Şəffaflıq Azərbaycan təşkilatının 2013-2016-cı illər üçün Strateji Planının icrası üzrə hesabat



Yüklə 224,31 Kb.
tarix02.12.2017
ölçüsü224,31 Kb.
#13538

Şəffaflıq Azərbaycan təşkilatının 2013-2016-cı illər üçün Strateji Planının icrası üzrə HESABAT

İdarə Heyətinin 31 Yanvar 2017-ci il iclasında təqdim olunmuşdur.
Strateji hədəflər, başlıca fəaliyyətlər və onların nəticələri





Hədəflər

Strategiya

Nəticə

1

Yerli səviyyədə əhalini korrupsiyaya qarşı mübarizəyə səfərbər etmək.

HMM və HRM-lərin işinin təşkili

Nəticə tam əldə olunmuşdur




Korrupsiyaya qarşı fəaliyyət gündəliyini təşviq etmək üçün yerli səviyyədə əhali səfərbər edilməli, dövlət orqanları ilə münasibətlərdə öz hüquqlarını daha yaxşı anlamaq və müdafiə etmək üçün hüquqi məlumatlarla təmin edilməlidir.

Bakı, Quba, Gəncə, Şəki və Lənkəranda yerləşən HMM və HRM-ləri vasitəsilə Şəffaflıq Azərbaycan təşkilatı korrupsiya qurbanlarına ixtisaslaşmış və peşəkar yardım göstərir, eləcə də digər hüquqi məsələlərlə bağlı vətəndaşlara və biznes qurumlarına hüquqi məsləhətlər verir.

ŞA-nın mərkəzləri 6570 nəfərə hüquqi yardım göstərmişdir. ŞA-nın hüquqşünaslarının köməyi ilə onlardan 1153-ünün şikayəti üçün müraciət edilmişdir. 497-si həll olunmuşdur. Hələ də düzgün ünvanlanmamış və ya cavab verilməmiş çox sayıda şikayət qalmaqdadır.


2

Məhkəmə sistemini islahatlar keçirməyə inandırmaq.

Strateji məhkəmə çəkişmələri və məhkəmələrin monitorinqi.

Nəticə tam əldə olunmuşdur




Məhkəmə sistemi korrupsiyaya qarşı bütün islahatların əsas sütunlarından biridir və insanların öz hüquqlarını müdafiə etməsi üçün alət olmalıdır. Lakin məhkəmələrin icra hakimiyyətindən asılılığı, eləcə də insanların hüquqi məlumatlılıq səviyyəsinin aşağı olması məhkəmə sistemində pozuntulara səbəb olur.

HMM və HRM-lərin hüquqşünasları məhkəmələri monitorinq edəcək və strateji məhkəmə çəkişmələrində (mülki işlərdə) müştəriləri təmsil edəcəklər.

ŞA-nın Quba ofisi strateji məhkəmə davalarına qoşulsa da, Gəncə və Bakı ofisləri heyətin çatışmamazlığı səbəbindən qoşulmamışdır. Yeni plana görə Bakı ofisi də bu fəaliyyətə qoşulacaq.

3

Əhalinin daha geniş təbəqəsinə çıxış əldə etmək.

İctimai yardım proqramları təşkil etmək.

Nəticə tam əldə olunmuşdur




Vətəndaşları korrupsiyaya qarşı fəaliyyətlərə cəlb etmək və beləliklə, korrupsiyanın onların həyatında mənfi təsirini azaltmaq üçün Şəffaflıq Azərbaycan əhalinin daha geniş təbəqəsinə çıxış əldə etməyi hədəfləyir.

HMM və HRM-lər qadınlar və gənclər kimi nisbətən daha müdafiəsiz kateqoriyadan insanlar üçün hüquqi maariflənmə tədbirləri keçirəcək, eləcə də kənd sakinləri üçün yerlərdə hüquqi maariflənmə tədbirləri təşkil edəcək.

Regionda işləməyin çətinliklərinə baxmayaraq ŞA informasiya sessiyalarını uğurla başa çatdırmışdır. ŞA-nın regional mərkəzlərinin keçirdiyi 33 mobil hüquqi yardım sessiyalarından 796 nəfər, 35 ictimai maarifləndirmə tədbirlərindən isə 1134 nəfər bəhrələnmişdir.

4

İnsanların hüquqi məlumatlılıq səviyyəsinin artırılması.

Hüquqi materialların hazırlanması.

Nəticə tam əldə olunmuşdur




İnsanların hüquqi məlumatlılıq səviyyəsi olduqca aşağıdır və bu da kiçik məmurların sui-istifadəsinə və xırda rüşvət hallarına yol açır.

HMM və HRM-lərin hüquqşünasları hüquqi və inzibati tələbləri sadə dildə və formatda izah edən təlimatlar və digər hüquqi materiallar hazırlamağa davam edəcəklər.

ŞA buklet və jurnal formalarında xüsusi məsələlər və ümumi anti-korrupsiya qanunları ilə bağlı məlumatlandırıcı materiallar dərc etmişdir. Bu materiallar arasında daşınmaz əmlak, torpaq vergisi, nikaha daxil olmaq istəyənlər üçün qaydalarla bağlı qısa bələdçilər də var.

5

Korrupsiyaya qarşı mübarizə səyləri və halları barəsində empirik məlumatların toplanması və ictimaiyyətə açıqlanması.

HMM və HRM tərəfindən uğur hekayələrinin hazırlanması və dərc edilməsi.

Nəticə tam əldə olunmuşdur





Şəffaflıq Azərbaycan hesab edir ki, korrupsiya və ona qarşı mübarizə barəsində möhkəm empirik dəlillərin mövcudluğu böyük əhəmiyyətə malikdir. HMM və HRM-lərin təcrübəsi qanunverici və tənzimləyici aktlarda olan boşluqları müəyyən etməyə, dövlət idarəçiliyinin çatışmayan cəhətlərini üzə çıxarmağa, eləcə də dəyişiklik üçün daha fəal lobbiçiliyə imkan yaradır.

Digər insanların da korrupsiyaya qarşı mübarizə aparması və öz hüquqlarını müdafiə etməsi üçün biz mütəmadi olaraq HMM və HRM-lərin uğur hekayələrini toplayacaq və dərc edəcəyik.

Yalnız 2 uğur hekayəsi dərc olunmuşdur. Bu fəaliyyət gələcəkdə davam etdiriləcək.


6

Hüquqi çərçivənin inkişafı və institusional boşluqların aradan qaldırılması.

Hökumət üçün tövsiyələrin hazırlanması.

Nəticə tam əldə olunmuşdur




Korrupsiyanın səviyyəsini effektiv şəkildə aşağı salmağın əsas şərtlərindən biri də qanunvericilikdə olan boşluqların və institusional açıqların aradan qaldırılmasıdır.

Korrupsiya halları doğuran institusional açıqların, eləcə də qanunvericilikdə (həm qanunlarda, həm də qanun layihələrində) boşluqların aradan qaldırılması məqsədilə hökumət üçün tövsiyələr hazırlanacaq.

ŞA-nın tövsiyələrinin 40%-i qəbul olunmuşdur: Verilmiş tövsiyələrin icra olunma səviyyəsi onu göstərir ki, hökumət qurumları ŞA-nın tövsiyələrinin 40%-i ilə bağlı tədbir görmüşdür.

Nəticələr həm də optimist olmağa imkan verir ki, hökumət siyasət islahatlarının hazırlanması və monitorinqində QHT-lərin qabiliyyətlərindən istifadə etməyə daha maraqlıdır.



7

Strateji ictimai vəkillik.

İctimai vəkilliyə dair dəyirmi masaların təşkili.

Nəticə tam əldə olunmuşdur




Şəffaflıq Azərbaycan öz ictimai vəkilliyinin strateji aspektini vurğulayacaq. Korrupsiyaya qarşı mübarizə sahəsində bilik və təcrübəmizdən çıxış edərək, biz öz hədəflərimizə nail olmaq üçün aktiv mövqe sərgiləyəcəyik.

Biz dörd başlıca mövzu ətrafında ictimai vəkillik üçün dəyirmi masalar təşkil edəcəyik (vətəndaş qeydiyyatı, mülkiyyət hüquqları, mənzil-kommunal xidmətlər, sosial müdafiə). İctimai vəkillik vasitəsilə biz korrupsiya halları doğuran institusional açıqların, eləcə də qanunvericilikdə (həmçinin qanun layihələrində) boşluqların aradan qaldırılması məqsədilə tövsiyələr hazırlayacaq, vətəndaşların və məmurların məlumatlanması üçün yeni qəbul edilmiş korrupsiyaya qarşı qanunlara sadələşdirilmiş şərhlər hazırlayacağıq.

16 vəkilliklə bağlı dəyirmi masa keçirilmişdir. ŞA-nın tövsiyələrinin icrası üzrə nəticələrdən ibarət hesabat veb səhifəmizdə mövcuddur.

8

Strateji koalisiyaların yaradılması.

Korrupsiyaya qarşı geniş QHT koalisiyasının yaradılması.

Nəticə tam əldə olunmuşdur




İctimaiyyətin bizim fəaliyyətimizə artan marağı və ictimai siyasətə verdiyimiz töhfə bizdən tələb edir ki, dövlət və özəl sektorda korrupsiyaya qarşı yanaşmamızı gücləndirmək üçün strateji tərəfdaşlıqlar quraq. Strateji koalisiyaların yaradılması bizə imkan verir ki, ölkənin iqtisadi inkişaf, ətraf mühit və təhlükəsizlik gündəmində korrupsiyaya qarşı mübarizəni təşviq etmək üçün daha güclü mövqedə olaq.

Şəffaflıq Azərbaycan təşkilatı vətəndaş cəmiyyəti qurumlarının ətraflı tədqiqatını aparacaq, ən fəal anti-korrupsiya QHT-lərini müəyyən edərək onlarla koalisiya quracaq və bu geniş koalisiyaların adından araşdırmalar apararaq nəticələrini ictimaiyyətə təqdim edəcək. Bu strategiyanın hədəfi Azərbaycan QHT-lərinin dayanıqlı koalisiyasını yaratmaq, Azərbaycan Şəffaflıq Tərəfdaşlığı adı altında ölkədə korrupsiyaya qarşı mübarizəni təşviq etməkdir. Gözlənilən başlıca nəticə isə korrupsiyaya qarşı təşəbbüslərdə vətəndaş cəmiyyətinin iştirak səviyyəsini artırmaqdır.

AŞT Platforması qurulmuşdur: ŞA Azərbaycan vətəndaş cəmiyyətinin imkanlarının öyrənilməsi ilə bağlı tədqiqat aparmış, korrupsiya ilə mübarizə aparan əsas yerli təşkilatların qısa siyahısını hazırlamış və 2014-cü ildə onlardan 21-i ilə əməkdaşlıq çərçivəsində AŞT QHT Platformasını yaratmışdır.

2014-cü ilin yazından etibarən vətəndaş cəmiyyəti üçün çətin iş mühitinə baxmayaraq, bu təşkilatlar (daha sonra müqavilə əsasında işləyən mütəxəssislər) öz bilik və tövsiyələri ilə ŞA tərəfindən a) AHT və Anti-korrupsiya MFP-lərinin icrası və b) ictimai xidmətlər, o cümlədən, daşınmaz əmlakın qeydiyyatı, sosial müdafiə və kommunal xidmətlərin monitorinqi prosesinə öz töhfələrini vermişdir.

9

Biliklərin istehsalını artırmaq.

Milli Şəffaflıq Sistemi qiymətləndirməsi aparmaq.

Nəticə tam əldə olunmuşdur




Şəffaflıq Azərbaycanın məqsədi həm özünün, həm də digər maraqlı tərəflərin korrupsiya risklərini aşkarlaması və qarşısını almasına, dövlət və özəl sektorda şəffaflığı, dürüstlüyü və hesabatlılığı artırmasına imkan verəcək keyfiyyətli, yüksək standartlara uyğun araşdırma bazası yaratmaqdır. Obyektiv və peşəkar araşdırmalar bizim ictimai siyasətə töhfələrimizi daha cəlbedici edəcək.

Biz Milli Şəffaflıq Sistemi qiymətləndirməsi aparacağıq və onun nəticələrindən və tövsiyələrindən öz ictimai vəkillik fəaliyyətimizdə istifadə edəcəyik. Bu qiymətləndirmə zamanı araşdırma metodologiyası hazırlamaq üçün biz Beynəlxalq Şəffaflığın texniki təcrübəsindən istifadə edəcəyik.

Milli Şəffaflıq Sistemi qiymətləndirilməsi tamamlanmış və 2014-cü ilin iyul ayında dərc olunmuşdur. Həmçinin əsas mövzularda 5 siyasət sənədi hazırlanaraq hökumətə təqdim olunmuşdur.

10

Paytaxtdan kənarda fəaliyyət göstərmək.

Regional mərkəzlər.

Nəticə tam əldə olunmuşdur




Şəffaflıq Azərbaycan hesab edir ki, korrupsiyaya qarşı fəaliyyətlər paytaxtdan kənarda da həyata keçirilməlidir və bu işdə bizim regional mərkəzlərimiz əvəzsiz rol oynayır. Onların fəaliyyəti nəticəsində Şəffaflıq Azərbaycan regionlarda kök atır, təşkilat üçün innovasiyalar, sinerji və dinamizm meydana çıxır və bir neçə cəbhədə ictimai vəkillik aparmamıza imkanlar yaranır.

Qarşıdan gələn illər ərzində Şəffaflıq Azərbaycan öz regional mərkəzlərinin inkişafına xüsusi diqqət ayırmaqda davam edəcək, onların institusional və proqram potensiallarını gücləndirəcək.

İşçi heyətinin daxili və xarici təlim imkanları və illik daxili audit sayəsində institusional bacarıqlar inkişaf etdirilmişdir.

11

İnsanları korrupsiya halları barədə məlumat verməyə çağırmaq.

İcmalar ilə interaktiv münasibətlərin davamı ilə yanaşı, insanların sosial şəbəkələr vasitəsilə korrupsiya halları barədə məlumat verməsini təşviq etmək.

Nəticə tam əldə olunmuşdur




Şəffaflıq Azərbaycan dövlət və özəl qurumları korrupsiyaya qarşı ən yaxşı təcrübələri tətbiq etməyə çağırmaqda davam edəcək, şəffaflıq və dürüstlük sistemlərini təşviq edən qlobal, regional və milli təsisatların rəhbər tutduğu standartları yüksəltmək üçün çalışacaq.




İnternet vasitəsilə maarifləndirmə artmışdır: son 4 ildə ŞA onlayn kütləyə, əsasən də gənclərə ictimai məlumatlandırma fəaliyyətini genişləndirmişdir. Bu fəaliyyətlər nəticəsində, layihə dövrü boyunca ŞA-nın veb səhifəsinə ortalama olaraq gündəlik 367 giriş olmuşdur. Layihə dövrü boyunca Facebook səhifəmizdə 1600 “like” artaraq 30 sentyabr 2016-cı il tarixində 2238-ə çatmışdır.

12

Hökumətin korrupsiyaya qarşı beynəlxalq öhdəliklərini yerinə yetirməsinin monitorinqi və qiymətləndirilməsi.

Korrupsiyaya qarşı milli fəaliyyət planı və Açıq Hökumətin təşviqinə dair milli fəaliyyət planının icrasının monitorinqi.

Nəticə tam əldə olunmuşdur





Hökumətin korrupsiyaya qarşı beynəlxalq öhdəliklərini yerinə yetirməsinin monitorinqi və qiymətləndirilməsi onun bu öhdəlikləri yerinə yetirməsinə nail olmaq üçün yaxşı vasitədir.

Qarşıdan gələn dörd il ərzində Şəffaflıq Azərbaycan təşkilatının tərəfdaşları tərəfindən hər iki fəaliyyət planının monitorinqi həyata keçiriləcək və hər il üzrə monitorinq hesabatları dərc ediləcək.

Ardıcıl olaraq 3 ədəd illik hesabat və əlavə olaraq hər Fəaliyyət Planının yekun hesabatları dərc olunmuşdur.

Yekun hesabatlar 2016-cı ilin dekabrında AHT-nin Parisdə keçirilən Sammitində paylanmışdır. Hökumət Anti-korrupsiya MFP üzrə 83%, AHT üzrə 71% icra etmişdir. Həmçinin, 2017-2019-cu illər üzrə vahid Fəaliyyət Planı üçün əlavə tövsiyələr verilmişdir.



13

Ölkənin siyasi gündəmində baş verən yenilikləri izləmək.

Mediaya müsahibələr, analitik yazıların hazırlanması.

Nəticə tam əldə olunmuşdur




Ölkənin siyasi gündəmində baş verən yeniliklər Şəffaflıq Azərbaycan təşkilatının missiyası və işinə əhəmiyyətli təsir göstərmək iqtidarındadır.

Şəffaflıq Azərbaycan onun fəaliyyəti üçün maneələr və ya yeni imkanlar yarada biləcək bütün siyasi, sosial, iqtisadi və texnoloji yenilikləri yaxından izləyəcək, ölkədə baş verən yeniliklərə dair öz mövqeyini müsahibələr, analitik məqalələr, müxtəlif yerli və beynəlxalq seminarlarda təqdimatlar vasitəsilə ortaya qoyacaq, həmçinin ehtiyac olarsa, öz proqramlarını təshih edəcək.

ŞA siyasi yenilikləri monitorinq etmişdir, lakin QHT-lər üçün çətin iş mühiti və vətəndaş cəmiyyətinin materiallarını dərc etməkdə ehtiyatlı davranan mətbuatı nəzərə alaraq, ŞA daha çox Facebook səhifəsində fəal olmuşdur.


14

Şəffaflıq Azərbaycan təşkilatının institusional inkişafını təmin etmək.

Daxili idarəçilik, menecment, maliyyə və inzibati qaydaları təkmilləşdirmək.

Nəticə tam əldə olunmuşdur






Ayaqda qalmaq, inkişaf etmək və yeni maliyyə mənbələri cəlb etmək Şəffaflıq Azərbaycan öz institusional inkişafını təmin edəcək.

Biz daxili idarəçilik, menecment, maliyyə və inzibati qaydalarımızı təkmilləşdirmək üçün Chemonics təşkilatı ilə BLCD layihəsi çərçivəsində sıx əməkdaşlıq edəcəyik.

Layihənin 4-cü ilində ŞA əldə etdiyi bilik və bacarıqları yerli QHT-lər və sivil fəallarla 4 təlim sessiyasında paylaşmışdır.

15

Azərbaycan vətəndaş cəmiyyətinin institusional inkişafına töhfə vermək.

Təşkilatın daxili idarəçiliyi barəsində yerli QHT-lər üçün təlim proqramı hazırlamaq.

Nəticə tam əldə olunmuşdur




Azərbaycan vətəndaş cəmiyyəti qurumlarının əksəriyyətində daxili idarəçilik və menecment hələ də ibtidai səviyyədədir. Bir çox təşkilatlar nəinki maliyyə auditi keçirmir, hətta illik hesabatlar da hazırlamır. Ona görə də Şəffaflıq Azərbaycan öz tərəfdaşlarını seçərkən diqqətli olacaq.

Koalisiya üzvü olan təşkilatlar, xüsusilə də regionlardan olan və az tanınmış QHT-lər üçün şəffaflıq və menecment sahəsində təlimlər təşkil ediləcək.

ŞA USAİD və Kemoniks ilə əməkdaşlıq çərçivəsində BLCD layihəsi üzrə öz təşkilati bacarıqlarını artırmışdır. Layihə boyunca ŞA-nın təşkilati bacarığının səviyyəsi 1.9-dan (ilkin qiymətləndirmədə) 3.45-ə (finalda, 4 üzərindən) yüksəlmişdir. Nəticədə yenilənmiş daxili idarəçilik sənədləri əhəmiyyətli dərəcədə təkmilləşmişdir.

Yüklə 224,31 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə