olunmuş vaxtdan tez hərəkət etməyə məcbur idik. Düşmən də 82 saylı təpədən yolun bir hissəsini görürdü. 517

Hərəkət başlayanda günəş hələ səmanın sinəsində idi. Kolon Mahur təpəsinin arası ilə gedirdi. Öz yüklərindən əlavə ağır nərdivanları da aparan uşaqları fikirləşirdim. Get-gedə canlı qüvvənin yorğunluğu hiss olundu, kolonun səs-küyü çoxaldı və addımlar ağırlaşdı. Əsas yolu birləşdirmək, əməliyyatı və hücumçu qüvvələri dəstəkləmək bir qədər zaman tələb edirdi. Bu baxımdan, döyüşçülər bir neçə saat vuruşmaq üçün əlavə silah-sursat götürməyə məcbur idilər. Qum üzərində 16 km. yol getmək bizi yormuşdu. Get-gedə yol çətinləşir, sürət azalır və yüklər ağırlaşırdı... 517

Söyüd ağacına qədər ikinci briqadanın bütün batalyonlarının yolu bir idi. Ondan sonra isə hər bölük bir tərəfə gedəcəkdi. Yorğunluğu çıxsaq, xüsusi bir problem yaşamadan söyüd ağacına çatdıq. Kimin üzünə baxırdımsa, öz-özümə düşünürdüm: «Bu adam yolun sonunda hansı vəziyyətdə olacaq?!» 517

Hücum söyüd ağacından başlayacaqdı. Mehrab şəhidləri batalyonunun iki bölüyü bizimlə idi. Onların biri Xala qədər 270 dərəcə istiqamətində təxminən 2 km. irəliləyəcəkdi, o biri də Xalın sağ tərəfində yerləşən Çəmuya gedəcəkdi. Söyüdə çatandan sonra onlar bizdən ayrıldılar. 517

Xala gedən bölük vaxtında çatmışdı, amma Çəmuya gedənlər azmışdılar. Həmin istiqamətdən əməliyyat gec başlayanda bir hadisə baş verdiyini anladım. Sonradan öyrəndim ki, həmin bölüyü aparan kəşfiyyatçı sinə kəmərindən avtomat daraqları asıbmış. Daraqlar metal olduğundan kompasa təsir etmiş və yolu səhv getmişlər. Onlar 2 km. gedəndən sonra səhv getdiklərini bilib söyüd ağacının yanına qayıtmış və yenidən hərəkətə başlamışdılar. Bu isə şəxsi heyəti çox yormuş və onlarda ruh düşkünlüyü yaratmışdı. 518



Bölük hərəkətə hazır oldu. Əlim malyutka məftilinə dəyəndə daha da əmin oldum. Söyüd ağacından maneələrin başlanğıcına qədər 4 km. yol vardı. Bütün diqqətim yolu dəqiq təyin etməyə yönəlmişdi. Bölüyün komandiri şəxsi heyəti yoxlayıb vəziyyəti kəşfiyyat nümayəndəsinə məruzə etməli idi. Məftilin kənarı ilə 2 km. gedəndən sonra birdən-birə şəxsi heyətin vəziyyətini öyrənmək beynimə düşdü. Təlim zamanı bu barədə kəşfiyyatçılara tapşırıq verilməmişdi, amma qəlbən narahat idim. Kəşfiyyatçı uşaqların biri yanımda idi. Ona dedim: «Qayıt, gör kolonun vəziyyəti necədir, uşaqlar necə gəlirlər». 518

Ağa Mehdi, sənin arxanca yalnız dörd-beş nəfər gəlir, başqa heç kim yoxdur. 518



Təəccüblə bölüyün komandirinə baxdım. 518

Qardaş Dirəxşan, bəs şəxsi heyət haradadır? 518



O, məndən də çox təəccüblənmişdi. Çox narahat oldum. İlk dəfə idi şəxsi heyəti aparırdım. Çiynimdə ağır yük vardı; arxamca təxminən iki batalyon adam gəlirdi. Bizim səhvimiz yalnız hücumçu bölüyün işinə yox, həm də həmin iki batalyonun hərəkətinə təsir edərdi. O qaranlıqda və yalqız durumda bizdən arxada gələn bölüklə əlaqə saxlamaq yadımıza düşdü. Bizə belə cavab verdilər: «Bəli, sizin bölüyün şəxsi heyəti bizim önümüzdə gedir». 518

Məsələni diviziyanın qərargahına bildirdik. Mən həmin dostumu kolonun başını tapmağa göndərdim. Bir müddət sonra bizə çatdılar. Yorğunluq öz işini görmüşdü. Uşaqlar yol yeriyə-yeriyə yuxulayır, yorğunluqdan yıxılırdılar. Kifayət idi ki, biri bir neçə addım geciksin və taqımın başçısı bilməsin. Bu zaman kolonun arasında məsafə yaranırdı. Belə olduqda isə qaranlıqda və Mahur təpələrinin bir-birinə bənzədiyi bir bölgədə azmaq çox təbii hadisə idi. 518

Şəxsi heyət bizə çatanda bildik ki, aramızda təxminən 300 metr məsafə yaranıbmış. Onlar təsadüf nəticəsində yolu doğru gəlirmişlər. Kolon bir-birinə birləşdi, mənsə onun yenidən qırılmasından qorxurdum. Düşünürdüm ki, nə olur-olsun, bölüyün bütün şəxsi heyəti bir-birinə birləşməlidir. Partladıcı bölüyün uşaqlarında həmişə uzun parça lentlər olurdu. Onların birinə dedim: «Lentləri kolonun uzunluğu qədər açın, hamı lentdən tutsun və bir hadisə baş versə, digərləri bilsinlər». 518

Uşaqlar yorğun idilər. Əvvəldə bir saata 4 kilometr gedirdiksə, indi 500 metr gedə bilmirdik. Minalanmış sahəyə qədər hələ uzun yol vardı. 519

Kolonun hərəkətindən yenicə arxayın olmuşdum ki, bizdən öndə, düz yolumuz istiqamətində bir partlayış baş verdi. Hirsləndim. Bilirdim ki, bizdən öndə Mehrab şəhidləri batalyonunun bir bölüyü gedir. Onlar elə əvvəldə diqqətsizlik edib bir minanın üstünə çıxmışdılar. Bu hadisə öz yollarında baş versəydi, bu qədər narahat olmazdım. Hər-halda, addımlarımızı sürətləndirdik. Onlara çatanda fişəngi söndürürdülər. Mina partlayanda kəşfiyyat bölüyündən iki nəfər – Mehdi Təcəllayi və Rəhim Sarimi yaralanmışdı. Xoşbəxtlikdən, həmin bölükdə başqa bir kəşfiyyatçı da var imiş və yolun davamında onlara kömək edə bilərdi. Bundan əlavə, bölüyün komandiri Məhəmməd Məhəmmədi də zirək uşaqlardan idi və yolu tanıyırdı. Onlar dayanmadan yollarına davam etdilər. Biz isə orada işimizə başlamalı idik. 519

Minalanmış sahə önümüzdə idi. Partladıcı bölüyün uşaqları kolonun önündə yol açmağa hazır idilər. Mehdi Salik tikanlı məftili açıb içəri girdi. Ondan sonra Rza Əhmədi önə keçdi ki, köməkləşib sahəni tez təmizləsinlər. Partladıcı bölük sahənin vəziyyətindən və minaların düzülüşündən xəbərdar idi və heç bir problem olmadan işləyirdi. Əksər minaların yerini təxmin edirdilər və iş çox sürətlə irəliləyirdi. Tezliklə sahədə bir metr yarım enində bir keçid açıldı. Onlar bir neçə addım öndə minanı zərərsizləşdirirdilər, kolon da bir addım məsafə ilə arxalarınca gəlirdi. Hələ sahədən çıxmamış sol cinahımızda, Nəcəf-əşrəf diviziyasının olduğu yerdə atışma başlandı. 519


Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə