Şair haqqında



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə5/5
tarix11.05.2022
ölçüsü1,37 Mb.
#86659
1   2   3   4   5
Barat Qaryağdı

 


 

- 14 - 


 

 


 

- 15 - 


 

Mənim bu dünyadan heç                                                 

nnn

   xoşum gəlmir 

 

Allahın  adıyla durub yerimdən, 



Məhəmməd  Ya Eli  çıxıb evimdən 

Ya Rəbbi hər qismət sənin əlində 

Mənim  bu dünyadan heç xoşum gəlmir 

 

Qoca cavan dərd əlindən bükür 



İsti yurdlar bircə anda sökülür. 

Neçə neçə nahaq qanlar tökülür 

Mənim  bu dünyadan heç xoşum gəlmir 

 

Kəsilməyən  sözün indi pul kəsir 



Dilənçilər  məcbur olub yol kəsir 

Yalançını nə Quran nə də and kəsir 

Mənim  bu dünyadan heç xoşum gəlmir 

 

Namus sözü yaddan çıxıb itib ar 



Bəs hanı duz çorək hanı etibar 

Barat deyir dostum səni bilmirəm 

Mənim  bu dünyadan heç xoşum gəlmir. 

 

 



 

 

 



 

 

 



 


 

- 16 - 


 

    XOCALI 

Tufan qopdu od bürüdü hər yanı, 

Tarix görməmişdi  belə tufanı. 

Xocalı sarsıltdı Azərbaycanı, 

Al qana boyandı dağlar ağladım. 

 

Azğın düşmən çaqqal tək ulaşdı, 



Sal qayalar qızıl qana bulaşdı. 

Namus getdi, torpaq getdi, getdi ar, 

Gəlmədi  əlimdən  bir kar ağladım. 

 

Qoca kişi körpə uşaq cavan qız, 



Düşməni  çox ata qalmışdı yalqız. 

Allaha  qalmışdı ümidi yalnız, 

Balası əlində  dondu ağladım. 

 

Qarabağ bəxtimin  qarası oldu, 



Xocalı sagalmaz  yarası oldu. 

Füzuli  xatirə  qalası oldu, 

Cəbrayıl yadıma düşdü ağladım. 

 

 



 

 

 



 

 

 



 

 

 




 

- 17 - 


 

Ağ saçlı atam mənim 

 

Əyilib  qamətin  bükülüb belin, 



Avazın itirib  qəm deyir dilin. 

Necə qıyım sənə qocasan deyim, 

Şən mahnılar  artıq sənə yaraşmır. 

 

İldırım çatmazdı heç budağına 



Fələk ağır bir dərd yüklədi  ona 

Kimin  gözü dəydi qoşa çinara 

Yalqız qalmaq vallah  sənə yaraşmır. 

 

Kəhər atını yəhərlə, 



Ziyarətə   tərəf dəhlə 

Sənin yerin  çöl bayırdır 

Mil  Muğan sənə yaraşmır. 

 

Elnur  Zaur and yeridi  ezeli 



Mesi İlqar indi  olub təsəlli 

Süreyya soruşsa göstər nənəmi 

Çaşma bu çaşqınlıq sənə yaraşmır. 

 

Qismətlə  barışmaq çətindir çətin 



Bütün Qarabağda vardır hörmətin 

Yurddan yurda köçmək idi adətin 

Ancaq bu köçkünlük sənə yaraşmır. 

 

 



 

 

 



 

 



 

- 18 - 


 

 


 

- 19 - 


 

Son vərəqlərim 

Niyə  darıxırsan niyə küsürsən 

Biz  hər gün bir yerdə olan deyildik. 

Nə qədər sevsəkdə bir birimizi 

Biraz  soyuqluğu danan deyildik. 

 

Yaman  darıxıram qardaş səninçün 



Bu bir həqiqətdir danmaq olmayır 

Soyuqdan bükülmüş o cəsədini 

İsitməkçün  heçdə yanmaq olmayır. 

 

Divarımdan  asdırmadım şəklini 



İstəmədim  göz önünde solasan 

Qütb edən günəş tək,əriyən  şam tək 

Olduğun tək xatirimdə  qalasan. 

 

Rəsmində qocalır xatirələrin  tək 



Bəlkədə  yadlaşır o sərt baxışın 

Səsimiz  eyni  idi, qanımızda bir 

Saçımda oxşayır indi saçına. 

 

Döydürdüm əksini  qara mərmərə 



Dedim baş daşında güləsən barı 

Qəflətən  qocaldın baş daşında da 

Biz  ki həqiqəti  danan deyilik. 

 

Məndə eşidirəm  ölümün səsin 



Ürəyim  şüşə tək çartladı biraz 

Yəqinki  oxunur SON VƏRƏQLƏRİM, 

Bir  daha ürəkden gülən  deyilik. 

 

 



 

 

 




 

- 20 - 


 

 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə