ŞƏffafliğin artirilmasi və korrupsiyaya qarşi mübariZƏ ÜZRƏ MİLLİ strategiYA



Yüklə 100,32 Kb.
tarix20.02.2018
ölçüsü100,32 Kb.
#27230

ŞƏFFAFLIĞIN ARTIRILMASI VƏ KORRUPSİYAYA QARŞI MÜBARİZƏ ÜZRƏ MİLLİ STRATEGİYA

Бакы -2009

Vəsait Коррупсийайа гаршы Мцбаризя Фонду иля Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasıнын бирэя

Лайищяси чярчивясиндя няшр олунур

Бурахылыша мясул: В.Мювсцмов

Редактор: Н.Казымов

Компцтер хидмяти: Мурад

Корректор: Самиря

Korrupsiyaya Qarşı Mübarizə Fondu

AZ 1001 Azərbaycan, Bakı

Azadlıq prospekti 3/13

Telefon: (+994 12) 4930276

Фaks: (+994 12) 4937795

Моб: (055) 6620762

E-mail:office@aznocorruption.az

Web site:http://aznocorruption.az

Китаб щазыр диапозитивлярдян чап олунмушдур



Korrupsiya vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınmasıdır.
KORRUPSIYAYA QARŞI MÜBARIZƏ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Korrupsiya bu günkü Azərbaycanın ən vacib problemlərindən biridir. O həll olunmadan digər problemlərin: sosial və iqtisadi, idarəetmə məsələləri və s. həlli mümkün deyildir.

Korrupsiyaya qarşı mübarizədə dünya təcrübəsinə istinad etsək görərik ki, bu mübarizənin səmərə verməsində vətəndaş cəmiyyətinin rolu danılmazdır. Qəbul edilmiş “Şəffaflığın artırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”da bu fikir bir daha öz təsdiqini tapmışdır. “Milli Strategiya”nın qəbul olunması ilə ictimaiyyətin hökumətin antikorrupsiya tədbirlərinə nəzarət imkanları əldə etməsi diqqətçəkən məqamlardandır.

Hazırki dövrdə regionların inkişafına ayrılan dövlət vəsaitləri orada vətəndaş cəmiyyətinin inkişafını da vacib edir. Korrupsiyaya qarşı Mübarizə Fondunun son illərdə regionlarda apardığı araşdırmaların nəticələrinə və Fonda daxil olmuş ərizə və şikayətlərin məzmununa görə regionlarda əhalinin əsas problemləridən biri də onların korrupsiya halları ilə üzləşməsidir. Bunun da səbəbləri: yerlərdə məmurlar tərəfindən qanunların icrasına laqeydlik, əhali tərəfindən bəzi yerli dövlət idarələrinə və məhkəmələrə olan inamsızlıq, ictimaiyyət və yerlərdəki məmurlar arasında hüquqi maarifləndirmə işinin aşağı səviyyədə olması, vətəndaş cəmiyyətinin zəifliyi, antikorrupsion normativ sənədlərin icrası üzərində ictimai nəzarət mexanizmlərinin və əhalinin korrupsiya ilə bağlı ərizə və şikayətlərinə baxılmasının lazımi səviyyədə olmamasıdır.

Korrupsiyaya Qarşı Mübarizə Fondu öz fəaliyyəti dövründə Azərbaycanda ictimai həyatın bir sıra sahələrində Korrupsiyanın səviyyəsini öyrənmək və ona qarşı mübarizə metodlarının hazırlanması ilə bağlı layihələr həyata keçirmişdir: Kiçik və orta biznesdə korrupsiya problemi və ona qarşı mübarizə tədbirlərinin görülməsi, təhsil sistemindəki korrupsiya məqamları və onların aradan qaldırılması, qanun və layihələrin antikorrupsion ekspertizası, regionlarda korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirmə tədbirlərinin və sorğuların keçirilməsi.

Korrupsiyaya qarşı mübarizə dövlət orqanları, qeyri-hökumət təşkilatları, KİV və özəl sektorun nümayəndələrinin birgə əməkdaşlığı ilə həyata keçirilməlidir. Fondun regionlarda keçirdiyi tədbirlərin əsas məqsədi “Milli Strategiya”nın ictimaiyyət və dövlət orqanları qarşısında qoyduğu vəzifələrin müzakirəsi və onların maarifləndirilməsi ilə yanaşı “Milli Strategiya”nın icrasına ictimai nəzarətin təşkili, korrupsiya ilə üzləşmiş vətəndaşlara hüquqi yardımın göstərilməsi, edilən şikayətlərin aidiyyatı dövlət orqanlarına istiqamətləndirilməsi və onların müsbət həllinə nail olunmasıdır.

« Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya»nın Fəaliyyət Planında regionlarda yerli dövlət və özünüidarə orqanları qarşısında aşağıda göstərilən vəzifələr bir tələb kimi qoyulmuşdur.



1) Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə, ərizə və şikayətlərə baxılması işinin təkmilləşdirilməsi (mütəmadi)

a) Ərizə və şikayətlərlə əlaqədar effektiv araşdırmaların aparılması

b) Elektron poçt vasitəsi ilə ərizə və şikayətlərin qəbulu işinin təşkili

c) Məlumat əldə edilməsi qaydalarının və üsullarının təkmilləşdirilməsi



2) Dövlət qurumlarının fəaliyyəti barədə illik hesabatların tərtib edilməsi (hər il yanvarın 30-dək)

a) Hesabatlarda qulluğa qəbul və qulluqla bağlı digər məsələlər, büdcə, ərizə və şikayətlərə baxılması, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin göstərilməsi

b) Hesabatların dərc edilməsi və ictimayyətə açıqlanması

3) Dövlət orqanlarında daxili nəzarət qurumlarının işinin təkmilləşdirilməsi (mütəmadi)

a) Şəxslərin birbaşa daxili nəzarət orqanlarına müraciət imkanlarının yaradılması

b) Daxili nəzarət orqanları tərəfindən müraciətlərə operativ və qısa müddət ərzində baxılması

c) Daxili nəzarət qurumları tərəfindən aşkar edilən korrupsiya cinayətləri barədə hüquq-mühafizə orqanlarının məlumatlandırılması



4) Dövlət qurumlarının fəaliyyəti ilə əlaqədar tətbiq edilən rüsum, tarif və digər ödənişlərin yığılmasının təkmilləşdirilməsi və şəffaflığın artırılması (yanvar 2008-ci ildən başlıyaraq mütəmadi)

a) Dövlət orqanlarının binalarında rüsum, tarif, vergilər və göstərilən xidmətlərə görə ödənişlər barədə məlumatları əks etdirən lövhələrin yerləşdirilməsi

b) Rüsumların, vergilərin və digər ödənişlərin yığılması üzrə nəqd ödəmələrin azaldılması

c) Maaşların, pensiyaların, sosial müavinətlərin və digər sosial ödənişlərin plastik kartlar vasitəsi ilə ödənilməsinin təmin edilməsi

d) Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində qabaqcıl təcrübələrin öyrənilməsi və onların tətbiqi ilə əlaqədar tədbirlərin həyata keçirilməsi

5) İctimaiyyətlə əlaqələrin gücləndirilməsi (yanvar 2008-ci ildən başlıyaraq mütəmadi)

a) Dövlət orqanlarında qaynar xətlərin yaradılması və qaynar xətt barədə ictimaiyyətin məlumatlandırılması

b) Qaynar xətlərə daxil olan məlumatlarla əlaqədar operativ tədbirlər görülməsi sisteminin yaradılması

6) Bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi (mütəmadi)

a) Bələdiyyələrin aparatlarında qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinin təmin edilməsi

b) Bələdiyyələrdə çalışan şəxslər üçün korrupsiyaya qarşı mübarizə məsələləri üzrə tədris kurslarının, treninqlərin və seminarların təşkili

c) Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin gücləndirilməsi

d) Yerli özünüidarə orqanlarının vəsaitlərinin formalaşması və təyinatı üzrə xərclənməsi prosesində şəffaflığın təmin edilməsi.

Korrupsiyaya qarşı Mübarizə Fondu bu tələblərin icrası ilə bağlı keçirdiyi monitorinqlərin nəticələri barədə mütəmadi olaraq ictimaiyyəti, o cümlədən KİV və korrupsiyaya qarşı mübarizə aparan dövlət orqanlarını məlumatlandırır.

Fond nəşr etdirdiyi bu maarifləndirmə vəsaitini ölkənin regionlariunda keçirdiyi tədbirlər zamanı əhali arasında paylayır. Vəsaitlər içərisində Azərbaycan Respublikası Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya tərəfindən hazırlanan “Korrupsiyaya qarşı Mübarizəyə dair Normativ Hüquqi Aktlar” kitabı da vardır.

Namik Axundov,Korrupsiyaya qarşı Mübarizə

Fondunun Prezidenti

ŞƏFFAFLIĞIN ARTIRILMASI VƏ KORRUPSİYAYA QARŞI MÜBARİZƏ ÜZRƏ MİLLİ STRATEGİYANIN TƏSDİQ EDİLMƏSİ BARƏDƏ AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsi, nоrmativ hüquqi bazanın və institusional me­xaniz­mlərin təkmilləşdirilməsi, dövlət və yerli özünüidarə оrqanlarının fəaliyyətində şəffaflı­ğın artırılması və bu sahədə dövlət si­ya­sə­tinin həyata keçirilməsi məqsədi ilə qərara alıram:

1. Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planı təsdiq edilsin (əlavə оlu­nur).

2. Mərkəzi və yerli icra hakimiyyəti orqan­ları:

2.1. Öz fəaliyyətində Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın müddəalarını rəhbər tutsunlar;

2.2. Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Pla­nında nəzərdə tutulan tədbirlərin icrası barə­də hər altı aydan bir Azərbaycan Respubli­ka­sının Nazirlər Kabinetinə və Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyaya məlumat təqdim etsinlər.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planının yerinə yetirilməsi ilə əla­qə­dar görülən işlərin vəziyyətini təhlil etsin və bu barədə mütəmadi olaraq Azərbaycan Res­pub­likasının Prezidentinə məlumat təqdim etsinlər.

4. Azərbaycan Respublikasının Milli Məcli­si­nə, Azərbaycan Respublikasının məhkəmə­lə­rinə, Baş Prokurorluğuna, Məhkəmə-Hüquq Şurasına, İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana), yerli özünüidarə orqanlarına tövsiyə edilsin ki, Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi üçün zəruri tədbirlər gör­sün­lər.

5. Korrupsiyaya qarşı Mübarizə üzrə Komis­siya korrupsiyaya qarşı mübarizə sahə­sində görülən işlər barədə ictimaiyyətə mütə­ma­di olaraq məlumat versin.

6. Azərbaycan Respublikasının Nazirlər Ka­bineti öz səlahiyyətləri daxilində bu Sərən­camdan irəli gələn digər məsələləri həll etsin.

7. Bu Sərəncam imzаlаndığı gündən qüv­vəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 iyul 2007-ci il




ŞƏFFAFLIĞIN ARTIRILMASI VƏ KORRUPSİYAYA QARŞI MÜBARİZƏ ÜZRƏ MİLLİ STRATEGİYA
Azərbaycan Rеspublikası Prеzidеntinin
2007-ci il 28 iyul tariхli Sərən­ca­mı ilə təsdiq еdilmişdir.

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində əldə edilən nailiyyətlərin möhkəmləndirilməsi, 2004-2006-cı illər üçün Kor­rupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqra­mına uyğun olaraq korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsi, dövlət orqanlarının fəaliyyəti­nin müasir tələblərə uyğun olaraq qurulması, dövlət orqan­larına ictimai etimadın gücləndirilməsi, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və qabaqlayıcı tədbirlərin görülməsi, korrupsiya hüquqpozmaları törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi, bu hüquqpozmalardan zərər çəkmiş şəxslərin hüquqlarının müdafiəsi, korrupsiyaya qarşı mübarizədə nəzarət mexa­nizm­­lərinin təkmilləşdirilməsi, vəzifəli şəxs­lərin və dövlət qulluqçularının vicdanlı xidmət və peşəkarlıq sahəsində nümunəvi davranışının güc­ləndirilməsi məqsədilə, korrupsiyanın iqtisadi in­ki­şaf üçün maneələr törətdiyini, qanunun alili­yi­ni, bərabərlik və sosial ədalət prinsiplərini poz­du­ğu­nu nəzərə alaraq, dövlət orqanlarının fəa­liy­yətində şəffaflığın artırılmasının korrupsiyaya qar­şı mübarizənin vacib şərti olduğunu qeyd edərək, dövlət orqanlarının fəaliyyətində hesa­bat­lı­lığın və məsuliyyətin artırılmasına, dövlət əmlakının düzgün idarə olunmasına, antikor­rup­siya mədəniyyətinin formalaşmasına şəffaflığın imkan yaratdığını vurğulayaraq, kоr­rupsi­yaya qar­şı mübarizə sahəsində milli qanunvericiliyin, Bir­ləşmiş Millətlər Təşkilatının, Avropa Şurası­nın kоnvеnsiyalarının və digər beynəlxalq sənəd­lə­rin müddəalarını rəhbər tutaraq, korrup­siyaya qarşı mübarizədə maarifləndirmə tədbirlərini və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı təşviq edərək, korrupsiyaya qarşı mübarizə sa­hə­sində beynəlxalq əməkdaşlığın vacibliyini nəzərə alaraq və bu sahədə həyata keçirilən səyləri və təşəbbüsləri dəstəkləyərək, Azərbaycan Respub­li­ka­sı korrupsiyaya qarşı mübarizədə siyasi iradə­si­ni bir daha təsdiqləyərək Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Stra­te­giyanı qəbul edir.




I. Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın məqsəd və vəzifələri
Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya (bundan sonra - “Milli Strategiya”) Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının (2004-2006-cı illər) davamı olaraq Azərbaycan Respublikasında de­mo­kratik dövlət quruculuğu və sosial-iqtisadi is­la­hatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçiriləcək çoxşaxəli, ardıcıl və mərhələli, uzun və qısamüddətli tədbirləri müəy­yən edir.

Milli Strategiya korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin daha sıx əməkdaşlığa cəlb edilməsi, antikorrupsiya mədəniyyətinin artırıl­ma­sı, dövlət orqanlarının, o cümlədən hüquq mü­ha­fizə orqanlarının və məhkəmələrin fəaliy­yə­tinin müasir tələblərə uyğun olaraq qurulması, iq­tisadi və sosial sahədə inkişafa mane olan amil­lə­rin aradan qaldırılması üçün tədbirlər müəyyən edir. Milli Strategiya korrupsiyaya qarşı mü­ba­ri­zə­nin əsas şərti kimi dövlət orqanlarının fəaliy­yə­tin­də şəffaflığın artırılmasını təsbit edir. Şəf­fa­f­lı­ğın təmin edilməsi öz-özlüyündə korrupsiyanın aradan qaldırılması məqsədi daşımır. O, kor­rup­siyaya qarşı mübarizənin əsas vasitəsi kimi müəy­yən edilir.

Şəffaflıq təmin edildiyi təqdirdə ictimaiyyət dövlət orqanlarının qəbul edəcəyi qərarlar haq­qın­da daha çox məlumata malik olur, ictimai dis­kus­siyaya şərait yaranır, dövlət orqanlarına icti­mai etimad güclənir və bu orqanların hesabatlılığı və məsuliyyəti daha da artır. Şəffaflıq dövlət orqanlarının fəaliyyətinin təkmilləşməsinə, dövlət orqanlarının fəaliyyətinin daha səmərəli surətdə təhlil edilməsinə və qiymətləndirilməsinə xidmət edir. Şəffaflıq həmçinin iqtisadiyyatın inkişafı, əlverişli biznes mühitinin yaradılması, xarici sər­ma­yələrin cəlb edilməsi üçün əsas şərtlərdəndir.
Milli Strategiya qərar qəbul etmə mexanizmləri və qaydaları, dövlət qulluğuna qəbul, dövlət büd­cə­sinin gəlir və xərcləri, siyasi partiyaların maliy­yələşdirilməsi, dövlət satınalmaları, özəlləşdirmə, investisiya, dövlət və yerli özünüidarə orqan­la­rının fəaliyyəti və digər sahələrdə şəffaflığın artırılması üçün tədbirləri müəyyən edir. Şəxs­lərin məlumat azadlığından istifadəsi dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətində şəf­faflığın təmin edilməsi şərtlərindən biridir. Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planı (bundan sonra – “Fəaliyyət Planı”) bu azadlığı təmin edən infor­masiya əldə etmək haqqında qanunvericiliyin tət­bi­qində səmərəliliyin artırılmasını, vətəndaşların dövlət və yerli özünüidarə orqanlarının fəaliyyəti barədə məlumat əldə edə bilməsini, informasiya məsələləri üzrə müvəkkil institutunun fəaliyyəti üzrə təkliflərin hazırlanmasını nəzərdə tut­muş­dur.

II. Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin əsas prinsipləri
1. Qanunun aliliyi, insan və vətəndaş hüquq və azadlıqlarına hörmət Korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər və bununla bağlı dövlət orqanlarının vəzifə və səlahiyyətləri qanunun aliliyi, insan və vətəndaş hüquq və azadlıqlarına hörmət prinsipinə əsaslanaraq həyata keçirilir.
2. İnformasiya azadlığının təmin edilməsi

Əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyalar istisna olmaqla dövlət orqanları öz fəaliyyətləri barədə məlumatları ictimaiyyətə çatdırmalıdırlar. Dövlət orqanları şəxslərin, kütləvi informasiya vasitələrinin və vətəndaş cəmiyyəti institutlarının onların fəaliyyətləri barədə informasiya ala bilmələri üçün zəruri tədbirlər görürlər.


3. Hesabatlılığın təmin edilməsi

Hesabatlılıq dövlət orqanları və vəzifəli şəxslərin məsuliyyətinin artırılması məqsədini daşıyır. Dövlət orqanları öz fəaliyyətləri barədə dövri hesabatları və məlumatları ictimaiyyətə təqdim etməlidirlər.



4. Dövlət orqanlarının fəaliyyətinə nəzarət

Bütün dövlət orqanları korrupsiyaya qarşı mü­ba­rizə məqsədi ilə öz tabeliklərində olan qurum­lar üzərində səmərəli nəzarəti həyata keçir­mə­li­dirlər.


5. Korrupsiyanın qarşısının alınması və kor­rup­siya ilə əlaqədar hüquqpozmalara görə məsu­liyyət

Korrupsiyaya qarşı mübarizə yalnız korrup­si­ya ilə əlaqədar hüquqpozmalara görə məsuliyyətə cəlb etməklə deyil, həmçinin korrupsiyaya şərait yaradan halların müəyyən edilməsi, təhlili, ara­dan qaldırılması və qabaqlayıcı tədbirlər vasitə­silə həyata keçirilməlidir.


6. Düzgün idarəçilik

Dövlət orqanları fəaliyyətlərini həyata keçir­mək üçün məqsədyönlü və səmərəli tədbirlər görməli və qarşılarında duran vəzifələrin yerinə yetirilməsi üçün lazımi bacarıqlara və çevikliyə malik olmalıdırlar.



7. Korrupsiyaya qarşı maarifləndirmə və əmək­daşlıq

Korrupsiyaya qarşı mübarizənin səmərəli su­rət­də həyata kеçirilməsi üçün ictimaiyyətin maarif­ləndirilməsi məqsədi ilə müvafiq tədbirlər həyata keçirilməli, digər ölkələrin təcrübəsindən istifadə olunmalı, beynəlxalq təşəbbüslərdə iş­ti­rak edilməli, eləcə də korrupsiyaya qarşı mü­ba­ri­zə sahəsində fəaliyyət göstərən dövlət və qeyri-hökumət təşkilatları, özəl sektor, kütləvi infor­ma­siya vasitələri, beynəlxalq təşkilatlar və digər tə­rəf­daşlarla əməkdaşlıq edilməlidir.


III. Milli Strategiya üzrə tədbirlər
Milli Strategiya şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə aşağıdakı sahələrdə tədbirləri nəzərdə tutur.
1. Qanunvеriciliyin təkmilləşdirilməsi

BMT-nin Korrupsiya əleyhinə Konven­siya­sı­nın, Avropa Şurasının korrupsiya ilə əlaqədar cinayət və mülki-hüquqi məsuliyyət haqqında konvensiyalarının və Azərbaycan Respublika­sı­nın tərəfdar çıxdığı digər beynəlxalq sənədlərin Azərbaycan Respublikasının qanunvericiliyinə tam implementasiyası üçün tədbirlər davam etdiriləcəkdir.

Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə bir sıra normativ hüquqi aktların, o cüm­lədən hüquqi şəxslərin cinayət məsuliy­yə­ti­nin müəyyən edilməsi, çirkli pulların yuyul­ma­sı­nın qarşısının alınması, maraqlar toqquşmasının qar­şısının alınması, siyasi partiyaların maliy­yə­ləş­məsində şəffaflığın artırılması ilə bağlı layi­hə­lə­rin və Fəaliyyət Planında göstərilən digər qa­nun­vericilik aktlarının layihələrinin hazırlanması nəzərdə tutulur.

Qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə normativ hüquqi aktların və onların layihələ­rinin korrupsiyaya qarşı mübarizə nöqteyi-nə­zə­rin­dən müvafiq еkspеrtizası həyata keçiriləcək­dir.

Qanunvericilik sahəsində şəffaflığı təmin et­mək məqsədi ilə korrupsiyaya qarşı mübarizə sa­hə­sində əhəmiyyətli qanun layihələri üzrə ictimai mü­za­kirələr təşkil ediləcəkdir. İctimai müzakirə­lər maraqlı tərəflərə qanunun hazırlanması pro­sesində iştirak etməyə imkan yaradacaq, nor­ma­tiv hüquqi aktların keyfiyyətinin tək­mil­ləş­di­ril­mə­sinə xidmət edəcək və qanunların tətbiqinin səmərəliliyini artıracaqdır. Vətəndaş cəmiyyəti institutlarının dövlətin və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən normativ hüquqi akt­la­rın layihələrinin hazırlanması sahəsində fəaliy­yəti dəstəklənəcəkdir.

Qanun­ve­ricilik sahəsində şəffaflığı təmin etmək məqsədi ilə normativ hüquqi aktların vahid internet elektron bazasının təkmilləşdirilməsi, onun mütəmadi surətdə yeniləşdirilməsi üçün tədbirlər görüləcəkdir.


2. Dövlət və yerli özünüidarə orqanlarının fəaliy­yəti

Dövlət orqanlarının fəaliyyəti sahəsində təd­bir­lər həmin orqanların işinin təkmilləş­diril­mə­si­nə, onların fəaliyyətində peşəkarlığın, hesa­bat­lı­lı­ğın və şəffaflığın artırılmasına yönəlmişdir.


Döv­lət orqanları qərarların qəbul edilməsi pro­se­du­ralarının dəqiq müəyyən edilməsi, ərizə və şi­ka­yətlərə baxılması işinin və qaydalarının tək­mil­ləş­dirilməsi məqsədi ilə tədbirlər görəcəklər.

Dövlət və yerli özünüidarə orqanları fəaliy­yət­ləri barədə məlumatların ictimaiyyətə çatdırıl­ma­sı üçün illik hesabatlar tərtib edəcəklər. He­sa­batlarda qulluğa qəbul və qulluqla bağlı digər məsələlər, büdcə, ərizə və şikayətlərə baxılması, şəf­faflığın artırılması və korrupsiyaya qarşı mü­ba­rizə sahəsində görülən tədbirlərlə bağlı məlu­mat­lar əks olunacaqdır. Korrupsiyaya qarşı mü­ba­rizə üzrə Komissiya hesabatların tərtib edil­mə­si üçün nümunəvi qaydalar hazırlayacaqdır.


Şəf­­faflığın və səmərəliliyin artırılması üçün dövlət və yerli özünüidarə orqanlarının fəaliy­yə­ti­ni əks etdirən internet səhifələrinin tərtib edil­məsi işinin başa çatdırılması, ərizə və müraciət­lərin elektron vasitələrlə qəbul edilməsinin təşkili nəzərdə tutulur.

Dövlət orqanlarının səlahiyyətlərinin daha də­qiq müəyyən edilməsi, həmin orqanların səlahiy­yətlərində təkrarlanmaların aradan qaldırılması məqsədi ilə qanunvericilik və digər təşkilati təd­bir­lərin görülməsi davam etdiriləcəkdir. Mər­kəzi və yеrli icra hakimiyyəti, habelə yerli özünüidarə orqanlarında korrupsiyaya qarşı mübarizə üzrə komplеks tədbirlər planlarının hazırlanması və onların tətbiq edilməsi, dövlət və özəl sektorda korrupsiya məsələləri ilə bağlı ixtisaslaşdırılmış tədqiqatların həyata keçirilməsi planlaşdırılır.


Milli Strategiya dövlət qulluğunun təkmilləş­di­ril­məsini, qulluğa qəbul, vəzifədə irəliləmə, və­zi­fədən azad etmə, dövlət qulluqçularının fəaliy­yə­tinin qiymətləndirilməsi, dövlət qulluğunda ro­ta­si­ya sisteminin tətbiqi ilə bağlı daha şəffaf pro­sedurların təmin edilməsini tələb edir. Fəaliyyət Planına görə dövlət qulluğuna qəbul qaydaları və institusional mexanizmlər təkmilləşdirilməli, döv­lət qulluğunun bütün sahələrində, həmçinin bələdiyyələrin aparatlarında qulluğa qəbulun şəffaflıq və müsabiqə əsasında həyata keçirilməsi təmin edilməlidir. Bununla yanaşı, dövlət orqan­la­rında qulluğun nüfuzunun artırılması, dövlət qulluqçularının həvəsləndirmə proqramlarının hə­yata keçirilməsi, dövlət qulluğuna ixtisaslı və peşəkar kadrların cəlb edilməsi üçün tədbirlər həyata keçirilməsi planlaşdırılır.

Döv­lət qulluqçuları və vəzifəli şəxslərin еtik davranışının təkmilləşdirilməsi üçün sahələr üzrə etik davranış qaydalarının qəbul edilməsi, dövlət qulluqçularının mütəmadi olaraq etik davranış məsələləri üzrə tədris və treninqlərə cəlb edil­məsi, etik davranış qaydaları barədə ictimaiyyətin məlumatlandırılması məqsədi ilə tədbirlər görülə­cəkdir.

Dövlət qulluqçularının peşə bacarıqlarının ar­tı­rılması üçün korrupsiyaya qarşı mübarizə mə­sə­lə­ləri ilə əlaqədar xüsusi tədris və treninq proqramlarının təşkil edilməsi nəzərdə tutulur.
Dövlət qulluqçularının maddi-tехniki, sosial və maliyyə təminatının yaxşılaşdırılması üçün döv­lət məvaciblərinin mərhələlərlə artırılması və digər tədbirlər həyata keçiriləcəkdir.

Kor­rupsiyaya qarşı mübarizə məqsədi ilə dövlət orqanlarında daxili nəzarət qurumlarının təkmilləşdirilməsi, onların maddi-texniki baza­la­rı­nın gücləndirilməsi nəzərdə tutulur. Şəxslərin bu orqanlara birbaşa müraciət etməsi üçün im­kan­lar yaradılmalı və onların qərar qəbuletmə pro­sesi daha operativ olmalıdır. İctimaiyyətlə əlaqələrin gücləndirilməsi üçün qaynar xətlərin və qaynar xətlərə daxil olan məlumatlarla əla­qə­dar operativ tədbirlər görülməsi sisteminin yara­dıl­ması, bu xətlər barədə ictimaiyyətin məlu­mat­landırılması üçün tədbirlər müəyyən edilir. Kor­rupsiya halları haqqında məlumat verən şəxslərin müdafiəsini tənzimləyən qanunvericilik bazasının gücləndirilməsi nəzərdə tutulur.

Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların verilməsi qaydalarının tətbiqi üçün müvafiq işlər görüləcəkdir.

BMT və Avropa Şurasının tövsiyələrinə və bey­nəlxalq təcrübəyə uyğun olaraq siyasi parti­ya­ların maliyyə vəsaitlərinin xərclənməsində şəf­fa­f­lı­ğın artırılması və bu məqsədlə nəzarət mexaniz­mi­nin müəyyən edilməsi, siyasi partiyaların maliy­yələşməsinə nəzarətin təkmilləşdirilməsi üçün təkliflər hazırlanacaqdır.


3. Korrupsiyaya qarşı mübarizə sahəsində ixti­saslaşmış qurumların, hüquq mühafizə orqan­la­rının və məhkəmələrin fəaliyyəti

Korrupsiyaya qarşı mübarizə üzrə Komis­siyanın, onun Katibliyinin və işçi qruplarının fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni resursların cəlb edilməsi nəzərdə tutulur.

Azər­baycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi və digər hüquq mühafizə orqanları arasında əmək­daşlığın daha səmərəli mexanizmlərinin müəyyən edilməsi, onların iş təcrübəsinin ümumiləş­di­ril­məsi, korrupsiya cinayətləri barədə vahid infor­ma­siya bazasının yaradılması, cinayət təqibini həyata keçirən orqanlar arasında daha çevik in­for­­masiya mübadiləsi təmin ediləcəkdir.

Kor­­rupsiyaya qarşı Mübarizə İdarəsi və digər hü­quq mühafizə orqanlarının müvafiq əmək­daş­la­rının korrupsiya cinayətlərinin aşkar edilməsi, istintaqı və ittihamı üzrə ixtisaslarının artırılması üçün tədbirlər görüləcəkdir. Korrupsiya cinayət­lərinin aşkar edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin tətbiqi təkmilləşəcəkdir.

Kor­rupsiyaya qarşı mübarizə sahəsində ixti­sas­laşmış orqanların səmərəli surətdə fəaliyyət göstərməsi üçün bu orqanların müstəqilliyinin təmini və heç bir təsirə məruz qalmaması üçün əlavə tədbirlər görüləcəkdir.

Korrup­siyaya qarşı mübarizə aparan ixtisas­laş­mış orqanlar öz fəaliyyətlərini ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının və özəl sektorun nümayəndələri ilə əlaqəli şəkildə quracaqlar.

Kor­rupsiyaya qarşı mübarizə aparan orqanlara ictimai etimadın güclənməsi üçün onların işi müm­­kün qədər şəffaf qurulmalıdır.

Hü­quq mühafizə orqanları əməkdaşlarının yüksək dövlət məvacibi ilə təmin edilməsi kor­rup­siyaya qarşı mübarizədə mühüm amillərdən biridir. Bu məqsədlə hüquq mühafizə orqan­la­rın­da qulluq keçən şəxslərin dövlət məvaciblərinin mərhələlərlə artırılmasının davam etdirilməsi, onların sosial təminatının yaxşılaşdırılması üçün müvafiq tədbirlər nəzərdə tutulur.

Məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi üçün hakimlər üçün korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış təlim və tədrisin təşkil edilməsi, beynəlxalq təcrübənin öyrənilməsi təş­viq ediləcəkdir. Məhkəmə qərarlarının dərc edil­məsi üçün əlavə tədbirlər görüləcəkdir.

Məh­kəmə qərarlarının icrasının təkmilləş­di­ril­mə­si ilə bağlı tədbirlərin görülməsi nəzərdə tutu­lur. Məhkəmə qərarlarının icra edilməməsi şəxs­lə­rin məhkəmə müdafiəsi hüququnun pozulması kimi qiymətləndirilməlidir.

Korrupsi­yaya qarşı mübarizədə şahidlərin və cinayət təqibini həyata keçirən orqanlarla əmək­daşlıq edən şəxslərin müdafiəsi işinin təkmilləş­di­rilməsi üçün təkliflər hazırlanacaqdır.
4. İqtisadi və sosial sahədə. İqtisadi və sosial sahədə maliyyə nəzarəti, investisiyaların təşviqi, özəlləşdirmə, dövlət satınalmaları, audit prose­sin­də şəffaflığın artırılması, eyni zamanda rəqabət və biznes mühitinin gücləndirilməsi üçün qa­nun­ve­ricilik aktlarının qəbul edilməsi və inzibati təd­bir­lərin görülməsi nəzərdə tutulur. Lisenziyaların və icazələrin verilməsi, vergi, gömrük, təhsil və səhiyyə sahələrində islahatlar bu tədbirlərin tərkib hissəsidir.

Ədalətli rəqabətin təmin edilməsi üçün mü­va­fiq normativ hüquqi aktların qəbulu və onların səmərəli tətbiqi və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Özəlləş­dirmə sahəsində şəffaflığın artırılması və özəlləşdirmədə nəzarətin təkmilləşdirilməsi üçün tədbirlər həyata keçiriləcəkdir. Lisen­ziyaların və icazələrin verilməsində şəffaflığın artırılması, onların verilmə şərtlərinin sadələş­di­ril­məsi, lisenziyaların və icazələrin verilməsinin elektron sisteminə keçirilməsi üçün təkliflər ha­zır­lanacaqdır.

Dövlət satınalmaları sahəsində ədаlətli rəqа­bə­tin təmin edilməsi üçün müvаfiq normativ hü­quqi aktların hazırlanması, bu sahədə mаliyyə оrqаnlаrının nəzаrətinin аrtırılmаsı, dövlət sаtın­аl­­mаlаrı sahəsində qаnun pоzuntulаrınа yоl vеr­miş şəхslərin sаtınаlmаlаrdа iştirаkının məh­dud­lаş­dırılması, şikаyətlərə təхirəsаlınmаdаn bахıl­mа­sı üçün tədbirlər müəyyən edilir. Dövlət satın­al­malarında şəffaflığın və peşə bacarıqlarının ar­tı­rılması məqsədi ilə ictimaiyyətin məlu­mat­lan­dı­rıl­ması, intеrnеt imkаnlаrındаn istifаdənin geniş­lən­dirilməsi, еlеktrоn dövlət sаtınаlmаlаrının hə­ya­ta keçirilməsi üçün tədbirlər görüləcək, bu sa­hədə çalışan mütəxəssislər üçün təlim və treninq­lər təşkil olunacaqdır.

Korrupsiya ilə əlaqədar hüquqpozmalardan əldə edilmiş gəlirlərin leqallaşdırılmasına qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə milli qanunvericiliyin BMT və Avropa Şurasının bu sahədə konvensiyalarına və Maliyyə Tədbirləri üzrə İşçi Qrupun (FATF) tövsiyələrinə uyğun olaraq təkmilləşdirilməsi, institusional mexa­nizm­lərin möhkəmləndirilməsi nəzərdə tutulur.
Təsərrüfat subyektləri arasında maliyyə əmə­liy­yatlarının və hesablaşmaların şəffaflığının təmin edilməsi məqsədi ilə mülki dövriyyənin işti­rak­çı­ları arasında hesablaşmalarda nağdsız ödəmələrin həcminin artırılması üçün tədbirlər müəyyən edilir.

Audit xidmətinin təkmilləşdirilməsi məqsədi ilə beynəlxalq audit standartlarının tam tətbiqinə keçilməsi, daxili audit xidmətinin və auditorların fəaliyyətinə dair nəzarət sistemlərinin təkmilləş­di­rilməsi üzrə tədbirlər nəzərdə tutulur.

Audit təşkilatlarının korrupsiyaya qarşı mü­ba­ri­zə aparan orqanlarla əməkdaşlığının güclən­di­ril­məsi və onların korrupsiyaya qarşı mübarizə sahəsində məsuliyyətlərinin artırılması sahəsində tədbirlər həyata keçiriləcəkdir.

Vergi və gömrük işinin təkmilləşdirilməsi məq­sədi ilə vergi və gömrük rüsumları qay­da­la­rı­nın sadələşdirilməsi, gömrük və vergi orqan­la­rı­nın qərarlarından verilən şikayətlərə baxılması işi­nin təkmilləşdirilməsi, vergi ödəyicilərinin zə­ruri məlumatlarla təmin edilməsinin asanlaş­dı­rıl­ması üçün tədbirlər müəyyən edilir.

Gömrük prоsеdurlarının səmərəliliyinin və şəffaflığının artırılması məqsədi ilə gömrük mən­tə­qələrində normativ hüquqi aktlar, gömrük rü­sum və tarifləri barədə məlumat xidmətlərinin ya­ra­dılması, gömrük sərhədində mal dövriyyəsinin sürətləndirilməsi və sahibkarlıq subyektlərinə əl­verişli şəraitin yaradılması, gömrük ödənişlərində nağdsız ödəniş sisteminə keçilməsi üçün tədbirlər planlaşdırılır.

Maliyyə nəzarəti sahəsində qanunvericiliyin və maliyyə nəzarətini həyata keçirən orqanların işinin, maliyyə nəzarəti prosedurlarını tənzim­lə­yən normaların təkmilləşdirilməsi üçün tədbirlər həyata keçiriləcəkdir. Maliyyə nəzarəti orqan­la­rının fəaliyyətində şəffaflığın təmin edilməsi məqsədi ilə dövri məruzələrin tərtib edilməsi davam etdiriləcəkdir. Yerli büdcənin icrasına nə­za­rət mexanizmlərinin və prosedurlarının təkmil­ləş­dirilməsi nəzərdə tutulur.

Büdcə sisteminin qanunvericilik bazasının və büdcə təsnifatının təkmilləşdirilməsi, həmçinin yer­li özünüidarə orqanlarının vəsaitlərinin for­ma­laş­ması və təyinatı üzrə xərclənməsi prosesində şəffaflığın təmin edilməsi üçün tədbirlər həyata keçiriləcəkdir.

Təhsil və səhiyyə sahələrində tədbirlər sı­ra­sı­na müəllimlərin və həkimlərin statusuna dair tək­lif­lərin hazırlanması, müəllimlərin və həkimlərin işə qəbulunun şəffaflıq və müsabiqə əsasında həyata keçirilməsinin təmin edilməsi, müəllim­lə­rin və həkimlərin etik davranış qaydalarının qə­bul edilməsi, müəllimlərin və həkimlərin maaş­larının artırılması və sosial təminatının güclən­dirilməsi tədbirləri daxildir.


5. Maarifləndirmə

Korrupsiyanın mahiyyəti, səbəbləri və onun doğurduğu təhlükələr haqqında maarifləndirmə işi davam etdiriləcəkdir. Vətəndaş cəmiyyəti insti­tutlarının, özəl sektorun və kütləvi infor­ma­siya vasitələrinin maarifləndirmə işinə cəlb olun­ması dəstəklənəcəkdir.


6.Korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq

Vətəndaş cəmiyyəti institutları, kütləvi infor­ma­siya vasitələri və özəl sektor Fəaliyyət Pla­nı­nın icrası üzrə tərəfdaş kimi müəyyən edilirlər.

Korrupsiyaya qarşı mübarizə aparan orqanlar Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq bеynəlхаlq qurumlar və xarici dövlətlərin müvafiq orqanları ilə əməkdaşlığı daha da ge­nişləndirəcəklər.

IV. Milli Strategiyanın icrası və icraya nəzarət

Azərbaycan Respublikasının Nazirlər Kabi­ne­ti və Korrupsiyaya qarşı mübarizə üzrə Komis­siya Milli Strategiyanın icrasına nəzarəti həyata keçirir və Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə hər altı aydan bir məlumat təqdim edirlər.

Mərkəzi icra hakimiyyəti orqanları Fəaliyyət Planının icrası ilə əlaqədar müvafiq tədbirlər planı qəbul edir və onun icrasına nəzarət məqsədi ilə Korrupsiyaya qarşı mübarizə üzrə Komis­siyaya təqdim edirlər. Bu orqanlar Milli Stra­tegiyanın icra vəziyyəti barədə məlumatları hər altı aydan bir Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edirlər. Milli Stra­te­giyanın icrasına məsul digər qurumlar həmçinin icra vəziyyəti barədə məlumatları eyni qaydada Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya təqdim edirlər.

Şəffaflığın artırılması, vətəndaş cəmiyyəti insti­tutları ilə əməkdaşlıq və maarifləndirmə təd­bir­ləri vasitəsilə Milli Strategiyanın icrasına həm­çi­nin ictimai nəzarət həyata keçirilir. İctimai nəzarətin səmərəli həyata keçirilməsi üçün in­formasiya əldə edillməsi, söz azadlığı və insan hüquqlarının qorunmasını gücləndirəcək siyasi, hüquqi və mədəni mühit təşviq olunacaqdır. Kor­rupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşan jurnalistlərin peşəkarlığının, etik davranışının və məsuliyyətinin artırılması məqsədi ilə təlim və treninqlər keçiriləcəkdir.

Azərbaycan Respublikasının Nazirlər Kabi­ne­ti Azərbaycan Respublikasının Milli Məclisi qarşı­sın­da illik hesabatında həmçinin korrup­siyaya qarşı mübarizə sahəsində həyata keçiril­miş tədbirlər haqqında məlumat verilməsini da­vam etdirəcəkdir.

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən korrupsiya ilə mübarizə üzrə illik milli hesabat hazırlanması nəzərdə tutulur. Hesabat aidiyyəti dövlət orqanlarının iştirakı ilə ha­zır­la­na­caq və onun hazırlanmasında vətəndaş cəmiyyəti institutları tərəfindən təqdim edilən məlu­mat­lar­dan istifadə ediləcəkdir.

İllik milli hesabat BMT-nin Korrupsiya əley­hinə Konvensiyasının, Avropa Şurasının korrup­siya ilə əlaqədar cinayət və mülki-hüquqi məsu­liy­yət haqqında konvensiyalarının və Milli Stra­te­giyanın icra vəziyyətini dəyərləndirəcəkdir. Bu dəyərləndirmə aparılan islahatların təhlil edil­mə­sinə, prioritetlərin, növbəti mərhələlər üzrə təd­bir­lərin müəyyən edilməsinə xidmət edəcəkdir.

Milli Strategiyanın icrasını qiymətləndirmək məqsədi ilə Dünya Bankının və digər beynəlxalq təşkilatların yeni idarəçilik göstəricilərindən isti­fa­də olunacaqdır.

Milli Strategiya dövlət və özəl sektorlarda korrupsiyanın səviyyəsinin öyrənilməsi məqsədi ilə həmçinin ixtisaslaşdırılmış tədqiqatların və rəy sorğularının həyata keçirilməsini nəzərdə tu­tur. Tədqiqatlar və rəy sorğuları qabaqcıl beynəl­xalq metodologiyaya əsaslanaraq keçiriləcəkdir.

V. Milli Strategiyanın icrası üzrə priori­tetlər

Fəaliyyət Planı şəffaflığın artırılması və kor­rupsiyaya qarşı mübarizə üzrə tədbirlərin prio­ritetlərini müəyyən edir. Fəaliyyət Planına əsasən həmin tədbirlərin icrası üçün daha qısa müddətlər müəyyən edilmişdir.


VI. Milli Strategiyanın maliyyələşdirilməsi

Milli Strategiyada göstərilən tədbirlər dövlət büdcəsindən və qanunvericiliklə qadağan edil­mə­yən digər mənbələrdən maliyyələşir. Hər il dövlət büdcəsinin layihəsi hazırlanarkən dövlət or­qan­la­rı Fəaliyyət Planının icrası üçün zəruri maliyyə ayrılması məqsədi ilə öz təkliflərini aidiyyəti qurumlara təqdim edirlər.



Döv­lət orqanları Fəaliyyət Planında nəzərdə tutu­lan müvafiq tədbirlərin dəstəklənməsi üçün bеy­nəl­хalq tərəfdaşların konsultativ, metodiki, tех­­ni­ki və digər yardımlarından istifadə edə bilə­cəklər.




Yüklə 100,32 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə