Sahibkarların mövcud və ya inşa ediləcək tikinti
obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun
sadələşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109
-
cu maddəsinin 32
-
ci bəndini rəhbər
tutaraq, ölkənin biznes və investisiya mühitinin əlverişliliyini, yerli və xarici investorlar üçün
cəlbediciliyini daha da artırmaq, beynəlxalq reytinqlərdə mövqeyini yaxşılaşdırmaq, enerji
təchizatı şəbəkələrinə qoşulma prosedurunu və müddətini optimallaşdırmaq, göstərilən
xidmətləri daha keyfiyyətli, rahat və innovasiyaların tətbiqi ilə həyata keçirmək, bu sahədə
şəffaflığı və istehlakçı məmnunluğunu təmin etmək məqsədilə
qərara alıram:
1. “Sahibkarların tələb olunan gücü 150 kVt
-
a qədər (150 kVt da
daxil olmaqla mövcud
0,4 kV-
luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik
enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə
-
smeta sənədlərinin hazırlanması və
verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”
təsdiq edilsin
.
2. Sahibkarların tələb olunan gücü 150 kVt
-
a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4
kV-
luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi
(gücü) alması üçün texniki şərtlərin, layihə
-
smeta sənədlərinin verilməsi, habelə enerji
təchizatı şəbəkəsinə qoşulması ilə bağlı işlərin həyata keçirilməsinə nəzarət etmək
məqsədilə aşağıdakı tərkibdə Texniki Şura yaradılsın:
Şuranın sədri
Azərbaycan Respublikasının Energetika Nazirliyinin nümayəndəsi
Şuranın üzvləri:
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin nümayəndəsi;
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin
nümayəndəsi;
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi;
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi;
Sumqay
ıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə
Sərnişindaşıma İdarəsinin nümayəndəsi;
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə
Sərnişindaşıma İdarəsinin nümayəndəsi;
yerli icra hakimiyyəti orqanlarının nümayəndələri.
3. Müəyyən edilsin ki:
3.1. sahibkarların tələb olunan gücü 150 kVt
-
a qədər (150 kVt da daxil olmaqla mövcud
0,4 kV-
luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik
enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə
-
smeta sənədlərinin hazırlanması və
verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı müraciətlər “ASAN
Kommunal” mərkəzləri (“ASAN Kommunal” mərkəzləri yaradılmayan regionlarda –
bu
mərkəzlər yaradılanadək “ASAN Xidmət” mərkəzləri) vasitəsilə həyata keçirilir;
3.2. Texniki Şuranın fəaliyyəti müasir informasiya
-
kommunikasiya texnologiyalarından
istifadə etməklə və göstərilən xidmətlərin təkmilləşdirilməsi məqsədilə innovasiyaların
tətbiqi yolu ilə “ASAN Xidmət” mərkəzlərinin fəaliyyət prinsipləri və standartları əsasında
təşkil edilir;
3.3. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin,
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə
Sərnişindaşıma İdarəsinin, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə
Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və yerli icra hakimiyyəti orqanlarının
nümayəndələri yalnız müvafiq inzibati ərazi vahidləri üzrə “ASAN Kommunal”
mərkəzlərində (“ASAN Kommunal” mərkəzləri yaradılmayan regionlarda –
bu mərkəzlər
yaradılanadək “ASAN Xidmət” mərkəzlərində) yaradılmış Texniki Şuranın tərkibinə daxil
edilirlər.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə
bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
4.2. beynəlxalq təcrübəni nəzərə almaqla, “Elektroenergetika haqqında” Azərbaycan
Respublikası Qanununun yeni layihəsini doqquz ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu
Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının
Prezide
ntinə məlumat versin;
4.4. əhalinin elektrik enerjisinə artan tələbatının təmin edilməsi məqsədilə Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə
birlikdə 2018–
2020-
ci illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsi
la
yihələrindəki dövlət investisiya proqramlarında Bakı şəhərində 220 kV
-
luq üç
yarımstansiyanın tikintisi və maliyyələşdirilməsinin nəzərdə tutulması ilə bağlı təkliflərini
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana
uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti:
5.1. rayon və şəhərlər üzrə enerji təchizatı şəbəkələrinin hər bir yarımstansiya və
transformator məntəqəsi, habelə onlarda olan sərbəst güclər və qoşulma imkanları
haqqında məlumatların (mütəmadi yenilənməklə) bir ay müddətində Azərbaycan
Respublikasının Energetika Nazirliyinə verilməsini təmin etsin;
5.2. bu Fərmanın 5.1
-
ci bəndində nəzərdə tutulmuş məlumatların (mütəmadi
yenilənməklə) iki ay müddətində öz rəsmi internet saytında yerləşdirilməsini təmin etsin.
6. Azərbaycan Respublikasının Energetika Nazirliyi:
6.1. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən bu Fərmanın 5.1
-
ci bəndinə uyğun
olaraq verilən məlumatların üç ay müddətində öz rəsmi internet saytında yerləşdirilməsini
təmin etsin;
6.2. bu Fərmanın 2
-
ci hissəsində qeyd
olunan dövlət orqanlarının və qurumlarının hər
birindən bir nümayəndə olmaqla, on gün müddətində hər bir “ASAN Kommunal”
mərkəzində (“ASAN Kommunal” mərkəzi yaradılmayan regionlarda –
bu mərkəz
yaradılanadək “ASAN Xidmət” mərkəzində) Texniki Şuranın formalaşdırılmasını təmin
etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının Energetika
Nazirliyi ilə birlikdə beynəlxalq təcrübəni və bu Fərmanla təsdiq edilmiş Qaydanın
tələblərini nəzərə almaqla, sahibkarların tələb olunan gücü 150 kVt
-
dan yuxarı olan
mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki
şərtlərin, layihə
-
smeta sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı
şəbəkəsinə qoşulması prosedurunun sadələşdirilməsi, bununla bağlı tələb olunan
müddət və xərclərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi barədə
təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin.
8. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinə və bu Fərmanın 2
-
ci hissəsində qeyd olunan dövlət
orqanlarına və qurumlarına tapşırılsın ki, bu Fərmandan irəli gələn vəzifələrin icrası ilə
bağlı Texniki Şuranın fəaliyyətinə lazımi kömək göstərilməsini, onun müraciəti əsasında
zəruri məlumatların və sənədlərin təqdim olunmasını təmin etsinlər.
9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını
təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
10. Azərbaycan Respublikasının Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbay
can
Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, “Azəravtoyol” Açıq Səhmdar
Cəmiyyəti və rayon (şəhər) icra hakimiyyəti orqanları bu Fərmandan irəli gələn digər
məsələləri həll etsinlər.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 aprel 2017
-ci il.