Sayman Aruz YÜZ İL İNQİlab



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə19/21
tarix08.09.2018
ölçüsü0,52 Mb.
#67536
1   ...   13   14   15   16   17   18   19   20   21

 
83
gəlmirdi.  İran və  İraq müharibə  şəraitindəydi. Qızları 
qaytarmaq üçün gərək  İraq topraqlarına girəydilər, bu 
isə mümkünsüz idi. Yalnız bir yol var idi: oturub dua 
edib, gözləmək! 
Şəhərin bir dəstə  gənci bir araya gəlib  İraqda ter-
rorçuların yerləşdiyi məntəqəyə hücum eləmək niyyə-
tindəydi. Bu dəstədə qaçırılan qızların qardaşları  və 
ataları da variydı. Onların sayı otuzdan çox olmazdı. 
Ən gənclərisə bizim məhəlləmizdə yaşayan onaltı yaşlı 
Rza idi. Rza heç vaxt bizlərə qarşımazdı. Özünün başqa 
bir dünyası var idi. Anası  rəhmətə getmişdi və atası 
başqa bir qadınla evlənmişdi. Ona görə də evlərini sev-
mirdi. Atasını sevmirdi. Demək olar ki, Rza heç kimi 
sevmirdi. Rzanı o qrupun içində görəndə çox təəccüb-
ləndik. Məhəllə  uşaqları deyirdilər: ”Qeyrət, namus 
məsələsi bu şeylərə baxmaz.” Gənclərin bu işi bizim ki-
mi uşaqları da qeyrətə gətirmişdi.  
– Mama… nolar, qoy mən də gedim da bu uşaq-
larnan, nə olar!? 
– Yox, oğlum, sən çox uşaqsan. Qeyrət çəkməyə 
vaxtın çatmayıb hələ, bir az böyü, sora! 
– Axı Rza gedir! 
– Rza səndən iki yaş böyükdü, oğlum. O, yekə oğ-
landı! 
Anam qoymadı  mən də onlarla gedim. Deməli, 
mənim qeyrət çəkməyə  hələ iki yaşım qalırdı! Mən 
özümü uşaq saymırdım, amma bəlkə anam demişkən, 
qeyrət çəkmək vaxtım hələ çatmamışdı! Ancaq qanım-
da nəsə qaynayırdı. O qızlara və qardaşlarına yazığım 
gəlirdi. 


 
84
Dəstənin getməsindən heç bir gün də keçməmişdi. 
Xəbər verdilər ki, onların cəsədlərini gətirirlər. Hamı-
sını öldürmüşdülər. Ölüm yox, demək olar parça-parça 
olmuşdular. Bir çoxunun başını bədənindən ayırmışdı-
lar. Saqqallıların saqqalını dərisiylə bir yerdə soymuş-
dular. Saqqalsızların da ya əli yox idi, ya başı, ya da 
ayağı. Deyirdilər, onları Sarıdaşın (Sərdəşt) döngəsində 
mühasirəyə salmışdılar. Faciənin böyüklüyü Sulduzu 
altına basmışdı. Bu dərd Sulduzun çiyinlərindən daha 
böyük idi. Sulduz əzilirdi… 
Ölüləri görməyə getmişdik. Çətin də olsa, izdiha-
mın içindən keçib cəsədlərə yaxınlaşdım. Parçalanmış 
bədənlərin içində gözüm Rzanın bədənsiz başına də-
yəndə huyuxdum. Rzanın gözü açıq idi. Mənə baxırdı. 
Namus yalnız onu çəkən bir adam olanda mənası olur. 
Yəni namusu çəkən adam olmasa, namus da bir çox 
mənasız kələmələr kimi unudulur. Yoxsa o qızlar da 
bütün sahibsiz qızlar kimi gedərdilər və heç bu namu-
sun adı da ortaya çıxmazdı. Ancaq qaçırılan qızların 
qeyrətini çəkən var idi deyə, qeyrət sayılırdılar. Namus 
və qeyrət çəkənindi. Rza kimsəni sevmirdi, amma sevə-
sevə namusunu qorumağa getdi. Anasından sonra ata-
sının başqasıyla evlənməyinə razı deyildi. Atasını xain 
hesab edirdi. Xəyanət sərhədsiz və sonsuz bir anlamdır. 
Atam demişkən: “Güc kimdədirsə, o, haqdır, haqq da 
kimdə olsa, həmin adam xain deyil.”  
Şəhidlərin qıırxıncı günündə xəbər gəldi ki, qızlar 
qayıdıblar. Terrorçular onları  gətirib  şəhərin  ətrafında 
buraxmışdılar. Görənlər deyirlər ki, heç birinin bədə-
nində paltar yox idi. Qızlar lüt bədənlərindən qabaq əl-


 
85
ləriylə üzlərini örtməyə çalışırmışlar. Guya onda abırla-
rını qoruyurmuşlar. Ata və qardaşlarının başlarına gə-
lənləri biləndən sonarsa çoxu özünü öldürdü. Birisı 
benzinlə özünü yandırdı, biri zəhər içib intihar elədi. 
Bəzilərisə şəhərdən çıxıb getdilər. 
 
 


 
86
 
 
 
 
 
 
 
 
 
 
ikirim qətiydi. İçim rahatlanmışdı. Ürəyimə bir 
qərib rahatlıq oturmuşdu. Özümdə güc top-
layıb Raziyənin kamerasına tərəf yola düşdüm. Etiraf 
vaxtıydı.  İnsan özüylə  qəti qərara gələndə rahatlaşır. 
Özüylə barışanda dünya üzünə gülür. Mən özümlə 
barışmışdım.  
Kameranın qapısına çatanda dayandım. Dərin bir 
nəfəs alıb qapıdakı pəncərəni açdım. Raziyə uşaq kimi 
özünə bürünüb yatmışdı. Dünən qəbir qazandan sonra 
qazdığı qəbirdə yatırtmış, bu gün səhərsə gətirib kame-
rasına atmışdılar. Ona görə də onun halını başa düşür-
düm. Yanındakı yeməklə dolu qabdan da yemək yemə-
diyini bilmək olardı. Qapını barmaqlarımla asta döy-
düm. Raziyə yerində tərpəndi. 
– Raziyə xanım, içəriyə gəlmək istəyirəm! 
Raziyə  çətinliklə yatdığı yerdən qalxıb yatağında 
oturdu. Başıyla qapıya tərəf baxıb bir əliylə saçlarını, 
başqa əliylə də ayaqlarını örtməyə çalışdı. 
Qapını açıb içəriyə keçdim. Üzümü bağlamışdım. 
Raziyədən divara tərəf çevrilməsini istəmədim. Raziyə 
başını yerə salmışdı. Yavaş-yavaş irəli gedirdim. Əsir-



 
87
di. Ayağının baş barmağı qaralmışdı.  Əllərisə bel-kü-
lüng vurmaqdan qanlı və düyünlüydü.  
– Sizinlə danışmalıyam. 
Halsızcasına sızıldadı: 
– Halım yoxdu… olar sora? 
– Artıq sora yoxdu, Raziyə! Ya indi, ya heç vaxt! 
Raziyə  səsimin tonundan təəccüblənmiş kimi, ba-
şını bir az da qaldırdı. Mən onun yerinə olsaydım, bu 
qədər güclü ola bilməyəcəkdim. İndiyə qədər min dəfə 
ölmüş olardım. 
– Üzüyü gətiribsiz? 
– Hə! Amma qabaqca bir az danışmalıyıq. 
– Nədən? Yenə eləmədiklərimin etirafı? 
Yazığın səsi çıxmırdı.  
– Hə, Raziyə! Etiraf! Amma bu dəfə sən yox, mən 
etiraf etməliyəm.  
– Siz? Siz nəyi etiraf eləməlisiz? 
Gün kameranın yuxarısında olan kiçik pəncərədən 
içəriyə  gəlməyə çalışırdı. Qara buludlardan xəbər yox 
idi.  
– Bütün adamlar nəyisə etiraf eləməlidilər, mən də 
hamı kimi.  
Bir az da yaxınlaşıdım. Raziyənin başının üstündə 
dayandım.  
– Raziyə, həmişə belədi, qandallar günahkarın yox, 
haqlının əlinə vurulur.  
Sıxıla-sıxıla gözümün yaşını tökürdüm. Raziyə tər-
pənmədən, dinmədən qulaq asırdı. Bəlkə də hələ nə baş 
verdiyini başa düşə bilmirdi. 
– Raziyə, bu gün yalnız mən danışacam. Neçə ildi 
ancaq qulaq asmışam. Danışdırmışam. Yara yığmışam 


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə