Satinalma lar



Yüklə 105,02 Kb.
Pdf görüntüsü
tarix24.02.2018
ölçüsü105,02 Kb.
#27714


   

 

 



 

 

SATINALMA LAR 



 

ÜZRƏ 


STATISTIKA

 

Satinalmalar üzrə Dövlət Agentliyi 



tərəfindən dövlət satinalma prosedurları 

nəticəsində bağlanan satinalma 

müqavilələrinin vahid reyestri yaradılıb və 

Agentliyin internet səhifəsində yerləşdirilib. 

2014-cü il üzrə Satınalmalar üzrə Dövlət 

Agentliyi 10812  ədəd alqı-satqı 

müqaviləsi üzrə məlumat yerləşdirilib. 

2014-cü il ərzində 620825221,40 AZN 

dəyərində satınalma həyata keçirilib.  

 

 



Hal-hazırda  dünyada  dövlətlərin  büdcələrinin  20-%-i  dövlət  satınalmalarının 

həyata keçirilməsi zamanı xərclənir. Bu ümumilikdə dünya üzrə 9,5 trilyon dollar 

təşkil  edir.  Lakin  xərclənən  dövlət  vəsaitlərinin  25  %-i,  bəzən  də  daha  çoxu 

(təxminən  1  ildə  2  trilyon  dollar)  korrupsiya  nəticəsində  itirilir.  Beləliklə  latent 

xarakterli  korrupsiya  dövlət  vəsaitlərinin  ictimai  və  dövlət  ehtiyacları  üçün 

xərclənməsini  əngəlləyir,  rəqabət  mühitini  korlayır,  alınan  mal  və  xidmətlərin 

qiymətlərini  süni  qaldırır,  keyfiyyətini  isə  aşağı  salır,  ümumilkdə  isə  bilavasitə 

insan  həyatını  təhlükəyə  atır.  AR-da  dövlət  satınalmaları  Dövlət  Satınalmaları 

Agentliyi, eləcə də dövlət qurumlarının təchizat şöbələri vasitəsilə təşkil edir. 

Şəffaflığın artırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya dövlət 

satınalmaları sahəsində ədаlətli rəqаbətin təmin edilməsi üçün müvаfiq normativ 

hüquqi  aktların  hazırlanmasını,  eləcə  də  dövlə  satınalmalarının  həyata 

keçirilməsində  internetin  imkanlarından  istifadənin  genişləndirilməsini  məqsəd 

kimi  qarşıya  qoyur.  Bundan  başqa,  bugün  dünya  bazarında  neftin  qiymətinin 

düşməsi  fonunda  dövlət  gəlirlərinin  azalması  dövlət  xərclərinin 

optimallaşdırılması və qənaət edilməsi üçün obyektiv zəmin yaratmışdır. Dövlət 

vəsaitlərinə  qənaət  isə  dövlət  satınalmalarının  şəffaf  və  hesabatlı  keçirilməsi 

ilə  mümkün  ola  bilər.  Bu  istiqamədə  "Şəfafflıq  Azərbaycan"  təşkilatı  şəffaf 

tender  prosesinə  dəstək  vermək  üçün  "üç  tərəfli  dürüst  tender  müqaviləsi" 

modelini,  elə

c

ə

  d



ə

 

elektron    tender  ilə  bağlı  tövsiyələri  dövlət  qurumlarına 



təqdim edir.  

 

DÖVLƏT SATINALMALARINDA 



ŞƏFFAFLIQ MEXANIZMLƏ

RI 


 


 

 



Şəffaflıq Azərbaycan Korrupsiyaya qarşı M

übariz


ə

 

İctimai Birliyi



 

DÖVLƏT SATINALMALARI  ANLAYIŞI 

Dövlət  satınalması  dövlət  qurumu,  yaxud  dövlət  büdcəsindən  maliyyələşən 

institut  tərəfindən  mal,  iş  və  xidmətlərin  alınmasıdır.  Bu  xəstəxanalar  üçün 

çarpayıların, eləcə də məktəblər üçün dərsliklərin sifariş verilməsində tutmuş, 

dövlətin  sifariş  veridyi  maliyyə  və  hüquq  xidmətləri,  eləcə  də  yol,  körpü  və 

aeroportların  tikintisi  sahələrini  də

 

əhatə  edə  bilər.  Dövlət  tenderlərinin 



təşkilində  məqsəd  şəffaf,  hesabatlı,  ədalətli  dövlət  tenderinin  təşkili 

nəticəsində mal, iş və xidmətlərin düzgün kəmiyyətdə, kefiyyətdə və vaxtda, 

ən  yaxşı  təchizatçıdan,  optimal  şərtlər  və  adekvat  müqavilə  öhdəlikləri 

əsasında  alınması  olmalıdır.  Düzgün  tender  prosesi  ictimai  və  dövlət 

ehtiyaclarını  nəzərə  alaraq  dövlət  vəsaitlərinin  təyinatı  üzrə  xərclənməsini 

təşkil  etməli,  o  cümlədən  iddiaçı  podratçılara  ədalətli  rəqabət  mühitini 

yaratmalıdır.  Tender  bir  proses  olaraq  isə  aşağıdakı  4  əsas  mərhələdən 

ibarətdir: 



 

 

DÖVLƏT SATINALMALARININ TƏŞKILATİ  İDARƏETMƏSI 

Azərbaycan  Respublikası  Prezidentinin  16  may  1997-ci  il  tarixli  fərmanı  ilə 

yaradılmış  Satınalmalar  üzrə  Dövlət  Agentliyi  dövlət  vəsaitləri  hesabına           

malların,  işlərin  və  xidmətlərin  (bundan  sonra  “mallar”)  satın  alınması 

sahəsində  dövlət  siyasətini  həyata  keçirir,  ayrı-ayrı  satınalan  təşkilatlar  isə 

(dövlət orqanları və müəssisələri, o cümlədən nizamnamə kapitalında dövlətin 

payı 30% və yuxarı olan təşkilatlar) bu malların alınmasına məsuliyyət daşıyır. 

MILLI FƏALIYYƏT 

PLANININ 

MONITORINQI

 

 

Azərbaycan hökuməti 2012-2015 



Korrupsiyaya qarşı Milli Fəaliyyət 

Planı çərçivəsində dövlət 

satınalmalarının təkmilləşdirilməsi və 

şəffaflığın artırılması istiqamətində 

öhdəlik götürmüşdür və indiyə kimi 

bu öhdəliklərin 45 %-ni icra etmişdir. 

Tam icra edilmiş öhdəliklər sırasında 

alqı-satqı müqavilələrinin vahid 

elektron reyestrinin yaradılması, 

eləcə də növbəti il üçün satınalma 

planlarının hazırlanaraq 

Satınalmalar üzrə Dövlət Agentliyinin 

saytında yerləşdirilməsi nümunə kimi 

qeyd edilə bilər. Ancaq elektron 

tenderlərin təşkil olunması, 

iddiaçıların şikayətlərinə çevik 

baxma mexanizminin yaradılması, 

korrupsiya halları barədə hüquq 

mühafizə orqanlarının 

məlumatlandırılması, satınalma 

müqavilələrinin icrasına səmərəli 

nəzarət mexanizmi və s. hələ də icra 

edilməmiş öhdəliklər sırasındadır. 

 



 

 

 



 

 

Policy Brief 



 

 



Agentliyin vəzifələrini əks etdirən Nizamnaməsi Prezidentin 20 fevral, 2003-cü 

il sərəncamı ilə təsdiq edilmişdir. Bu qurumun vəzifələri sırasına   

 

dövlət  satınalmalarını  tənzimləyən  normativ  hüquqi  bazanın 



yaradılmasında və təkmilləşdirilməsində iştirak etmək,  

 



dövlət  təşkilatları  tərəfindən  malların  müsabiqə  əsasında  satın 

alımasının  qanuniliyinə  və  müqavilələrin  icrasına  nəzarət  etmək, 

mübahisəli  məsələləri  araşdırmaq  və  müvafiq  qanunvericiliyi 

pozanlara qarşı tədbirlər görmək,  

 

satınalan təşkilatlara metodik və təşkilati dəstək vermək,  



 

dövlət  satınalmaları  haqqında  sənədlərin  ictimaiyyətə  çatdırılmasını 



təmin etmək və dövlət satınalmaları üzrə illik hesabatları Prezident və 

Nazirlər Kabinetinə təqdim etmək daxildir. 

 

DÖVLƏT SATINALMALARININ ÜSULLARI 

Azərbaycanda  malların  satınalınmasının  həyata  keçirilməsi  zamanı  aşağıdakı 

üsullardan istifadə edilir:   

Açıq tender-Dövlət satınalmaları haqqında qanunun 17-ci maddəsi bəyan edir 

ki, satınalınan  malların  məbləği  qanunvericiliklə müəyyən  olunmuş  minimumu 

keçərsə satınalma açıq tender üsulu ilə baş tutmalıdır. Mövcud qanunvericilikdə 

bu minimum 50 min AZN kimi müəyyən olunmuşdur.  



Katirovqa  sorğusu-Dövlət  satınalmalarının  kotirovka  sorğusu  üsulu  ilə 

keçirilməsi  üçün  malların  ehtimal  olunan  qiymətinin  minimum  və  maksimum 

hədləri isə 5 və 50 min AZN-dir. Bu məbləğdən aşağı olan dövlət satınalmaları 

prosedurlardan azaddır. Ehtimal olunan məbləğ 10 min AZN-dən çox olarsa bu 

barədə  bildiriş  “beynəlxalq  miqyasda  geniş  yayılan  mətbuat  orqanında  və 

internetdə dərc edilir”.Yuxarıdakı satınalma metodlarından başqa iki-mərhələli 

tenderlər,  məhdud  iştiraklı  və  qapalı  tenderlər,  bir  mənbədən  satınalma 

metodları da istifadə

 edilir. 

MÖVCUD QANUNVERICILIK VƏ PRAKTIKADA PROBLEMLƏR 

Satınalmaların ə

ks m

ə

rk

ə

zl

əşmə

si problemi  

Satınalma  üsulunun  seçilməsində  dövlət  qurumlarının  həddən  artıq 

"müstəqilliyi"  nəzərə  çarpır.    “Dövlət  satınalmaları  haqqında”  Qanunda  açıq 

tender dövlət satınalmalarının əsas metodu elan edilmişdir. Baxmayaraq ki, açıq 

tenderdən  başqa  tender  üsulları  qanunvericiliklə  tənzimlənir,  qanun  onların 

sayını  minimum  həddə  saxlamır.  Qanun  açıq  tenderdən  başqa  satınalma 

metodlarının,  o  cümlədən  iki-mərhələli  tenderlər,  məhdud  iştiraklı  və  qapalı 

tenderlər, bir mənbədən satınalma metodlarının “bir qayda deyil, istisna olmalı” 

olduğunu  birmənalı  formada  ifadə  etmir.  Beləliklə,  mövcud  qanun  satınalan 

təşkilatlara  satınalma  metodunun  seçilməsi  zamanı  geniş  qərarvermə 

səlahiyyəti  verir.  Bu  da  korrupsiyaya  həssas  qapalı  və  formal  tenderlərin 

keçirilməsinə rəvac verir. 

        LATENT KORRUPSIYA

 

2012-2015-ci il Korrupsiyaya 



qarşı Milli Fəaliyyət Planının 2014-cü il 

üzrə monitorinqi zamanı məlum olmuşdur 

ki, “Dövlət satınalmaları haqqında” 

Azərbaycan Respublikasının Qanununun 

23.2-ci bəndinə əsasən, İqtisadi İnkişaf 

Nazirliyinin nümayəndələrinin iştirak etdiyi 

dövlət satınalmalarında korrupsiya halları 

aşkar edilməmişdir. Həmçinin,  

Korrupsiyaya Qarşı Mübarizə üzrə Baş 

İdarə tərəfindən korrupsiya 

hüquqpozmaları barədə açıqlanan 2014-

cü il üzrə illik hesabatda dövlət 

satınalmalarında korrupsiya halları aşkar 

edilməsi ilə bağlı heç bir məlumat yoxdur 

 

 



 

 



Şəffaflıq Azərbaycan Korrupsiyaya qarşı M

übariz


ə

 

İctimai Birliyi



 

Tender komissiyalarının tə

rkibind

ə

 k

ə

nar ekspertl

ə

rin t

ə

msil 

olunmaması

 

“Dövlət  satınalmaları  haqqında”  Qanuna  əsasən  satınalan  təşkilat  tərəfindən 



qurulmuş  müvəqqəti  işçi  qrupları  olan  Tender  Komissiyaları  həmin  təşkilatın 

adından satınalmaları həyata keçirir. Qanuna görə Komissiya müstəqil olmalıdır 

və qərarlarını qanuna müvafiq qaydada “tam müstəqil” verməlidir. Komissiyanın 

mövcud  tərkibi  satın  alan  təşkilatın  ekspertləri  və  orada  çalışan  dövlət 

qulluqçularından  ibarətdir  (Komissiya  sədri  isə  həmin  təşkilatda  vəzifəli  şəxs 

olmalıdır).  Lakin  qanun  Komissiyanın  işinə  müstəqil  ekspertlərin  cəlb  edilib-

edilməməsi səlahiyyətini müvafiq satın alan təşkilatın rəhbərliyinə həvalə edir. 

Beləki,  27.2-ci  maddə  qeyd  edir  ki,  təşkilat  malların  qiymətinin  müəyyən 

edilməsi məqsədilə kənardan eksperti “zəruri hallarda” dəvət edir. Aydındır ki, 

dövlət  orqanının  əməkdaşları  heç  də  həmişə  ehtiyacların  qiymətləndirilməsi, 

investisiyaların növünün və həcminin seçilməsi kimi vacib təşəbbüslərə hazır 

olmaya  bilərlər.  Ona  görə  də,  qanunun  çatışmazlıqlarından  biri  də  xarici 

ekspertlərin Komissiyanın işində iştirakını birmənalı tələb etməməsidir. Bundan 

başqa,  Komissiyalar  vətəndaş  cəmiyyəti  nümayəndələrini  tender  prosesinə 

fəal  formada  cəlb  etmirlər.

 



mçinin

,  Hesablamalar  Palatası  da  dövlət 

satınalmalarının qiymətləndirməsini təşkil edə bilməmişdir. 

 

Dövlət satınalmaları haqqında məlumatın məhdud olması



 

Qanun  tender  haqqında  məlumatın  xülasəsindən  başqa,  tender  təkliflərinin, 

ofertaların  və  kotirovkaların  öyrənilməsinə,  qiymətləndirilməsinə  və 

müqayisəsinə  aid  olan  məlumatın  (vətəndaş  cəmiyyətinin  araşdırmalar 

aparması)  açıqlanmasını  nəzərdə  tutmur.  Bu  məhdudiyyət  dövlət  orqanları 

tərəfindən  aparılan  satınalmalar  haqqında  vətəndaş  cəmiyyəti  təşkilatları  və 

digər  maraqlı  tərəflərin  tədqiqat  aparmasına  maneə  törədir.  Komissiyanın 

fəaliyyətinə  tərəfsiz  peşəkarların  cəlb  edilməsi  və  ictimaiyyətə  açıqlanacaq 

məlumatın  miqyasının  genişləndirilməsi  dövlət  satınalmaları  prosesi  zamanı 

qərarvermənin  hesabatlılığının  və  şəffaflığına  artırılmasına  kömək  edə  bilər

Satınalmalar üzrə Dövlət Agentliyi dövlət satınalmaları haqqında əsas statistik 



məlumatların  reyestrini  aparır  və  bu  məlumatlar  elektron  qaydada  əldə  edilə 

bilər (2012,2013 və 2014-cü illərə aid). Bu məlumatlar satınalan təşkilatların və 

kontraktorların  adını,  satın  alınan  malların  növünü  və  qiymətini  əhatə  edir. 

Tenderlə  bağlı  sənədlər,  tenderə  qatılmış  malgöndərənlərin  adları  və  qalib 

kontraktorların seçilməsinin səbəbləri kimi ətraflı məlumatlar mövcud deyil.

   


 

 

ŞƏFFAFLIQ MEXANİZMLƏR



Yuxarıda  göstərilən  problemlərin  həlli  istiqamətində  dövlət  satınalmalarının 

şəffaf təşkili ilə bağlı aşağıdakı iki şəffaflıq mexazmi təklif olunur:

 

 

 

NAZIRLƏR KABINETINƏ 



EDILMIŞ 

 

TƏKLIFLƏR



 

Agentlik “Dövlət satınalmaları haqqında” 

Qanuna korrupsiyaya qarşı tədbirlərin 

səmərəliliyinin artırılması və tender 

prosesinin şəffaflığının və rəqabətliliyinin 

artırılması məqsədilə təkliflər paketi 

hazırlayıb 12 noyabr, 2012-ci ildə Nazirlər 

Kabinetinə təqdim etmişdir. Təklif edilmiş 

dəyişikliklər sırasına daxildir: 

 



 

Satınalmaların planlaşdırılması 

və satınalma planlarının rəsmi 

internet saytında    dərc 

olunması; 

 



Elektron satınalmaların tətbiqinin 

ümumi prinsiplərinin 

müəyyənləşdirilməsi; 

 



İddiaçılara ayrı-seçkiliyin tətbiqini 

istisna edən mühitin təmin 

olunması; 

 



Ehtimal olunan qiymətin 

açıqlanması; 

 

İddiaçıların sənəd təqdimi 



prosedurunun sadələşdirilməsi; 

 



İddiaçıların təkliflərinin 

qiymətləndirilməsi zamanı tələb 

olunmayan göstəricilər üzrə 

müqayisənin istisna edilməsi; 

 

Tenderlərdə iştirak haqqının 



tender elanı xərcləri, tender 

sənədlərinin çoxaldılması, 

paylanması və ehtiyac olduğu 

hallarda tərcüməsi xərcləri ilə 

məhdudlaşması; 

 



Rəqabətsiz metodlardan istifadə 

imkanlarının məhdudlaşdırılması 

məsələləri öz əksini tapmışdır. 

 

 



 

 



 

 

 



 

 

Policy Brief 



 

 



1. ÜÇTƏRƏFLİ DÜRÜSTLÜK SAZİŞİ MEXANİZMİ 

 

Transparency İnternational Təşkilatı dövlət qurumlarına, şirkətlərə və vətəndaş 



cəmiyyəti  təşkilatlarına  dövlət  satınalmalarının  şəffaf  təşkilində  köməklik 

göstərmək üçün Dürüstlük Sazişi mexanizmi təklif edir. Bu saziş sifarişçi-dövlət 

qurumu,  podratçı-şirkətlər,  nəzarətçi-vətəndaş  cəmiyyəti  təşkilatı  arasında 

bağlanır. Sazişdə hər bir tərəf  ödəlik götürürür ki, tender prosesində nə rüşvət 

ödənəcək, nə təklif, nə də tələb ediləcək. Bundan başqa, Müstəqil Nəzarətçi 

Dürüstlük  Sazişin  çərçivəsində  tərəflərin  öz  öhdəliklərinin  şəffaf  və 

məsuliyyətli şəkildə yerinə yetirilməsinə nəzarət edəcək. Dürüstlük Sazişinin 

əsas prinsipləri isə aşağıdakılardır: 

1.Sifarişçinin hər bir rəsmisi korrupsiya hallarına yola verməyəcəyi barəsində 

öhdəlik  götürməlidir,  əks  halda  isə  mülki  və  cinayət  məsuliyyətinə  cəlb 

olunmalıdırlar. 

2. Tenderdə iştirak edən hər bir iddiaçı podratçı tenderi udmaq üçün hər hansı 

rüşvət ödəmədiyi, yaxud ödəməyəcəyi barəsində öhdəlik götürməlidir. 

3.  Vətəndaş  cəmiyyəti  və  dövlət  qurumu  tərəfindən  birgə  müəyyən  olunan 

Müstəqil Kənar Nəzarətçiyə öz vəzifələrinin icrası üçün kifayət qədər hüquq 

və səlahiyyətlər verilməlidir. 

4. Sazişin İddiaçı Podratçı tərəfindən pozulması zamanı aşağıakı sanksiyaların 

tətbiq olunması nəzərdən keçirilməlidir: 

 

Müqaviləyə xitam verilməsi 



 

Zərərin sifariş verənə ödənilməsi 



 

Müqavilənin şərtlərini pozan podratçının gələcəkdə keçirilən tender 



proseslərində müəyyən müddət üçün uzaqlaşdırılması 

İndiyə kimi Dürüstlük Sazişi mexanizmi Hindistan, Koreya, Pakistan, Argentina, 

Meksika,  Kolumbiya,  Avstriya  və  Almaniyada  tətbiq  edilmiş,  ümumilikdə  300 

podratçı  tender  prosesinə  cəlb  olunmuşdur.  Bir  çox  hallarda  dürüstlük  sazişi 

böyük miqyaslı tikinti layihələrində tətbiq olunur. Misal üçün, Pakistanda Böyük 

Karaçı Su Təchizatı müəssisəsinin tikintisi Transparency İnternational Təşkilatı 

tərəfindən  monitorinq  edilmiş,  sonda  ümumi  büdcənin  15,83  %-i  qənaət 

edilmişdir.  Bundan  başqa,  Berlin  Aeroportunun  tikintisi  də  dürüstlük  sazişi 

mexanizmi əsasında aparılmışdır. 

 

Elektron satınalma mexanizmi  

Satınalmaların  vahid  elektron  portaldan  idarə  edilməsi  korrupsiyanın  qarşısını 

almaq  üçün  əsas  alətlərdən  biridir.  Elektron  satınalmanın  aşağıdakı  yan 

nəticələri də vardır: 

 

İctimai  vəsaitlərin  xərclənməsinə  dövlət  nəzarətinin  güclənməsi, 



nəticədə dövlət büdcəsinə qənaət edilməsi 

 



Biznesdə sağlam rəqabət mühitinin təşviq edilməsi, nəticədə tenderdə 

iştirak edən  iddiaçı podratçıların sayının artması  

 

BERLIN AEROPOTUNUN 



TİKİNTİSİNDƏ DÜRÜSTLÜK 

SAZİŞİNİN TƏTBİQİ 

 

Almaniyanın  yenidən  vahid  dövlət 



halında  birləşməsindən  dərhal  sonra 

Berlin 


yaxınlığında 

böyük 


bir 

beynəlxalq  hava  limanı  inşa  edilməsi 

hələ  1990-cı  illərin  əvəllərində 

Almaniya  Federativ  Respublikası  ilə 

Berlin və Brandenburq ştatları arasında 

razılaşdırılmış  idi.  Bu  məqsədlə  Berlin 

şəhərinin  meri  İdarə  Heyətinin  Sədri 

seçilməklə  üç  dövlət  orqanının  pay 

sahibliyinə  malik  olduğu  Flughafen 

Berlin-Schönefeld  GmbH  (FBS)

1

  -  


məhdud  məsuliyyətli  cəmiyyət  adlı 

özəl  müəssisə  yaratdı.    Layihənin 

ümumi dəyəri 2,400 milyon avro  (€2.4 

milyard)  təşkil  edirdi  və  tikintinin 

tamamlanma  tarixi  2011-ci  ilin  oktyabr 

ayına  planlaşdırılırdı.  1995-ci  ilin 

sonunda  Transparency  International 

Almaniya  (TI-D)  müvafiq  qurumlara 

Düsrüstlük  Sazişi  ilə  bağlı  yeni 

sənədlər  təklif  etdi.    TI-D  həmçinin 

FBS-in  rəhbərliyini  tender  prosesini 

mümkün  qanunsuz  və  ya  hüquqa  zidd 

əməllərə qarşı qorumaq üçün müstəqil 

kənar  nəzarətçinin  (monitorinq  aparan 

şəxsin)  təyin  olunmasının  vacibliyini 

vurğuladı. Bir neçə həftədən sonra TI-

D  və  FBS-in  menecerləri,  eləcə  də 

Dürüstlük 

Paktının 

ən 


mühüm 

elementlərini  özündə  əks  etdirən 

Dürüstlük  Paktı  modelinin  yaradılması 

üçün  birlikdə  çalışan  işçi  heyəti 

Almaniyanın 

hüquqi 


kontekstinə 

(hüquqi  təcrübəsinə)  uyğunlaşdılar. 

Hər  iki  tərəf  eyni  zamanda  DP 

nəzarətçi  qismində  çıxış  edəcək 

uyğun  namizədin  axtarışı  ilə  məşğul 

oldular. Bir neçə uyğun namizəd aşkar 

edildi və 2005-ci ilin yanvar ayında FBS 

tərəfindən iki ekspert təyin edildi. Qrup 

rəhbəri  öz  qüsursuz  xidməti  ilə 

fərqlənən  və  satınalmalarda  dürüstlük 

prinsiplərinə və dəyərlərinə sadiqliyini 

sübuta  yetirmiş,  eləcə  də  nəzarətçi 

təyin  edilməzdən  əvvəl  TI-D-nin  üzv 

olmuş,  Berlin  şəhərindən  (Şəhər-

Dövlət)  olan,  təqaüdə  çıxmış  keçmiş 

satınalma mütəxəssi idi.

 

 



 

 



Şəffaflıq Azərbaycan Korrupsiyaya qarşı M

übariz


ə

 

İctimai Birliyi



 

 



Tender  proseslərinin  vətəndaş  cəmiyyəti  tərəfindən  monitorinq 

edilməsi, nəticədə dövlət qurumlarının hesbatlılığının artırılması 

Cənubi Koreya hər il elektron satınalma xidməti ilə 8 milyard dollar qənaət edir. 

Brazilya isə Elektron Satınalma sistemi isə proseduralara xərclənən vəsaitlərin 

51  %-i  azalda  bilib.  Dünya  Bankının  hesablamalarına  görə  isə  elektron 

satınalmadan 6 %-dən 13 %-ə qədər ortalama qənaət etmək mümkündür. Bu 

əsasən tender sənədlərininin standartlaşdırılması, iddiaçının tender prosesində 

avtomatlaşdırılmış  qeydiyyatı,  müraciəti,  nəhayət  təkliflərin  elektron 

qiymətləndirilməsi ilə mümkün olur. 

Elektron  tenderin  həyata  keçirilməsi  artıq  bir  müddətdir  Dövlət  Satınalmalar 

Agentliyin  gündəmində  olsa  da,  bu  istiqamətində  hələki  ciddi  irəliləyiş 

müşahidə  edilməmişdir.  Agentlik  Nazirlər  Kabinetinin  tələb  etdiyi  3  elektron 

xidməti  göstərməkdədir,  lakin  bu  xidmətlər  dövlət  satınalmaları  prosesinin 

elementar  aspektlərini  əhatə  edir.  Agentlik  elektron  tenderi  4  mərhələdə 

təqdim  etməyi  planlaşdırır  və  hal-hazırda  yalnız  ilk  mərhələ  üzrə 

yekunlaşdırmışdır: 

-

 

tender elanlarının elektron səhifədə yerləşdirilməsi, 



-

 

tender sənədlərinin elektron səhifədə yerləşdirilməsi, 



-

 

tender təkliflərinin elektron qaydada təqdim edilməsi



-

 

tender təkliflərinin elektron qaydada qiymətləndirilməsi  



 

Azərbaycanda dövlət qurumlarının tenderlərlə bağlı elan etdiyi məlumatların 

ə

hat


ə

 dair


ə

sini 


artırmaq üçün aşağıdakı məlumatlar ictimailəşdirilə bilər: 

 



Bütün  dövlət  qurumlarının  satınalma  şöbələri  barəsində  məlumatların 

Satınalmalar Üzrə Dövlət Agentliyinin saytında yerləşdirilməsi 

 

Dövlət Qurumlarının satınalma planlarının və büdcəsinin elan edilməsi 



 

Bütün tender elanları və tender sənədlərinin elan edilmə



si

 



 

Tender görüşlərinin gedişi barəsində protokolun saytda yerləşdirilməsi  

 

Qalib İddiaçının elan edilməsi və müqavilənin  dəyərinin açıqlanması 



 

Bütün  tranzaksiyalar  barəsində  region,  sifarişçi,  podratçı  və  s. 



kriteriayalar əsasında təhlillərin saytda yerləşdirilməsi 

 

TÖVSİYƏLƏR



 

 



 

“Dövlət  satınalmaları  haqqında”  Qanuna  dəyişikliklər  edilərək 

satınalmaların  bütün  mərhələlərində  Tender  Komissiyalarının  işində 

kənar ekspertlərin iştirakı məcburi edilməsi

 

Prezident və Nazirlər kabinetinə bütün satınalan təşkilatlar tərəfindən 



təqdim  olunan  satınalma  prosedurları  haqqında  hesabat,  o  cümlədən 

tenderlə bağlı sənədlər, tenderdə rəqabət aparan kontraktorların adları 

və qalib kontraktorların seçilməsi səbəbləri ictimaiyyətə açıqlanması; 



 

 

 



 

 

Policy Brief 



 

 



 

Dövlət 



Satınalmalarının 

Hesablamalar 

Palatası 

tərəfindən 

qiymətləndirilməsinin aparılması və təkmilləşdirilməsi; 

 



E-xidmətlərin  təqdim  edilməsi  prosesi  sürətləndirilsin  və  səmərəli 

elektron satınalmalar sistemi yaradılmas; 

 

“İctimai  iştirakçılıq  haqqında”  Qanuna



1

  müvafiq  olaraq  dövlət 

satınalmaları  prosesində  vətəndaş  cəmiyyəti  ilə  məsləhətləşmələr 

aparılsın  və  prosesin  qiymətləndirilməsində  onun  iştirakına  imkan 

yaradılsın. 

 



Ən azı bir ictimai əhəmiyyətli layihə Üç tərəfli dürüstlük sazişi (dövlət 

qurumu-biznes-vətəndaş cəmiyyəti) əsasında təşkil edilsin. 

 

ƏDƏBİYYAT

 

 



 

Dövlət  satınalmaları  haqqında  Qanun,  29  yanvar,  2002, 

www.tender.gov.az 

 



Nazirlər Kabinetinin  235 nömrəli 17 oktyabr 2012-ci il  tarixli Mərkəzi 

icra  hakimiyyəti  orqanları  tərəfindən  konkret  sahələr  üzrə  elektron 

xidmətlər  göstərilməsi  Qaydalarının  və  Elektron  xidmət  növlərinin 

Siyahısının təsdiq edilməsi haqqında 191 nömrəli qərara dəyişikliklər 

edilməsi barəsində  qərarıwww.e-qanun.az 

 



2012-2015-ci  illər  üçün  Korrupsiyaya  qarşı  Mübarizə  üzrə  Milli 

Fəaliyyət  Planının  icrasının  (2013,  sentyabr  -  2014,  sentyabr  arası) 

qiymətləndirilməsi  hesabatı,  Bakı,  2015,  Konstitusiya  Araşdırmalar 

Fondu və Şəffaflıq Azərbaycanın birgə nəşri  

 

Mİlli Şəffaflıq Sisteminin Qiymətləndirilməsi hesabatı, Bakı 2014-cü il, 



Şəffaflıq Azərbaycan Təşkilatının nəşri 

 



Curbing  Corruption  in  public  Procurement,  A  Practical  Guide,  2014, 

Transparency İnternational 

 

Fighting  bribery  in  public  procurement  in  Asia  and  the  Pacific,  2008, 



OECD 

 



İntegrity Pacts in public Procurement, An implementation Guide, 2013, 

Transparency İnternational 

 

 

 



 

 

 



 

 

 

 



 


 

 



Şəffaflıq Azərbaycan Korrupsiyaya qarşı M

übariz


ə

 

İctimai Birliyi



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(c) Şəffaflıq Azə

rbaycan 

Korrupsiyaya qarşı Mübarizə

 

İctimai Birliyi

 

 

C

ə



f

ər Cabbarlı, 16, mə

n. 7.  

Bakı, Azə



rbaycan 

 

Tel: 0125962038 



Fax: 0125962038 

info@transparency.az 

www.transparency.az 

 

"Bu n



əşr Avropa İttifaqının də

st

ə

yi il

ə

 

hazırlanmışdır. Nəşrin 

m

ə

zmunu il

ə

 

bağlı mə

suliyy

əti Şəffaflıq Azə

rbaycan Korrupsiyaya 

qarşı Mübarizə

 

İctimai Birliyi daşıyır, heç bir halda Avropa 

İttifaqının mövqeyini ə

ks etdir

ə

 bilm

ə

z." 

 

 

 

 

Yüklə 105,02 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə