təmir ctdirilməsinə çalışmış və bu işi həmişə diqqət mərkəzində
saxlamışdır. Bu dövrdə Naxçıvan şəhərinin Şahab məhəlləsindəki
Yusif bin Kusair türbəsinin, Qala məhəlləsindəki
İmamzadə
memarlıq kompleksinin, Qarabağlar kəndində olan türbə və qoşa
minarələrin təmir və bərpa edilməsi məsələsini qaldırıldı[] 0, s. 147-
148].
Naxçıvanda ilk dəfə olaraq Azərbaycan Yazıçılar Cəmiyyətinin
Naxçıvan şöbəsi yaradılmış və V.Həsənzadə onun sədri olmuşdur.
Bu ədəbiyyat cəmiyyətinin üzvlərindən «Şərq qadını» qəzetinin
redaktoru Abbas
Gülməmmədov, Əbulfəzl
Sadıqzadə,
Molla
Mahmud Çakər, Naxçıvan İK-nın sədri Məşədi Babayev, Mehdi bəy
Hacınski, Mirbağır Mirheydərzadə, Əyyub Abasov, Səkinə Rzalı.
Əsgər Kəngərli, Neymət Nəim, Müzəffər Asim və başqalarını
göstərmək olar. Bu təqdim olunan cəmiyyət üzvləri ilə birlikdə
kollektiv foto şəkil 1928-ci il «İnqilab və mədəniyyət» jurnalında
proletar yazıçılarının Birinci qurultay münasibəti ilə verilmiş
materiallann arasında dərc olunmuşdur.
1929-1934-cü illərdə Ordubad konserv zavodunun direktoru
işləmişdir. 1934-cü ildə AK(b)P qərarı və dəvəti əsasında Bakıya
gələrək Azərbaycankinofilm idarəsində 1935-ci ilə kimi miifəttiş
vəzifəsində çalışmışdır[4]. Mirzə Vahab Həsənzadə mədəni bir ziyalı
olmaqla xalqını, millətini də savadlı, ınədəni ınillətlər arasında
görmək istəyirdi.
V.Həsənzadə SSR Elınlər Akademiyasının akademiki Yusif
Məınmədəliycvin, müxbir üzvii Bəhman Axundovun, müəllim ƏIi
Qəmbərlinin, Müzəffər Abutalıbovun, Həsən Kazımovun, Cavad
Sadıqovun və bir çoxlarının təhsil göriib yetişməsində şəxsən
fəaliyyət göstərmişdir[4].
V.Həsənzadonin
oğlu
Turan
Həsənzadənin
xatirələrindən:
«Atamdan eşitdiklərimə görə o, Y.Məmmədəliyevin atasını və başqa
yaxın qohumlarını yaxşı tanıyırdı[4]. Yusif öyrənib əldə ctmişdir ki.
Ordubad qəzasında ən görkəmli ziyalılardan olan, şərq dillərinə bələd
olan Mirzə Vahabın Əylis kəndində yaşadığı cvdə çox zəngin
kitabxanası vardır[3, s.25]. Yusif kiçik yaşlarından oxumağa səy
cdən, Şərq klassiklərini mütaliə ctməyi çox həvəs göstərirdi. Lakin
onun istədiyi kitabları Ordubadda və bu ətrafda tapıb əldə etmək çox
çətin idi Qohumlannın məsləhəti ilə məktəbli Yusif Ordubaddan
Əylis kəndinə 7-8 km yolu piyada gəlib bizim evi tapdı. Söhbət
əsnasında məlum oldu ki, o, İran, Türkiyə, və Şərqin ən görkəmli
sənətkarlarım mütaliə etmək və onların yaradıcıhğı ilə yaxından tanış
olmaq istəyir. Yusif kitabları iki-iki verilməsini xahiş etdi. Ona
verilən kitabları ağ dəsmalın içinə bükür, pencəyin altına qoyub
aparırdı. Səliqə ilə qaytarıb gətirərdi. Y.Məmmədəliyevin Mirzə
Vahabdan alıb oxuduğu və ondan şərqin görkəmli sənətkarları Sədi
Şirazi, Hafiz Şirazi, Nizami Gəncəvi və onun «İsgəndarnamə»si,
Məhəmməd Fizuli və onun «Leyli və Məcnun»u,
Firdovsinin
«Şahnamə»si, Xaqani, Şirvani, Ömər Xəyyam və başqa bu kimi
görkəmli şəxslərin əsərlərini fars dilində oxuyan Y.Məmmədəliyev
həmin dilləri dərindən mənimsəyə bilmişdir. Ona görədir ki, sonralar
lazım olan məclisdə Y.Məmmədəliyev bu böyük şəxsiyyətlərdən fars
dilində rəvan şcirlər deyir və onu ingilis, rus dillərinə oradaca
tərciimə cdirdi. Atam bir fikri həmişə təkrar edirdi: «Yusif zəkalı bir
oğlandır. Belə bir gəncin çox böyük gələcəyi olmalıdır». Doğrudanda
o gələcəkdə Azərbaycan xalqının böyük oğlu - görkəmli clm xadimi
olmuş və akademik Y.MəmmədəIiyevi bütün dünya tanıınışdır.
Sonralar, Y.Məmınədəliyev kimya elminə yiyələndən sonra da,
Akadcmiyanm prczidcnti
olanan sonra da Mirzə Vahaba rast
gələndə ona ehtiram göstərir və deyirdi: «Siz mənim ilk müəllimim
və
dünyagörüşümün
inkişafında
ilk
fəaliyyət göstərən şəxs
olmusunuz. Mən şərq xalqlarının klassikləri haqqında əldə etdiyim
məlumatları hcç bir vaxt unuda bilmərəm»[4].
V.Həsənzadə əfqan, fars, ərəb, türk, tacik, özbək, rus dillərini
mükəmınəl bildiyinə görə onu SSRİ EA Azərbaycan filialına (AzF)
dəvət ctmişdirlər. 1935-1938-ci illərdə o, Tarix, Dil vəƏdəbiyyat
İnstitutunun
«Azərbaycan
tarixi»şöbəsində
kiçik
clmi
işçisi
vəzifəsindəçalışmışdır. Bu illər ərzində o, Mirzə Adıgözəl bəyin
«Qarabağnaınə»əsərini, fars müəllifı Səədullanın Azərbaycan tarixi
üzrə«Zübdət-ət-Təvarix»əsərini, Nizamülmülkün «Siyasətnamə»sini,
Həmdulla
Qəzvininin,
Şeyx
Fəzlullahın,
Mirzə
Mehdixanın,
Mirxondun, Xandəmirin, Mirzə Məmməd Tağı xanın və digərlərinin
əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir[9]. V.Həsənzadə 1936-
cı ildən SSRİ EA Azərbaycan fılialın əsas kitabxanasının müdiri
vəzifəsinə təyin edildi. Bu illərdə o, respublikanın rayonlarından.
şəhər və kəndlərindən Şərq, o cümlədən Azərbaycan ədəbiyyatına.
tarixinə, elm və mədəniyyətinə, ictimai-fəlsəfı fıkrinə, islamiyyətə
aid qədim və nadir əlyazmalarının, kitabların, Quranın müxtəlif
nəşrləri AzF-na toplanmasma nail olmuşdur. Çoxlu əlyazmaların və
qiymətli çap kitablann toplanması nəticəsində AzF-da Şərq şöbəsi
yaradılmışdır və o, bu şöbənin müdiri (1937-1941) təyin olunmuşdur.
Sonralar həmin xəzinə, yaradılmasında V.Həsənzadənin çox böyük
xidməti olan Azərbaycan EA Əlyazmalar Fonduna (indiki AMEA
Əlyazmalar İnstitutu) verilmişdir.Bundan başqa o, 1937-ci ilin
avqustundan dövlət tapşırığım yerinə yetirmək üçün Din Tarixi
Muzeyinin açılışı işlərinə cəlb edilmişdir.
1941-ci il dekabrın 19-da
Azərbaycan SSR XDİK orqanları
tərəfındən «əksinqilabi ədəbiyyatı saxlamaqda» təqsir edilərək həbs
edilmiş və 5 il müddətinə azadlıqdan məhrum edilmişdir.
Mənzilində aparılan axtarış zamanı tapılan kitablar (ərəb əlitbası
ilə) «zərərli» olduqlarına görə SSRİ EA Azərbaycan Filialının xüsusi
şöbəsinə təhvil verilərək məhv edilməsi idilər.Həmin kitabların AzF
xüsusi şöbəsinə təhvil verilməsi haqqında özünün qeyd aparmasına
baxmayaraq,
əslində
onlar
onun
kitabxanasında
saxlamlırdı.
Beləliklə, öz həyatı və azadlığı hesabına o nadir əlyazmaları \ə
kitabları məhv olmaqdan xilas etmişdir[8].
Azərbaycana qayıtdıqdan sonra ona Bakıda yaşamağa icazə
verilməmişdir.
1945-ci
ildə Quba ikiillik Dövlət Müəllimlər
İnstitutuna fars dili, pedaqoji məktəbdə orta əsrlər Azərbaycan
ədəbiyyatı müəllimi təyin olunmuşdu. Həınin tarixdən institutun
kitabxanasında müdir vəzifəsində də çalışmışdır. Təqaüdə çıxandan
sonra ömrünün son illərini Əylis kəndində kcçirmişdir. V.Həsənzədə
14 yanvar 1960-cı ildə doğma ana vətəni olan Əylis kəndində vətat
etmişdir. Şərq dillərini, islam tarixini, Qurani-Kərimi mükəmməl
bilən zəmanəsinin xeyirxah, maarifpərvər oğlu Vahab Həsənzadə
ömriinün sonuna kimi öz xalqının maariflənməsi və fıravan yaşaması
iiçün yorulmaq bilmədən fəaliyyət göstərmişdir.
İstifadə olunmuş ədəbiyyat:
1. T.M.Naibova. Əylis dünyanın ən qədim yaşayış məskənidir,-
Azərbaycan
Dövlət Neft Akademiyasmın
Elmi
Əsərləri.
Naxçıvan Muxtar Respublikasının 75 illiyinə həsr olunur.
B.,I999, JVb3
2. Naxçıvan Ensiklopediyası, I cild. B., 2005
3.
B.A.rijıaTOHOB. MaMe^aJiHeB.
B., 1966
4.MateriaIlar V.Həsənzədənin oğlu AMEA Nizami ad.Ədəbiyyat
İnstitutunun aparıcı elmi işçisi mərhum Turan Həsənzadə
tərəfındən təqdim olunmuşdur.
5.F.XəIilov. Naxçıvanı öyrənən elmi cəmiyyət.B., 2005
6.AMEA
Rəyasət
Heyətinin
«Azərbaycan
elmi
irsin
təkmilləşdirməsi və sistemləşdirməsi» şöbəsinin matcrialları, f. 1,
siy. 1, sax.vah.32, qutu 2; Azərbaycan Respublikasının Dövlət
Arxivi, f. 389, siy. 1, iş 6; f.387 siy. I , iş 79
7.
«Əddürusül-ibtidaiyyə» (əlyazma). (V.Həsənzadənin ərəb dili
dərsliyi). - AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutu, f.4504
8.Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin arxivi,istintaq işi JV»
PR39407 (V.Həsənzadənin istintaq işi)
9.BbinncKM
H3 paöoT LUcHxa 0a3jıyjuıaxa, Mnp^a MexTnxana,
XoH/ıaMHpa, HcKeH^ep
6eKa,
M
iohuih
, MnpxoH^a, Mnp^a
MaMe/ı Tarn xaHa
h
AP-
- AMEA
Tarix İnstitutunun
Elmi
arxivi, inv.JVb
444-449,
670-675, 681.
lO.A.Ə.Quluzadə, R.Ə.Quliyev. Azərbaycanı Tədqiq və Tətəbbö
Cəmiyyəti Naxçıvan şöbəsinin tarixi abidələrinin öyrənilməsində
rolu. - Azərbaycan arxeologiyası və etnoqrafiyası, 2006, JVül.
Dostları ilə paylaş: |