Səfir Riçard Morninqstarın Çıxışı Xəzər Neft və Qaz Sərgisi qəbul mərasimi Bakı, Azərbaycan 3 iyun, 2014-cü IL



Yüklə 237,17 Kb.
Pdf görüntüsü
tarix01.07.2018
ölçüsü237,17 Kb.
#52694

background image
STENOQRAM 

 

 



Səfir Riçard Morninqstarın Çıxışı  

Xəzər Neft və Qaz Sərgisi qəbul mərasimi  

Bakı, Azərbaycan 

3 iyun, 2014-cü il  

 

Bütün iştirakçıları ABŞ Səfirliyi, Britaniya Səfiri cənab İrfan Siddiq və 



Londondan bura səfər etmiş professor, Baş Nazirin Ticarət Nümayəndəsi Çarlz 

Hendrinin adından salamlayıram.   

 

Çıxışıma başlamazdan öncə burada iştirak edən bütün sponsorlara təşəkkür 



etmək istəyirəm. Onların adları arxada yerləşdirilmiş plakatda qeyd edilmişdir. 

Sponsorların dəstəyi olmasaydı, bu tədbir baş tutmazdı. Eyni zamanda 

“AzerSun” tərəfindən göndərilmiş böyük gül buketini də xüsusilə qeyd etməyə 

bilmərəm.  

 

Bu, Xəzər Neft və Qaz Sərgisinin keçirilməsinin 21-ci ilidir. 19-cu dəfədir ki, 



Britaniya və Amerika Səfirlikləri Xəzər Neft və Qaz Sərgisinin şərəfinə təşkil 

olunmuş qəbul mərasimi keçirirlər. Məncə onların əksəriyyətində mən 

olmamışam, lakin on doqquz qəbul mərasiminin bir çoxunda iştirak etmişəm.    

 

Bütün bu vaxt ərzində enerji istehsalçısı kimi Azərbaycanın rolu əhəmiyyətli 



dərəcədə dəyişmişdir. Bakı-Tbilisi-Ceyhan boru kəmərinin inşası ilə 

Azərbaycan dünya bazarlarının əsas neft təchizatçısına çevrilmişdir. Hazırda biz 

Azərbaycanın Avropanın əsas qaz təchizatçısına çevrilməsinə imkan verəcək 

Cənub Qaz Dəhlizinin inşasının şahidi oluruq.  

 

Son iyirmi il ərzində ABŞ-ın regiondakı enerji siyasətinin məqsədi dəyişməz 



olaraq qalmışdır. Birincisi, biz həmişə Azərbaycanın güclü və müstəqil dövlətə 

çevrilməsi üçün enerji resurslarının işlənilməsində ona kömək etmək istəmişik. 

Güclü və sabit Azərbaycan regional sabitliyə töhfə verir və qlobal enerji 


background image
 

bazarları ilə münasibətdə region, eləcə də Avropa və bütün dünya bundan 



faydalanır.          

 

İkincisi, biz hər zaman Azərbaycanın enerji resurslarının Avropaya və dünya 



enerji təchizatına töhfə verməsini istəmişik. Qlobal enerji təchizatının 

şaxələndirilməsindən hər kəs faydalanır.   

 

Aydındır ki, ötən iyirmi il ərzində bu məqsədlərə nail olunması istiqamətində 



böyük tərəqqi əldə edilmişdir. İndi heç kəs Azərbaycanın qlobal enerji 

təchizatına verdiyi əhəmiyyətli töhfəni şübhə altına ala bilməz.  

 

Belə bir tədbirdə qeyd etmək yerinə düşərdi ki, Azərbaycanın enerji sektorunun 



inkişafında Azərbaycan hökuməti ilə birgə əməkdaşlıq əsasında fəaliyyət 

göstərən böyük operatorlardan və böyük şirkətlərdən tutmuş kiçik sub-

podratçılara qədər bir çox şirkətlərin əməyi olmuşdur.   

 

Bu cür böyük şirkətlərin bir çoxu bugünkü qəbul mərasiminin keçirilməsinə də 



töhfə vermişlər. Bir daha sizə təşəkkür edirəm, diqqətinizə görə minnətdarlığımı 

bildirirəm və ümid edirəm ki, bu axşam hər biriniz üçün maraqlı və məhsuldar 

keçəcəkdir və mən mikrofonu Səfir Siddiqə ötürürəm.   

 

 



 

### 


 

Yüklə 237,17 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə