ŞAHİN ƏHMƏdov



Yüklə 3,59 Kb.
Pdf görüntüsü
səhifə22/64
tarix03.05.2018
ölçüsü3,59 Kb.
#41195
1   ...   18   19   20   21   22   23   24   25   ...   64

 
77 
qazın həll olması və kondensasiya nüvələrində damcının əmələ 
gəlməsi mexanizmləri ilə gedir. 
Atmosferə  daxil  olan  kükürd  və  azot  birləşmələrinin 
aerozol  halında  olan  əsas  hissəsi  H
2
SO
4
,  (NH
4
)
2
SO
4

(NH
4
)
3
H(SO
4
)
2
,  NH
4
HSO
4
  və  NH
4
NO
3
  birləşmələri  şəklində 
olur. 
Məlum  olduğu  kimi,  yağış  suyunun  pH-nın  tarazlıq 
qiyməti  təxminən  5,6-dır  və  bu  2,5∙10
-6
  q/ion/L  sərbəst 
hidrogen  ionunun  qatılığına  uyğun  gəlir.  Belə  tərkibli  yağış 
suyu tərkibinə sulfat və azot turşularının əlavə olunması sərbəst 
hidrogen  ionları  qatılığını  artırmaqla,  onun  pH  qiymətini 
azaldır.  Beləliklə  də,  antropogen  çirklənmə  nəticəsində 
atmosferdən düşən yağıntılar turşuluq xassəsi göstərir. 
Mütəxəssislər  belə  bir  qənaətə  gəlmişlər  ki,  kükürd  və 
azot  oksidlərinin  atmosferdə  daşınmalarının  orta  sürəti  20 
km/saat  olduqda  belə,  çirklənmə  mənbələrindən  600  km 
məsafədə  pH-ın  qiyməti  3,8-4  -ə  bərabər  olan  yağışlar  düşə 
bilər. 
Turşulu  yağışlar  bitkilərin  yaşıl  kütlələrilə  təmasda 
olduğu  zaman  biotaya  bilavasitə,  su  tutarları  və  torpaqları 
şoranlaşdırıb,  onların  kimyəvi  tərkibini  dəyişdirməklə,  dolayı 
yolla təsir edirlər. 
Turşulu  çöküntülər  torpaqlardan  ağır  metalları  yuyaraq 
onların  toksikliyini  artırır,  həmçinin  torpaqla  kalsium  və 
alüminiumum  miqdarları  nisbətini  (kalsiumun  azalmasına 
doğru)  dəyişdirirlər  ki,  bu  da  bitkilərin  kök  sisteminin 
böyüməsini xeyli ləngidir. 
Qarışıqların transsərhəd daşınmaları ilə əlaqədar problem 
daha da kəskinləşir, çünki milyon tonlarla kükürd qazı axınları 
dövlət  sərhədlərini  keçərək  başqa  ölkələrin  atmosferinə  daxil 
olurlar. 
Ekoloji tarazlığın pozulmasına səbəb olan amillərdən biri 
kimi,  turşulu  yağıntılar  artıq  bir  çox  dövlətlərin  hökumət 
orqanlarını  və  elmi  ictimaiyyətini  narahat  edən  problemə 


 
78 
çevrilmişdir.  Bu,  onunla  əlaqədardır  ki,  belə  yağıntılar 
atmosferdən  yer səthinə düşdükdə, səth sularının  turşulaşması, 
torpaqların  şoranlaşması,  meşələrin  məhv  olması,  tikinti  və 
qurğuların  korroziyasının  sürətlənməsi  və  s.  kimi  zərərli 
hadisələrin yaranmasına gətirib çıxarır. 
Dünya  miqyasında  atmosferdə  təxminən  300  mln.ton 
sulfat  turşusunun  əmələ  gəlməsi  üçün  kifayət  edən  kükürd 
qazının  miqdarının  200  mln.  tona  çatması  ehtimal  olunur.  Bu 
qədər  sulfat  turşusunun  aerozollar  və  yaxud  turşulu  yağıntılar 
şəklində  əvvəl-axır  atmosferdən  yer  səthinə  tökülməsi  və 
canlılar aləminə  müəyyən dərəcədə təhlükə törətməsi  şübhəsiz 
və təbiidir. 
Bir halda ki, turşulu yağışlar problemi  mövcuddur və bu 
problemlə  getdikcə  daha  çox  maraqlanır,  məşğul  olurlar, 
deməli  respublikamızda  da  bu  problemlə  bağlı  məsələlərin 
araşdırılmasına  ciddi  əhəmiyyət  verilməlidir.  Çünki  ölkəmizin 
ərazisində  sənaye  obyektlərinin  olması,  onlar  tərəfindən 
atmosferə  xeyli  miqdarda  turşu  törədicilərin  kükürd  qazı  və 
azot  dioksidin  atılması,  habelə  dövlətimizin  atmosferinin 
ümumi Yer atmosferindən təcrid olunmaması Azərbaycanda da 
turşulu yağışlar probleminin tədqiq olunması zəruriliyini ortaya 
çıxarır. 
Azərbaycan  ərazisində  ətraf  mühitə  təsir  edən  ekoloji 
yükün  təyin  olunmasında  turşulu  yağıntıların  payının  nəzərə 
alınması, onları əmələ gətirən kimyəvi birləşmələrin atmosferə 
atıldığı  mənbələrin  müəyyənləşdirilməsi  və  turşu  xassəli 
yağıntıların  peyda  olmaları  barədə  öncəgörmə,  habelə, 
respublikamızda 
ekoloji 
vəziyyətin 
yaxşılaşdırılmasına 
yönəldilən  tədbirlərin  hazırlanması  baxımından  adı  çəkilən 
problem  üzrə  elmi-tədqiqat  işlərinin  qoyulması  və  müvafiq 
araşdırılmaların aparılması elmi-təcrübi əhəmiyyətə malikdir. 
Bir sıra ölkələrə turşulu yağışların verdiyi ziyanlar faktiki 
olaraq  öz  təsdiqini  tapmışdır.  Ona  görə  də  dünyanın  inkişaf 
etmiş  qabaqcıl  ölkələrinin  müvafiq  hökumət  orqanları  və 


 
79 
Ümumdünya  Metereologiya  Təşkilatı  kimi  mötəbər  qurum 
turşulu  yağışlar  probleminə  çox  ciddi  diqqət  yetirir  və  bunun 
qarşısının alınmasına yönələn tədbirlər həyata keçirirlər. 
Azərbaycan ərazisinə düşən yağışların kimyəvi tərkibinin 
öyrənilməsi  də  aktual  bir  məsələ  kimi  qarşıya  qoyulmuşdur. 
Hələ keçən əsrin axırlarından bu sahədə müvafiq araşdırmalara 
başlanmışdır.  Bu  işlər  hazırda  Ekologiya  və  Təbii  Sərvətlər 
Nazirliyinin  Hidrometereologiya  Elmi-Tədqiqat  İnstitutunda 
davam  etdirilir.  Yerinə  yetirilmiş  bir  sıra  tədqiqatlar 
nəticəsində  tərkibi  turşu  anionları  ilə  ən  çox  çirklənən 
yağışların  düşdüyü  bölgələr,  həmin  yağışların  torpağın  fon 
tərkibinə  təsiri  müəyyən  edilmiş  və  elmi-təcrübi  əhəmiyyət 
daşıyan metodiki göstərişlər işlənib hazırlanmışdır. 
  
3.4. Su ehtiyatlarının özü təmizlənməsi və 
çirklənmədən mühafizəsi 
 
Su 
ehtiyatlarının 
özünün 
təmizlənməsi 
təbiət 
hadisələrindən  biridir.  Özünü  təmizləmə  bir  çox  faktorlardan 
(fiziki,  kimyəvi  və  bioloji)  asılıdır.  Fiziki  faktorlardan  günəş 
enerjisini  göstərmək  olar.  Günəşin  ultrabənövşəyi  şüaların 
təsiri  nəticəsində  zərərli  mikroblar,  bakteriaylar,  virusların 
hissəciklərini  məhv  edir.  Su  ehtiyatlarına  daxil  olan 
çirkləndirici maddələrin qarışdırılması, əridilməsi suyun özünü 
təmizləməsinin əsas fiziki faktorlarından biridir.  
Suyun  özünü  təmizləməsinin  kimyəvi  faktorlardan  üzvi 
və  qeyri-üzvi  maddələrin  oksidləşməsini  göstərmək  olar.  Su 
ehtiyatların  özünü  təmizləməsində  heyvan  və  bitki  aləmində 
rolu  böyükdür.  Suda  yaşayan  heyvanları  su  ehtiyatlarının 
sanitarı  adlandırırlar  və  onlar  suları  özlərindən  keçirərək 
təmizləyirlər. Bitki aləmindən qarğı, qamış cuğulu, su sünbülü 
və  s.  torpağı  oksigenlə  zənginləşdirir.  Su  bitkiləri  müxtəlif 
kiçik  mexaniki  qarışıqlı  (kolloid  hissəcikləri)  maddələri  tutur, 


Yüklə 3,59 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə