“ŞƏffafliq azərbaycan” korrupsiyaya qarşi mübariZƏ İCTİMAİ BİRLİYİNİN 2013-Cİ İLƏ daiR İLLİk hesabati



Yüklə 177,03 Kb.
Pdf görüntüsü
tarix01.11.2017
ölçüsü177,03 Kb.
#7934


 

“ŞƏFFAFLIQ AZƏRBAYCAN” KORRUPSİYAYA QARŞI MÜBARİZƏ İCTİMAİ 



BİRLİYİNİN 2013-Cİ İLƏ DAİR İLLİK HESABATI 

Sədrdən ön söz 

 

“Şəffaflıq  Azərbaycan”  təşkilatının  idarə  heyəti  və  üzvləri  adından  işimizə  göstərdiyiniz 



marağa görə sizə minnətdarlığımızı bildirmək istərdim. 2013-ci il həm Azərbaycan üçün, həm 

də təşkilatımız üçün vacib bir il olmuşdur. 

 

Azərbaycan  korrupsiyaya  qarşı  mübarizə  sahəsində  aparılan  tədbirlərin  ardıcıllığını  təmin 



etmək və yaxşı idarəetməni təbliğ etmək, dövlət orqanlarının işində şəffaflığı artırmaq və açıq 

hökumət  prinsiplərini  təbliğ  etmək  istiqamətində  səylərini  davam  etdirir.  2013-cü  ildə 

Azərbaycan  hökumətinin  əsas  nailiyyətləri  sırasında  elektron  xidmətlərin  infrastrukturunun 

təkmilləşdirilməsi  və  onların  istifadəyə  verilməsi,  həmçinin,  ASAN  xidmət  mərkəzlərinin 

fəaliyyətə başlaması olmuşdur.  

 

2013-cü ildə Transparency İnternational təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” 



İctimai Birliyi Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə 

APT (Azərbaycan Şəffaflıq Tərəfdaşlığı) adlanan layihənin həyata keçirilməsini və Bakı, Gəncə 

və  Qubada  İctimai  Maraqların  Qorunması  və  Hüquq  Məsləhət  Mərkəzlərinin  fəaliyyətini  

davam  etdirmişdir.  Bundan  başqa  təşkilatımız  yeni  layihə  komponentləri  kimi  Azərbaycan 

hökumətinin milli və beynəlxalq səviyyədə korrupsiyaya qarşı mübarizədə üzərinə götürdüyü 

öhdəliklərin monitorinqi və KİV və sosial şəbəkələr vasitəsilə vətəndaşlar arasında korrupsiya 

və  onun  nəticələri  barəsində  məlumatlılığın  artırılması  istiqamətində  fəaliyyət  göstərmişdir. 

Bu il biz həmçinin ATƏT-in Bakıdakı Ofisi tərəfindən maliyyələşdirilən LRC (Hüquq Məsləhət 

Mərkəzi) layihəsini də Gəncədə, Lənkəranda və Şəkidə həyata keçirməyə davam edirik. Bizim 

regional mərkəzlərimiz həmçinin əyalətlərdə fəaliyyət göstərən  QHT-lər və gənc fəallar üçün 

təlim  mərkəzi kimi fəaliyyət göstərir.  

 

2013-cü ildə təşkilatımız “Transparency International” təşkilatının Katibliyi vasitəsilə Avropa 



İttifaqının  “Azərbaycanda  Milli  Şəffaflıq  Sisteminin  Qiymətləndirməsi”  adlı  layihəsini 

qazanmışdır.  Bu  layihə  Azərbaycanda  idarəçilik  sisteminin  qiymətləndirilməsini  nəzərdə 

tutan böyük regional araşdırmanın bir parçasıdır. Qazanılan digər layihələr sırasında ATƏT-

in  Bakı  Ofisi  tərəfindən  maliyyələşdirilən  “Dövlət  xidmətlərinin  göstərilməsində  şəffaflığın 

artırılması”  və  Chemonics  tərəfindən  həyata  keçirilən  “İnkişaf  naminə  Yerli  Bacarıqların 

Artırılması” layihələri vardır.  

Bu il bizi xüsusilə sevindirən hal “İctimai iştirakçılıq haqqında qanun” layihəsinin parlament 

və vətəndaş cəmiyyətində fəal müzakirəsi olmuşdur. Bu qanun ilk dəfə Şəffaflıq Azərbaycan 

tərəfindən  təklif  olunmuş  və  həyata  keçirilmiş  format  –  İctimai  Qiymətləndirmə  Şuraları 

ə

sasında  vətəndaş  cəmiyyəti  nəzarət  mexanizmlərinin  yaradılmasını  nəzərdə  tutur.  Şəffaflıq 



Azərbaycan  təşkilatı  qürurla  qeyd  etmək  istərdi  ki,  Qlobal  Korrupsiya  Barometri  -  2013 

hesabatına  əsasən  2010-cu  illə  müqayisədə  2013-cü  ildə  bizim  fəaliyyətimizlə  tanış  olanların 

sayı 9%-dan 6%-a qalxmışdır.  

 

Fuad Süleymanov, 



İdarə heyətinin sədri 

 

 




 

 



 


 

“Transparency International” təşkilatı haqqında 

 

“Transparency  International”  bütün  dünyada  korrupsiyaya  qarşı  mübarizədə  aparıcı 



beynəlxalq  qeyri-hökumət  təşkilatıdır.  Beynəlxalq  katibliyi  Berlin  şəhərində  yerləşən 

“Transparency International” təşkilatı dünyanın 90-dan çox ölkəsində yerləşən milli bölmələri 

vasitəsilə  həyata  keçirilən  antikorrupsiya  fəaliyyətini  əlaqələndirir.  Bu  bölmələr  özlərinin 

siyasi  xəttini  müəyyənləşdirməkdə  və  fəaliyyətləri  üçün  maliyyə  vəsaitinin  artırılmasında 

azad  seçimə  malik  olan  müstəqil  yerli  QHT-lərdir.  “Transparency  International”  aşağıdakı 

prinsipi  özünə  rəhbər  tutur:  “Korrupsiya  dövlətə  aid  xüsusi  bir  hal  olduğundan,  yerli 

təşkilatların  fəaliyyəti  göstərilən  hər  hansı  xarici  təsirdən  və  ya  cəhddən  daha  effektli  ola 

bilər.” 


 

“Şəffaflıq Azərbaycan” haqqında 

 

“Şəffaflıq  Azərbaycan”  2000-ci  ilin  oktyabr  ayında  vətəndaş  cəmiyyətinin  və  elmi  dairələrin 



nümayəndələri  tərəfindən  təsis  olunmuş  və  tam  səlahiyyətli  yerli  bölmə  kimi  2001-ci  ilin 

oktyabrında “Transparency International” təşkilatı tərəfindən akkreditasiya olunmuş, 2013-cü 

ilin  mart  ayında  isə  yenidən  akkreditasiyadan  keçmişdir.  Biz,  əsasən,  ictimaiyyətin  bilik 

səviyyəsinin  artırılması  sahəsində  işləyir  və  Azərbaycanda  korrupsiyanın  səbəblərini, 

formalarını və bu təhlükəli ictimai fenomenin azaldılması yollarını araşdırırıq. Biz həmçinin 

korrupsiyanın  şahidləri  və  qurbanları  olan  sıravi  fiziki  şəxslərə  hüquqi  yardım  göstərir  və 

hökumət  strukturlarına  siyasi  və  qanunvericilik  aktlarının  hazırlanmasında  köməklik 

göstəririk.    



 

Korrupsiya Qavrama İndeksi 2013  

 

2013-ci il dekabrın 3-də “Transparency International” özünün ən məşhur məhsulunu - 2013-cü 



il  üçün  Korrupsiya  Qavrama  İndeksini  nəşr  etdi.  Bu  sənəd  ictimaiyyətdə  və  hökumət 

strukturlarında  korrupsiyanın  qavranılmasını  qəbul  edən  iş  adamlarının  və  ölkə 

ekspertlərinin,  ölkə  vətəndaşlarının  və  əcnəbilərin  yaşadıqları  dövlətləri  müəyyən  dərəcələr 

üzrə qiymətləndirir. Bu il indeksdə Azərbaycan 28  balla  177 ölkə arasında 128-ci sırada yer 

almışdır. İndeks 100 bal (çox yaxşı), 0 bal (çox korrupsiyalaşmış) nisbətində müəyyən edilir. 

Bu  il  Azərbaycan  hesabata  ilk  dəfə  daxil  edildikdən  bəri  İndeksdə  ən  yaxşı  nəticəsini 

göstərmişdir.  

 

Cədvəl 1. Azərbaycanın Korrupsiya Qavrama İndeksində 2013-ci il üçün yeri və 

qiymətləndirilməsi  



İl 

Ölkələr 

arasında 

tutduğu yer 

İndeksdə yer alan 

ölkələrin sayı 

Topladığı bal 

0-dan (çox zəif)  

10-a dək (çox 

yaxşı) 

2000 

87 

90 

1.5 

2001  

84 

91 

2.0 

2002 

95 

102 

2.0 

2003 

124 

133 

1.8 

2004 

140 

146 

1.9 


 

2005  



137 

159 

2.2 

2006 

130 

163 

2.4 

2007  

148 

179 

2.1 

2008 

159 

180 

1.9 

2009 

143 

180 

2.3 

2010 

134 

178 

2.4 

2011  

143 

183 

2.4 

2012 

139 

176 

27

1

 

2013 

128 

177 

28 

 

Qlobal Korrupsiya Barometri 2013 

“Transparency International” tərəfindən hazırlanan Qlobal Korrupsiya Barometri korrupsiya 

haqqında  fikir  və  təcrübələri  dünya  miqyasında  öyrənən  yeganə  ictimai  rəy  sorğusudur. 

Sorğunun  nəticələrinə  əsasən  ölkə  liderlərinin  korrupsiyaya  qarşı  səylərinə  inam  2008-ci  ilin 

maliyyə böhranından əvvəlki dövrlə müqayisədə azalmışdır. Beləki, hökumətin korrupsiya ilə 

mübarizəsi səmərəlidir deyənlərin  sayı  böhrandan  əvvəl  ümumi respondentlərin üçdə birini 

təşkil edirdisə 2013-cü ildə 22%-ə düşmüşdür. Əksinə, Azərbaycan hökumətinin korrupsiyaya 

qarşı səylərini effektiv hesab edənlərin sayı 2010-cu ildə 66%-dən bu il 68%-a qalxmışdır. 2010-

cu  ilin  nəticələri  ilə  müqayisədə,  2013-cü  ildə  respondentlərin  fikrincə  polis  (2010-cu  ilin 

qalibi), vətəndaş cəmiyyəti və təhsildə korrupsiya azalmış, lakin özəl sektor və dini qurumlar 

daha  korrupsiyalaşmışdır.  Fikri  soruşulanların  çoxu  özünü  korrupsiyaya  qarşı  mübarizədə 

iştirakçı  kimi  görür  və  onların  yarıdan  çoxu  korrupsiya  halları  barədə  məlumat  verə 

biləcəklərini bildirirlər. Bu göstəricinin səbəbləri sırasında Azərbaycan vətəndaş cəmiyyətinin 

korrupsiya  barədə  ictimai  məlumatlandırılma  və  vətəndaşlara  hüquqi  xidmətlərin  verilməsi 

(məsələn,  “Şəffaflıq  Azərbaycanın”  İctimai  Maraqların  Müdafiəsi  və  Hüquq  Məsləhət 

Mərkəzlərinin,  həmçinin  Korrupsiyaya  qarşı  Mübarizə  Fondu  və  sair

 

kimi  QHT-lərin  işi) 



istiqamətində fəal səylərini göstərmək olar.        

 

Ölkənin vətəndaş cəmiyyəti institutları arasında “Şəffaflıq Azərbaycanın” xüsusi yeri 

 

Azərbaycan  bölməsi  insanlara  kiçik  vəzifəli  şəxslərin  korrupsiya  hərəkətlərinə  qarşı 



müqavimət  yaradılmasında  köməklik  göstərməyə  başlayan  birinci  vətəndaş  cəmiyyəti 

təşkilatıdır  və  bunu  İctimai  Maraqların  Qorunması  və  Hüquq  Məsləhət  Mərkəzi  (ALAC)  və 

Hüquq Resurs Mərkəzi (LRC) layihələri çərçivəsində hüquqi məsləhət vermək yolu ilə həyata 

keçirir. Bölmə vətəndaş cəmiyyətinin əhali və rüşvətxor məmurlar arasında yalnız səmərəli bir 

sədd  kimi  fəaliyyət  göstərməsini  deyil,  həm  də  dövlət-QHT    əməkdaşlığının  korrupsiyaya 

qarşı  mübarizədə  effektivliyin  artırılmasını  təmin  etdiyini  aydın  nümayiş  etdirmişdir. 

“Şəffaflıq  Azərbaycan”  ən  azından  bəzi  insanların  korrupsiyaya  qarşı  olan  münasibətini 

dəyişmişdir və vəzifəli şəxslərin zorakılığına qarşı heç bir əks nəticəsi olmadan uğurla etiraz 

oluna biləcəyini və olunmasını nümayiş etdirmişdir. 

 

                                                           

1

2012-ci ilin metodologiyavə məlumat formatı əvvəlki illərdən fərqləndiyi üçün, köhnə məlumatlar  ilə müqayisə etmək 



mükün deyil. 


 

2013 –ci ildə keçirilən layihələr   



 

1.

 



Azərbaycan  Şəffaflıq  Tərəfdaşlığı  Layihəsi  (APT)  (Bakı,  Gəncə,  Quba;  layihə  tərəfdaşları 

İqtisadi  Tətqiqatlar  Mərkəzi,  Konstitutsiya  Araşdırmalar  Mərkəzi,  İnternyus,  AGAT)  donor 

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (14 Sentyabr 2012 – 15 Sentyabr 2016); 

2.

 



LRC Lənkəran, donor: ATƏT, (Yanvar – Dekabr 2013) LRC Şəki, donor: ATƏT,  (Yanvar – 

Dekabr 2013) LRC  Gəncə,  donor: ATƏT,  (Yanvar- Dekabr 2013) 

3.

 

Azerbaijan  National  Integrity  System  Assessment  (part  of  the  project  National  Integrity 



System  Assessments  in  European  Neighbourhood  East  region,  1  March  2013-28  February 

2015, donor EU)  

4.

 

Increasing  Transparency  in  Provision  of  Public  Services  (14  June  –  14  December  2013,  



AZN 14,050, donor OSCE Office in Baku)  

 

I.



 

AZƏRBAYCAN ŞƏFFAFLIQ TƏRƏFDAŞLIĞI (APT) LAYIHƏSI 

 

Azərbaycan  Şəffaflıq  Tərəfdaşlığı  Layihəsi  2012-ci  ilin  sonunda  başlayıb,  dörd  ildir  davam 

edən  ALAC  yayihəsinin  növbəti  mərhələsi  olaraq,    vətəndaş  cəmiyyəti  təşkilatlarının 

korrupsiyaya qarşı aparılan mübarizədə oynadığı mühüm rolun gücləndirilməsini təklif edir, 

həmçinin şəffaflığın, hesabatlılığın və dürüstlüyün təminatı naminə insanların tələblərinə qarşı 

hökumətin  məsuliyyətinin  artırılmasını  təşviq  edir.  Müxtəlif  layihə  komponentləri  üzrə 

Azərbaycan  Şəffaflıq  Tərəfdaşlığı  Layihəsi  çərçivəsində  biz  başqa  dörd  QHT  ilə  əməkdaşlıq 

edirik.  (a)  anti-korrupsiya  siyasətinin  inkişafı  və  strategiyasının  həyata  keçirilməsi;  (b) 

monitorinq və qiymətləndirmə (məlumatların toplanması və təhlili daxil olmaqla); (c) ictimai 

maarifləndirmə və təbliğat; (d) media, o cümlədən sosial media; (e) Hökumət ilə birgə aparılan 

işdə keçmiş nailiyyətlərin nəzərə alınması, həmçinin Bakıda, Gəncədə və Qubada yerləşən üç 

ALAC  mərkəzlərinin  fəaliyyətinin  davamı.    Bizim  əməkdaşlıq  etdiyimiz  təşkilatlar 

aşağıdakılardır: 

 



 

23  ixtisaslaşmış  QHT-ni  birləşdirən,  Anti-korrupsiya  Şəbəkəsini  təmsil  edən  

Konstitusiya” Araşdırmalar Fondu. 

 

 

 

Yuxarıdakı  foto:  Noyabrın  29-da  “Konstitusiya”  Araşdırmalar  Fondu  Korrupsiyaya  qarşı 

Mübarizəyə dair Milli Fəaliyyət Planının icrasının yekun qiymətləndirilmə hesabatını təqdim 

etmişdir.  Hesabatın  nəticələrinə  əsasən  2012-2015-ci  illər  üzrə  nəzərdə  tutulan  fəaliyyətlərin 

34.7%-i  2012-ci  ilin  sentyabrından  2013-cü  ilin  sentyabrınadək  olan  dövr  ərzində  həyata 

keçirilmişdir. 

 

 



 



 

Milli  Büdcə  Qrupunu  təmsil  edən  9  qeyri-hökumət  təşkilatı  tərəfindən  koalisiya  kimi 

yaradılmış,  büdcə  prosesinin  monitorinqi  və  təhlilində  ixtisaslaşan,  ölkənin  ən  yaxşı 

mütəxəssislərini özündə birləşdirən İqtisadi Tədqiqatlar Mərkəzi. 



 

 

 

Yuxarıdakı foto: Noyabrın 22-də İqtisadi Tədqiqatlar Mərkəzi Açıq Hökumətin təşviqinə dair 

Milli Fəaliyyət Planının icrasının yekun qiymətləndirilmə hesabatını təqdim etmişdir. Plan 9 

ümumi  öhdəlik  qrupundan  ibarət  olub  45  əsas  və  köməkçi  fəaliyyət  növünü  əhatə  edir. 

Hesabatın  nəticələrinə  əsasən  2012-2015-ci  illər  üzrə  nəzərdə  tutulmuş  fəaliyyətlərin  23%-i 

2012-ci ilin sentyabrından 2013-cü ilin sentyabrınadək olan dövrdə həyata keçirilmişdir. 

Hər iki hesabat mətbuatın geniş diqqətinə səbəb olmuş və məşhur qlobal şəbəkələr olan Büdcə 

Şəffaflığı,  Hesabatlılığı  və  İştirakçılığı  üzrə  Qlobal  Hərəkat  (BTAP)  və  Açıq  Cəmiyyət  üçün 

Siyasət Assosiasiyasının (PASOS) iki beynəlxalq nəşrində işıqlandırılmışdır. 



 

 



Internews,  məqsədi  peşəkar  və  inamlı  medianın  formalaşdırılması  istiqamətində  yerli 

medianı dəstəkləməkdir. Ona məxsus olan  online xəbər saytı 

www.mediaforum.az

  ölkənin 

beş ən məşhur və nüfuzlu saytlarından biridir və korrupsiya məsələləri üzrə maarifləndirmə 

və  informasiyanın  yayılması  vasitəsi  kimi  istifadə  olunur.  2013-cü  ildə  Internews  18 

korrupsiyaya  qarşı  mübarizəyə  dair  18  yeni  bülleten  dərc  etmiş,  6  onlayn  müzakirə  təşkil 

etmiş  və  korrupsiya  haqqında  maarifləndirici  4  video  çarx  hazırlamışdır.  Daha  ətraflı: 

www.mediaforum.az

 

 



 

 



AGAT Gənclər QHT-ı gənclərin  Qərb demokratik dəyərlərinə yaxınlaşmasını və Azərbaycan 

Şəffaflıq  Tərəfdaşlığı  Layihəsi  çərçivəsində  korrupsiyaya  qarşı  mübarizəyə  gənclərin  cəlb 

edilməsini  2013-cü  ildə  180  iştirakçı  üçün  təşkil  edilmiş  7  seminar  və  çap  edilmiş  və 

paylanılmış məlumatlandırma vərəqləri vasitəsilə təmin etmişdir. Həmçinin, AGAT Facebook 

səhifəsi vasitəsilə gənclərin korrupsiyaya qarşı maarifləndirilməsini həyata keçirir.  

 

 



 


 

Yuxarıdakı  foto:  Noyabrın  30-da  AGAT  APT  layihəsi  çərçivəsində  korrupsiyaya  qarşı 

mübarizə  sahəsində  beynəlxalq  səviyyədə  ən  yaxşı  təcrübələr  mövzusunda  seminar  təşkil 

etmişdir. İştirakçılar Azərbaycanda korrupsiyaya qarşı  mübarizədə siyasi iradənin və ictimai 

məlumatlılığın önəmini müzakirə etmişlər.   

 

Korrupsiyaya Qarşı mübarizə üzrə təşviqat və Hüquqi Məsləhət Mərkəzləri  

 

Hüquqi Yardım:  

Hüquqi yardım vətəndaşlara artıq qarşılaşılmış vəya qarşılaşma riksi olan korrupsiya faktı ilə 

üz-üzə  qalarkən  qanuni  prosedurlardan  effektiv  formada  yararlanmaq  üçün  verilən 

tövsiyyələrdir.  Yardımla  təmin  edilən    vətəndaşlar  mərkəzlərdə  çalışan  peşəkar 

hüquqşünasların  köməyi  ilə  öz  şikayətlərini  aydınlaşdırır,  şikayətlərini  yazılı  formada  tərtib 

edirlər və öz işlərinin həlli istiqamətində çalışırlar.  

 

1-ci  Diaqram.  2013-ci  il  ərzində  xidmət  növlərinə  görə  ALAC  müştərilərinin  sayı  (ümumi 

say 2,232)  

 

 

 

Quba  və  Gəncədəki  mərkəzlərimiz  kənd  əhalisinin  hüquqi  maarifləndirilməsi  məqsədilə 

hüquqi yardım sessiyaları keçirmişdir. 2013-cü ildə ümumilikdə 9 sessiya baş tutmuş və bu 

tədbirlərdən 225 nəfər faydalanmışdır. 

 

 

 



 


 

Yuxarıdakı foto: Dekabrın 20-də APT Quba Mərkəzi Quba rayonunun Alekseyevka kəndində 

hüquqi məlumatlandırma sessiyası keçirmişdir. APT Guba Layihəsi Koordinatoru iştirakçıları 

APT  fəaliyyət  növləri,  müxtəlif  kəndlərdə  keçirilən  mobil  təlimlər  və  uğur  nümunələri 

haqqında  məlumatlandırmışdır.  21-i  qadın  və  13-ü  kişi  olmaqla  34  nəfərin  qatıldığı  bu 

tədbirdə notariat xidmətləri, torpaq məsələləri, pensiya, elektrik enerjisi təchizatı sahələrində 

korrupsiya  problemi  müzakirə  edilmiş,  məşğulluq  problemi  və  aşağı  həyat  standartları 

məsələləri barədə danışılmışdır.  



 

Anti-korrupsiya  təhlili:  Hər  üç  mərkəzdə  müraciətçilərlə  bağlı  məlumat  toplanılır.  Onların 

adı,  demoqrafik  vəziyyəti,  coğrafi  yerləşməsi,  əhalinin  zəif  qrupuna  aid  olub  olmadığı, 

yenidən  müraciət  edib  etməməsi  ilə  məlumatlar yığılır.    Dərin  anti-korrupsiya  islahatlarının 

aparılmasına  ən  çox  ehtiyac  duyulan  sahələrinin  müəyyən  edilməsi  məqsədiylə  statistik 

məlumatlar hər üç mərkəz tərərfindən toplanılır və müzakirə olunur. 

 

2-ci Diaqram. 2013-ci ilərizində ALAC-a daxil olan şikayətlərin sahələri (1,762 şikayətlərin 

ümumi sayı)  

 

 

 

 

Təbliğat:  2013-cü  ildə  “Şəffaflıq  Azərbaycan”  öz    hüquq  mütəxəssisləri  tərəfindən  müəyyən 

edilmiş,  ümumilikdə  ictimaiyyət  üçün  ən  münasib  və  birbaşa  maraq  doğuran  məsələlər 

ə

trafında  anti-korrupsiya  dəyirmi  masalarını  təşkil  etməyə  davam  etmişdir  (Daşınmaz 



ə

mlakın  reyestri,  yeni  olan  özəl  notarius  xidməti  institutu,  əhaliya  elektrik  enerjisinin 

təchizatı,  birdəfəlik  ünvanlı  sosial  yardımın  yeni  formatı).    Dəyirmimasaların  hər  birində 

təqdim olunan tövsiyələr daha sonra təkmilləşdirilərək hökumətə təqdim edilmişdir. “Şəffaflıq 

Azərbaycan”ın tövsiyələri əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi öz saytında 

ünvanlı  sosial  yardım  alan  vətəndaşların  siyahısını  yerləşdirmişdir  ki,  bu  da  institusional 

şəffaflıq  və  hesabatlıq  istiqamətində  irəliyə  atılmış  ciddi  addımdır.

2

   “Şəffaflıq  Azərbaycan” 



hesab  edir  ki,  özəl  notariuslar  dövlət  notariusu  ilə  müqayisədə  daha  əlverişsiz  mövqedə  idi 

(çünki  ikinci  dövlət  tərəfindən  maliyyələşir)  və  bu  qurumun  maliyyə  dayanıqlılığının 

yaxşılaşdırılması  üçün  tariflərin  artırılması  təklifi  ilə  çıxış  etmişdi.  Qanunvericiliyə  edilmiş 

                                                           

2

 

http://www.mlspp.gov.az/az/pages/6/251 




 

müvafiq  dəyişikliklərə  əsasən, 



3

 dövlət  ödənişləri  qaldırılmışdır.  Özəl  notariusların  sayının 

artması rəqabətliliyin artırılması və dövlət notarisularının işinin səmərəliliyinin artırılmasının 

təşviq edilməsi üçün faydalı instrument hesab edilmişdir. 2013-cü ilin iyun ayınadək notariat 

kontorlarının üçdə biri özəl notariuslar tərəfindən işlədilmişdir ki, bu da tövsiyənin icrasının 

qəbulunu  göstərir.

4

 Daha  sonra  notariat  hərəkətlərinin  aparılması  qaydalarına  edilmiş 



dəyişikliklər

5

 notarius xidmətinə müraciətçilər – daşınmaz əmlak sahibləri adından Daşınmaz 



Ə

mlakın  Dövlət  Reyestrinə  əsaslandırılmış  müraciətlər  göndərməyə  imkan  vermişdir  və 

nəticədə müraciətçilərin vaxtına qənaət edilməkdədir. Rabitə və İnformasiya  Texnologiyaları 

Nazirliyi  Ədliyyə  orqanlarının  300  əməkdaşını,  əsasən  notarius  qurumu  işçilərini  elektron 

imza ilə təmin etmişdir

6

. Bu addım notariat kontorları  tərəfindən göstərilən yeni xidmətin – 



müraciətçilərin  adından  Daşınmaz  Əmlakın  Dövlət  Reyestri  Xidmətindən  Daşınmaz  əmlak 

üzərində  hüquqların  məhdudlaşdırılmasına  (yüklülüyünə)  arayışın  əldə  edilməsini  kifayət 

qədər  asanlaşdıracaq.

7

 “Şəffaflıq  Azərbaycan”ın  daşınmaz  əmlakın  reyestri  qaydalarının 



sadələşdirilməsinə  dair  tövsiyələrinə  müvafiq  olaraq  Əmlak  Məsələləri  Dövlət  Komitəsi  ölkə 

üzrə  daşınmaz  əmlakın  vahid  dövlət  kadastrının  yaradılması  istiqamətində  xeyli  iş 

görülmüşdür. Məlumat bazası elektron formaya keçirilməkdədir.

 8

 Bakıelektrikşəbəkə elektrik 



qurğularının  təhlükəsizliyinin  artırılması  üçün  yeni  cəsarətli  layihəyə,  qurumun  balansında 

olan bütün elektrik şəbəkə və qurğuların elektron xəritəsinin/məlumat bazasının, o cümlədən 

onların  qısa  texniki  təsvirinin  və  təhlükəsizlik  standartlarının  hazırlanmasına    başlamışdır. 

2013-cü ilin avqustuna qədər Bakının 6 rayonu üzrə məlumatlar elektronlaşdırılmış və 2013-

cü ilin sonunadək başa çatması planlaşdırılmışdır.

9

 



 

 

 



Yuxarıdakı  foto:  Aprelin 29-da “Şəffaflıq Azərbaycan” daşınmaz əmlakın reyestri sahəsində 

şəffaflığın  artırılması  mövzusunda  dəyirmimasa  keçirmişdir.  Tədbirdə  daşınmaz  əmlakın 

                                                           

3

 Dövlət rüsumu haqqında qanuna edilmiş 



1 yanvar 2013-cü il tarixli dəyişikliklər 

4

 



Azərbaycanda xüsusi notariat kontorlarının sayının artırılması planlaşdırılır, interview of Mehman Soltanov

Qeydiyyat və Notariat Baş İdarəsinin Notariat İdarəsinin rəisi Mehman Soltanovla müsahibə, 28 iyun 2013-cü il,  

http://az.trend.az/news/society/2165812.html

 

5



 Cabinet of Ministers order No 65 on Approval of Changes to Instruction on Rules to Conduct Activities of 

Notary Public  dated 12 April 2013  

6

 

Soon All Notary Public Offices in Azerbaijan Will Have Electronic Signatures,  interview of Mehman Soltanov, 



head of Notariat  Department, of  Registration and Notariat  Az Trend news agency, 17 May  2013,   

http://az.trend.az/news/society/2151628.html

   

7

 



Services Related to Real Estate  Are Becoming More  Transparent, interview of Gulu Khalilov to APA 

Economics news agency, 22 October 2013 

http://news.lent.az/news/143048

 

8



 www.emdk.gov.az  

9

 



www.bes.az

  



10 

 

dövlət reyestri  sahəsində  mövcud  qanunvericilik  və  onun  icrasındakı  problemlər,  həmçinin, 



qeydiyyatsız  binaların  reyestri  sahəsində  problemlər  və  onların  həlli  yolları  müzakirə 

olunmuşdur. 



 

İctimai  Maarifləndimə  və  Məlumatlandırma:  Bu  tədbirlər  ALAC  mərkəzinə  daxil  olan 

korrupsiya ilə əlaqəli müraciətlərin statistikasının analizi, ölkədə baş verən proeseslər nəzərə 

alınmaqla,  ayrıca  hədəf  qrupları  üçün  xüsusən  kənd  yerlərində  təşkil  olunur.  Ümumilikdə, 

Gəncə  və  Quba  mərkəzləri  230  nəfəri  əhatə  edən,  rüşvət  və  korrupsiyaya  qarşı  fəaliyyət  və 

təşəbbüsləri təşviq edən 8 ictimai məlumatlandırma kampaniyası həyata keçirmişdir.   

 

 

 

Yuxarıdakı  foto:  Dekabrın  9-da  APT  Gəncə  Mərkəzi  Gəncə  sakinləri  arasında  korrupsiyaya 

qarşı  mübarizə  sahəsində  məlumatlandırma  materialları  paylamış  və  19  şəhər  sakininə 

Beynəlxalq Korrupsiyaya qarşı Mübarizə Günü haqqında qısa məlumat vermişdir. 200-ə yaxın 

insana “Qanun nə deyir?” nəşrinin nüsxələri paylanılmışdır. 



 

ALAC-ın uğur hekayəsi 

 

Q  7448/521  Şikayətçi  Dövlət  Torpaq  və  Xəritəçəkmə  Komitəsinin  yerli  ofisi  tərəfindən 

torpağın yeri bağlı sənədin verilməməsindən şikayət etmişdir. APT ofisi komitəyə sənədlərlə 

ə

laqədar müraciət etdikdən sonra problem şikayətçinin tam razılığı ilə həll olunmuşdur.  



 

 

II. 

GƏNCƏ,  ŞƏKI  VƏ  LƏNKƏRANDA  QANUNUN  ALILIYI  VƏ  HÜQUQ  RESURS  MƏRKƏZLƏRI  

LAYIHƏSI

  

 

LRC  Layihəsi  məhkəmə  sektorunun  gücləndirilməsinə  və  regionlarda  kifayət  qədər  hüquqi 



resursların  olmamasına  xüsusi  diqqət  yetirir.  LRC  hüquqşünasları  əhaliyə  bütün  hüquqi 

məsələlərdə  -  hüquqi  məsləhət  verməkdən  və  şikayətlərini  müxtəlif  dövlət  orqanlarına 

yönləndirməkdə  yardım  etməkdən  tutmuş,  vətəndaşları  məhkəmələrdə  və  məhkəmə 

monitorinqlərində təmsil etməyə qədər geniş yardım göstərir.   

 



11 

 

 



 

Yuxarıdakı  şəkil:  ATƏT-in  Bakı  ofisinin  sədri,  Səfir  Koray  Targayın  LRC  Şəki  və  Lənkəran 

mərkəzlərinə səfəri   



 

3-cü  Diaqram.  Xidmət  növlərinə  görə  2013-ci  ildə  LRC  tərəfindən  xidmət  göstərilmiş 

müraciətçilərin sayı (müraciətçilərin ümumi sayı 1,877)  

 

 

 

 

4-cü Diaqram. 2013-ci ildə LRC-yə daxil olan şikayətlərin sahələri (şikayətlərin ümumi sayı 

1,825) change diagram

  

 


12 

 

 



 

LRC-nin uğur hekayəsi 

 

 

Ofisimizin  hüquqşünası  mülki  iddia  ilə  məhkəməyə  müraciət  etmiş  xanım  müraciətçinin 

təmsilçisi qismində çıxış etmişdir. Rusiyada miqrant olan əri ilə boşandıqdan sonra müraciətçi 

və  iki  övladı  onun  ailəsi  tərəfindən  evdən  atılmış,  heç  bir  maliyyə  dəstəyi,  aliment  və  ya 

yaşadığı  evin  bir  hissəsi  ilə  təmin  edilməmişdir.  LRC  layihəsində  çalışan  hüquqşünasımız 

xanım  və  uşaqların  evə  olan  iddiasının  nağd  şəklində  ödənilməsinə  və  həyat  yoldaşından 

alimentin alınmasına nail olmuşdur. 

 

II.

 

AZƏRBAYCAN MİLLİ ŞƏFFAFLIQ SİSTEMİ QİYMƏTLƏNDİRMƏSİ 

“Şəffaflıq  Azərbaycan”ın  2013-cü  ilin  aprelində  başladığı  yeni  layihə    Milli  Şəffaflıq  Sistemi 

Qiymətləndirməsi adlanır. Layihənin məqsədi ölkədə rast gəlinin sistemli korrupsiya risklərini 

qiymətləndirmək və bu risklərin gələcəkdə necə azaldılması barədə tövsiyələr hazırlamaqdır. 

İdarəçilik institutlarının hərtərəfli qiymətləndirilməsinin çətinliklərini qəbul etməklə birlikdə, 

Milli Şəffaflıq Sistemi Qiymətləndirməsi anti-korrupsiya qanunvericiliyində əsas boşluqları, o 

cümlədən  bu  qanunların  icrası  zamanı  ortaya  çıxan  zəif  tərəfləri  müəyyən  edir  və  gələcək 

islahatlar üçün yol xəritəsi təqdim edir. Tövsiyələr daha sonra hökumət, vətəndaş cəmiyyəti və 

özəl sektor tərəfindən ölkədə dürüstlüyün təşviq edilməsi üçün istifadə oluna bilər.  2013-cü 

ildə “Şəffaflıq Azərbaycan” tədqiqatçıları ikinci dərəcəli (dolayı) mənbələri nəzərdən keçirmiş, 

qiymətləndirmədə  iştirak  edən  vətəndaş  cəmiyyəti  ekspertləri,  müstəqil  hüquqşünaslar  və 

dövlət orqanları ilə müsahibələrin və yazışmanın birinci mərhələsini başa vurmuşdur. 



 

III.

 

DÖVLƏT XİDMƏTLƏRİNİN GÖSTƏRİLMƏSİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI

 

Azərbaycan  hökuməti  elektron  xidmətlərin  təqdim  edilməsi  istiqamətində  konkret  addımlar 

atmışdır.  2011-ci  ildə  “Azərbaycanda  elektron  hökumətin  icrasının  qiymətləndirilməsi” 

layihəsi  çərçivəsində,  “Şəffaflıq  Azərbaycan”  təşkilatı  ATƏT-in  maliyyə  dəstəyi  ilə  elektron 




13 

 

hökumət haqqında 23 may, 2011-ci il tarixli prezident fərmanının icrasını qiymətləndirmişdir.  



Bu  layihənin  davamı  olaraq  elektron  hökumətin  monitorinqi  və  qiymətləndirilməsi 

metodologiyasının hazırlanması üçün ATƏT-in Bakı Ofisi Estoniyada fəaliyyət göstərən qeyri-

hökumət  təşkilatının  (“e-Hökumət  Akademiyası”)  xidmətindən  istifadə  etmişdir.  ATƏT-in 

tərəfdaş  təşkilatı  kimi  “Şəffaflıq  Azərbaycan”  qanunvericiliklə  nəzərdə  tutulmuş  qaydada 

ASAN  mərkəzləri  və  müvafiq  dövlət  orqanlarının  göstərdiyi  elektron  xidmətlərinin 

monitorinqini  aparmış,    müvafiq  infrastruktur,  o  cümlədən  qanunvericiliyin  və  nəhayət, 

elektron  xidmətlər  sahəsində  müxtəlif  dövlət  orqanları  arasında  əməkdaşlıq  və  informasiya 

mübadiləsinin  qiymətəndirilməsi  üçün  hesabatı  hazırlamışdır.  Hesabat  2014-cü  ildə  nəşr 

olunacaq. 

 

 

IV.

 

ŞƏRQ TƏRƏFDAŞLIĞI VƏ RUSİYADA DÖVLƏT SATINALMALARINDA ŞƏFFAFLIĞA 

DOĞRU 

 

 

“Şəffaflıq  Azərbaycan”  Transparency  International  Ukraynanın  həyata  keçirdiyi  və  Şərq 



Tərəfdaşlığı  ölkələrinin  dövlət  satınalmaları  sisytemində  şəffaflığın  müqayisəli  təhlilini 

nəzərdə tutan layihədə iştirak etmişdir. Daha ətraflı: www.ti-ukraine 

 

Bizim könüllülərimiz 

 

2000-ci  ildə  yaradıldığından  bəri  2013-ci  ilin  sonunadək  TI  Azərbaycan  tərəfindən 



təlimatlandırılan könüllülərin sayı 432-ə çatıb, onlardan 9-u 2013-ci ildə Tİ ailəsinə qoşulub.  

 

Bizim resurs mərkəzlərimiz 

 

Bizim  ALAC  və  LRC  tam  təchiz  olunmuş  resurs  mərkəzləri  kimi  xidmət  göstərir,  internetə 



pulsuz qoşulma imkanı, hüquqi və digər əlaqəli materialların əldə olunmasına şərait yaradır. 

Mərkəzlər könüllülər üçün fasiləsiz təlimat təmin edir, bura kompyuter əsaslarının təliminin 

təşkili  və  Sülh  Korpusu  könüllüləri  və  İngilis  dilində  danışıq  heyəti  rəhbərliyi  altında  təşkil 

olunan İngilis dilində Danışıq Klubları və İngilis dilində kino gecələri də daxildir. 



 

 

 

Yuxarıdakı şəkil: Lənkəran Resurs Mərkəzinin istifadəçiləri  

Mediada işıqlandırma 

 

2013-ci  ildə  TI  Azərbaycanın  fəaliyyəti  çap  və  elektron  media  da  daxil  olmaqla  179  dəfə 



işıqlandırılmışdır

. Aşağıda ən maraqlı xəbərlərdən bir neçəsinin linki əlavə olunmuşdur:  

 



14 

 



 

Hökumətlə  vətəndaş  cəmiyyəti  üzvləri  ünvanlı  sosial  yardımla  bağlı  müzakirə  aparıblar,  11 

mart 2013-cü il, mənbə: 

http://www.qhtxeber.az/news/a-22028.html

  

 



 

Korrupsiya ilə bağlı 2620 müraciət: “Şəffaflıq Azərbaycan”ın eksperti detallardan danışır”, 19 

mart  2013-ü  il,  mənbə: 

http://www.mediaforum.az/az/2013/03/19/Korrupsiya-il%C9%99-

ba%C4%9Fl%C4%B1-2620-m%C3%BCraci%C9%99t-%C5%9E%C9%99ffafl%C4%B1q-

Az%C9%99rbaycan-030958788c07.html#.VNSuu9KsUa8

  

 



 

Korrupsiyaya  qarşı  mübarizəyə  dair  hesabat:  görülən  işlər  və  problemlər,  23  iyul  2013-cü  il, 

mənbə: 

http://contact.az/docs/2013/Politics/072300043413az.htm#.VNSvhdKsUa9



  

 



 

Açıq  hökumət  hesabatı,  hökumətə  tövsiyələr,  22  noyabr  2013-cü  il,  mənbə: 

http://www.mediaforum.az/az/2013/11/22/A%C3%A7%C4%B1q-h%C3%B6kum%C9%99t-

hesabat%C4%B1-h%C3%B6kum%C9%99t%C9%99-t%C3%B6vsiy%C9%99l%C9%99r-

060541958c07.html#.VNSwttKsUa8

  

 



 

"Korrupsiyaya  qarşı  mübarizəyə  dair  2012-2015-ci  illər  üçün  Milli  Fəaliyyət  Planı"nın 



monitorinqi  əsasında  hazırlanmış  hesabat  təqdim  edilib,  29  noyabr  2013-cü  il,  mənbə: 

http://az.trend.az/news/society/2216528.html#Nettrends

 

 

 



2013-ci ildəki həmkarlarımız 

 

 



Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası 

 



Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi 

 



Ə

dliyyə Nazirliyi 

 

Ə



mək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyi 

 



"Konstitusiya" Araşdırmaları Fondu 

 



İqtisadi Tədqiqatlar Mərkəzi  

 



Internews  

 



AGAT 

 



Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu 

 



İnsan Hüquqları Cəmiyyəti 

 



Korrupsiyaya qarşı Mübarizə Fondu 

 



Anti-Korrupsiya QHT-lərinin Məlumat vəƏməkdaşlıq Şəbəkəsi 

 

Dövlət orqanları ilə əməkdaşlıq 



 

 

 



“Şəffaflıq Azərbaycan” bir neçə dövlət orqanı ilə yaxşı işgüzar münasibətlər qurmuşdur və 

bu  münasibətlər  2013-cü  ildə  Korrupsiyaya  qarşı  Mübarizə  Komissiyası, 

Bakıelektrikşəbəkə,  Ədliyyə  Nazirliyi,  Əmək  və  Əhalinin  Sosial  Müdafiəsi  Nazirliyi, 

Vətəndaşlara  Xidmət  və  Sosial  İnnovasiyalar  üzrə  Dövlət  Agentliyi  ilə  keçirdiyi 

dəyirmimasalar nəticəsində daha da genişlənmişdir. 

 

Dövlət orqanlarına qəbulun monitorinqi 

 

2013-ci  ildə  Dövlət  Qulluğu  Məsələləri  üzrə  Komissiya  tərəfindən  Baş  Prokurorluq,  Ədliyyə 

Nazirliyi  və  Azərbaycan  Respublikasının  Vəkillər  Kollegiyası  daxil  olmaqla,  müxtəlif 

orqanlara  işə  qəbul  prosesində  müstəqil  müşahidəçilər  qismində  iştirak  etmək  üçün  dəvət 

olunmuşdur. 



15 

 

 



TI Azərbaycanın 2013-ci ilə olan nəşrləri 

 

 



 “Qanun  nə  deyir  2013”,vətəndaşlar  üçün  ən  çox  maraq  doğuran  məsələlər  barədə 

sadələşdirilmiş formatda Azərbaycan dövlətinin hüquqi bazası (2012-ci ildə yenilənmişdir:)    

 



 



Vətəndaş cəmiyyətini korrupsiyaya qarşı mübarizəyə cəlb etmək   

I.

 



Vətəndaş cəmiyyəti təmsilçilərinin müəyyən edilməsi  

II.


 

Azərbaycan Şəffaflıq Tərəfdaşlığı QHT Platformasının Strategiyası  

 



 



11 Mart  2013-cü il tarixində Sosial təminat  sahəsində ünvanlı sosial yardımın rolu və 

göstərilən elektron xidmətlərin vəziyyəti mövzusunda keçirilən Dəyirmi Masanın yekunu və 

verilən tövsiyələr 

 



 

29  aprel  2013-cü  il  tarixində  Daşınmaz  Əmlakın  qeydiyyatında  şəffaflığın  təminatı 

mövzusunda keçirilən Dəyirmi Masanın yekunu və verilən Tövsiyələr 

 



 

2013-ci  il  17  May  tarixində  Notariat  xıdməti:  problemlər  və  islahatlar  mövzusunda 

keçirilən Dəyirmi Masanın yekunu və verilən tövsiyələr 

 



 

28  iyun  2013-ci  il  tarixində  “Elektrik  enerjisi  təchizatı  sahəsində  Şəffaflığın 

artırılması”mövzusunda keçirilən Dəyirmi Masanın yekunu və verilən tövsiyələr 

 



 

“Konstitusiya”  Araşdırmalar Fondu və “Şəffaflıq  Azərbaycan” tərəfindən hazırlanmış 

"Korrupsiyaya  qarşı  mübarizəyə  dair  2012-2015-ci  illər  üçün  Milli  Fəaliyyət  Planı"nın 

Monitorinq Hesabatı (sentyabr 2012-ci il – sentyabr 2013-cü il)  

 



 



İqtisadi  Tədqiqatlar  Mərkəzi  və  “Şəffaflıq  Azərbaycan”  tərəfindən  hazırlanmış 

Azərbaycanda  “Açıq  Hökumətin  Təşviqinə  dair  2012-2015-ci  illər  üçün  Milli  Fəaliyyət 

Planı”nın Monitorinq Hesabatı (sentyabr 2012-ci il – sentyabr 2013-cü il)  

 



 

Internews tərəfindən hazırlanmış 4 video çarx (mövzuların adları  əlavə olunur, video 

çarxları 

“Şəffaflıq 

Azərbaycan”ın 

Facebook 

səhifəsindən 

ə

ldə 



edə 

bilərsiniz: 

https://www.facebook.com/Transparencyazerbaijan/videos

):  


 

 



Korrupsiya həyatımıza ləkədir. 

 



 

Korrupsiyaya YOX! 

 



 



Sosial Yardım sahəsində qarşıya çıxan problemlər. 

 



 

Work process of Transparency Azerbaijan. 



 

 

 

 

Cədvəl 2: İdarə heyətinin üzvləri 

 



16 

 

 



Ad 

Vəzifəsi 

TI –da rolu 

Fuad Süleymanov  Hüquq elmləri namizədi, müstəqil exspet  



Təsisçi 

İdarə heyətinin sədri 

 

Sabit Bağırov 



 

Sahibkarlığın və Bazar iqtisadiyyatının inkişafına yardım 

Fondunun prezidenti, texniki elmlər namizədi 

Təsisçi 


İdarə heyətinin keçmiş 

sədr 

Dürdanə 


Məmmədova 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 

Konstitusiya hüququ məsələləri üzrə şöbə müdiri, Hüquq 

Elmləri doktoru 

Təsisçi  

İdarə heyətinin üzvü 

Ə

liməmməd 



Nuriyev 

Konstitutsiya Araşdırmaları Fondunun Prezidenti, 

Korrupsiyaya qarşı mübarizə üzrə QHT-lərin 

məlumatandırma və əməkdaşlıq şəbəkəsinin koordinatoru  

İdarə heyətinin üzvü 

Rəna Səfərəliyeva 



Filologiya Elmləri Doktoru, Azərbaycan Dillər 

Universitetinin İngilis dilinin stilistikası kafedrasının 

dosenti    

Təsisçi 


İcraçı direktor 

İdarə heyətinin məhdud 

səlahiyyətli üzvü  

 

Cədvəl 3: Bizim əməkdaşlarımız və əlaqələr: 

İnternet səhifəmiz: 

www.transparency.az

  

Facebook səhifəmiz:   

http://www.facebook.com/Transparencyazerbaijan?ref=tn_tnmn

 

E-mail: 



info@transparency.az

 

 



Bakı mərkəzi 

Bakı, Azərbaycan, AZ 1009 Cəfər Cabbarlı küç, 16, 1-ci mərtəbə, mənzil 7 

Tel: (994 12) 497 81 70; 497 68 15  Tel/Fax: (994 12) 596 20 38 Toll free: (088) 707 07 07 

 

Vəzifəsi 



Adı Soyadı 

Təhsili 

E-mail 

1  İcraçı direktor 

Rəna 

Səfərəliyeva    



Filologiya Elmləri Doktoru, 

Azərbaycan Dillər 

Universitetinin İngilis dilinin 

stilistikası kafedrasının dosenti    

rena@transparency.az 

Layihə 



koordinatoru 

Arzu Cəfərli 

 

 

Kolumbiya  Universiteti,  Sosial 



faəliyyət  məktəbi,  Nyu  York, 

ABŞ 


 

arzu@transparency.az

 

 

 



 

Elvin Yusifli  

 

Duquesne Universiteti, Sosial və  



ictimai  siyasət  üzrə  magistr 

dərəcəsi, Pittsburq, ABŞ 

 

elvin@transparency.az



  

Baş hüquqşünas   Azər Talıbov 



Bakı Dövlət Universitetinin 

Hüquq Fakültəsinin baş 

müəllimi 

azer@transparency.az 

Hüquqşünas 



köməkçisi   

Aysel 


Hüseynova 

Hüquq 


üzrə 

magistratura 

təhsili, Azərbaycan Respublikası 

Prezidenti 

yanında 

dövlət 


idarəçilik akademiyası.  

aysel@transparency.az 

Maliyyə 


və 

Adminstrativ 

məsələlər 

üzrə 


menecer  

Zəminə 


Ə

liyeva 


Bakı 

Kompyuter 

Kolleci, 

İdarəçilik və İT üzrə diplom    

zamina@transparency.az 

Elektron 



xidmətlər  layihə 

koordinatoru  

Məhəmməd 

Muradov 


Paris-Sud 11 Universiteti 

Master degree University of 

Paris-Sud 11 in diplomacy and 

mahammad@transparency.az

  



17 

 

strategic negotiations 



 

Mühasib 



Natavan 

Hacıyeva 

Daşkənd İctimai İqtisad 

İnstitutu, maliyyə işi üzrə 

magistr dərəcəsi 

natavan@transparency.az 

Qrant  məsələləri 



üzrə menecer  

Kənan 


Qasımov 

Beynəlxalq  münasibətlər  üzrə 

magistr  təhsili,  Azərbaycan 

Dillər Universiteti  

kanan_q@transparency.az 

İnformasiya  və 



komunikasiya 

şəbəkələri  üzrə 

koordinator  

Nikita 


Qurbatov 

Energetika 

üzrə 

bakalavr 



təhslisi, 

Azərbaycan 

Neft 

Akademiyası 



nikita@transparency.az

 

Gəncə Mərkəzi  

Ganja - AZ 2000, Azerbaijan Cavadxan küç., 35/1 

Tel/fax: (994 22) 256 40 42 Toll free: (088) 202 02 02 

10  Hüquqşünas

/ Mərkəz  

direktoru 

Sevinc 


Sersan 

Azərbaycan 

Beynəlxalq 

Universiteti  hüquq  sahəsi  üzrə 

bakalavr təhsili 

sevinj@transparency.az

 

11   Layihə 



köməkçisi 

Lalə 


Abdullayevə 

Bakı 


Dövlət 

Universiteti, 

Jurnalistika 

fakültəsi 

üzrə 

bakalavr dərəcəsi 



lala@transparency.az

 

12 



Hüquqşünas  

Babək 


Həmidov 

Azərbaycan Universiteti, Hüquq 

sahəsi üzrə bakalavr təhsili  

babek@transparency.az

 

13 


Hüquqşünas  

Kənan Həsənov  Xəzər Universiteti, hüquq sahəsi 

üzrə bakalavr təhsili  

kanan@transparency.az

 

Lənkaran Mərkəzi 

Lənkəran AZ 4200, Azərbaycan  Qala Xiyabani küç. 12 

Tel: (994 171) 55 17 25  Fax: (994 171) 55 09 04 Toll free: (088) 303 03 03 

14 


Hüquqşünas 

Ehtiram 


Fəttayev   

Azərbaycan Beynəlxalq 

Universiteti, Hüquq üzrə bakalavr 

dərəcəsi    

afiq@transparency.az  

15  


Koordinator  

Afiq 


Məlikov 

   


Lənkəran Dövlət Universiteti, 

Təbiətdən istifadə və təbiəti 

mühafizə ixtisası üzrə Magistr 

dərəcəsi 

ehtiram@transparency.az 

16 


Hüquqşünas  

Könül 


Rəcəbova 

Ali İctimai-Siyasi Kollec, Hüquq 

Təhsili sahəsində bakalavr dərəcəsi,  

konul@transparency.az 



Quba mərkəzi 

Guba AZ 4000, Azərbaycan, Fətəlixan küç, 65 

Tel/fax: (994 169) 35 14 91 Toll free: (088)  404 04 04 

17   Hüquqşünas

/Mərkəz 

direktoru 

Eldar 

Kərimov  



Sankt-Peterburq Dövlət 

Universiteti, Hüquq ixtisası üzrə 

magistr dərəcəsi 

eldar@transparency.az 

18   Layihə 

köməkçisi  

İmran 

Ə

sgərov 



Bakı  İcra  Hakimiyyəti  yanında 

işgüzarlıq 

təlimləri 

mərkəzi 


sertifikatı 

imran@transparency.az 



Şəki mərkəzi 

Şəki AZ 5500, Azərbaycan M. Rəsulzadə küç. 177, mən. 3 

Tel/fax: (994 177) 44 26 55 Toll free: (088) 505 05 05 



18 

 

19   Koordinator



/ Mərkəz 

direktoru  

Tural Salamaov  Beynəlxalq Universitet 

Mingəçevir Filialı Filologiya 

ixtisası üzrə bakalavr təhsili  

tural@transparency.az

 

20  Hüquqşünas  



Kəmalə 

Məmmədova 

Dağıstan Dövlət Universiteti, 

Hüquq ixtisadı üzrə magistr 

dərəcəsi 

kamala@transparency.az

 

21   Hüquqşünas 



Zöhrab 

Hüseynov 

Hüquq  təhsili,  Penza  Dövlət 

Universiteti  

zohrab@transparency.az 

 

 

Maliyyə məlumatı: 

 

 

Diaqram 5. Donorlar 2013-ci ildə  

  

 



 

Diaqram 6. 2013-ci ildə xərclər (avro ilə)

 

 

 

 




19 

 

 



Cədvəl 4. Şəffaflıq Azərbaycan təşkilatının maliyyə məlumatı avro ilə  

 

 

Gəlir   


448,527 

Hesabat dövrünün başlanğıcında olan vəsait                           

445,125 

Xərclər   

31,316 

İlin yekununa qalan vəsait   



34,719 

İl üçün Aktiv saldo və ya kəsir 

3,403 

 

Nəzarət mexanizmi  



 

Maliyyə  sənədləri  və  digər  əlavə  dəstəkləyici  sənədlər  daxili  qaydalarına  uyğun  olaraq 

donorlar (ATƏT, USAID)  tərəfindn yoxlanıb. Bəzi layohlər fərdi olaraq auditə cəlb edilib..   

 

Bu il APT layihəsinin birinci ili, Şəki və Lənkərandakı Hüquq-Resurs Mərkəzləri, həmçinin 



2013-cü il Şəffaflıq Azərbaycan təşkilatının illik maliyyə fəaliyyətlərinin müstəqil auditi 

aparılmışdır. Hər iki hesabat Tiflis, Gürcüstanda yerləşən GACC audit şirkəti tərəfindən 

hazırlanmışdır. 

 

Tərtib edib: 

 

APT Qrant Meneceri, Kənan Qasımov 



 

Yüklə 177,03 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə