37
“Rəsulullahdan
ﷺ
onu (şəfaəti) ölümündən sonra tələb etməyin, sağlığında
tələb etmək kimi olduğunu və bunun caiz olduğunu deyənə gəlincə, O, şirk
və ortaq qoşmaq qapısını açmış, Aziz və Həmid olan Allahın tövhidindən
çıxmışdır. Çünki bu, sabi müşriklərin sözü və ümmi cahiliyyənin
məzhəbidir.”
Muhəmməd ibn Abdulvahhəb dedi:
38
“Kim gecə və gündüz Allaha ibadət edər, sonra isə qəbrinin yanında bir
Peyğəmbəri vəya övliyanı çağırarsa. O, iki ilah edinmiş və Lə iləhə illəllaha
şəhadət etməmişdir.”
Abdullətif ibn Abdurrahmən dedi:
39
“Ey Allahın vəlisi mənə şəfaət et! - bucür sözlər haramdır və onlardan şəfaət
tələb etmək, xristiyanların (bu) sözünə bənzəyir: Ey anamız olan ilah! Bizə
şəfaətçi ol. Müsəlmanlar icma edib ki, şübhəsiz ki bu şirkdir.”
Həmd ibn Nəsir ibn Muammər, Hədiyyətu's Sunniyyə’də dedi:
“Biz, Peyğəmbərdən
ﷺ
zəruri olaraq bilirik ki, O, ümmətinə ölülərdən kiməsə
dua etməyi bildirməyib. Nə Peyğəmbərlərə, nə salehlərə nədə başqalarına.
35
Durar'us Səniyyə: 1/86
36
Durar’us Səniyyə: 2/361
37
Misbəh'uz Zələm, s:251
38
Durar'us Səniyyə: 10/61
39
Dəava'l Munəvinin, s:296
Ş ü b h ə l ə r i n İ f ş a s ı
S
ə h i f ə
| 31
Nə istiğasə sözü ilə, nə də başqa cür. Əksinə bilirik ki O, bu işlərin hamısını
qadağan edib. Və şübhəsiz ki bu, böyük şirkdəndir.”
Abdurrahmən ibn Həsən dedi:
40
“Bu dünyada, onun sahibindən (Allahdan) başqa, heç kimdən şəfaət tələb
edilmir. Və Onun izni olmadan (şəfaət) hasil olmur.”
Son
Bütün bu ap-açıq dəlillərdən sonra, yenə alimlərin deyib-demədiyi bəlli
olmayan sözlərə tabe olanlara:
“De: Rəbbimdən mənə açıq-aydın dəlillər gəldiyi zaman sizin Allahdan başqa
çağırdıqlarınıza ibadət etmək mənə qadağan edilmişdir. Və mənə aləmlərin
Rəbbinə təslim olmaq əmr olunmuşdur.” (Ğafir, 40/66)
“Rəbbinin ayələri yadına salındıqdan sonra onlardan üz döndərən kəsdən
daha zalım kim ola bilər?” (Səcdə, 32/22)
Tamamlandı. Allaha həmd olsun. Salavat və salam, Muhəmmədin, onun
ailəsinin və əshabının üzərinə olsun.
40
Durar'us Səniyyə: 11/432