S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə144/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   140   141   142   143   144   145   146   147   ...   153

470 

 

dozası  yuxu  gətirir,  böyük  dozası  isə  narkotik  təsir  göstərir.  Yuxu 



dərmanlarına  nozepam,  fenazepaın,  fenobarbital,  natrium-  etaminal, 

xloralhidrat və s. aiddir. 

Aııalgetiklər  seçici  surətdə  ağrı  hissini  zəiflədən  maddə¬lərdir.  Bunlar 

hissiyyatın  digər  növlərinə  təsir  etmir  və  huşun  itməsinə  səbəb  olmur. 

Analgetiklər iki qrupa bölünür: 

I. 


Narkotik  (opioid)  analgetiklər,  analgetik  aktivliyə  malik  qeyri-

opioid preparatlar və qarışıq (opioid və qeyri- opioid) təsir mexanizminə 

malik analgetiklər. 

II. 


Qeyri-narkotik analgetiklər. 

Narkotik analgetiklərdən ilk işlodiləni xaşxaşın sütül qozalarından alınan 

morfindir. Tiryəkin kimyəvi struktu¬runa görə fenantren törəmələrinə aid 

olan preparatları (morfin, kodein və  s.) əsasən  mərkəzi sinir sisteminin 

fəaliyyətini  zəiflədir,  analgetik  və  öskürək  əleyhinə  təsirə  malikdir, 

izoxinolinin  törəmələri  (papaverin  və  s.)  isə  saya  əzələlərə  spazmolitik 

təsir göstərir. 

Morfin - hidroxlorid suda asan həll olan ağ rəngli kristal maddədir. Beyin 

qabığının  hissi  zonalarının  (ağrını  azaldır),  tənəffüs,  öskürək 

mərkəzlərinin fəaliyyətini zəiflə¬dir, qusma mərkəzini oyadır, maddələr 

mübadiləsini  zəiflə¬dir,  temperaturu  salır.  Şiddətli  ağrı,  sancı,  öskürək, 

həmçi¬nin  şok,  infarkt  zamanı,  cərrahi  əməliyyatlardan  əvvəl  və  sonra 

tətbiq edilir. 

Təkrar  işlədildikdə,  orqanizm  buna  vərdiş  edir.  Tiryə¬kin  tozu,  quru 

ekstraktı, tinkturası qarın damcısı kimi və s. işlədilir. 

Promedol da narkotik analgetiklər qrupundandır. 

downloaded from KitabYurdu.org



471 

 

Qeyri-narkotik analgetiklərə salisil turşusunun (aspirin və s.), pirazolonun 



(butadion,  analgin,  amidopirin),  para-  aminofenolun  (parasetamol, 

fenasetin) törəmələri aiddir. 

Bütün bu preparatlar ağrıkəsici, iltihab əleyhinə və temperaturu salıcı təsir 

göstərir. 

Salisil turşusunun preparatları güclü qıcıqlandırıcı, yandırıcı, antiseptik, 

keratolitik  təsirə  malik  olduğundan,  bunları  seboreya,  ekzema, 

piodermiya,  dermatit,  dərinin  qaşınması,  döyənək,  ziyil  və  s.  zamanı 

xaricə işlədirlər. 

Aspirin ağrıkəsici, temperaturu salıcı təsirlə yanaşı, iltihab və revmatizm 

əleyhinə  təsir  göstərir,  tər  ifrazını  ärtırır;  endokardit,  miokardit,  artrit, 

nevralgiya, miqren, baş və diş ağrısı zamanı işlədilir. Qanı durulaşdırdığı 

üçün qanın laxtalanmasını azaltmaq lazım gələn xəstəliklərdə (məsələn, 

miokard  infarktında)  təyin  edilir.  Preparatın  təsirindən  itrəkbulanma, 

qusma, qarında ağrı, tərləmə, ümumi zəiflik, allergiya, qanaxma müşahidə 

edilə bilər. 

Sedativ  (sakitləşdirici)  təsirə  malik  preparatlar  psixo-  trop  dərmanlar 

qrupuna  daxildir.  Bunlara  brom  duzlan,  pişikotu  (valerian)  tinkturası, 

diamotu tinkturası və s. aiddir. 

İşlək orqan və sistemlərin funksiyalarını 

tənzim edən dərmanlar 

Tənəffüs orqanlarına təsir edən preparatlara tənəffüsü stimulyasiya edən 

(kofein,  etimizol,  kordiamin  və  s.),  öskürək  əleyhinə  (etilmorfın  - 

hidroxlorid,  qlausin  -  hidroxlorid,  tusupreks,  libeksin  və  s.), 

bəlğəmgətirici 

(ipekauananın  -  qusdurucu  kökün,  termopsisin 

preparatları, bromheksin və s.) dərmanlar aiddir. 

1980-ci ildə Azərbaycan Səhiyyə Nazirliyi ET Ağciyər 

downloaded from KitabYurdu.org




472 

 

_ # " 



xəstəlikləri institutunda akademik Ə.Insanovun aldığı ilk 

ofısinal vətən preparatı olan «Insanovin» bronxial astma- 

nm müalicəsində təkcə respublikamızda deyil, Rusiyada, 

Türkiyədə, Hindistanda, Ukraynada, Gürcüstanda, Türk- 

» 

mənistanda  da  klinikada  uğurla  tətbiq  edilir.  Insanovinin  oxşar  təsirli 



digər preparatlardan bir sıra üstünlükləri vardır. 

Məlumdur 

ki, 

əvəzsiz 


müalicə 

vasitəsi 

olmaqla 

bərabər, 

qlükokortikoidlərin bəzi zərərli təsirləri də vardır.  

Əvvələn, bunları uzun müddət işlətdikdə, əks əlaqə prinsipi üzrə vəzidə 

həmin  hormonların  sekresiyası  zəifləyir,  qəbulunu  kəsdikdən  sonra  isə 

vəzi özü kifayət qədər hormon hasil edə bilir. İkincisi, qlükokortikoidlərin 

kiçik  dozaları  iltihabın  qarşısını  aldığı  halda,  böyük  dozaları  əksinə, 

həmin prosesi ağırlaşdırır. Üçüncüsü, qlükokorti¬koidlərin uzun müddət 

qəbulu orqanizmdə elektrolil balansını pozur, ürək çatışmazlığına şərait 

yaradır. 

İnsanovin  preparatının  isə  belə  ciddi  əlavə  təsirləri  yoxdur.  Birdəfəlik 

təyinatda tərkibinə komponentlərinin minimal dozaları (150 mq teofillin, 

40  mq  xloroxin-fosfat,  25  mq  efedrin  -  hidroxlorid,  1  mq  prednizolon) 

daxil  olan  bu  preparat  daha  effektlidir  və  daha  yüksək  farmakoloji 

aktivliyə malikdir. 

Insanovinin  bronxları  genəldici  təsiri  tez  və  ağırlaş-  masız  başlanır 



(dozasından  asılı  olmayaraq,  «boğulma»  simptomu  kimi  əlavə  effekt 

törətmir),  tədricən  inkişaf  edir  və  uzun  müddət  davam  edir,  illərlə 

downloaded from KitabYurdu.org



473 

 

işlədildikdə belə müalicəvi təsiri zəifləmir və dozasını yüksəltmək lazım 



gəlmir; astmalı xəstələrdə mənfi emosional halları da aradan qaldırır. 

Insanovinin 

yerli 

təsirindən 



stomatologiyada 

paro- 


dontozun 

müalicəsində istifadə edilməsinin də ilkin klinik sınaqları uğurlu olub. 

Ürək-damar  sisteminə  təsir  edən  dərmanlar  aşağıdakı  yarımqruplara 

bölünür: 

I. 

Kardiotonik  (ürək  fəaliyyətini  stimulyasiya  edən)  dərmanlar.  - 



Əsasən üskükotunun, xoruzgülünün, inciçiçə- yinin və s. preparatları olan 

ürək qlükozidləri (digitoksin, diqoksin, selanid, strofantin, korqlikon) və 

qeyri-qlükozid  strukturlu  preparatlar  (dofamin,  dobutamin,  amrinon, 

milrinon və s.). 

II. 

Antiaritmik  (ürək  fəaliyyətinin  ritmi  pozularkən  tətbiq  edilən) 



dərmanlar  -  dizopiramid,  novokainamid,  aymalin,  difenin,  etmozin, 

amiodaron,  ornid,  anaprilin,  xinidin  -  sulfat,  kalium  preparatları 

(panangin, kalium - orotat, asparkom və s.), izadrin, mezaton və s. 

III.  Koronar qan dövranının çatışmazlığı zamanı işlədilən  dərmanlar  - 

nitroqliserin,  sustak,  nitronq,  erinit,  nitrosorbid,  fenigidin,  verapamil, 

amiodaron, anaprilin, talinolol, validol, mibefradil və s. 

IV.  Beyin qan dövranı pozularkən tətbiq edilən dərmanlar -- tiklopidin, 

sinkumar, fenilin, sinnarizin, flunarizin, vinposetin, niserqolin, aminalon, 

pentoksifillin, papaverin - hidroxlorid, amitriptilin və s. 

V. 


Hipotenziv və ya antihipertenziv (arterial qan təzyiqini aşağı salan) 

dərmanlar  -  klofelin,  rezerpin,  apressin,  fentolamin,  prazozin,  talinolol, 

kaptopril, lozartan, dibazol 

və s. 


VI.  Hipertenziv  (qan  təzyiqini  yüksəldən)  dərmanlar  -  adrenalin  - 

hidroxlorid, noradrenalin - hidrotartarat, mezatoıı, angioteıızinamid və s. 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə