S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə21/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   17   18   19   20   21   22   23   24   ...   153

69 

 

dəyişilmiş  həyat  fəaliyyətidir.  Lakin  həyatın  başa  çatması,  ölümə 



keçməsi,  ölmə  prosesləri  həmişə  qısa  və  ya  uzunmüddətli  xəstəlikdən 

sonra olur. 

Xəstə 

orqanizmin 



həyat 

fəaliyyətini 

patoloji 

fizio¬logiya 

(patofiziologiya) elmi öyrənir (yun. - patos - təəssü¬rat, iztirab, xəstəlik; 

loqos - təlim, elm). 

Hər bir xəstəliyin özünəməxsus əlamətləri - simptom- ları olur. Bir çox 

xəstəliklərin tez-tez rast gələn əlamətlərin¬dən biri ağrıdır. Ağrı xəstəliyin 

mühüm əlaməti olub, bədənin hər hansı zədələnmiş nahiyəsindən xəstənin 

beyin  qabığına  verilən,  orqanizmdəki  narahatlığın  siqnalıdır.  Ağrı 

xoşəgəlməz  hissiyyat  olsa  da,  diaqnozu  müəyyənləşdir¬məkdə  həkimə 

kömək edir. 

Xəstəliyin ən çox rast gələn digər əlamətlərinə zəiflik, qızdırma, dərinin 

rənginin  dəyişilməsi,  səpgi,  öskürək,  ödem,  qanaxma  və  s.  aiddir. 

Müəyyən  bir  xəstəlik  üçün  əsas  olan,  daimi  və  xarakter  əlamətlərin 

məcmusuna - sindrom deyilir. 

Hələ eramızın əvvəllərindən başlayaraq, xəstəliklərin təsnifatını yaratmaq 

cəhdləri  olmuşdur  (Sels,  Əbu  Əli  ibn  Sina,  Morqani  və  b.).  Sonralar 

xəstəlikləri  oxşar  əlamətlə¬rinə  görə  qruplaşdırmaq  üçün  müxtəlif 

göstəricilər 

(xəstə¬liklərin 

səbəbləri, 

əlamətləri,  zədələnmənin 

yerləşməsi,  yaş,  cinsiyyət,  irsiyyət  və  s.)  əsas  götürülmüşdür.  Hazırda 

Ümumdünya  Səhiyyə  Təşkilatının  1975-ci  ildə  Cenevrə  konfransında 

qəbul etdiyi xəstəliklərin beynəlxalq təsnifa¬tından istifadə edilir. Həmin 

təsnifatda bütün xəstəliklər 17 

sinfə bölünür: 

I. 


Infeksion və parazitar xəstəliklər. 

downloaded from KitabYurdu.org




70 

 

II. 



Şişlər. 

III.  Endokrin  sistemin  xəstəlikləri,  qidalanmanın  pozulması,  maddələr 

mübadiləsinin və immunogen reaktiv- liyin patologiyası. 

IV.  Qanın və qanyaradıcı sistemin xəstəlikləri. 

V. 

Psixi pozulmalar. 



VI.  Sinir sisteminin və duyğu orqanlarının xəstə¬likləri. 

VII.  Qan dövranı sisteminin xəstəlikləri. 

VIII. Tənəffüs orqanlarının xəstəlikləri. 

IX.  Həzm orqanlarının xəstəlikləri. 

X. 

Sidik-cinsiyyət sisteminin xəstəlikləri. 



XI.  Hamiləliyin, doğuşun və zahılıq dövrünün ağırlaş¬maları. 

XII.  Dərinin və dərialtı təbəqənin xəstəlikləri. 

XIII. Sümük-əzələ sisteminin və birləşdirici toxuma¬nın xəstəlikləri. 

XIV. Anadangəlmə anomaliyalar (inkişaf qüsurları). 

XV.  Erkən uşaqlıq dövrünün xəstəlikləri. 

XVI. Aydın olmayan simptomlar və patoloji hallar. 

XVII. 

Travmalar və zəhərlənmələr.  



Xəstəliyin səbəbi elə amilə deyilir ki, o xəstəliyi törət¬sin və ona spesifik 

əlamətlər versin. 

Patofıziologiyanın  xəstəliklərin  səbəblərini,  və  yaran¬ma  şəraitini 

öyrənən hissəsinə etiologiya (yunanca: etia - səbəb) deyilir. 

Xəstəliklərin  ekzogen  və  endogen,  yəni  xarici  və  daxili  səbəbləri  ayırd 

edilir. Amma bu bölgü şərtidir. Çünki daxili amillər özləri də bilavasitə 

downloaded from KitabYurdu.org



71 

 

fərdin orqanizminə, onun valideynlərinə və  ya nə vaxtsa uzaq  əcdadına 



(məsələn,  irsi  xəstəliklərə  səbəb  olan  mutagen  amillər)  təsir  göstərmiş 

ekzogen amillə əlaqədar olaraq formalaşır. 

Xəstəliklərin  yaranma şəraitini də xarici və daxili  amillər təşkil edir ki, 

bunlar  xəstəliyin  inkişafını  sürətlən¬dirir  və  ya  qarşısını  alır.  Məsələn, 

xarici  şərait  amillərindən  emosional  gərginlik,  soyuqdəymə,  xronik 

yorğunluq, keyfiyyətsiz qidalanma, zərərli vərdişlər (siqaret çəkmə və s.), 

xəstəyə pis qulluq xəstəliklərin törənməsinə və ya şiddətlənməsinə səbəb 

olursa,  sakit  və  rahat  yaşayış,  iş  şəraiti,  düzgün  iş  günü  və  qidalanma 

rejimi, idmanla məşğul olma xəstəliyin qarşısını alır. Eləcə də xəstəliyə 

irsi meyllik, diatezlər (patoloji konstitusiya), körpəlik və qocalıq dövrləri 

və  s.  xəstəliklərin  əmələ  gəlməsinə  şərait  yaradırsa,  sağlam  irsiyyət  və 

konstitusiya, immunitet kimi daxili amillər bunun qarşısını alır. 

Xarici mühit amillərinin orqanizmə 

xəstəliktörədici təsirləri 

Ətraf  mühitin  fiziki,  kimyəvi,  bioloji,  psixi  və  ictimai  amilləri 

xəstəliklərin  əmələ  gəlməsində,  gedişində  böyük  rol  oynayır.  Texniki 

tərəqqi  dövründə,  xüsusən  əldə  edilmiş  nailiyyətlərdən  düzgün  istifadə 

edilməməsi nəticəsində ətraf mühit getdikcə daha çox çirklənir, insanlar 

işdə və evdə kimyəvi maddələrin, səsin, radiasiyanın, təcilin, vibrasiyanm 

xəstəlikləri artır. 

Xarici mühit amillərinin orqanizmə mənfi təsirinin qarşısını almaq üçün 

onların  bədəndə  törətdiyi  dəyişikliklər  öyrənilməlidir.  Bu  amillərin  bir 

qismi  (məsələn,  günəş  şüaları),  orqanizm  üçün,  digərləri  tibbdə 

diaqnostika  və  müalicə  məqsədilə  (ultrasəs,  lazer  şüaları  və  s.)  zəruri 

sayılır. Lakin onlardan istifadə etdikdə texniki təhlükəsizlik qaydalarına 

əməl  edilmədikdə  həm  xəstələr,  həm  də  tibb  işçilərinin  özləri  üçün 

təhlükəli olur. 

downloaded from KitabYurdu.org




72 

 

Mexaniki  amillər  bədəndə  yaralanmaya,  silkələnməyə,  sıxılmaya  və  s. 



səbəb  olur.  Mexaniki  təsirlərin  törətdiyi  patologiyanın  əsas  hissəsi 

travmalardır.  Mexaniki  travma  bərk  cisimlərin,  partlayış  və  ya  zərbə 

dalğasının  təsirindən  toxumaların  zədələnməsi  nəticəsində  əmələ  gəlir. 

Sülh  dövründə  mexaniki  travmalar  əsasən  istehsalatda  və  nəqliyyatda 

bədbəxt  hadisələr,  bəzən  təsadüflərlə,  məişətlə  əlaqədar  olur,  müharibə 

zamanı isə bunların sayı olduqca artır. Odur ki, hərbi-səhra cərrahlığının 

əsasını qoymuş 

N.İ.Piraqov müharibələri «travma epidemiyası)) hesab edirdi. Mexaniki 

zədələnmələrin  yerli  təzahürlərinə  yaralanma,  əzil¬mə,  sıxılma, 

silkələnmə,  sınıq,  çıxıq  və  ya  bunların  müxtəlif  kombinasiyaları  aiddir. 

Mexaniki  təsirlərin  bədəndə  törətdiyi  ümumi  pozulma  daha  ağır  olub, 

travmatik şok adlanır. 

Mexaniki  təsirdən  toxumaların  tamlığının  pozulma¬sına  yaralanma 

deyilir.  Zərbənin  bədənin  hansı  hissəsinə,  nə  ilə,  necə  təsir  etməsindən 

asılı  olaraq,  yaraların  ölçüləri,  forması  müxtəlif  -  deşilmiş,  cırılmış, 

kəsilmiş,  soyulmuş,  çapılmış,  dişlənmiş  yaralar,  həmçinin  odlu  silah 

yaralan ayırd edilir. 

Zərbə  dalğası  toxumalarda  silkələnməyə  (kontuziya)  səbəb  ola  bilər. 

Silkələnmə  zamanı  toxumaların  strukturu  cüzi  dəyişilsə  də,  onlarda 

kəskin  fiziki-kimyəvi  dəyişikliklər  törənir.  Yumşaq  toxumalar  əzilib, 

kiçik damarların tamlığı pozula bilər. 

Toxumaların  sıxılması  onların  deformasiyasına  səbəb  olur.  Təbii  ki, 

bədənin yumşaq toxumalarına nisbətən  

sümüklər  sıxılmaya  qarşı  daha  çox  müqavimət  göstərir.  Yumşaq 

toxumaların  qısa  müddət  ərzində  sıxılması  onlarda qan dövranının geri 

dönən yerli pozulmasına səbəb olur, uzun müddət təsir edən amillər isə, 

zəif  olsa  da,  sıxılan  toxumalarda  nekroz  törədə  bilər.  Böyüməkdə  olan 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə